Qüdrət Həsənquliyevdən YAP-a sərf etməyən təklif - reaksiyalar
Tarix: 10-03-2021, 09:47 | Çap et
 BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayına və burada müzakirə olunan məqamlara münasibət bildirib. BAXCP sədri bildirib ki, YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. “Bu məqsədlə növbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq, hər hansı partiyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3-dən çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik” deyə, o bildirib.
YAP deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, hazırkı parlament 1 ildir seçilib fəaliyyət göstərir və bu parlament xalqın iradəsini ifadə edən, çoxlu sayda siyasi partiyaların təmsil olunduğu parlamentdir. Bu baxımdan növbəti parlament seçkilərinə hələ xeyli vaxt var və növbəti parlament seçkilərində proporsional seçki sisteminə keçməklə bağlı bu gün dəqiq fikir söyləmək tezdir: “Bu cür məsələlərlə bağlı gələcəkdə hansısa fikir söyləmək daha düzgün olardı. Parlamenti xalq, seçicilər müəyyənləşdirir. Ona görə də hansı seçki sisteminin olması məsələsində də seçicilərin rəyi nəzərə alınır və alınmalıdır. Bir ildir Azərbaycan parlamenti formalaşıb və bu parlament majoritar seçki sistemi ilə formalaşıb və çox yaxşı fəaliyyət göstərib, cəmiyyət tərəfindən müsbət münasibət var.
Ona görə də növbəti parlament seçkiləri ilə bağlı indidən fikir söyləmək məncə tezdir. İkincisi, Yeni Azərbaycan Partiyası proporsional seçki sisteminin mövcud olduğu dövrlərdə keçirilən seçkilərdə də xalqdan ən çox səs qazanan partiya olub. Yəni Yeni Azərbaycan Partiyasının nüfuzu hər iki seçki sistemində yüksək səs qazanmağa yetir, bizim bu sarıdan nigarançılığımız yoxdur. Topladığı səsdən asılı olmayaraq, hər hansı partiyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3-dən çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır təklifinə gəlincə, seçkidə bir partiyaya xalq daha çox etimad göstərib onun namizədlərinə daha çox səs verirsə və nəticədə parlamentdəki yerlərin üçdə ikisinə həmin partiya sahiblənirsə, bunu necə nəzərə almamaq olar?”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzal Ağamalı isə bildirdi ki, Qüdrət Həsənquliyevin bu təklifi zaman-zaman özünün aktuallığını önə çəkib: “Mənə belə gəlir ki, biz proporsional seçki sistemini tətbiq etməliyik. Ancaq mənim fikrimə görə, majoritar seçki sistemi də saxlanılmalıdır. Bizdə qarışıq sistem olmalıdır. Çünki hər seçki sistemin özünə məxsus üstünlükləri var. Proporsional seçki sisteminə keçid, bunun tətbiq olunması bu gün ölkə prezidentinin həyata keçirdiyi islahatların vacib tərkib hissəsi olan siyasi islahatlara və onun məntiqinə tamamilə uyğun olardı. Əlbəttə bu, birmənalı şəkildə qəbul olunmalıdır ki, siyasi partiyaların cəmiyyətin siyasi sistemində yerini və rolunu artırmaq üçün onun seçkili orqanlarda iştirakına geniş imkanlar açılmalıdır. Bu baxımdan təbii ki, Prezident seçkilərində və bələdiyyə seçkilərində istənilən partiya öz namizədi ilə gücünü sınayır. Parlament seçkilərində də əslində majoritar seçki sistemi olsa da dolayısı yolla siyasi partiyalara bu baxımdan imkanlar yaradılır. Ancaq Seçki Məcəlləsinə görə o qədər çətinliklər, o qədər sənədlərin çoxluğu ortadadır ki, sadəcə olaraq bunu həyata keçirmək son dərəcə çətin və mürəkkəbdir. Ona görə də məncə parlament seçkilərində qarışıq seçki sisteminin tətbiq olunması son dərəcə əhəmiyyətli olardı. Eyni zamanda belə bir islahat keçirilərsə millət vəkillərinin sayını da müəyyən dərəcədə artırmaq mümkündür. Düşünürəm ki, növbəti parlament seçkilərinə qədər bu məsələlər aktuallığını qoruyub saxlamalıdır, geniş müzakirə predmetinə çevrilməlidir və biz növbəti parlament seçkilərində qarışıq seçki sisteminə keçsək bu, Azərbaycanda siyasi proseslərdə siyasi partiyaların yerini və rolunu artırmaqda mühüm rol oynayar”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Bu gün, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Bu gün, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Bu gün, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Bu gün, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Bu gün, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Bu gün, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Bu gün, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Bu gün, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Dünən, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56 |
|
|
|
|