TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                 

"Azərbaycan onları mütləq məhkəmələrə verməlidir" - deputat
Tarix: 22-10-2021, 08:38 | Çap et
"Azərbaycan onları mütləq məhkəmələrə verməlidir"
“Oxçuçay təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı deyib ki, bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək.

Dövlət başçısının da bildirdiyi kimi, hazırda işğaldan azad edilmiş ərazilərimizin əsas ekoloji problemlərindən biri Oxçuçayın çirkləndirilməsidir. Ən təhlükəli məqamlardan biri də budur ki, radioaktiv tullantılar çaylara axıdılır. Bütün bunlar isə beynəlxalq cinayətdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Həmin sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Oxçuçayda fəlakətli vəziyyət yaradan əsas cinayətkarlar Ermənistanda dağ-mədən şirkətləridir. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti də yaxından iştirak edib. Cəmiyyətimizin müxtəlif təbəqələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, o cümlədən media təşkilatları problemlə bağlı beynəlxalq qurumlara müraciət edib. Beynəlxalq qurumlar bu məsələdə həm Azərbaycana dəstək olmağa, həm də yaranış ekoloji fəlakətin nəticələrini aradan qaldırmağa can atmalıdırlar. Qeyd edək ki, ekoloji terror - konkret ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Ermənistan isə insan haqlarına riayət etmədiyi kimi beynəlxalq hüququn bu prinsiplərinə də əməl etmir.

Artıq Azərbaycanın dövlət qurumları məhz Oxçuçayla bağlı hərəkətə keçib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, nazirlik və digər aidiyyəti qurumlar Ermənistanın Oxçuçayı çirkləndirmə səviyyəsini azaltması ilə bağlı əməli işlərə başlayıb. Onun sözlərinə görə, çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir: “Çünki azad edilən ərazilərə qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir”.

O xatırladıb ki, Azərbaycanın Ermənistan ərazisindən keçib gələn 4 çayı var: “Bunlar Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayıdır. Araz çayı İran və Ermənistan ərazilərindən keçməklə gəlir. Bu çayların içərisində çirklənməsinə görə ən kritik vəziyyətdə olan Oxçuçaydır”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə bildirdi ki, Azərbaycan hökuməti bununla bağlı məhkəmələrə də müraciət hazırlayıb: “Xarici şirkətlərin də bu prosesdə iştirakını nəzərə alsaq, Azərbaycan onları bu ziyanı ödəmək üçün mütləq məhkəmələrə verməli və müvafirq qərarlar çıxarılmalıdır, onlar ədalət hökmünə cəlb edilməlidirlər. Biz artıq bir sıra beynəlxalq məhkəmələrə müraciətlər etmişik. Hazırda Haaqa məhkəməsində də proses gedir”.

Deputat hesab edir ki, biz Azərbaycanın təbiətinin bərpası ilə bağlı BMT-nin müvafiq qurumlarının iştirakını təmin eləmək üçün onları dəvət etməliyik: “Çünki əslində ”böyük qayıdış" layihəsinin ən əsas məqamları məhz təbiəti bərpa etməkdir. Bizim işimiz orada olan su mənbələrimizə, meşələrə çox ehtiyatla yanaşaraq, ümumiyyətlə, bütün yerli strukturları, təbiəti qoruyaraq məskunlaşma aparmaqdır. O cümlədən zamanla yeni enerji mənbələrindən istifadə olunmalıdır ki, Qarabağın təbiətini biz qoruya bilək. Ermənistandan bu istiqamətdə hansısa vəsaitləri tələb etmək, onu almaq çətin olacaq. Lakin ən azı beynəlxalq məhkəmələrə verib, onları ədalətli hökmə məhkum etməliyik".

Əlbəttə, məsələ təkcə Oxçuçayla bitmir. Ölkəmizin yerüstü su ehtiyatlarının təxminən 70 faizinin qonşu ölkələrdə və transsərhəd su axınları hesabına formalaşdığını, eyni zamanda transsərhəd çayların böyük bir hissəsinin Ermənistandan Azərbaycan ərazisinə axdığını nəzərə alsaq, Ermənistanın hələ də beynəlxalq Helsinki Konvensiyasına qoşulmaması böyük təəssüf hissi doğurur. Ermənistan bugünədək mövcud razılaşmaya qoşulmayıb konvensiyanı ratifikasiya etməkdən boyun qaçıraraq, onun bütün prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda Helsinki Konvensiyasının əhalinin sağlamlığının qorunması, su ehtiyatlarının daha yaxşı idarə edilməsi və çirkləndirilməsinin azaldılması prinsiplərini özündə əks etdirən “Su və sağlamlıq haqqında” Protokolu Ermənistan hökuməti tərəfindən 1999-cu ildə imzalansa da, bu günədək hələ də qüvvəyə minməyib. Azərbaycan su mənbələrinin ekoloji təmizliyini qorumaq üçün Ermənistanla münasibətlərin qaydaya salınması fonunda bu məsələləri də gündəmə gətirməli və məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Dünən, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Dünən, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Dünən, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Dünən, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Dünən, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Dünən, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Dünən, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Dünən, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Dünən, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Dünən, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru