"Ortada xüsusi bir həbsdə yatan, beynəlxalq dairələrin siyahısında yer alan kimsə yox idi" - deputat
Tarix: 19-03-2021, 08:58 | Çap et
Martın 18-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bütövlükdə sərəncam 625 nəfərə şamil olunub.
Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunub.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.
Azadlığa çıxanlar arasında siyasi məhbuslar da var. Onlar Məhəmməd İmanlı, Orxan Baxışlı, Babək Həsənov və Elçin İsmayıllıdır. Bu şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir. Ömürlük cəzaları 25 ilə endirilənlər Azər Aslanov, Araz Əhmədov və Vüqar Əliyev olub.
“Report”un əldə etdiyi məlumata görə, bu şəxs Aslanov Azər Məhərrəm oğlu yox, Aslanov Azər Salman oğludur. Ona 2001-ci ildə hökm oxunduğu üçün hələ cəzasının qalması səbəbindən azad olunmayacağı barədə iddialar da yer alır.
V.Əliyev də diqqət çəkməyə bilməz. O, 2003-cü ildə qətlə yetirilən Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovun işində təqsirləndirilirdi. O, nişanlısı Lamiyə Quliyeva ilə birlikdə bu cinayəti törətməkdə ittiham olunaraq, ömürlük azadlıqdan məhrum edilmişdi. L.Quliyeva Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 2005-ci ildə azadlığa buraxılmışdı.
Rəsmi qeydiyyatda olmayan Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan üzvü Rufulla Axundzadə də əfv olunub. Eyni zamanda dindarlardan Nardaran hadisələrinə görə həbs edilən Elgün Axundov və Vüsal Alış da azad edilib. Siyahıda tanınmış ilahiyyatçı məhbus Muradov Fərhad Mirzəhəsən oğlunun da adı var.
“Gəncə hadisələri”ndə də təqsirli bilinənlərdən azadlığa çıxanlar var. Onlar Elvin Allahverdiyev və Vüqar Xudiyevdir.
Sərəncam 23 xarici ölkə vətəndaşına da şamil edilib. Onlardan 22-si azad edilib, birinin isə cəzası yarıyadək azaldılıb.
Onu da qeyd edək ki, əfv sərəncamının verilməsindən dərhal sonra bəzi müzakirələr açılıb. Cəmiyyətdə məşhur olan isimlərin az qisminin siyahıda yer almasına ən müxtəlif fikirlər səslənir. Xüsusilə üç ömürlük “OMON”çunun - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun azad edilməməsi ətrafında daha çox söz-söhbətlər yaranıb.
Böyük Quruluş Partiyasının sədri, deputat, Əfv Komissiyasının üzvü Fazil Mustafa “Yeni Müsavat”da əfv sərəncamı və bunun ətrafında gedən müzakirələri belə dəyərləndirdi: “Sürpriz isimlər dedikdə nə olmalıdır? Bəzi müzakirələr əsassız yerə açılıb. Ortada xüsusi bir həbsdə yatan, beynəlxalq dairələrin siyahısında yer alan kimsə yox idi. Belə hal nəzərdə də tutulmur. Əfvdən qabaq xüsusi bir ad hallanmırdı. Hər halda, var idisə, onu komissiyaya bildirmək olardı. Ötən ilin noyabrında xeyli adam azad edildi. Bunu yəqin ki, bilirsiniz. İndiki vəziyyətdə hansısa siyasi partiyaların nümayəndələrinin burada olmaması önəmli deyil. Müəyyən kateqoriyalardan olan məhbusların siyahıda olması, ”ömürlüklər"dən üçünün cəzasının 25 ilə endirilməsi məsələsi öz həllini tapıb. Bu, Prezident tərəfindən atılan növbəti humanist addımdır. Bu da cəmiyyətdə təqdir olunur. Əfvin nəzərdə tutduğu hansısa bir sürpriz yox idi ki, gerçək də olsun. “OMON”çu variantı kimi məsələyə baxılmır. “Ömürlüklər”dən onların xarakteriskası, zərərçəkmiş şəxslərin mövqeləri nəzərə alınaraq addımlar atıldı. Açığı, “OMON”çularla bağlı cəmiyyətdə elə də müzakirələr getmirdi. Ona görə də konkret olaraq bunun niyə baş vermədiyi barədə nəsə fikir söyləyə bilmərəm. Amma hər kəslə bağlı məsələ geniş müzakirə edildi. Cəmiyyət üçün təhlükəli olmayan şəxslər siyahıda yer alıblar. Siyahı qənaətbəxş sayılmalıdır. Hamını azad etmək kimi əfvdə bir qayda yoxdur".
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu isə sərəncamı belə dəyərləndirib: “Azad olunanların ailələrinə qovuşması çox sevindirici haldır. Bizim təqdim etdiyimiz siyahıdan 9 nəfər azad edilib. Eyni zamanda digər siyahıda təqdim etdiyimiz şəxslərdən 21 nəfər Nardaran, 4 nəfər isə Gəncə hadisələrinə görə həbs edilənlərdən azad olunub. Amma çox istərdim ki, siyasi motivli olanların hamısı azad olunardı. Biz Qarabağda qələbə qazanmışıq. Siyasi məsələ ortadan artıq çıxmalıdır. İstənilən halda bu sayda məhbusa sərəncam şamil olunubsa, çox müsbətdir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
|