Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                 

"Təhsil sahəsində problemlər qalmaqdadır" - deputat
Tarix: 28-10-2021, 09:00 | Çap et
"Təhsil sahəsində problemlər qalmaqdadır"
Prezident İlham Əliyevin “ağ inqilab” etməsindən 2 il ötür. 2019-cu ilin bu günlərində Nazirlər Kabinetinin tərkibində, PA-da ciddi kadr dəyişiklikləri oldu. Əksər yaşlı məmurlar vəzifədən uzaqlaşdırıldı. Yeni simalar vəzifəyə gətirildi, uğurlu təyinatlar oldu. Onlar arasında daha çox iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyev və digərləri uğur qazandı və fəaliyyətləri dəstəkləndi. Bəs görəsən, islahatlar bundan sonra da davam etdiriləcəkmi? Hansı sahələrə yeni kadrların gətirilməsinə ehtiyac var.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Asim Mollazadə bildirdi ki, islahatlar mütləq davam etdirilməlidir: “Sadəcə olaraq, kadr islahatları deyil, bununla yanaşı struktur islahatlarına də böyük bir ehtiyac var. Ələlxüsus yerlərdə idarəetmə sistemində böyük dəyişikliklər olmalıdır. Azərbaycan xalqı və dövlətin qarşısında duran əsas məsələ böyük qayıdış layihəsidir və bu istiqamətdə böyük işlər görülür və görüləcək. Bununla yanaşı, yeni kadrlar da sınaqdan çıxacaq. Bu proseslərdə nəyə qadir olduğunu nümayiş etdirə bilən kadrlar dövlət idarəetmə sistemində yeni imkanlar əldə edə bilərlər və Qarabağdakı layihələrin bir çoxu gələcəkdə Azərbaycanın bütün bölgələrində istifadə olunacaq. Yeni nailiyyətlər, yeni üsullar həm idarəetmə ilə bağlı, həm ətraf mühitlə bağlı yeni layihələr, ağıllı kəndlər və şəhərlər tək Qarabağı deyil, Azərbaycanın bütün ərazilərini əhatə etməlidir.

Düşünürəm ki, bu sistemli dəyişikliklər aparılacaq, yeni iqtisadi zonalar yaradılacaq. Mən əminəm ki, bu cür iqtisadi zona sistemləri Azərbaycanın bir sıra bölgələrində gələcəkdə istifadə olunacaq. Prinsipial olaraq bu sistemi, yeni və müasir idarəetmə üsulları ilə, sahibkara hörmətlə, sahibkarın imkanlarından, yatırımlarından istifadə edərək Azərbaycanda islahatlar sürətlə davam etdirilməlidir. Azərbaycan müasir bir ölkə kimi idarəetmədə yeni təfəkkürə, bacarığa malik olan kadrlara ehtiyacı yaranacaq. Bütün bu proseslərlə bağlı mən əminəm ki, islahatlara imkanı yaradacağıq ki, müasir, demokratik Azərbaycanın inkişafını görək”.

Deputat , iqtisadçı alim Vüqar Bayramov da bildirdi ki, islahatların əsasını məhz kadr məsələsi təşkil edir: “Bütövlükdə struktur islahatları davam etdirilir və struktur islahatlarının digər elementi kadr islahatıdır ki, biz Azərbaycanda mərkəzi və yerli idarəetmə səviyyəsində kadr islahatlarının aparılmasını müşahidə edirik. Əslində həm iqtisadiyyatın yenilənməsi, həm qeyri- neft sektorunun inkişafı üçün yeni imkanlar yaradılması idarəetmə strukturunun təkmilləşdirilməsini tələb edirdi. Bu istiqamətdə xüsusən son illər ciddi addımlar atıldı. Əslində bu struktur islahatları bir tərəfdən 2021-ci ilin geridə qalan aylarında Azərbaycanda qeyri-neft ixracatının rekord səviyyədə artmasına imkan verdi. Nəzərə alsaq, ki, 2021-ci ildə Azərbaycan müstəqillik tarixində ən böyük həcmdə qeyri- neft məhsulları ixrac etmək imkanı əldə edəcək, eyni zamanda bu hadisə torpaqların işğaldan azad olunması fonunda vəsaitlərin səmərəli xərclənməsini, vəsaitlərə qənaət edilməsini prioritet etdi. Bu prioritetə riayət etməyi müəyyənləşdirən faktorlardan biri də məhz strukturun təkmilləşdirilməsi, struktur islahatlarının davam etdirilməsi idi.

Təbii ki, bu islahatlar davam edən bir prosesdir. Həm yerli, həm müasir çağırışlara uyğun strukturun təkmilləşdirilməsi və yeniləşdirilməsi işləri aparılır və bu istiqamətdə də siyasi iradə var. O baxımdan Azərbaycanda 2030-cu ilədək olan sosial-iqtisadi inkişafla bağlı milli prioritetlərdə də qeyd olunduğu kimi, 5 istiqamət üzrə islahatlar davam etdiriləcək. Bu islahatların önündə eyni zamanda qeyri-leqal iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi durur. Bu da təbii ki, struktur islahatları ilə bağlı prosesin davam etdirilməsini daha da aktuallaşdırır. Struktur islahatları növbəti illərdə də prioritetliyini qoruyub saxlayacaq. Son illər aparılan islahatlar göstərdi ki, bu istiqamətdə atılan addımlar iqtisadi və sosial baxımdan pozitiv nəticələr verir".

Deputat Fazil Mustafa da hesab edir ki, ölkədə hökumət səviyyəsində kadr islahatları ilə bağlı son iki ildə xeyli addımlar atıldı: “Düzdür, Qarabağ savaşı müəyyən qədər bu prosesi dayandırdı. Çünki adətən belə bir taleyüklü, dövlət əhəmiyyətli, millətin taleyinə aid məsələlərin həlli zamanı çox da kadr dəyişikliklərinə ciddi diqqət yetirmək olmur. Amma Nazirlər Kabinetinin tərkibinin dəyişməsi və burada yeniləşmənin baş verməsi, hər halda, ölkənin iqtisadi həyatında fərqli bir gözləntiləri ortaya qoydu. Təbii ki, xeyli gənc kadrların təyin olunması müsbət bir tendensiyadır, amma bu kadrlardan daha çox yeniliyə meylli kadrların özünü fərqləndirməsi məsələsi cəmiyyəti daha çox maraqlandırırdı. Çünki hər gənc kadr da bu etimadı lazımi səviyyədə doğrultduğunu göstərə bilmədi. Bütövlükdə cəmiyyətdə daha çox yeni iqtisadi münasibətlər sisteminin qurulması istiqamətində müəyyən gözləntilər böyükdür. Burada da iqtisadiyyat naziri olaraq Mikayıl Cabbarovun islahatçı kimliyini əsas götürərək, hakimiyyətdə də müəyyən aparıcı bir mövqedə olması, müsbət dəyişikliklər üçün ümidverici əsaslar yaratdı. Ardınca Nazirlər Kabinetinin də tərkibində xeyli dəyişikliklər oldu və burada da Şahin Mustafayev kimi təcrübəli bir kadrın müəyyən mövqe tutması, xüsusilə də iqtisadi sahədəki təcrübəsinə əsaslanaraq müəyyən işlər görməsi vacib idi. Digər tərəfdən, Ədalət Vəliyevin Prezident Administrasiyasına şöbə müdiri vəzifəsinə gətirilməsi bütövlükdə canlanmaya səbəb oldu. Bu da müsbət bir tendensiyanın baş tutmasına imkan yaratdı. Hesab edirəm ki, bu kimi məsələlərdə daha çox Azərbaycan cəmiyyətinin gözləntisi hərbi quruculuq sahəsində aparılan islahatlar, kadr dəyişiklikləri idi. Çünki qərargah rəisinin dəyişməsi ölkədə hərbi sahədə müəyyən ümidverici kadrların inkişaf etdirilməsi, daha keyfiyyətli kadrların iş başına gətirilməsinə imkan tanıdı. Bütövlükdə bütün bunlar müsbət bir tendensiyadan xəbər verir. Hər halda, Nazirlər Kabinetinin keyfiyyətcə daha fərqli bir iş prinsipinə sahib olması, hökumətin daha aktiv iqtisadi proseslərdə rol alması cəmiyyət tərəfindən arzulanandır. Bu kimi məsələlərdə peşəkar bir baş nazirin olması da, ən azı iqtisadi cəhətdən prosesləri doğru təhlil edə bilməsi də iqtisadi kataklizmlərdən cəmiyyəti qorudu”.

F.Mustafanın sözlərinə görə, sosial problemlərin çözülməsi ilə bağlı məsələlər hələ də narahatlığını saxlayır: “Düzdür, müsbət yöndə müəyyən islahatlar aparılır, amma arzulanan səviyyədə hələ vətəndaşları razı salacaq mexanizm qurulmayıb. Təhsil sahəsində də problemlər qalmaqdadır. Bu sahədə də insanların gözləntiləri böyük idi ki, müəyyən islahatların aparılması ilə çox şeylər dəyişəcək. Amma pandemiyanın da yaratdığı obyektiv çətinliklər var.

Ona görə də hansısa formada hökumətin tərkibinin yeni variantda dəyişəcəyini gözləmirəm. Burada daha çox bir neçə kadrın dəyişməsi prosesi ola bilər. Amma bütün bunlar hamısı kadr dəyişikliyindən daha çox, kadrların nə etmək istədiyinin müəyyənləşdirilməsindən başlamalıdır. Kadrlar bilməlidirlər ki, onlar nə edəcəklər. Vəzifəyə qoyulandan sonra bu sualı düşünməlidirlər. Ona görə də bu istiqamətdə daha keyfiyyətli kadrların seçilməsi, müəyyən sahələrin, xüsusilə də kənd təsərrüfatının dirçəlməsi baxımından, müəyyən problemlərin ortadan qalxması baxımından faydalı ola bilər. Çünki Azərbaycanda prioritet sahələrdən biri məhz kənd təsərrüfatıdır və bu sahədə daha məsuliyyətli davranışlara ehtiyac var. Bütövlükdə mən Nazirlər Kabinetinin fəaliyyətini, hər halda, normal qiymətləndirirəm. Əvvəlkilərdən fərqli olaraq son iki ildəki bu dəyişiklik hökumətin daha peşəkar fəaliyyət göstərməsi üçün zəmin hazırladı".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru