Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                 

“40 ildir evliyəm, həyat yoldaşıma bir şillə də vurmamışam” - Partiya sədri
Tarix: 12-03-2021, 10:08 | Çap et
“40 ildir evliyəm, həyat yoldaşıma bir şillə də vurmamışam”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, dünyada hər üç qadından biri həyatlarının hansısa dönəmində ya fiziki, ya da cinsi zorakılıqla qarşılaşır. ÜST yaydığı hesabatda koronavirus pandemiyası zamanı qadınlara qarşı şiddətin artmasına da diqqət çəkib.

ÜST-in məlumatına görə, qadına qarşı zorakılıq halları daha çox Cənubi Asiya və Afrika ölkələrində müşahidə olunur. Bu bölgələrdə qadınlara qarşı şiddət nisbəti 50 faizdən çoxdur. Bu nisbət Avropada, Orta və Şərqi Asiya ölkələrində təxminən 20 faizdir.

Azərbaycanda da qadına qarşı zorakılıq, hüquq pozuntularının olması ilə bağlı müəyyən statistikalar, çoxsaylı müzakirələr var. Bəs bu statistika nə dərəcədə şişirdilir? Axtardığımız qadın haqlarını harada tapaq?

Mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a danışıb. Partiya sədri hesab edir ki, Azərbaycanda, ümumilikdə türk dövlətlərində qadınlara qarşı daha az zorakılıq var: “Çünki bizim adət-ənənələrimizdə qadına yüksək hörmət var. İkinci bir tərəfdən, Azərbaycan Konstitusiyasında hüquqlar cinslərə görə ayrılmır. Qadın və kişilərin hüquqları bərabərdir, üstəlik, zərif cins olduqları üçün qadınlara bəzi güzəştlər də edilir. Məsələn, əsgəri xidmətə çağırılmır və yaxud cəza verilərkən onun qadın olması nəzərə alınır. Və yaxud boşanma ilə bağlı məhkəmələrdə ilk növbədə ovladığın qəyyumluğu anaya verilir. Amma bəzi ölkələrdə bu əksinə olur. Eləcə də boşanmadan sonra qadınların yaşama hüququ tanınır. Bu həm də dini kitabımız olan Qurani-Kərimdə də əmr olunub.

Bu gün sanki belə görünür ki, qadınlar kişilərdən daha üstün hüquqa yiyələnmək, bununla da kişilərin hüquqlarını pozmaq istəyirlər. Və yaxud ailədə qadınların öz kişilərinə tabe olmamaq məsələsini hüquqi azadlıq kimi qəbul edirlər. Mütəxəssislər də bildirir ki, iki şəxs arasında mütləq biri tabe olan, digəri isə tabe edən olmalıdır. Ailədə də ər-arvaddan biri tabe, biri də tabe edən olmalıdır. Bir qayda olaraq ailənin bütün yükünü kişi öz üzərinə götürüb, ailəni idarə etdiyinə görə kişi idarə edən, qadın isə idarə olunan rolunda çıxış edir. Bu o demək deyil ki, qadının heç bir hüququ yoxdur, əksinə, evin idarə olunmasında qadın müstəsna hüquqa malikdir, qadının idarə olunması hüququ isə kişiyə malikdir. Bəzilərinin qadın azadlığı haqqında düşündükləri qadın özbaşınalığı, qadınların istədiyini etmə azadlığı kimi başa düşür. Təbii ki, zorakılığın bütün formaları, yəni qadına, uşaqlara, eləcə də kişilərə qarşı zorakılıq pislənilməlidir.

Hesab edirəm ki, bu gün cəmiyyətimizdə qadınlara qarşı zorakılıqların baş verməsinin çox ciddi sosial-iqtisadi səbəbləri var. Belə ki, hazırda ölkədə ciddi rəqəmlərlə hesablanan işsizlik, kasıbçılıq var. Bəzi qadınlar kişilərdən artıq qazanc tələb edəndə ailə konliktlərinə gətirib çıxarır ki, nəticədə kişi qadına qarşı şiddət tətbiq edir. Qanunvericilikdə yoxdur ki, qadın kişidən artıq qazanc tələb edəndə, ona tabe olmaq istəməyəndə ona qarşı nə cür davranılsın. Bu olmadığına görə bəzi kişilərin özləri qadınlarını mühakimə edir və cəzalandırır. Qurani-Kərimdə belə bir ayə var ki “Əgər qadınlar sizin sözünüzdən çıxarlarsa, siz onları döyün”. Burada döymək şiddət deyil, yəni qadınları yumşaltmaq mənasını verir".

Sərdar Cəlaloğlunun sözlərinə görə, qadınlarımızın qadın azadlığını düzgün dərk etməməsi ilk növbədə Azərbaycanda ailə institutunun sarsılmasına gətirib çıxarır, ailə institutu böhrana düşdüyünə görə isə dövlət də böhrana düşür: “Qadının kişiyə tabe olmaması vətəndaşların, eləcə də məmurların qanunlara tabe olmamasından heç də fərqlənmir. Mən 40 ildir ki, evliyəm, bu günə qədər həyat yoldaşıma bir şillə vurmamışam. Eləcə də valideynlərim 50 il evli olublar, amma mən bir dəfə də olsun, atamın anama əl qaldırdığını görməmişəm. Yaxınlarımda, qohum-qonşularımda da belə bir zorakılıq görməmişəm. İndi sual olunur ki, qadına qarşı zorakılıq var deyirlər, bəs bu zorakılıq haralarda olur, görəsən? Bizim çox gözəl bir atalar sözümüz var: ”Yüyürən at özünə qamçı vurdurmaz". Yəni qadın o zaman zorakılığa məruz qalır ki, dedi-qodu edir, kişinin ləyaqətinin alçaldır və sairə".

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı isə qeyd etdi ki, dinimizdə qadınlara qarşı şiddət məsələsi yoxdur: “Tez-tez mən də o ifadələrə rast gəlirəm ki, Qurani-Kərimdə buyurulur ki, qadın sizə tabe olmursa, onu döyün. Lakin araşdırsaq görərik ki, müqəddəs kitabımızda belə bir şey yoxdur. Bunlar birmənalı şəkildə uydurmadır. Əksinə, Qurani-Kərimdə qadına qarşı daha yüksək münasibət, hörmət var. Məsələn, Peyğəmbərimiz hər zaman buyurub ki, qız övladlarınızı oğlan övladlarınızdan daha çox sevin. Və yaxud bildirilib ki ”Cənnət anaların ayağı altındadır". Yəni İslam dinində qadının kişidən daha aşağı səviyyədə durması, hüquqsuz göstərilməsi barədə deyilənlərin hamısı cəfəngiyyatdır".

Aynur Camalqızı qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə qadın ölümləri baş verir, lakin bunun sırf qadın məsələsi ilə bağlanılması doğru deyil: “Bu, cinayət hadisəsidir. Məgər ABŞ-da, Avropa ölkələrində kişilər öldürülmür? Nədənsə kişilərin öldürülməsi ilə bağlı statistika hesablanmır və yaxud kişi hüquqları qabardılmır, kişi hüquqları ilə bağlı hərəkat yoxdur. Bu cür bölücülüyün, cinsi ayrı-seçkiliyin əleyhinəyəm.

Qeyd etdiyim kimi, qadınlarla bağlı bütün ölkələrdə problemlər var. Məsələn, bugünlərdə belə bir statistika ilə tanış oldum ki, Avropa İttifaqına daxil olan ölkələrdə əksər iş yerlərində kişilərə daha çox üstünlük verilir, nəinki qadınlara. Hətta onların maaşları qadınların maaşlarından 14 faiz daha artıqdır. Yəni dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür cinsi ayrı-seçkiliklər var. Təbii ki, buna qarşı mübarizə aparmaq lazımdır. Lakin bunu radikal, cinsi ayrı-seçkilik etmədən həyata keçirmək lazımdır. Əlbəttə ki, qadınlar zərif məxluqdur. Ola bilər ki, fiziki baxımından kişilərdən zəif ola bilərlər. Lakin qadınlar qətiyyən gücsüz deyillər, əksinə, kifayət qədər güclüdürlər. Yeri gəldikdə orduda da xidmət edə, döyüşə də bilərlər".

Aynur Camalqızı bu mövzu ilə bağlı ölkəmizdə ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu vurğulayıb: “Çox təəssüf ki, bizim bəzi bölgələrimizdə qızlarla bağlı hələ də problemlər var. O cümlədən mentalitetimizdə oğlan övladlarının qız övladlarından daha üstün tutulması məsələsi var. Hətta ana bətnində ikən qız uşaqlarının öldürülməsi halları yenə də mövcuddur. Yəni bu cür problemlər var. Amma düşünmürəm ki, bu problemləri hansısa radikal addımlarla həll etmək lazımdır. Hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə müzakirə edilməli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işdə davamlı olaraq çalışmalıdır. Cəmiyyətimizdə nümunə, örnək qadın obrazları var, onlar nümunə olaraq çəkilməlidir, valideynlərə aşılanmalıdır ki, qız uşaqlarını təhsildən ayırmasınlar, onları yetkinlik yaşına çatmamış nikaha məcbur etməsinlər. Bu problemlər var, lakin onları yalnız maarifləndirmə yolu ilə həll etmək lazımdır. Ötən gün mətbuatdan belə bir məlumat oxudum ki, bir qadın ərini balta ilə öldürüb. Bəs indi bunu necə təqdim edək? Bu hadisə kişi hüquqlarının pozulmasıdır? Əlbəttə ki, xeyr, bu, cinayətdir. Və yaxud qadının öldürülməsi cinayətdir, bu qadın hüquqlarının pozulması məsələsi deyil. Qadın hüquqlarının pozulması daha çox təhsildə baş verir. Onların təhsil hüquqlarının məhdudlaşdırılması, yetkinlik yaşa çatmadan nikaha məcbur edilməsidir və sairə. Bütün bunlar da mentalitetdən irəli gələn problemlərdir ki, diqqəti də məhz bu problemlərə yönəltmək lazımdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06
Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru