Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                 

“Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir” - deputat
Tarix: 2-04-2021, 09:53 | Çap et
“Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir”
Son həftə ərzində alman mediasının apardığı anti-Azərbaycan təbliğatı əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın aparıcı dövlətlərindən birində ölkəmizə qarşı aparılan əks-təbliğatın səbəbləri haqda müxtəlif mülahizələr var.

Ölkəmizin gündəmindəki digər vacib və aktual mövzu Qarabağdakı sülhməramlı kontingent ətrafında baş verənlərdir. Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa “Yeni Müsavat”ın bu mövzularda suallarını cavablandırıb.

- Fazil bəy, Almaniya Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Bu savaşın arxasında dayanan əsas gücün ABŞ olduğuna dair şübhələr var. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq sizin alman mətbuatında aparılan informasiya savaşının səbəbləri haqda fikirləriniz maraqlıdır...

- Almaniyanın bu hücumu birbaşa bu dövlətin öz mövqeyi kimi anlaşılmamalıdır. Həqiqətən okeanın o tayından istiqamətlənmə özünü hiss etdirir. Fransanın ilk başlanğıcda etdiyini indi Almaniyaya təkrarladırlar və çox uğursuz bir gediş olduğunu düşünürəm. Əslində Almaniyanın davası Türkiyə ilədir və Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstəyi, ardınca da Aralıq dənizində, Liviyada Almaniyanın möhkəmlənməsinə mane olması belə bir siyasət izlənməsini proqnozlaşdırmağa imkan verirdi. Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir. Məncə, biz bu kimi təzyiqlərdən qorunmaq yerinə öz doğru yolumuza davam etməliyik və onları fakt qarşısında qoymalıyıq. Necə ki, son savaşda bunu etdik və həmin məğlubiyyətin əks-sədasını Almaniyanın davranışları üzərindən aydınca görürük.

- İndiki halda belə demək olarmı ki, müxtəlif xarici təzyiq və müdaxilələrə baxmayaraq, Qarabağla bağlı proseslər plan üzrə gedir? Düşmənin dağıdıb məhv etdiyi şəhər və kəndlərimizin gerçək durumunun daxili və xarici auditoriyaya təqdimatınadək işlər aparılır, bu günlərdə siyasi partiya rəhbərlərinin də səfəri təşkil olundu. Ancaq istisna deyil ki, məkrli düşmən də yatmayıb və hansısa məqamda bizə problem yaratmaq üçün müəyyən addımları atacaq. Sizcə, düşmənin tam neytrallaşdırılması və zərərsizləşdirilməsi üçün diplomatiya, hüquq sahəsində hansı addımlar atılmalıdır, yaxud atılır?

- Qarabağ davasında tarixi zəfərimizin ardından ən birinci vəzifəmiz cəmiyyətin növbəti mərhələyə ixtisaslaşmış səfərbərliyini təmin etmək idi. Fikrimcə, 44 günlük savaşdakı həmrəylik aurasını növbəti mərhələdə davam etdirməkdə xeyli ləng davrandıq. Burada obyektiv çətinliklər təbii ki, öz sözünü dedi. Minadan təmizlənmə prosesi gözləniləndən daha ağır reallıqları qarşımıza qoydu. Sülhməramlılarla bağlı məsələdə yeni standartların müəyyənləşməsinin təzadları da ciddi təsiredici amillərdən biri idi. Ermənilərin də məğlubiyyətdən sonrakı durumu ziddiyyətli olaraq qaldı. Onların da alacağı siyasi qərarın mahiyyəti bizim üçün çox önəmli idi. Lakin bütün hallarda prosesin tənzimləyicisi biz olduğumuzdan təşəbbüskar davranışlarımızı azaltmadıq və düşmən auditoriyasına həm diplomatik, həm də psixoloji həmlələri yönəltməyi bacardıq. Demək ki, indiki şərtlərdə bizim onsuz da sistemi pozulmuş düşmənlə məşğul olmaq yerinə özümüzlə məşğul olmağımız daha təxirəsalınmaz məsələ sayıla bilər. “Biz qalibik!” deyib yeni statusumuzu dəfələrlə təkrarladıq, ancaq qalib kimi hansı nöqsanlarımız oldu, bunu mütləq müəyyənləşdirməliydik ki, gələcək mərhələyə daha az problemlərlə başlamamız mümkün olsun.

- Fikrinizi bir az da konkretləşdirə bilərsinizmi?

- Məsələn, ordumuz böyük qəhrəmanlıqlar göstərdi, bu bizim qürurumuzdur, bəs çatışmazlıqlar hansılar idi ki, indiki fasilə dövründə daha çox onun üzərində işləyib ortadan qaldırmalıyıq? Əsgərimizin də, zabitimizin də, könüllümüzün də, hərbi həkimimizin də, tibb personalının da, təchizatçının da, böyük və ya aşağı mərhələ komandirlərinin qəhrəmanlığını alqışlayırıq, ancaq onların da savaşa hazırlıqda və ya savaş prosesində hansı natamamlıqları olduğunu üzə çıxarmalıyıq ki, yenidən hansısa əlahiddə durumda daha güvənli və sistemli idarəetməni gerçəkləşdirə bilək. Raket hücumuna məruz qalan şəhərlərimizdə, kəndlərimizdə mülki əhalinin qorunması, sığınacaqlarla bağlı hansı boşluqlarımız oldu və bunu indidən çözməyimiz zəruri məsələ olaraq gündəmə gəlməlidir. Hərbi xidmət və səfərbərlik sistemimizdəki yanlışlar nədir və onu müzakirə etməmiz gələcəkdə daha az itkilər verməmiz deməkdir. Düşmənin tam neytrallaşması və zərərsizləşdirilməsi mümkün deyil, çünki bu, yalnız erməni başından ibarət düşmən deyil. Çox sayda erməni maskası arxasında gizlənən başlarla açıq və gizli savaşımız davam edəcək və hər hansı bir ciddi səhvlərdən sığortalanmaq üçün özümüzü aldatmadan doğrumuzu, yanlışımızı davamlı təhlil etməliyik.

- Sizcə, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində mövcud olan silahlılarla, faktiki olaraq terrorçu qruplaşmalarla necə davranılmalıdır? Ölkəmizin ərazisindəki qanunsuz silahlı birləşmələrin fəaliyyətinin davamı təhlükəli perspektivlər vəd etmirmi? Parlament antiterror əməliyyatların başlanması barədə qərar qəbul edə bilərmi?

- Rusiya sülhməramlılarının Qarabağdakı erməni terrorçularını zərərsizləşdirəcəyi barədə gözləntilərimiz əvvəlcədən də yox idi və say tərkibinə, eyni zamanda Ermənistanla tarixi münasibətlərinə görə bunu etmək imkanları da geniş deyil. Rusiya sülhməramlıları bölgədə öz durumlarını mürəkkəbləşdirməyi düşünmürlər. Nə ermənini narazı salmaq, nə də Azərbaycanla münasibətləri pozmaq taktikasına üstünlük verirlər. Belə olan halda bu terrorçularla mübarizə bizim əsas işimiz olmalıdır. İsrail təcrübəsi var, başqa təcrübələr var, biz antiterror əməliyyatlarını elan etmədən də konkret ərazilər üzrə apara bilərik və bu barədə kimdənsə icazə almağa və ya yeni qanun qəbul etməyə gərək yoxdur. Qarabağdakı düşmənin hərəkətlənməsini müşahidə etmək imkanlarımız yetərincə mövcuddur, bütün vasitələrlə terrorçuları məhv etməyə çalışmalıyıq. Bizim üçün əlində silah olan terrorçu da, silahsız separatçı da eyni dərəcədə təhlükəlidir, ancaq bu təhlükəni dəf etmək imkanları 5 ay öncəkindən daha ümidvericidir və anında doğru qərarlar verməklə prosesi arzuladığımız istiqamətdə irəlilədə bilərik.

- İki gün əvvəl Rusiya müdafiə nazirinin müavini Qarabağa gəldi və sülhməramlılar üçün tikilmiş şəhərciyin açılışında iştirak etdi. Bu gəliş də birmənalı qarşılanmadı və açıq etiraz doğurdu. Əksəriyyət bu fikirdədir ki, nazir müavini Azərbaycanın icazəsi ilə ora gedə bilərdi, həm də azərbaycanlı həmkarı ilə birgə. Həmçinin sülhməramlılar üçün tikilən şəhərciklər məsələsində də həddin aşıldığı müşayiət olunur. Bu məsələ necə tənzimlənməlidir?

- Ümumiyyətlə, Rusiyanın rəsmi təmsilçilərinin Azərbaycanının icazəsi olmadan bölgəyə gəlişi sülhməramlı missiyada fərqli düşüncələrin olmasından xəbər verir. Bu barədə rəsmi mövqeyimizi mütləq ortaya qoymalıyıq. Nələr baş verdiyindən informasiyamız az olsa da, bəzi məsələlərin imzalanan bəyanatın ruhuna uyğun gəlmədiyini sezirik. Burada ən xırda detalı belə diqqətdən kənarda saxlamaq olmaz. Rusiyanın öz missiyasına uyğun davranmasını indidən təmin etməsək, sonradan daha ciddi çətinliklərlə qarşılaşa bilərik. Həmin hərbi şəhərciyin statusu mütləq Azərbaycan qanunları ilə tənzimlənməlidir.

- Fazil bəy, tez-tez belə fikirlər səslənir ki, Ermənistan bugünlərdə Azərbaycanın 90-cı illərini xatırladır. Bəs Azərbaycanın ictimai-siyasi qüvvələri, vətəndaş cəmiyyəti daha hansı addımlar atmalıdır milli birliyin qorunması istiqamətində? İndiki durum, münasibətlər sistemi yetərlidirmi?

- Ermənistandakı indiki durum 30 il öncənin Azərbaycanının deyil, elə Ermənistanın öz durumuna bənzəyir. Sadəcə, onların himayəçisi sayılan Rusiyanın 30 il öncəki yerində durmaması, eyni zamanda Türkiyənin 30 il öncə daxil ola bilmədiyi bölgəyə Azərbaycana açıq dəstəklə gəlməsi kimi faktorları diqqətə almaq vacibdir. Məğlubiyyət faktı olaraq indi Ermənistan bizim 30 il öncə yaşadıqlarımızı yaşasa da, öz ərazisində dağıntı və yüz minlərlə məcburi köçkün faciəsini yaşamır. Doğrudur, savaşda itkiləri çoxdur, ciddi siyasi böhran yaşayırlar, ancaq sayca böyük olmayan, həm də monoetnik cəmiyyətlərin vahid kilsə faktorunun yardımı ilə uzlaşma yolu tapması qısa müddətdə mümkün ola bilər. Ona görə də biz həm dövlət olaraq, həm də ictimai-siyasi institutlar olaraq Ermənistan üzərində pressinqimizi davam etdirməliyik ki, onlar yenidən toparlana bilməsinlər. Bundan öncə isə biz özümüzdə olan siyasi sabitlik, demoqrafik üstünlük, iqtisadi üstünlük, diplomatik çeviklik və ictimai həmrəylik kimi amillərdən doğru istifadə etməyə çalışmalıyıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru