Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

“Məmurların fəaliyyətinə ciddi ictimai nəzarət olmalıdır ki, vəzifələrinə vicdanla yanaşsınlar” - deputat
Tarix: 8-04-2021, 08:57 | Çap et
“Məmurların fəaliyyətinə ciddi ictimai nəzarət olmalıdır ki, vəzifələrinə vicdanla yanaşsınlar”
DİA.AZ Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsini təqdim edir:

- Bir neçə gün öncə, Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağda olub, Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. Mətbuat yazır ki, Bulqakov belə şəhərciyin Şuşada da açılması ilə bağlı ifadə işlədib. Buna münasibətiniz necədir?

- Rusiya Müdafiə nazirinin müavininin Xankəndiyə səfəri anlaşılandır. Orada Rusiyanın sülhməramlı kontingenti fəaliyyət göstərir. Sülhməramlılar üçün şəraitin yaradılması da başadüşüləndir. Amma hesab edirəm ki, Rusiya dövləti sülhməramlıların fəaliyyəti ilə bağlı bütün addımları Azərbaycan hökuməti ilə razılaşdırmalıdır. Sülhməramlılar 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda nəzərdə tutulan məsələlərlə məşğul olmalıdır. Onların bəyanatda nəzərdə tutulmayan addımlar atması Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıq yaradır. Sosial obyektlərin tikintisi, erməni əhali arasında qeyri-qanuni təbliğat apararaq onların müəyyən vasitələrlə Qarabağa məskunlaşdırılması sülhməramlı missiyası ilə daban-dabana ziddir. Sülhməramlı münaqişə edən tərəflər arasında neytral mövqe sərgiləməlidir. Təəssüflər olsun ki, sülhməramlıların separatçıları dəstəkləyən addımlar atması Rusiya və Azərbaycan arasındakı strateji əməkdaşlıq münasibətlərinə zərər yetirir. Şuşada şəhərciyin salınması ilə bağlı açıqlamaya rast gəlməmişəm. Əgər belə açıqlama verilibsə, yanlışdır. Şuşada belə şəhərciyin tikilməsi qətiyyən yolverilməzdir, Azərbaycan xalqı bununla barışmaz.

- Bulqakov Xankəndiyə gəlmək üçün Azərbaycandan icazə almalı deyildimi?

- Bayaq qeyd etdim, ərazidə sülhməramlı qüvvələr varsa, Müdafiə nazirinin gəlməsi normaldır. Burada sensasiya axtarmağa ehtiyac yoxdur. Sülhməramlılar öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidirlər, barışa yönəlik addımlar atmalıdırlar.

- Fransalı deputatlar da Xankəndiyə səfər etmək istəyirlər…

- Bunların qarşısı kəskin şəkildə alınmalıdır. Xankəndidə Fransanın nə hərbi kontingenti, nə də ərazi ilə coğrafi əlaqəsi var. Sülhməramlılar Rusiya Müdafiə Nazirliyinə tabedir, bağlılıq var. Fransann və digər dövlətlərin suveren ərazilərimizə səfəri Azərbaycan hökumətilə razılaşdırılmalıdır.

- Fransa və bəzi Avropa dövlətləri işğalçı Ermənistanı dəstəkləməkdə niyyətləri nədir?

- Əsas niyyətləri uzun illər ərzində formalaşdırdıqları anti-türk, anti-islam siyasətlərini ermənilər vasitəsilə davam etdirməkdir. Heç kəsə sirr deyil ki, Ermənistanın daxilində revanşist qüvvələr mövcuddur ki, müharibə ritorikasından əl çəkmirlər, 44 günlük müharibədəki məğlubiyyətlə barışmaq istəmirlər. Ermənistanın xaricində, lobbilər, diaspor nümayəndələri Qarabağda dayanıqlı sülhün yaranmasının əleyhinədirlər. Hər birinin öz marağı var.

- Bəzi hallarda dövlətlərin mövqeyini qeyri-rəsmi şəxslər, siyasətçilər açıq şəkildə ifadə edir. Yəni rəsmi şəkildə bəyan edilmir, amma dolayısı ilə bildirilir...

- Doğrudur. Siyasətin görünən və görünməyən tərəfləri var. Çalışırıq ki, görünməyən tərəfləri də müəyyən çərçivələr daxilində çatdıraq. Prezdent cənab İlham Əliyev dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin, xalqının maraqlarını müdafiə etməyi bacaran liderdir. Dövlət başçısı fərqli baxışlara malikdir, zamanı gələndə, xüsusi peşəkarlıqla taktiki gedişlər edir. Prezident nə demişdisə, hamısını icra etdi. Azərbaycan Prezidenti bütün proseslərin içindədir, izləyir, nəzarət edir, imkan verməyəcək ki, xalqımızın, dövlətimizin əleyhinə hər hansı hərəkət baş versin.

- Azərbaycanda bəzi müxalifət nümayəndələri iddia edir ki, Vətən Müharibəsi ərəfəsində qazanılan reytinq aşağı düşür. Bu iddiaya cavab verməyinizi xahiş edirəm...

- Bəzi müxalifətyönlü siyasətçilərin möhtəşəm qələbəni lazımınca dəyərdirməmələri məni narahat edir. Qələbənin dərəcəsinin aşağı salınması cəhdləri yolverilməzdir və mümkün deyil. Beş ay əvvələ ekskurs edək: Heç kim ümid etmirdi ki, qısa zamanda Şuşa işğaldan azad ediləcək.

- Doğrudur, inam yox idi…

- Hadrut, Xocavənd, Laçın, Kəlbəcər, Ağdam... Ali Baş Komandan İlham Əliyev müharibə zamanı elə gedişlər etdi ki, Ermənistanın 30 illik mühəndis-istehkam qurğuları darmadağın edildi. Dövlət başçısı heç kəsin gözləmədiyi hərbi əməliyyatlar həyata keçirdi. Prezidentin peşəkar gedişləri bizə qələbə qazandırdı. Həmin o müxalifət nümayəndələrinin də xəyal etmədiyi nəticələr əldə olundu. Müharibə zamanındakı milli birlik göstərdi ki, İlham Əliyev dünyada yeganə dövlət başçısıdır ki, bir çağırışı ilə 10 milyonluq xalq ayağa qalxdı. Yəni Prezidentin reytinqi yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, həyatda hər şey ideal deyil. İdeal cəmiyyət də yoxdur. Bəzi yerində olmayan məmurların xalqa, ən həssas təbəqə olan şəhid ailələrinə və qazilərə olan münasibəti narazılıq yaradır. Təəssüflər olsun ki, bu gün də vəzifəsindən sui-istifadə edərək vətəndaşları dövlətdən narazı salan kifayət qədər məmurlarlar var. Ancaq bunlar İlham Əliyevin reytinqini aşağı sala bilməz. Xalqın Prezidentə inamı çox böyükdür. 30 il ərzində insanlar hər şeylərindən keçməyə hazır idilər, təki torpaqlar, milli qürur özümüzə qayıtsın. Torpaqlarımız da, milli qürurumuz da qayıdıb. Dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq azərbaycanlılar başını dik tutur. Bu, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi nəticəsində olub. Nə qədər çalışsalar da, qələbəmizi kiçildə bilməzlər. Bəzi insanlar məsələlərə şəxsi maraqları çərçivəsində yanaşırlar. Sosial şəbəkələrdə yayılan müəyyən dezinformasiyalar milyonların rəyini əks etdirmir. Təbii ki, narazılıq varsa, çalışıb aradan qaldırmaq lazımdır. Məmurların fəaliyyətinə ciddi ictimai nəzarət olmalıdır ki, vəzifələrinə vicdanla yanaşsınlar.

- Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi hansı səviyyədədir? Nəzərə almaq lazımdır ki, o, seçkilərdə iştirak edəcək...

- Ermənistan cəmiyyətində xaotik proses davam etməkdədir, əhali siyasi liderlərinə inamı tamamilə itirib, onlar gələcəyə ümidsizliklərini ifadə edirlər. Sağlam düşüncəli insanlar indiki hakimiyyətə alternativ görmürlər. Baxmayaraq, indiki hakimiyyətin dövründə məğlubiyyətə uğradılar. Ermənistan cəmiyyətinin belə rəzil günə düşməsinin səbəbkarları Sarkisyan – Koçaryan – Petrosyandır. Onlar yalanla, illuziyalarla xalqı aldadıblar. Ermənilərin uğursuzluqlarının səbəblərindən biri də qonşulara qarşı əsassız iddialarla çıxış etmələridir. Onlar Türkiyəyə, Azərbaycana, Gürcüstana, hətta Rusiyanın cənub regionlarına da ərazi iddiaları ilə çıxış edirlər. Hazırda erməni xalqı çaş-baş vəziyyətdədir. Bu, gözlənilən idi. Hiss olunur ki, orada ciddi kadr böhranı yaşanır, əhalinin etimadını qazana biləcək lider yoxdur. Ortaya Paşinyanı çıxardılar, o da Ermənistanı dünyada biabır etdi.

- Belə görünür ki, çatışmazlıqlar olsa da, Paşinyana alternativ yoxdur...

- Bəli. Erməni cəmiyyəti anlayır ki, qonşularla konflikt olacaqsa, inkişafdan söhbət gedə bilməz. Belə davam edəcəyi halda, Ermənistan dövlətinin gələcəyi olmayacaq. Sağlam düşünən siyasətçilər qeyd edir ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətinə son qoyulmalıdır. Sərhədlər, kommunikasiyalar açılarsa, revanşist şüarlar səsləndirilməzsə, Ermənistan inkişaf edə bilər. Azərbaycan xalqı kifayət qədər humanist xalqdır, barışığın tərəfindədir. Ermənistan bir addım atacaqsa, Azərbaycan tərəfi iki addım atacaq. Baxmayaraq ki, müharibə olub, şəhidlər vermişik, ölkəyə maddi və mənəvi zərər dəyib...

- Barışığa hazırdırlarmı? Heç minalanmış ərazilərin xəritələrini vermirlər...

- Ermənistan dövlət deyil, onlar dövlət qura bilmədilər. Ermənistan, sadəcə, beynəlxalq layihədir. Yüz il əvvəl də belə olub... Minalanmış ərazilərin xəritələrinin verilməməsi və revanşist addımlar göstərir ki, erməni xalqı sülhə hazır deyil. Azərbaycan dövləti var və müstəqil siyasət yürüdür. Ermənistanda proseslər diasporun, kilsənin, lobbilərin nəzarətindədir. Dövlət diasporun, lobbinin, kilsənin təzyiqləri altındadır. Dövlət məcburdur ki, qərar qəbul edərkən bu məfhumu nəzərə alsın. Bu gün də Ermənistanda müharibə ritorikasından çıxış edən diaspordur. Diaspor üzvləri başqa ölkələrdə yaxşı həyat yaşayırlar, arabir dilənçi payı verməklə xalqı əsir saxlayıblar.

- Son günlərin əsas müzakirə mövzularından olan "Tərtər işi" ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Sizcə, nə baş verib?

- “Tərtər işi”nin mahiyyətindən o qədər də məlumatlı deyiləm. Amma istənilən halda hansısa cinayətkara görə çoxlu sayda insan əziyyət çəkməməlidir. Əmək qabiliyyətini itirənlər varsa, onlara kompensasiya ödənilməlidir. Mümkün deyil ki, 1500-2000 nəfər satqın, hansısa ölkənin agenti olsun. Araşdırılmadan ucdantutma cəza tətbiq edilməsi doğru deyil. Məsələ araşdırmalı, düşmənə işləmə faktı qeydə alınıbsa, ən ağır cəza verilməlidir. İşgəncə faktı da varsa, onu törədən cəzalandırılmalıdır. Hansısa şəxsin törətdiyi əməli dövlətin adına yazmaq olmaz. Bu məsələdə dövləti hədəf seçmək, qara yaxmaq düzgün deyil. Belə məsələlərlə siyasi divident əldə etməyə çalışmaq kiməsə şərəf gətirməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru