Onlar niyə YAP-a birləşmək qərarı verdi? – Partiya sədrləri səbəbləri açıqladı
Tarix: 9-03-2021, 12:08 | Çap et
 Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında 6 partiya- Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası hakim partiyaya birləşib.
Maraqlıdır, birləşmə qərarı hansı zərurətdən irəli gəlib?
Bununla bağlı Sfera.az hakim partiya ilə birləşmək qərarı vermiş partiyaların sədrlərinin fikirlərini öyrənməyə çalışıb.
Azərbaycan Yurddaş Partiyasının sədri Gülayə Səfərova saytımıza açıqlamasında YAP-a birləşmək üçün ilk müraciət edən partiya olduqlarını vurğulayıb: "Sədrimiz Mais Səfərli dünyasını dəyişəndən sonra onsuz da mart ayında qurultayımız olmalı idi. Yerli təşkilatlarımızın yığıncaqları keçirilirdi, oradan belə bir təklif gəldi ki, bizim məqsəd və məramımız eynidir, siyasi baxışlarımız üst-üstə düşür. Həm də cənab prezidentə etimad onsuz da var idi, biz hər zaman onun kursunu dəstəkləyirdik. Amma Vətən Müharibəsindən sonra prezident kiçikdən-böyüyə hər kəsin etimadını qazanıb. Biz də düşündük ki, Qarabağı qaytaran, arzularımızı həyata keçirən, həsrətimizə son qoyan belə bir liderin rəhbərlik etdiyi partiyaya birləşək. Bilirsiniz, Vətən Müharibəsini şərtləndirən amillərdən biri də milli birliyimiz, həmrəyliyimiz olmuşdu. Düşündük ki, bu birliyi davam etdirək və YAP-a birləşərək fəaliyyət göstərək”. G.Səfərova digər partiyalara da səslənib: "Ayrı-ayrı partiyalarda fəaliyyət göstərməkdənsə, məqsədimiz eynidirsə, birləşək. Biz müharibənin bitdiyini deyirik, amma düşmənimiz hələ məhv olmayıb. Ölkə başçısının dediyi kimi düşmənin başını "dəmir yumruq”la əzmişik. Lakin bu gün düşmənin əzilmiş başına məlhəm qoyan beynəlxalq təşkilatlar, ölkələr var. Düşmən hələ tam məhv edilməyib. Bu baxımdan birliyimizi saxlamalıyıq ki, gələcəkdə də quruculuq işlərimizi davam etdirək”.
Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxan bildirib ki, YAP-a birləşmək qərarı bir neçə səbəbdən irəli gəlib: "Birini xüsusilə vurğulamaq istəyirəm. Fikrimizə görə, Azərbaycan erməni dövlətinin vurduğu mənəvi ziyanı hesablayıb şikayət məktubu ilə beynəlxalq məhkəmələrə müraciət etməlidir. Yəni, Ermənistan müstəqil dövlət kimi fəaliyyət göstərməməlidir. Bunu da yalnız dövlət edə bilər, hakim partiya isə YAP-dır. Biz neçə illərdir, bir partiya olaraq bu istiqamətdə bəyanatlar veririk, lakin dünya dövlətin verdiyi sənədi qəbul edir. Bu, YAP-a qoşulma qərarlarından biridir. Eyni zamanda onlarla məsələ var ki, bu gün Azərbaycan onu həll etməlidir. Yorğunluqdan çıxmaq istəyiriksə, Ermənistan müstəqil olmamalıdır. İstəyirlər Gürcüstanın, Azərbaycanın, istəyirlərsə də Türkiyənin tərkibində fəaliyyət göstərsinlər. Ona müstəqil dövlət statusu vermək insanlıq üçün böyük günahdır”.
Partiya sədri qeyd edib ki, birliyin olması yaxşıdır: "Prezident qurultayda 3 ay müddətində YAP-ın proqramında dəyişikliklərin edilməsini və qəbul olunmasını bildirdi. İnanıram ki, 3 ay müddətinə birləşmə məsələsi də müəyyən axara düşər. Amma mənim birlik olması üçün canfəşanlıq etməyimin səbəbi dövlətin beynəlxalq nüfuzudur. Partiyalar öz missiyasını yerinə yetirib. İndi dünyada dövlət əhəmiyyətli güclü qurumlara, təşkilatlara ehtiyac var”.
Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov saytımıza açıqlamasında deyib ki, hazırda ölkədə mövcud olan birlik və həmrəyliyi qorumaq naminə birləşmək qərarı qəbul edilib: "Eyni zamanda bu gün 30 ildən sonra böyük həsrətə son qoyulub, Azərbaycanın müharibədə qətiyyətli qələbəsi təmin olunub, Ermənistanın kapitulyasiya aktına imza atmasına məcbur edilib. Bütün bunlar, əlbəttə, bizi YAP-a qoşulmağa sövq etdi. Partiyanın 3 ay müddətində yeni proqramının hazırlanması ilə bağlı tapşırıq verildi. Təbii ki, nəzərdə tutulan proqramın həyata keçirilmə işlərində biz də fəal iştirak etməyə çalışacağıq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Dünən, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32 |
|
|
|
|