Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                     Amerika Azərbaycanı rüsumla “vurur”? .....                     Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB .....                     Daha bir MTK gərgin yöndə irəliləyir .....                     YAĞ MAFİYASI İŞ BAŞINDA... .....                     Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? .....                     Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. .....                     Paşinyan Qərbə sülh görüntüsü verir, amma... .....                     Bakıda daha bir reper həbs olundu .....                     Moskva Bakı üzərindən özünü “vurdu” .....                     Cənubi Qafqazda vəziyyəti izləyirik .....                     "Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı .....                     Suriya lideri Dəməşqi tərk edib .....                     BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                 

“İnsanlara real qəhrəmanlar lazımdır” - deputat
Tarix: 1-09-2020, 08:44 | Çap et
“İnsanlara real qəhrəmanlar lazımdır”
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yolunun, şücaətlərinin dərsliklərə salınması barədə təkliflər var. Qeyd olunur ki, birinci Qarabağ savaşı zamanı qəhrəmanlıq göstərənlərin, habelə atəşkəs dövründəki erməni təxribatlarını dəf edərkən şəhid olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov, polkovnik İlqar Mirzəyev kimi şəhid hərbiçilərimizin dərsliklərdə geniş təbliğatına ehtiyac var.

Bu günə qədər dərsliklərdə Koroğlu, Qaçaq Nəbi, Babək haqqında yetərincə şeirlər, dastanlar öz əksini tapıb. Lakin bəzən bu qəhrəmanlar çox şişirdilmiş, bəzən nağılvari şəkildə tərənnüm olunur. Polad Həşimov, Raquf Orucov, İlqar Mirzəyev kimi şəhid hərbiçilərimiz isə real və gerçək qəhrəmanlardır.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Qanun” nəşrlər evi “Məktəblillər üçün liderlik dərsləri” adlı seriyasında şəhid general-mayor Polad Həşimovdan bəhs edən kitab çap etmişdi. Polad Həşimovun təhsil aldığı məktəb, məktəbdə onunla bağlı olan xatirələr, daha sonra əsgər və generalların, ailəsinin xatirələri toplandığı “Polad generalımız” adlı kitab 2000 tirajla çap olunaraq, məktəbli uşaqlara pulsuz paylanılmışdı. “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Yeni Müsavat”a açıqlamasında bu cür generalın həyatı haqda məlumatların məktəb dərsliklərinə salınmasını təklif etmişdi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Musa Qasımlı qeyd edib ki, hazırkı dövrdə şagirdlərə daha çox qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan biliklər verilməlidir:

“Dövlətimizin təhsil strategiyasının tərkib hissələrindən biri olan dərslik siyasəti müstəqillik illərində böyük bir yol keçib. Tarix dərsliklərində müstəqil dövlətçilik, vətən, torpaq, millət sevgisi aşılayan mövzular, tarixi şəxsiyyətlərimiz və dövlət xadimlərimiz haqqında məlumatlar vardır. Bütün keçmiş minilliklər tariximizi bilməyimiz vacibdir. Orada bizim milli və dövlətçilik köklərimiz yatır.

Bununla yanaşı, hesab edirəm ki, biz şagirdlərimizə qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan bilikləri daha çox verməliyik. Ona görə də dərsliklərdə general-mayor Polad Həşimov haqqında məlumatların verilməsi yaxşı olardı. Şagirdlərimiz ondan vətəni sevməkdə, qorumaqda və düşmənə sinə gərməkdə örnək alardılar. Tarix dərslikləri quru, bəzən də heç bir məna daşımayan statistik, xronoloji məlumatlardan təmizlənməli, başlıca olaraq vətən, torpaq, dövlət, millət sevgisi aşılamalı, yaxşı vətəndaş yetişdirilməsində başlıca rol oynamalıdır".

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, ən böyük qəhrəmanlarımızdan biri də Nuru Paşadır: “Lakin onun adı mücərrəd qəhrəmanlar, Azərbaycana dəxli olmayan, fəaliyyəti müstəqilliyimiz üçün əhəmiyyət kəsb etməyən şəxslərlə müqayisədə çox arxa planda qalır. Eyni zamanda son dövrlərin qəhrəmanlarından olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov və digər dəyərli şəhid zabit və əsgərlərimizin obrazlarını təqdim etməyə tələsmirik. Əslində isə insanlara real qəhrəmanlar lazımdır. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün çox valideyn qız övladına Natəvan adını verir. Məlum olduğu kimi, zamanında Xan qızı Xurşudbani övladı vəfat etdikdən sonra Natəvan təxəllüsünü özünə götürüb. Natəvan ”yazıq, miskin insan" deməkdir. Bu gün də adın fərqinə varmadan bu adı övlada qoyurlar. Bu isə mahiyyətcə doğru deyil. Eləcə də qəhrəmanların mahiyyətinə baxışımız kökündən yanlışdır, təhrif olunmuşdur. Bu səbəbdən real qəhrəmanlara qayıtmalıyıq. Məsələn, əgər Qarabağda qalib gəlmək istəyiriksə, bizim obrazımız Koroğlu, Babək ola bilməz. Obrazımız Nuru Paşa olmalıdır, hansı ki, Bakını işğalçılardan azad edib. Yəni bu obrazı daha dərindən anlasaq, bilərik ki, qalib gəlmək mümkündür. Və yaxud vətən üçün şəhid olmaq obrazı deyəndə Mübariz İbrahimovu, Polad Həşimovu, Raquf Orucovu göstərmək kifayət edər.

Bizə real qəhrəman ona görə lazımdır ki, biz görək ki, bizdən biri olan, bizimlə eyni yeməyi yeyən şəxs gəlib Bakını azad edə bildi. Necə ola bilər ki, Azərbaycan zabiti özünü bu ruhda hazırlamasın və Qarabağı azad etmək haqda düşünməsin. Amma bir daha qeyd edirəm, bunu koroğluçuluqla təbliğ etmək çox çətin olacaq".

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Azərbaycan Respublikasının dərslik siyasətinə görə dərsliklər şəxsiyyət yetişdirməlidir. Xüsusən də son dövrdə Azərbaycanda Qarabağ müharibəsində baş verən proseslər dərsliklərdə insanları qələbəyə olan inamı artırmalıdır. Ona görə də dərsliklər gənc nəslin milli-vətənpərvər ruhunda yetişməsinə, eyni zamanda bu hisslərin oyadılmasına müsbət təsir etməlidir.

Birmənalı şəkildə istər 2016-cı ildə baş verən Aprel döyüşləri, istərsə də 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmanlıq göstərən zabit və əsgərlərimiz haqqında məlumatlar mütləq şəkildə dərsliklərə salınmalıdır. Çünki bu hadisələr həm Azərbaycan, həm də dünya əhəmiyyətli hadisələrdir.

Etiraf edək ki, son dövrlərdə ölkədə gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün müsbət milli qəhrəman obrazlarında çatışmazlıqlar var. Məhz Polad Həşimovun, İlqar Mirzəyevin və digərlərin adları, onların haqqında məlumatların dərsliklərə gətirilməsi bu boşluqları aradan qaldıra bilər.

Çox təəssüf ki, hazırda dərsliklərimizdə, xüsusən də tarix, ədəbiyyat fənlərində bu tipli məlumatlar azlıq təşkil edir. Bu səbəbdən bir daha qeyd edirəm ki, bu boşluqları bərpa etmək üçün yeni dərsliklər çap ediləndə yeni dövrümüzün qəhrəmanları haqqında geniş məlumatlar verilməli və bu ən zəruri addım olmalıdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01
Simonyan arvadından boşandı
Dünən, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Dünən, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Dünən, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Dünən, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Dünən, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Dünən, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Dünən, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Dünən, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Dünən, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Dünən, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Dünən, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru