Cəlilabada yeni prokuror təyin edilib .....                     Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub .....                     Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb .....                     Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu .....                     Ermənistan hökuməti Karapetyana uduzdu .....                     Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək .....                     İki aydır 200 manatlıq sifarişi icra olunmur... .....                     “Kişilər əsl sevginin nə olduğun onda anlayır” .....                     35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi .....                     Həbs edilən "Epi" ləqəbli reper: .....                     Bazarda yeni fırıldaq dönür: .....                     Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı .....                     Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Rusiya və İran özlərini havayı yorur .....                     Azərabaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub .....                     Neftçalanın icra başçısı media tədbirinə niyə qatılmadı? .....                     Bu rayona yeni prokuror təyin edildi .....                     Mərkəzi Bank ölkəni HARA APARIR: Dollar bahalaşacaq? .....                     Tanınmış vəkil “Adore"ni məhkəməyə verdi, qalib gəldi .....                     Elgiz Əkbər: “Ədalət Şükürov məni harada görürdüsə, pul verirdi” .....                     Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub? .....                     Nazir bu klinikanın baş həkimini işdən çıxardı .....                     Rusiyadan Azərbaycana ŞOK TƏHDİD: Ölkənin DAXİLİNİ QARIŞDIRACAĞIQ! .....                     Bakının burnunun ucunda: HAMININ UNUTDUĞU YER... .....                     Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb .....                     Azərbaycan müdafiə nazirinin Türkiyəyə səfəri davam edir .....                     Qadına görə onun keçmiş sevgilisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı .....                     Paşinyan Rusiyaya gedir .....                     İcra hakimiyyətlərində islahatlar başlayır .....                     Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanda BÖHRAN YARADIR... .....                     Paşinyan separatçıları bir-bir “dənləyir” .....                     Norveç şirkəti Azərbaycanda ləğv edilir .....                     Zəngəzur dəhlizi tezliklə müsbət həll olunacaq .....                     İlkin son qapını döydü .....                     Tahir Kərimli ilə “kurortlar nazirliyi” arasında qalmaqal: kim haqlıdır? .....                     Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü .....                     Əli Cam və oğlu azadlığa çıxdı .....                     Bu karqo şirkətinə yolun düşdüsə... .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb .....                 

"Qızlarım mənimlə zarafatlaşdı ki, ata, indi sənin qəbuluna gələndə icazə alaq?" - deputat
Tarix: 10-03-2020, 08:53 | Çap et
"Qızlarım mənimlə zarafatlaşdı ki, ata, indi sənin qəbuluna gələndə icazə alaq?"
VI çağırış Milli Məclisin deputatı Razi Nurullayev Versus.az-a müsahibə verib.

DİA.AZ müsahibəni təqdim edir.

- Razi bəy, öncə sizi millət vəkili seçilməyiniz münasibətilə təbrik edirəm.

- Təşəkkür edirəm, çox sağ olun.

- Deputat olmaq necə hissdir, Razi bəy?

- Deputat olmaq nə qədər gözəl hissdirsə, deputat olmağın məsuliyyət hissi bir o qədər çətindir. Çünki deputat xalqın sözünü çatdıran, xalqın sözünü deyəndir. Xalqın da problemləri, sözü bitən deyil. Daim danışmalısan, xalqın yanında olmalısan. Deputatdan həm dövlət, həm seçicilər, xalq razı qalmalıdır, həm də parlamentdə nümunəvi fəaliyyət göstərməlisən.

“Yox, sən bizim üçün atasan, səndən icazə alan deyilik”

- Bir az ailənizdə bu uğurun sevincinin necə yaşanmasından danışın, təəssüratlarınız maraqlıdır.

- Uzun illərdir ki, siyasət meydanındayam. Bu meydanda olduğum müddətdə bir neçə dəfə seçkilərdə iştirak etmişəm. İlk dəfədir ki, seçkidən qalib ayrılıram. Buna qədər olan mərhələdə ailəm də mənimlə bərabər o çətinlikləri yaşayıb. Seçki öncəsi və seçki sonrası məsələlərin birbaşa iştirakçısı olub. Təbii ki, bu qalibiyyət hissi də bir başqa cür oldu. Ailəm, övladlarım sevindi.

- Sevinclərini necə göstərirdilər?

- Qızlarım mənimlə zarafatlaşdı ki, ata, indi sənin qəbuluna gələndə icazə alaq? Dedim ki, bəli, icazə almalısınız. Güldülər, boynuma atılıb qucaqladılar, öpdülər ki, yox, sən bizim üçün atasan, səndən icazə alan deyilik. Beləcə, zarafatlaşdıq, sevincimizi bölüşdük. Ailəm, övladlarım da deputat olmağımın məsuliyyətini hiss edirlər. Şükür olsun ki, mənim nümunəvi ailəm var və nümunəvi ailə olaraq da qalmaqda davam edəcəyik.

“Siyasətçilərin ən çox can atdıqları bir neçə post var”

- Razi bəy, niyə deputat olmaq istədiniz?

- Siyasətçilərin ən çox can atdıqları bir neçə post var. Əgər siyasi partiyasansa və siyasətçisənsə seçkilərdə iştirak edirsən. Və bütün siyasətçilər deputat olmaq istəyir. Bu, onların təbii hissidir, eyni zamanda siyasətçi missiyasından irəli gəlir. Siyasətçi parlamentdə olub nələrisə həll edə, danışa bilər. Bələdiyyə seçkilərində yer qazanaraq partiyasını gücləndirə bilir. Və təbii ki, prezident seçkilərində iştirak edib hakimiyyətə gəlmək istəyir. Yəni qeyd etdiyim kimi, parlament seçkilərinə getmək və deputat olmaq siyasi partiyaların və siyasətçilərin təbii hissidir. Təbii ki, bundan əlavə olaraq siyasətçinin əlində müəyyən bir rıçaqlar, siyasi imkanlar, səlahiyyətlər olmalıdır. Və deputatlıq da bu səlahiyyətlərdən bəzisini onlara təmin edir ki, onlar sözlərini tribunadan deyə bilsinlər və qaldırdıqları məsələlərin də həllinə çalışsınlar.

- Hədəfləriniz barədə müsahibələrinizdə açıqlamalar veribsiz. Daha çox hansı məsələnin üzərində dayanacaqsınız?

- Mənim üçün ən vacib məsələ hər doğulan uşağa uşaq pulunun bərpası məsələsidir. Hər doğulan uşağa müavinətin verilməsi və onların pulsuz yeməklə təmin olunmasıdır. Amma bu, bir deputatın səsi ilə həll olunan məsələ deyil. Bu məsələ ciddi araşdırılmalıdır. Artıq bu məsələ gündəmdədir. Və gündəmdə qalmasında, üç ildən artıq müzakirə olunmasında mənim müstəsna xidmətlərim var. Bu məsələni əsaslandırılmış şəkildə parlamentə və hökumətə təqdim etmək istəyirəm ki, ünvanlı sosial yardım ləğv oluna, bunların əvəzində bütün ailələr uşaq pulu ala bilər. Çünki hər bir uşağın böyüməsində dövlət də mənəvi ata kimi iştirak etməlidir. Yəni uşaq 50 faiz bioloji valideynə aid olsun, 50 faiz də qoy onların mənəvi atası dövlət olsun. Əgər hökumət bunu təmin edərsə, o zaman daha böyük ailələr yaranar. Azərbaycanda güclü ailələr formalaşar və onlar da dövlətin, hökumətin ətrafında sıx birləşə bilərlər.

“Bunu saxlamaq çox çətindir, amma...”

- Bu gün Razi Nurullayev mətbuata da, problemi olan şikayətçilərə də açıqdır. Sabah parlamentdəki Razi Nurullayev bu keyfiyyətini saxlayacaq, yoxsa bəzi deputatlar kimi özünü əlçatmaz edəcək?

- Sizi inadırım ki, bunu saxlamaq çox çətindir. Amma təbii ki, mən bu keyfiyyətləri saxlayacam. Təsəvvür edirsiz, seçici ən kiçik, xırda bir problemlə də bağlı deputata zəng edir. Mən seçkidən sonra indiyə qədər minlərlə zənglərə cavab verməli olmuşam. Özüm yüzlərlə zəng etmişəm. Kiçik problemdən tutmuş böyük problemədək hamısını dinləməyə çalışmışam. Nə dərəcədə həll edib edə bilmərik, bunu demək çətindir. İnanın ki, əgər deputatlar onlara gələn bütün zənglərə cavab versələr, onda onlar 24 saat yatmadan çalışmalıdırlar.

Mən isə qeyd etdiyim kimi, bunun hər hansı bir formada həllinə çalışacam. Yəni bu gün seçicilərimə nə qədər açığamsa, həmişə belə olacaq, əlaqə nömrəmi dəyişmiyəcəm, telefonumu bağlamıyacam, seçicilərimin yanında olmağa çalışacam, əlimdən gələn köməkliyi də bacardığım qədər göstərəcəm. Bildiyimiz kimi, dövlət də, hökumət də, deputat da gücünü xalqdan alır. Uca olan xalqdır və xalqın yanında dayanmaq da böyük şərəfdir.

- Siz hər zaman məmur özbaşınalığından, sakinlərin istər kiçik, istər böyük məmurlar tərəfindən incidilməsindən danışıbsız, problemləri ictimailəşdiribsiniz. Deputatlıq sizi o məmurlarla dostlaşdırıb, problemlərə qarşı laqeydləşdirməz ki? Seçicinin seçimi ilə mandat alıb üz çevirən deputatları çox gördük..

“Şikayət etməyə dəyməz, mən də şikayət etmirəm”

- Bilirsiz, həyatda heç bir məsələ daimi deyil, hər şey nisbidir. Heç kim ideal deyil, səhvlər ola bilər. Hər hansı bir məmuru tənqid edirəmsə və orada haqsız olmuşamsa, təbii ki, mən iddiamdan geri çəkilcəm. Amma yenə də haqsızlıq, özbaşınalıq gördüyümdə susmayacam, həmin məmurların cəzalandırılmasına çalışacam. Çünki Azərbaycan seçicilərinin münasibətləri, baxışları, davranışları tamamən dəyişib, deputatlardan onların gözləntilərini doğrultmağı istəyir. Və bu gözləntilər içərisində o problemlərin deyilməsi xalqın yanında dayanmaq deməkdir. Xalqın yanında dayanmaq isə xalqa qarşı əks mövqe tutanlar, onlara qarşı doğru-dürüst davranmayanlar haqqında həqiqəti deməkdir.

- Yeni seçilən deputatlardan biri belə bir açıqlama verdi ki, 5 il deputat olmaq 5 il azadlıqdan məhrumedilmə kimi bir şeydir. Siz necə düşünürsünüz?

“Bunlar bütün dünyada qəbul olunmuş atributlardır”

- Bu onun öz fikridir, yəqin ki, bunu deməkdə də müəyyən əsasları var. Amma hər bir fəaliyyətdə, vəzifədə müəyyən çərçivələr var. Mən bu gün partiya sədriyəm, təşkilat rəhbəriyəm və mən də azad deyiləm, çərçivələrim var. Kostyum, qalstuk geyinməliyəm, müsahibə verməliyəm, iclaslar keçirməliyəm. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq istənilən bir vəzifədə insan müəyyən bir azadlığından imtina etmiş olur. Və insanlar bunu şüurlu şəkildə seçmiş olur. Bunun üçün də şikayət etməyə dəyməz, mən də şikayət etmirəm.

Bunlar bütün dünyada qəbul olunmuş atributlardır, bu və ya digər fərqli şəkillərdə tətbiq olunur. İstər Amerika, Böyük Britaniya, Şərqi Avropa ölkələri, Azərbaycan, Səudiyyə Ərəbistanı, İran və Şimali Koreya olsun, hər bir ölkənin nə qədər çox demokratik və avtoritar olub olmamasından asılı olmayaraq, azadlıqlarının, hüquqlarının çərçivəsi var. Və hər bir vəzifəli şəxsin də addımlarının çərçivəsi var.

- Siyasi partiyadan olan deputatların partiyaları dövlət tərəfindən maliyyələşdiriləcək. Sizin partiya bu maliyyədən kənarda qaldı. Bu barədə nə düşünürsünüz?

- Təəssüf edirəm. Ümumiyyətlə, AXCP adına mən də, Əli Kərimli də iddia etdiyimiz üçün qeydiyyat yoxdur, hələ ki, bu məsələyə aydınlıq da gətirilməyib. O baxımdan mən parlamentdə bitərəf kimi təmsil olunuram. Çox istərdim ki, bu və ya digər şəkildə partiya mənsubiyyətim həll olunsun, partiyalılığım tanınsın və mən də parlamentdə partiya kimi təmsil olunum.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 13:25
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:17
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Bu gün, 13:12
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Bu gün, 13:07
Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Bu gün, 13:00
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Bu gün, 12:57
İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Bu gün, 12:55
“Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Bu gün, 12:50
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Bu gün, 12:47
Həbs edilən "Epi" ləqəbli reper: - "3 dəfə qeyri-etik ifadədən istifadə edilib"
Bu gün, 12:36
Bazarda yeni fırıldaq dönür: - Evi satıb sonra boşanırlar və...
Bu gün, 12:34
Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - BUNDAN SONRA...
Bu gün, 12:31
Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: - “70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam”
Bu gün, 12:25
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
Rusiya və İran özlərini havayı yorur - RƏY
Bu gün, 12:22
Azərabaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub - DİN-dən XÜSUSİ ƏMƏLİYYAT
Bu gün, 12:17
Neftçalanın icra başçısı media tədbirinə niyə qatılmadı? - FOTO
Bu gün, 12:12
Bu rayona yeni prokuror təyin edildi - ƏMR
Bu gün, 12:06
Mərkəzi Bank ölkəni HARA APARIR: Dollar bahalaşacaq? - HAMI GÖZLƏYİRDİ Kİ...
Bu gün, 12:03
Tanınmış vəkil “Adore"ni məhkəməyə verdi, qalib gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:51
Elgiz Əkbər: “Ədalət Şükürov məni harada görürdüsə, pul verirdi” – Müğənnidən CAVAB
Bu gün, 11:49
Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub?
Bu gün, 11:44
Nazir bu klinikanın baş həkimini işdən çıxardı - ƏMR
Bu gün, 11:36
Rusiyadan Azərbaycana ŞOK TƏHDİD: Ölkənin DAXİLİNİ QARIŞDIRACAĞIQ! – deputat AÇIQ HÜCUMA KEÇDİ
Bu gün, 11:33
Bakının burnunun ucunda: HAMININ UNUTDUĞU YER... - Kəsilən baş olmasa da... YAŞ AĞACLARDIR...
Bu gün, 11:23
Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb
Bu gün, 11:17
Azərbaycan müdafiə nazirinin Türkiyəyə səfəri davam edir
Bu gün, 11:14
Qadına görə onun keçmiş sevgilisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 11:10
Paşinyan Rusiyaya gedir
Bu gün, 11:05
İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar LƏĞV EDİLƏCƏK
Bu gün, 10:57
Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanda BÖHRAN YARADIR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:53
Paşinyan separatçıları bir-bir “dənləyir” – Bu dəfə hədəfdə Babayan OLDU
Bu gün, 10:48
Norveç şirkəti Azərbaycanda ləğv edilir
Bu gün, 10:43
Zəngəzur dəhlizi tezliklə müsbət həll olunacaq - ŞƏRH
Bu gün, 10:40
İlkin son qapını döydü - Ali Məhkəmə qərar verəcək
Bu gün, 10:38
Tahir Kərimli ilə “kurortlar nazirliyi” arasında qalmaqal: kim haqlıdır? - Görünəni odur ki...
Bu gün, 10:35
Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:29
Əli Cam və oğlu azadlığa çıxdı
Bu gün, 10:26
Bu karqo şirkətinə yolun düşdüsə... - GİLEY
Bu gün, 10:16
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb - DİQQƏT!
Bu gün, 10:07
"Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır?!!" - NARAZILIQ VAR...
Bu gün, 10:05
“Azercell” abunəçilərini rəsmən BOĞAZA YIĞIB - "Məqsədinizi deyin biz də bilək..."
Bu gün, 09:58
Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Mərhum Qarabağ qazisinin adı ilə onun həyat yoldaşını necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 09:26
Bu dəfə "CELT" kursları SSRİ-ni təbliğ etdi - İmişlidəki hadisə dərs olmadı
Bu gün, 09:23
Kreml Ermənistanda aranı qatdı, Paşinyanla bağlı tapşırıq verildi – Ankara detalı
Bu gün, 09:18
“Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…” - Tofiq Zülfüqarovdan xəbərdarlıq
Bu gün, 09:12
Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı – Bakı fərqindədir
Bu gün, 09:09
Deputatın ŞOK SƏRVƏT SİYAHISI... - AÇIQLANDI...
Bu gün, 09:06
Rusiya həddi aşır - indi də alimlərimiz hədəfə alındı
Bu gün, 08:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru