“Yeni Azərbaycan Partiyasından çıxarılanlardan bizə qoşulmaq üçün müraciət edənlər var” - Hafiz Hacıyev
Tarix: 11-03-2021, 08:42 | Çap et
 Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən qurultayında ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın ona qoşulması günlərdir ki, müzakirə mövzusudur. “Digər partiyalar da belə bir qərar verə bilərmi” sualı ətrafında fikirlər səslənməkdədir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev partiyaların birləşməsinə normal baxır: “Hər zaman bu fikri bildirmişəm ki, oxşar ideologiyası olan partiyaların birləşməsi mümkündür. Ümummilli məsələlərdə isə birmənalı vahid mövqedən çıxış etmək lazımdır. Müharibədən əvvəl partiyaların bir mövqedən çıxış etməsi, iqtidarla müxalifətin birgə davranışı bunu göstərdi. Cəmiyyətdə birgə nizamnamələri olan partiyalar var ki, onların birləşməsi mümkündür. Amma Yeni Azərbaycan Partiyası ilə rəhbəri olduğum partiyanın birləşməsi mümkün deyil. Lakin bizim partiya ilə oxşarlığı olan qurumlar var. Müraciətlər olarsa, birləşmə ilə bağlı müzakirələr gedə bilər. Onu da deyim ki, biz blok siyasəti yürütmürük. Çünki müşahidə etdik ki, müəyyən dövrlərdə yaradılan blokların, birliklərin bir-birinə qarşı sonradan kampaniyaları başladı. Həm də onu gördük ki, blokların tərkibində olan partiyaların yanlışları olur və sən də bu yanlışlığı istər-istəməz daşıyırsan. Amma milli məsələlərdə bir yerdə hər an olmaq mümkündür.
İqtidar partiyasına birləşənlərin qərarına müsbət baxıram. Hesab edirəm ki, bu, hakim partiyanın uğurudur. Orada kadrların yenilənməsi, YAP-a yeni nəfəsin gəlməsi baxımından da əhəmiyyətlidir. Amerika modeli var. Deyək ki, iki aparıcı partiya var və onlar ölkənin taleyini həll edirlər. Düşünürəm ki, Azərbaycanda müxalifət düşərgəsində təmərküzləşmə gedəcəkdir. Bu, işin xeyrinə olar. Əgər gələcəkdə seçkilər proporsional şəkildə gedərsə, partiya sıralarında özünü tanıtmış adamlar daha çox yarışlara qatıla bilərlər. Bu, parlamentin də səviyyəsinə xeyli dərəcədə təsir edə bilər. Gələcəkdə hansısa partiyalar birləşəcəksə, bunu sadəcə alqışlayaram. Amma bizim hələlik heç bir partiya ilə birləşmək kimi düşüncəmiz yoxdur. Bu heç müzakirə mövzusu da deyil. Bizim düşüncəmiz Azərbaycan mərkəzli türk düşüncə sistemidir. Bütöv Azərbaycançı və Turançıyıq. Bu xəttə uyğun təşkilatlar olacaqsa, müzakirələr apara bilərik. Amma hələ ki belə bir müraciət yoxdur”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Partiyamız ölkədə real fəaliyyət göstərən təşkilatlardan biridir. Xalq arasında olan nüfuzu ilə də birincilər sırasındadır. Biz bu partiyanı hansısa təşkilata qoşulmaqdan ötrü yaratmamışıq. Hakimiyyətə gəlməkdən ötrü bu partiyanı yaratmışıq. Yeni Azərbaycan Partiyasına ”köhnə qvardiya" xəyanət edib getdi. İndi “yeni qvardiya” yaradıblar. Biz o partiyaya heç vaxt qoşula bilmərik. O partiyanın sədrinə böyük hörmətimiz var. Onu sevirik. Amma təəssüflər olsun ki, YAP indiyə qədər xalqın istədiyini ona verə bilməyib. Onun sədri təkbaşına fəaliyyət göstərir. Əksər keçmiş müavinləri ona xəyanət edib. Mehdiyevin komandasından çoxları hələ də oradadır. Müasir Müsavat Partiyası yaxın günlərdə Siyasi Şuranın iclasını keçirib, geniş qərar vermək niyyətindədir. Xalqın vəziyyətinin ağırlaşması, hərbçilərimizə, qazilərimizə olan ögey münasibət və digər məsələlər müzakirə ediləcək. Ola bilər ki, mitinqlərə start verək. Müasir Müsavat Partiyası heç bir partiyaya birləşməyəcək. YAP istəyirsə, gəlib bizə qoşulsun. Yeni Azərbaycan Partiyasından çıxarılanlardan bizə müraciət edənlər var. Onların məsələsinə baxacağıq. Onları sıralarımıza qəbul etsək, bizim adımız da korrupsioner kimi qala bilər. Düşünürəm ki, hər halda, təmiz adımızı, millətin bizə olan sevgisini aparıb zədələnmiş insanlara qurban verə bilmərik". //“Yeni Müsavat”//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Bu gün, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Bu gün, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Bu gün, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Bu gün, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Bu gün, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Bu gün, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Bu gün, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Bu gün, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Dünən, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56 |
|
|
|
|