Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                 

Həmkarları Tahir Kərimliyə haqq qazandırır - yerlərdə vəzifəlilər əhalini narazı salırlar
Tarix: 14-10-2021, 08:18 | Çap et
Həmkarları Tahir Kərimliyə haqq qazandırır
Parlamentin son iclasında millət vəkili Tahir Kərimli nazirlərin və məmurların müraciətlərə cavab verməməsindən şikayətlənib. Deputat bildirib ki, seçicinin hansısa problemi ilə bağlı nə Səhiyyə, nə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxlaya bilir. Parlament üzvü məmurların deputatları saymadığını söyləyib: “Səhiyyədən danışırıq, səhiyyə naziri cavab vermir. Prezident sizi vəzifəyə qoyub ki, işləyin, üzərinizə düşəni edin, islahatlar keçirin! Nə vaxta kimi xalqdan qaçacaqsınız?!

Camaata deməyə sözümüz yoxdur”. T.Kərimli büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələrinin biganəliyindən də gileylənib. Vurğulayıb ki, dövlət qurumlarının təmsilçiləri deputatların çıxışına çox etinasız yanaşırlar: “Qarşıdan büdcə müzakirələri gəlir. Hökumət üzvləri yenə Milli Məclisə gələcək, məruzə edəcək, ora-bura baxacaqlar və çıxıb gedəcəklər”. Xatırladaq ki, Tahir Kərimlinin gündəmə gətirdiyi problem mütəmadi olaraq digər həmkarları tərəfindən səsləndirilir. Plenar iclaslarda çıxış edən millət vəkilləri dövlət orqanlarına ünvanladıqları suallara standart cavab verildiyini, problemin isə həll edilmədiyini vurğulayırlar.

Millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında həmkarı Tahir Kərimlinin emosional çıxış etdiyini söyləsə də, haqsız olmadığını bildirib. Parlament üzvü qeyd edib ki, əksər deputatın məqsədi öz seçicilərinin problemlərinin həllinə nail olmaqdır:

“Millət vəkilləri məhz bu məqsədlə hansısa dövlət qurumuna, nazirə, məmura müraciət edir. Əhalidən daxil olan şikayətləri, problemləri müvafiq orqanların diqqətinə çatdırırıq. Bəzən məktub yazır, bəzən isə telefonla xahiş edirik ki, vətəndaşın problemi həll olunsun. Mən Yeni Azərbaycan Partiyasının təmsilçisiyəm, iqtidar partiyasının nümayəndəsiyəm. Bu gün yüksək vəzifədə olanların hamısını Prezident İlham Əliyev təyin edib. Dövlət başçısı eyni zamanda YAP-ın sədridir. Ölkə rəhbəri nazirləri, məmurları vəzifəyə təyin edəndə onlara ciddi tövsiyələr verir, xalqın qulluğunda durmağı tapşırır. Vurğulayır ki, o, özünü xalqın xidmətçisi hesab etdiyi kimi təyin etdiyi bütün məmurlar da eyni yolu getməlidir. Vətəndaşların problemlərinə laqeyd yanaşmamalı, yerlərdə narazılıq yaratmamalıdırlar. Müxtəlif bölgələri, minlərlə seçiciləri təmsil edirik. İnsanların problemləri kifayət qədər çoxdur. Yol, işıq, su, qaz, səhiyyə, təhsil, əhalinin dolanışığı, pensiya, sosial müavinət və s. çətinliklərlə bağlı seçicilərdən yüzlərlə şikayət məktubu alırıq. Bunları hökumət üzvlərinin nəzərinə çatdırır, tədbir görülməsi üçün çağırış edirik. Tahir Kərimli də bunu istəyir. Əgər yerlərdə xırda məmurlar vətəndaşların problemlərini həll etsələr, narazılıq böyüməz, mərkəzə çatmaz. Bu gün Prezidentin, Birinci Vitse-prezidentin, Baş nazirin, Milli Məclis Sədrinin ünvanına ona görə çoxsaylı müraciətlərin daxil olmasının səbəbi onların yerlərdə həll olunmamasıdır”.

E.Məmmədov bildirib ki, müraciətlərə müsbət cavab verən məmurlarla yanaşı, problemlərə göz yumanlar da var:

“Parlamentdə Şuşa, Xocalı və Xocavəndi təmsil edirəm. 15 minə qədər də Ağdam rayonundan seçicim var. Ümumən, 45 min insan mənə səs verib. Bu da uşaqlı-böyüklü problemli kateqoriyaya aid 100 min məcburi köçkün deməkdir. Onlar bizə, biz də müvafiq qurumlara müraciət edirik. Deməzdim ki, bütün müraciətlərimiz cavabsız qalır, hamısına laqeyd yanaşılır. Elə söyləsək, ədalətsizlik etmiş olarıq. Məsuliyyətli nazirlər, komitə rəhbərləri, icra başçıları çoxdur. Həllini tapan problemlərimiz də saysız-hesabsızdır. Təbii ki, hələ də həllini tapmayanlar var. Başa düşürük, elə məsələlər var ki, həqiqətən həlli çətindir, bəzi dövlət qurumlarını qınamıram. Lakin müraciətlərimizə şablon cavablar verənlər az deyil. Məsələn, bir sıra ali təhsil müəssisəsinə müraciət edirik ki, məcburi köçkün gəncin təhsil haqqına güzəşt edilsin. Bəzi üzdəniraq rektorlarımızın adından hazır, şablon cavab gəlir ki, “maliyyə sahəsində problemlər olduğuna görə bunu etmək imkan xaricindədir”. Bu artıq “başdaneləmə”dir. Yaxud bir neçə qazimizin işlə təmin olunması haqqında komitələrə məktub göndərirəm. Cavabında “qəbul dövlət proqramı əsasında olduğu üçün həmin şəxs dövlət qulluğuna imtahan verməlidir” deyilir. Mən də bildirirəm ki, qazilərimiz canını Vətən uğrunda qurban verməyə gedərkən, qəhrəmanlıq göstərərkən öz imtahanlarını veriblər. Əfsuslar olsun ki, belə arzuolunmaz mənzərələrə də rast gəlirik”.

Digər millət vəkili Razi Nurullayev də “Şərq”ə açıqlamasında bəyan edib ki, bütün müraciətlərin kütləvi olaraq cavabsız qaldığını demək olmaz. Deputatın qənaətincə, məmurlar bütün millət vəkillərinə etinasız yanaşmır:

“Ayrı-ayrı məmurların münasibətləri də fərqli olur. Ya da ola bilər ki, deputatlar arasında fərq qoyurlar. Millət vəkilinin səlahiyyəti və sözünü deməsi üçün tribuna var. Sualı cavabsız qalan deputat konkret ad çəkməklə özünə qarşı hörmətsizlik edən məmuru məsuliyyətli olmağa səsləyə bilər. Nəzərə alaq ki, tənqidi çıxışlardan sonra adıçəkilən qurumlara və ya məmurlara cəmiyyətin baxışı da dəyişir. Hətta ölkə rəhbərliyində də həmin məmurlara qarşı münasibət dəyişmiş olur. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, əksər məmurlar deputatlarla qarşıdurmaya getməməyə çalışır. Amma elə məsələlər var ki, məsələn, pensiyaların və sosial müavinətlərin kəsilməsi, işlə təmin olunmaq və s. mövzularda deputatlar problemlə üzləşirlər. Müraciətlərimizə imtina cavabı gəlir. Anlayırıq ki, bütün tələblərə müsbət cavab verilməsi mümkün deyil. Yəni Tahir müəllimin qaldırdığı problem bəzi hallarda kəskin formada qarşımıza çıxır”.

Parlament üzvü qeyd edib ki, bəzən məsələ qaldırılsa da, problem həll edilmir:

“Nazirlər, komitə rəhbərləri bizi çox qəşəng dinləyir, xoş münasibət göstərirlər, amma sonda nəticə olmur. Şablon cavablarla kifayətlənirlər ki, “hələlik imkan yoxdur, sonra müraciət edin”. Bizim üçün isə konkret nəticə lazımdır. Çünki deputat seçici ilə işləyir. Seçici birbaşa deputata müraciət edir və bizi hədəf alır. Hətta bəzən kobud şəkildə deputatın üzərinə gəlirlər. Deputatları başa düşmək lazımdır. Seçicinin problemi həll olunmayanda növbəti seçki kampaniyasında deputatı daşa basır, fəaliyyətsizlikdə ittiham edir. Ona görə də deputatlar həyəcan təbili çalırlar. Millət vəkilləri məmurlarla vətəndaş arasında təhlükəsizlik buferi, körpü rolunu oynayır. Bu körpünü dağıtmaq lazım deyil. Bəzən məmurlar bu körpüdən keçmək istəmir”.

R.Nurullayev həmkarı T.Kərimlinin büdcə müzakirələri ilə bağlı iradına da münasibət bildirib:

“Keçən il büdcə müzakirələrində bütün deputatalara çıxış üçün imkan yaradıldı. Sözü olan millət vəkillərinin hamısı danışdı. Parlament sədri builki müzakirələrdə də hər kəsə şərait yaradılacağını vurğulayıb. Büdcə müzakirələri geniş çərçivədə aparılmalı, deputatlara sual vermək imkanı yaradılmalıdır. Ümid edirik, bununla bağlı problem yaşamayacağıq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Bu gün, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Bu gün, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Bu gün, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Bu gün, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Bu gün, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru