Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır .....                     Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ .....                     "Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                 

Müstəqilliyimizin bərpasına səs verməyənlər, yəqin ki, peşman olublar... - Ayaz Mütəllibov
Tarix: 19-10-2021, 08:44 | Çap et
Müstəqilliyimizin bərpasına səs verməyənlər, yəqin ki, peşman olublar...
30 il öncə Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası barədə Konstitusiya Aktına imza atmış birinci Prezidenti Ayaz Mütəllibov hafta.az-a müsahibəsində o tarixi gün ərəfəsində Azərbaycanın daxilində və xaricində baş verən proseslər, cəmi il yarım öncə Bakıda sovet-rus imperiyasına qarşı ölüm-dirim savaşına qalxmış xalqımızın üzərinə azğınlaşmış əsgərlərini və tanklarını yeridən qaniçən Mixail Qorbaçovun respublika rəhbərliyinin bu qərarına münasibətindən və s. bəhs edib.

-Ayaz müəllim, Müstəqillik haqda Konstitusiya aktı qəbul olunmamışdan öncə - hələ 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqda Bəyannamə qəbul olundu. O günlər yaddaşınızda necə qalıb?

-Təəssüf ki, o mötəbər günlərin xatirəsi detallı şəkildə yadımda qalmayıb. Çox ziddiyyətli dövr idi. Moskvada məlum “QKÇP” olayları yenicə baş vermişdi. Çox mürəkkəb bir vəziyyət yaranmışdı. Avqust olaylarının gedişində məlum oldu ki, bu proseslərdən ancaq Yeltsinin timsalında Rusiya Federasiyası bəhrələndi. Şəxsən mən özüm o zaman dövlət işləri ilə əlaqədar Bakıda deyildim. Baş verənləri götür-qoy etdim. Gördüm ki, Moskvanın timsalında güc mərkəzi zəifləyib. Yeltsinlə Qorbaçov arasında güclü nüfuz, demək olar ki, hakimiyyət mübarizəsi gedir. Artıq Yeltsin federasiya prezidenti kimi qüvvəyə minib. Hər şeyi öz tərəfinə çəkməyə çalışır. Sonra mən Moskvaya getdim. Moskvada müttəfiq respublika başçılarının Qorbaçovla görüşü keçirildi…

Qorbaçovla görüşlərdən sonra burada müttəfiq respublikalara, o cümlədən Azərbaycana da qarşı hansısa təxribatların olacağına inandım. Elə vəziyyət yaratmışdılar ki, ittifaqın paytaxtı olan Moskva indi federasiyanın mərkəzi idi və onların düşüncəsinə görə biz də Rusiya Federasiyasının tərkib hissəsi olmalıydıq. Düşündükləri bu idi. Amma biz də bununla heç razılaşmırdıq. Razı da olmadıq. Həmçinin ortada artıq tərəflər arasında açıq hərbi qarşıdurmalara aparan Qarabağ məsələsi də var idi. Ona görə də Moskvadan qayıdandan dərhal sonra ətrafımdakı etibarlı adamlara tapşırıqlar verdim. Konkret olaraq Ali Sovetin sədri rəhmətlik Elmira Qafarovaya məsləhət gördüm ki, yavaş-yavaş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı hazırlansın. İlk addım olaraq parlamentdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamənin səsverməyə çıxarılmasını tövsiyə etdim. Və həmin Bəyannamə 30 avqust 1991-ci ildə səsə qoyulan № 179-XII nömrəli qərarla qəbul edildi. Bundan sonra Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı hazırlandı və nəhayət, 1991-ci il oktyabrın 18-də qəbul olundu…

-Bəs həmin il sentyabrın 8-də Azərbaycandakı ilk Prezident seçkilərinin keçirilməsi qərarı necə verildi? Səhv etmiriksə, sizin həmin vaxt respublika başçısı kimi tutduğunuz vəzifə elə “Prezident” adlanırdı?

-Bəli, elədir… 1991-ci ildə mənim qərarımla ölkədə Prezident seçkiləri təyin olundu. Bu, Azərbaycanın müstəqilliyinin bərpası bəyan edildikdən ( 30 avqust 1991-ci il) sonra ilk ümumxalq Prezident seçkiləri idi. Həmin seçkilər 1991-ci il sentyabrın 8-də - Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamənin qəbul edilməsindən 10 gün sonra baş tutdu. Buna qədər 1991-ci ilin mayında Azərbaycan SSR-də Prezident parlament, yəni Ali Sovet tərəfindən seçilmişdi. O zaman müxalif qüvvə olan Xalq Cəbhəsi isə həmişə deyirdi ki, guya Prezident, yəni mənim tutduğum vəzifə qeyri-legitimdir, ona görə ki, parlament onu Azərbaycanda kommunist partiyası hakimiyyətdə olanda seçib. O zaman qərara gəldim ki, növbədənkənar Prezident seçkilərinə gedək və bununla da sübut edək ki, biz belə seçkilər keçirmiş müttəfiq respublikaların heç birindən geridə qalmırıq…

-Bu qərarınıza o vaxtkı müxalifət necə reaksiya verdi?

-Buna cavab olaraq müxalifət öz etirazını seçkilərin boykot olunmasıyla ifadə etdi. Bununla AXC özü üçün yenə də seçkilərdə seçiləcək Prezidentin guya “qeyri-legitim” olacağını elan etmək “haqqı”nı saxladı. Buna rəğmən biz elə etdik ki, ölkədəki bütün siyasi qüvvələr və xüsusən Xalq Cəhbəsi üçün seçkilərdə iştirak etmək və öz namizədini irəli sürmək şansı yaransın. Ancaq AXC boykot haqda qərar verdikdən sonra biz müşahidələrimizdən belə qərara gəldik ki, onların prezidentlik üçün layiqli namizədləri yoxdur…

İstisna olaraq Sosial-Demokrat partiyası əvvəlcə seçkilərə getmək haqda qərar verdi və Zərdüşt Əlizadənin namizədliyini irəli sürdü. Lakin seçkilərə az qalmış o, öz namizədliyini geri götürdü. Beləliklə, mən seçkilərə alternativsiz getməli oldum. Və nəticələr gözlənilən oldu. Mən səslərin böyük əksəriyyətini topladım. Bu minvalla 30 il öncə biz dünya ictimaiyyətinə sübut etdik ki, hakimiyyətin demokratik prinsiplərlə formalaşmasının tərəfdarıyıq…

-Səhv etmiriksə, AXC-nin həmin seçkilərdə o vaxt Ali Sovetin sədr müavini olan Tamerlan Qarayevin də namizədliyini irəli sürmək təşəbbüsü olub?

-Xeyr. Bu, mənim yadımda deyil. Xalq Cəbhəsi əsasən Əbülfəz Elçibəyin namizədliyi üzərində dayanırdı. Lakin seçkiləri boykot qərarı verildikdən sonra, təbii ki, onun da namizədliyi irəli sürülmədi...

-Nəhayət, 1991-ci il oktyabrın 18-də o tarixi və məsuliyyətli qərarı necə verdiniz?

-1991-ci ilin 30 avqustunda olduğu kimi, mən SSRİ-nin hələ dağılmadığı, Qarabağda hərbi qarşıdurmanın alovlandığı mürəkkəb bir dövrdə dövlət başçısı olaraq Ali Sovetin rəhbəri mərhum Elmira Qafarovaya göstəriş verməyə məcbur oldum ki, parlamenti toplayaraq Azərbaycanın Müstəqilliyinin Bərpası haqda Konstitusiya Aktının səsverməyə qoyulmasını təmin etsin. Və deputatların böyük əksəriyyəti buna səs verdi...

-Köhnə kommunist fəallardan kimlərsə sizi Azərbaycanın dövlət müstəqilliyinin elan olunması qərarından çəkindirməyə çalışmadı ki? Kimsə söyləmədi ki, bu addımımız Moskvanın xoşuna gəlməz? Və s.

-Xeyr. Belə bir şey yadımda deyil. Ümumiyyətlə, ölkə daxilində bu təşəbbüsümüzə qarşı heç bir ciddi narazılıq olmadı. Çünki Azərbaycanın azadlıq və müstəqilliyinə nail olmaq xalqımızın çoxdankı arzusu idi. Və bunu artıq həyata keçirmək o vaxtkı rəhbərlik kimi bizim tərəfimizdən qəti və tamamilə düşünülmüş addım oldu. Düzdü, çox az sayda ayrı-ayrı şəxslər məsələyə başqa mövqedən baxırdı. Azərbaycanın bizim bu təşəbbüsümüzü, eləcə də müstəlliyinin bərpası haqda sənədi dəstəkləməyənlər, yəni parlamentdə buna səs verməyənlər də oldu. Halbuki, cəmi bir neçə il sonra məhz belələri dövlət müstəqilliyinin bərpasının siyasi və maddi bəhrələrinə sahib oldular. Yəni vəzifələrə, rütbələrə və s. yiyələndilər. Bu baxımdan yəqin ki, müstəqilliyimizin bərpasına az sayda səs verməyənlər də sonradan peşman olublar...

Bir sözlə, bütövlükdə məsələ heç bir eksses, gərginlik olmadan həllini tapdı. Mən şəxsən hansısa ciddi bir etiraz hiss etmədim. Çünki dediyim kimi, nəinki siyasi dairələrdə, bütövlükdə Azərbaycan xalqında müstəqilliyin bərpa olunması istiqamətində fikir, ideya birliyi, böyük ruh yüksəkliyi vardı...

-Sizin yaxın silahdaşlarınız, rəhbər məmurlar, o cümlədən rəhmətliklər Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov Müstəqilliyin Bərpasına necə baxırdılar?

-Dövlət rəhbərliyindəki məmurların əksəriyyəti, o cümlədən cəmi 1 ay sonra vertolyot qəzasında şəhid olmuş əsas komanda üzvləri: Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov və digərləri də bu məsələdə birmənalı olaraq xalqın və mənim yanımda idilər...

Və bu günədək xalqımız həmin mürəkkəb dövrdə bəzən öz həyatları bahasına müstəqilliyimizin bərpasına yol açmış siyasətçilərə böyük hörmətlə yanaşır. Həyat göstərdi ki, biz o dövrdə haqlı olmuşuq və doğru addım atmışıq. Və əksəriyyət buna şübhə etmirdi və indi də etmir...

-Müstəqilliyimizin Bərpası haqda o mötəbər sənədin qəbul olunması ərəfəsində o zaman hələ tam çökməmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan rəhbərliyinə hansısa formada təzyiq edilmədi ki?

-Açığını deyim ki, 18 Oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası haqda Konstitusiya Aktının Ali Sovetdə qəbul edilməsi ərəfəsində Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki SSRİ-nin o vaxtkı və sonuncu lideri Mixail Qorbaçov artıq müstəqillik yolunu tutan keçmiş müttəfiq respublikalara təzyiq göstərmək iqtidarında deyildi. Ona görə ki o, həmin dövrdə İttifaq dövlətində mövcud olan qeyri-müəyyənlik və xaos girdabında çabalayırdı... Sovet İttifaqı rəhbərliyində hər şey, bütün daxili problemlər, xarici təzyiqlər bir-birinə qarışmışdı. Digər tərəfdən, mərkəzi hakimiyyət uğrunda SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsin arasında dərin ziddiyyət və qalmaqallar başlamışdı. Və bütün bunlardan baş çıxarmaq üçün dəqiq və xətasız rəhbərlik etmək lazım idi. Amma Moskvada belə bir rəhbər yox idi... Yerlərdə də mövcud vəziyyətdən düzgün nəticələr çıxarıb qəti qərarlar vermək gərək idi. Və bütün çətinliklərə rəğmən biz Azərbaycan rəhbərliyi olaraq belə bir qərar verdik və Müstəqilliyimizin Bərpasını bəyan etdik...

Bir daha təkrar edirəm ki, xaricdən, o cümlədən Moskvadan bizə heç bir təzyiq, yaxud göstəriş olmadı. Biz Azərbaycanda özümüz müstəqil olmaq qərarını verdik, özümüz də bunu bəyan etdik. Və heç kəs bu işdə bizə maneə yaratmadı. Nəticədə bütün məsuliyyəti üzərimizə götürərək xalqımızın 70 ildən çox xəyal etdiyi arzusunu həyata keçirdik və gerçəkləşdirdik...

Bütün bunlarla belə, o hadisələri yaşayanlar, eyni zamanda o illərin tarixini yaxşı bilənlər gözəl anlayar ki, hələ Sovet İttifaqının mövcud olduğu, eyni zamanda Qarabağda artıq hərbi qarşıdurmaların, xalqımıza qarşı soyqırımının alovlandığı, daxildə hakimiyyət uğrunda mübarizə aparan qrupların fəallaşdığı o çox mürəkkəb və ziddiyyətli bir dövrdə Kremlin imperiya ambisiyalarının əleyhinə addım atmaq nə qədər böyük məsuliyyət və fədakarlıq tələb edirdi. Odur ki, Müstəqilliyin Bərpası haqda qərarın verilməsinə aparan yolda illərlə əziyyət çəkmiş, bəzən həyatları bahasına fədakarlıq göstərmiş siyasi lider və ayrı-ayrı siyasətçilərin zəhmətini unutmaq olmaz...

- Ayaz müəllim, siz özünüz 30 il sonra bilavasitə baş iştirakçısı olduğunuz bu mötəbər hadisəni necə dəyərləndirirsiz?

-18 oktyabr 1991-ci ildə qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına uyğun olaraq Azərbaycanın öz müstəqilliyini bərpa etməsi çoxminillik tariximiz boyu ən həlledici addımlarımızdan biri oldu. Bu addım o zaman Azərbaycanı sevənlər tərəfindən ruh yüksəkliyi ilə, sevməyənlər tərəfindən isə ciddi narahatlıqla qarşılandı...

Ölkəmiz ətrafında 1990-cı illərin əvvəlində baş verən mürəkkəb geo-siyasi proseslər, o cümlədən Qarabağdakı hadisələr fonunda müstəqilliyimizin elan edilməsi müasir Azərbaycanın tarixində yeni səhifə başlatdı və həmin addımın atılmasına şərait yaradanların tarixi-siyasi nöqteyi nəzərdən də qətiyyətliliyini təsdiqlədi. Və Azərbaycanın bugünkü dövlətçiliyinin durumu da tariximizin o zamankı mürəkkəb dövründə ayıqlıq nümayiş etdirmiş xalqımızın müdrikliyini sübut edir. Ötən onilliklərin bütün keşməkeşləri bizim 30 il öncə - 18 oktyabr 1991-ci ildə doğru addım atdığımızı və Azərbaycanın gələcəyi üçün böyük və geniş bir yol açdığımızı göstərir. Və heç kəsin Azərbaycanın tam mənada müstəqil dövlət olmağı haqq etməsindən şübhəsi yoxdur…

O vaxtkı dövlət başçısı kimi mənə gəldikdə, müstəqilliyin elan edilməsi haqda qərarları verərkən Azərbaycan xalqının bizim təşəbbüslərimizi dəstəkləyəcəyinə və öz həyatları bahasına ölkəmizin bərpa olunmuş müstəqilliyini elan edən və mərhələ-mərhələ möhkəmlədən siyasi liderlərin arxasında duracağına bir an da belə şübhə etmirdim… Və bununla fəxr etmək olar...

-Yeri gəlmişkən, Azərbaycan dövlətinin 18 Oktyabrın bundan sonra Müstəqilliyimizin Bərpası günü adlanması qərarına necə baxırsınız?

-Deyim ki, məntiqli və təqdirəlayiq addımdır… İnanıram ki, gələcək də bizimlədir və bir xalq və dövlət olaraq qarşımızda duran bugünkü çətinlikləri də dəf edəcəyimizə heç bir şübhə yoxdur. Xüsusən torpaqlarımızın azadlığı uğrunda II Qarabağ müharibəsini təşkil etmiş və onu qələbə ilə nəticələndirmiş siyasi rəhbərliyin xidmətlərini vurğulamaq istərdim. Bundan sonra da düşmən güclər qarşısında belə qətiyyətli və iradəli mövqe tutulması arzusuyla xalqımızı və dövlət rəhbərliyini öncədən Dövlət Müstəqilliyimizin Bərpasının 30 illiyi münasibətilə təbrik edir, həyatımızın bütün sahələrindəki, xüsusən Qarabağda, Zəngəzurda – işğaldan azad edilmiş quruculuq və məskunlaşma işlərində yeni-yeni uğurlar diləyir, müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşına daim rifah və şadlıq dolu xoşbəxt həyat arzulayıram...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Bu gün, 19:43
Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Bu gün, 19:40
"Gündə bir adam axtarım?"
Bu gün, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Bu gün, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru