Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                 

“Ərdoğanın Qarabağa hər səfəri bizi Türkiyə qədər böyüdür” - HƏQİQƏTƏN DƏ...
Tarix: 28-10-2021, 08:53 | Çap et
“Ərdoğanın Qarabağa hər səfəri bizi Türkiyə qədər böyüdür”
Azərbaycan işğaldan azad olunan ərazilərin bərpası, iqtisadiyyatın qurulması prosesində Türkiyə ilə geniş əməkdaşlıq etmək niyyətindədir. Bugünlərdə Zəngilan və Qubadlı rayonlarında aparılan işlərdə Türkiyə şirkətlərinin iştirakına dair açıqlanan məlumatlar göstərir ki, qardaş ölkələr bərpa və inkişafda da müharibədə olduğu kimi, əl-ələ verirlər.

Oktyabrın 26-da Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın təməlini qoyublar. Açıqlanan məlumatlardan aydın olur ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Türkiyə Prezidenti Azərbaycandan dönərkən jurnalistlərin suallarına cavab verib. Bildirib ki, Türkiyə Qarabağda dağıntıların nəticələrinin aradan qaldırılmasına böyük əhəmiyyət verir. O, işğaldan azad edilmiş ərazilərdə ağıllı kənd təsərrüfatı layihələrinin icra olunacağını diqqətə çatdırıb. Ərdoğan dağıntıların nəticələrinin aradan qaldırılması üçün modern tikinti üsullarına əhəmiyyət verildiyini vurğulayıb. Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyduqlarını xatırladıb: “30 ilə yaxın davam edən işğaldan sonra azad edilən bölgələrdə kənd təsərrüfatı istehsalı müasir üsulla həyata keçiriləcək. Ürəkdən inanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri yaxın zamanda bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək”.

Ərdoğan qeyd edib ki, ağıllı kənd təsərrüfatı layihəsi ilə bağlı araşdırmalar aparılıb və bu istiqamətdə intensiv işlər görülür: “Biz şəxsən gördük ki, heyvandarlıqla bağlı necə uğurlu iş gedir. Bununla yanaşı, minalardan təmizləmə işləri də davam edir. Minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq sahəsində həm Azərbaycan, həm də Türkiyə üçün mənfəət gətiriləcək işlər həyata keçirilir. İndiki məqamda əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq”.

Türkiyə Prezidenti ölkənin bərpa prosesində iştirakından məmnun olduğunu bildirib: “Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdən qürur duyur”. Ərdoğan Azərbaycana səfəri zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərini yaxından gördüyünü qeyd edib.

O, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması ilə mühüm hava nəqliyyatı marşrutunun həyata keçirilməsinə diqqət çəkib. Ərdoğan əlavə edib ki, Füzuli aeroportu təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün nəqliyyat sahəsində böyük potensiala malikdir: “Bölgədə yol tikintisi ilə bağlı rəsmilərimizdən və əməkdaşlarımızdan məlumat aldıq. Türkiyə olaraq regional sülh və sabitliyin qurulmasında nəqliyyat xətlərinin əhəmiyyətini hər zaman vurğulamışıq”.

Türkiyə Prezidenti həmçinin işğaldan azad olunan Azərbaycan torpaqlarının turizm potensialının da yüksək olduğunu bildirib. Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı o deyib: “Qarabağ və Şuşada ciddi bir ”turizm partlayışı" baş verəcək".

Türkiyə şirkətlərinin azad olunmuş ərazilərdə turizmin inkişafına cəlb olunması yalnız o bölgənin deyil, bütövlükdə Azərbaycan turizminin sürətli inkişafına təkan verə bilər. Yəqin ki, qardaş ölkənin turizm sektorunun dünyanın ən qabaqcıl təcrübəsinə malik olduğunu yazmağa ehtiyac yoxdur.

Türkiyə aqrar sahədə də böyük nailiyyətlərə imza atan ölkələrdəndir. Son illərdə Türkiyənin kənd təsərrüfatı istehsalı davamlı artım dinamikası nümayiş etdirməkdədir. Ölkənin aqrar istehsalının 80 faizə qədəri bitkiçilik, 20 faizə qədəri isə heyvandarlıq məhsullarından ibarətdir.

2016-2020-ci illərdə Türkiyənin kənd təsərrüfatı ixracı 27,4 faiz artmaqla 20,7 milyard dollara çatıb. Kənd təsərrüfatı istehsalını sürətlə artıran Türkiyə bu məhsulların bir qismini xaricdən idxal edir. 2020-ci ildə ölkə xaricdən 2019-cu ildəkindən 20,3 faiz çox olmaqla 15,2 milyard dollarlıq kənd təsərrüfatı məhsulu idxal edib. Qeyd edək ki, Türkiyədə kənd təsərrüfatı məhsullarının emalı, onlardan sənaye üsulu ilə müxtəlif məhsulların istehsalı yüksək inkişaf edib. İnkişaf etmiş bu sahələrin xammal tələbatını ödəmək üçün bir çox hallarda daxili istehsal yetərli olmadığına görə idxala ehtiyac yaranır. Bütün bunlar göstərir ki, işğaldan azad olunan ərazilərimizdə aqrar sektorun inkişafı prosesinin Türkiyə təcrübəsi əsasında həyata keçirilməsindən Azərbaycan ciddi dividentlər əldə edə bilər.

Türkiyə şirkətlərinin azad olunan ərazilərdəki infrastruktur layihələrinə - yol tikintisi, yaşayış məntəqələrinin salınması və sair işlərə cəlb olunması bəzi hallarda qeyri-adekvat qarşılanır. Bir sıra mütəxəssislər ümumilikdə bərpa prosesində sifarişlərin açıq tenderlər vasitəsilə verilməməsinə etiraz edirlər. Bu etirazları isə bəzi qüvvələr Türkiyə şirkətlərinə qarşı yönəltməyə çalışırlar. Halbuki mütəxəssislər bütövlükdə bərpa prosesinin açıq, şəffaf üsullarla aparılmasını təklif edirlər. Türkiyə şirkətlərinin bütün sahələrdə inkişaf etmiş təcrübəyə malik olduğu hər kəsə aydındır. Bu baxımdan, kimlərinsə ümumi tənqidləri qardaş ölkəyə qarşı yönəltmək cəhdi ölkəmizin mənafeyi baxımından, yumşaq desək, qeyri-adekvat yanaşmadır.

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki bərpa prosesinə cəlb olunan xarici şirkətlər mənsub olduqları ölkələrin müqayisəli üstünlüyə malik olduğu sahələrdə çalışırlar: “Yəni hər şirkət özünün üstün olduğu sahə üzrə işlərə cəlb olunur. O cümlədən də Türkiyə şirkətləri ixtsaslaşmış olduqları sahələr üzrə layihələrdə çalışırlar. Məsələn, Türkiyə yol tikintisi, inşaat sahəsində qabaqcıl təcrübəyə sahibdir. Burada həmin sahələrdə Türkiyədə təcrübəyə və üstün bacarıqlara sahib şirkətlər çalışır. Yaxud götürək kənd təsərrüfatını. Türkiyə fermerləri, şirkətləri xüsusilə əkinçilik sahəsində böyük nailiyyətlər əldə ediblər. Belə qabaqcıl təcrübənin azad olunan ərazilərdə tətbiqi bizə böyük səmərə gətirə bilər”.

Millət vəkili bildirir ki, Türkiyə şirkətləri yaxın gələcəkdə işğaldan azad olunan ərazilərdə turizm sahəsinə investisiya qoymağı planlaşdırırlar: “Bu sahəyə özəl investisiyaların cəlbi nəzərdə tutulur. Müqayisəli üstünlüyə malik Türkiyə şirkətlərinin azad olunan ərazilərdə turizmə investisiya yatırmasından yalnız fayda görə bilərik”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ölkəmiz üçün gətirdiyi iqtisadi, siyasi, hərbi, texnoloji dvidentlər qarşılığında qardaş ölkənin iqtisadiyyatımızın hər sahəsində yer almasının az belə olduğu fikrindədir: “Bəzi ağzıgöyçəklər Türkiyə şirkətlərinin Qarabağda çalışmalarını tənqid edir, bunu başqa yerlərə yozurlar. Tender söhbəti-filan deyirlər. Guya şəffaflıq təmin edilmir bu şirkətlərin ihalə qazanmalarında. Yaxud bunu Ərdoğanın şəxsi maraqları çərçivəsində dəyərləndirirlər. Guya Ərdoğan minalanmış, viran edilmiş Qarabağ kəndlərindən pul qazanmaq istədiyi üçün şirkətləri bura göndərir. 80 milyonluq Türkiyədə pul qazanmaq mümkün deyilmi, o şirkətlər Azərbaycanın ən riskli bölgəsinə gəlib, çalışsınlar?! İki türk cümhuriyyəti arasındakı qlobal sürəci, yaxınlaşmanı, bütövləşməni, az qalsın, ”tək millət, tək dövlət" konsepsiyasına keçidi gözdən salmağa çalışmaq ölkə və millətlə düşmənlik etməyə bərabərdir".

Azər Ayxan deyib ki, Türkiyə Qarabağ savaşında Azərbaycana hər turlu dəstək verəndə tender və şəffaflıq aşiqləri haradaydılar? Baş redaktor deyib: “”Bayraktar" ermənilərin başına od ələyəndə, F-16-lar ölkəmizin səmasında uçub düşmənə gözdağı verəndə, türk hərbçiləri Bakıda, Şuşada “Mehter marşı”nın sədaları ilə addımlayanda kimsə demirdi ki, o silahlar hansı yolla gəlib Azərbaycana, o təyyarələrin nə işi var burada, o əsgərləri niyə çağırmışıq?! Əksinə, alqışlayırdıq, sevinirdik, qürurlanırdıq, özümüzü güclü hiss edirdik. İndi Türkiyə şirkətləri Qarabağda yol çəkilişində, kənd təsərrüfatı sahəsində, yataqların işlənməsində və sair projelərdə iştirak edəndə dərhal şəffaflıq damarınız qabarır?"

Azər Ayxan daha sonra bunları bildirib: “Ağdamda Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin təmsilçiliyini yada salaq. Bizi ruslarla baş-başa buraxmadı sayın Ərdoğan. Qarabağı gecə-gündüz gözətləyir Türkiyə Cümhuriyyəti və onun sayğıdəyər prezidenti. Göz bəbəyi kimi qoruyur bu yaralı torpaqları Türkiyə hərbçiləri”.

A.Ayxan qeyd edib ki, qardaş ölkənin hər sahədə varlığı ilk növbədə Azərbaycanın özünə lazımdır: “Türkiyə hər şeyi ilə Azərbaycanda olmalıdır! Dostlarımız qədər bizi sevməyən ölkələr də var. Türkiyə kimi qüdrətli dövlətin burada olmasının bizə böyük faydaları toxunur. Biz Türkiyədən çox şeylər öyrəndik. Ən yaxşı, vətənpərvər, işinin uzmanı olan zabitlərimiz Türkiyədə yetişdi. Ən yaxşı həkimlərimiz Türkiyə universitetlərinin məzunudur. Ən yaxşı mühəndislərimiz də, həmçinin, Türkiyədə oxuyub, öyrənib. Türkiyə mədəniyyətindən hərbinə, kənd təsərrüfatından bankçılığına kimi Azərbaycanda olmalıdır. Bu, təkcə siyasi baxımdan bizə sərfəli deyil, iqtisadi və digər maraqlar baxımından da lazımdır. Ərdoğanın Qarabağa hər səfəri bizi Türkiyə qədər böyüdür, gücləndirir. Düşmənlərimizi də bundan iki qat artıq zəiflədir, ümidsizləşdirir. Durumu bundan artıq daha necə ifadə etmək olar?!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru