“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ yaşayış və qeyri yaşayış sahələrində təmir işləri bağlı bir neçə tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, qalib şirkətlərdən biri "Granat Construction" MMC-dir (VÖEN: 1306253521). Qalib şirkətə 360 min 97 manat ödəniləcək.
“Harmony İndustrial Construction and Engineering Group” (VÖEN: 1500429791) şirkəti ilə 3 milyon 998 min 513 manat müqavilə imzalanıb.
"Safari" MMC (VÖEN: 1505208751) 598 min 25 manat dəyərində təmir işlərini həyata keçirəcək.
Bununla yanaşı, "İnşaat-Neftçi" MMC (VÖEN: 2100033271) ilə 239 min 892 manat, "İnvestaz" MMC (VÖEN: 6400004041) ilə 1 milyon 625 min 40 manat, "Fərid-İnşaat" MMC (VÖEN: 4000089481) ilə 354 min 732 min manat, "Araz İnşaatçı" MMC (VÖEN: 1500839291) ilə 169 min 994 manat, "AKA" şirkəti (VÖEN: 1000251171) ilə 1 milyon 134 min 183 manat dəyərində müqavilə imzalanıb.
Bununla yanaşı Xocalı rayonu, Təzəbinə və Ballıca kəndlərində 65 fərdi evlərin cari təmirinin layihələndirilməsi işlərini 62 min 293 manata “Himmen Construction” (VÖEN: 1304034061) həyata keçirəcək.