"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                 

“Mif yaranmışdı ki, bu QHT-lər inqilabi situasiya yarada bilər”
Tarix: 6-10-2021, 08:57 | Çap et
 “Mif yaranmışdı ki, bu QHT-lər inqilabi situasiya yarada bilər”
Bir neçə il əvvəl Azərbaycanda fəaliyyətini dayandıran beynəlxalq təşkilatların ofislərinin, fondların yenidən işini bərpa etməsi gündəmə gəlib. Bu fondların profili insan azadlıqlarının müdafiəsi idi və yerli siyasi təşkilatlara, QHT-lərə maliyyə ayırırdılar. Xüsusən Nauman Fondu, Milli Demokratiya İnstitutu, Alman Marşal Fondu, Beynəlxalq İnkişaf Agentliyi, Demokratiyaya Dəstək Fondu, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (Soros), Demokratiyanı Milli Himayə Fondu (NED) və s. aktiv idilər.

Lakin onların ayağının Azərbaycandan kəsilməsi prosesi getdi, hətta bəziləri hakimiyyət çevrilişinə gizli maliyyə dəstəyi verməkdə belə ittiham olundu, habelə ölkədə QHT-lərin fəaliyyəti məhdudlaşdırıldı, həm praktik, həm qanunvericilik müstəvisində...

“Yeni Müsavat” xəbər verir ki, indi beynəlxalq fondların yenidən Azərbaycanda fəaliyyətini bərpa etməsi müzakirə edilir. Almaniya səfiri Volfqanq Maniq “Turan”a deyib ki, Fridrix Nauman kimi fondları hökumət müvafiq fəaliyyətləri üçün maliyyələşdirir. “Bunlar sahibkarlarla əməkdaşlar arasında məhsuldar qarşılıqlı fəaliyyət üçün sağlam mühitin yaradılması və dəstəklənməsi; iqlimin və təmiz ətraf mühitin mühafizəsi barədə məlumatlılığın artırılması; administrasiyanın və parlamentarilərin kvalifikasiyasının artırılmasıdır.

Fondlar yerli tərəfdaşlarla - hökumətlər, parlamentlər, KİV, biznes assosiasiyaları, həmkarlar ittifaqları və s. ilə əməkdaşlıq edirlər. Xarici İşlər Nazirliyi və Almaniya səfirliyi ev sahibi olan ölkənin qanunvericiliyinin pozulmaması üçün mümkün nəticələri qiymətləndirirlər. Odur ki, ümidvaram ki, Azərbaycan hökuməti Almaniya siyasi fondlarının qayıtmasına razılıq verəcək və fəaliyyət üçün onlara lazımi məkanı ayıracaq. Bu, əlbəttə ki, “beşinci kolon” deyil", - səfir bildirib.

Lakin sirr deyil ki, alman fondları Azərbaycanda ənənəvi olaraq müxalifətlə ciddi əlaqələrə malik olublar. Mətbuatda bəzi müxalifət partiyaların maliyyələşməsində Fridrix Nauman Fondunun xüsusi rolu barədə dəfələrlə materiallar dərc olunub. Bu fond Azərbaycandakı radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparıb. Qeyd edilməlidir ki, Almaniya fondlarının xaricdə keçirdiyi tədbirlərə əsasən, müxalifət nümayəndələri və hakimiyyətə qarşı mənfi mövqeyi olan QHT-lər və mətbuat nümayəndələri dəvət olunurdular. Beləliklə, alman fondlarının Azərbaycanda fəaliyyətinin təhlili onu deməyə əsas verirdi ki, bu qurumlar müxalifətin maliyyələşdirilməsi, müxtəlif tədbirlər və kampaniyalar vasitəsilə beynəlxalq aləmdə Azərbaycanla bağlı neqativ rəyin formalaşdırılmasında fəal rol oynayıblar. Həmçinin Almaniyanın aparıcı KİV-lərində Azərbaycana qarşı materialların verilməsi də sirr deyildi.

İndi isə mənzərə dəyişir. Son aylar “QHT-lər haqqında” Qanuna dəyişiklik ediləcəyi gözlənilir. Bu dəyişiklik QHT-lərin fəaliyyətindəki məhdudiyyətləri aradan qaldırmaqla yanaşı, xarici fondların qayıdışını da şərtləndirə bilər. Bəs QHT sədrləri, partiya rəhbərləri necə düşünür?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətinin xarici fondlarla bağlı mövqeyi onların fəaliyyətinə əsasən formalaşıb: “Bəziləri siyasi, bəziləri sosial-iqtisadi istiqamətdə fəaliyyət göstərirdilər. Mənim təmsil olunduğum fondlarda demokratiya, insan hüquqları, qadınların səlahiyyətlərinin artırılması, icma inkişafı və s. layihələr həyata keçirilirdi. Əlbəttə ki, ideal şəraitdə istiqamətindən asılı olmayaraq, Azərbaycanda və digər ölkələrdə onlar rahat fəaliyyət göstərməlidirlər. Amma indiki qanunvericilik imkan vermir ki, onlar ölkəmizdə fəaliyyət aparsınlar. Çünki xarici fondların qeydiyyat proseduru nəzərə tutulsa da, olduqca çox çətin prosesdir”.

G.Səfərova hesab edir ki, xüsusən postmüharibə dövründə bu fondların qayıtması zəruridir: “Təbii ki, onların Azərbaycanda işini bərpa etməsini arzulayıram. Çünki Qarabağ məsələsində, geosiyasi vəziyyətdə kifayət qədər haqlı mövqeyimiz var, Azərbaycan artıq Qafqaz kontekstindən çıxdığı üçün indi diktə edən tərəfə çevrilmişik. Əvvəllər Avropa ölkələri bizə bərabərhüquqlu tərəfdaş kimi baxmırdı, indi situasiya dəyişib. Ona görə insan haqları, gələcəkdə birgəyaşayış, Qarabağda inkişaf layihələrinin həyata keçirilməsi baxımdan bu fondların qayıdışı olar. Amma soruşsanız, bu sahədə uzun müddət olan biri kimi həmin beynəlxalq fondlardan Azərbaycana münasibətdə qərəz görmüsünüzmü, əlbəttə, qərəz görmüşəm. O fondlarla hökumətin seçici davranmasına haqq verirəm, amma tam seçici davranmasına haqq vermirəm”.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qəzetimizə söylədi ki, 2014-cü ildə QHT-lərlə bağlı qanuna ard-arda edilmiş dəyişiklikər sivil toplumun fəaliyyətinə mənfi təsir etdi. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti əslində hökumətin pulsuz konsaltinqləridir, məsləhət xidməti göstərirlər, bu imkandan yararlanmaq lazımdır: “Yəni belə bir institusional yanaşma olmalıdır. Bundan əlavə, təsəvvür edin, 2012-dək ölkədə 20 mindən çox insan məhz bu fondlar sayəsində iş tapmışdı, maaşlar yüksək idi, bu təşkilatlarda Azərbaycan vətəndaşları çalışırdılar. Sadəcə, mif yarandı ki, bu QHT-lər inqilabi situasiya yarada bilər. Amma istər Gürcüstan, istər Ukrayna olsun, o nümunələrdə QHT-lərin rolu aşağı olmuşdu, sadəcə, bu ölkələrdə elitalar parçalanmışdı. Məsələn, Saakaşvili Şeverdnadze hakimiyyətində ədliyyə naziri olub, Kuçma yüksək vəzifə tutub. Ona görə bu mifləri kənara qoyub Azərbaycanın inkişafı üçün beynəlxalq donorların ölkəmizdə fəaliyyətini bərpa etmək lazımdır”.

N.Cəfərli bildirdi ki, partiya olaraq təkliflər hazırlanıb və təqdim olunub: “Çox yaxşı haldır ki, parlamentin payız sessiyasında qanuna dəyişiklik müzakirə ediləcək. Bu fondlar sülh quruculuğunda da mühüm rol oynaya bilər. Xüsusən Fridrix Nauman hökumətlə ən çox işləyən fondlardan biri olub. Ümumiyyətlə, son 30 ildə qrant şəklində daxil olan vəsaitlərin böyük hissəsi hökumət layihələrinə yönəlib. Hətta Avropa Birliyi Azərbaycanın dövlət büdcəsində kəsirin bərpası üçün maliyyə təklif etmişdi. Bunun nəyi pisdir, niyə hökumət bundan istifadə edə bilir, QHT-lər yox? Yəni yanaşma dəyişməlidir. Üstəlik, həmin fondların fəaliyyəti bərpa olsa, bölgələrdə də iş yerləri açılacaq. Mənim ehtimalıma və olan məlumata görə, xarici fondlar hökumətin təklifləri ilə razıdırlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru