İqbal Ağazadədən Rauf Arifoğluya cavab
Tarix: 23-12-2019, 08:48 | Çap et
 Ümid partiyasının rəhbəri İqbal Ağazadə tanınmış jurnalist Rauf Arifoğlunun onunla eyni dairədən namizədliyini irəli sürməsinə münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, partiya sədri R. Arifoğlunun bu addımını müsbət qarşılamayıb:
"Dəyərli dostlar, əziz partiyadaşlar, sayğıdəyər səhifə izləyicilərimiz!
35 saylı Xətai 3 - cü seçki dairəsindən Rauf bəy Arifoğlunun namizədliyini irəli sürməsi çoxlarınızda emosiya və aşırı təpki yaradıb. Hamınızı anlamağa çalışıram, reaksiyalarınıza və düşüncələrinizə hörmətlə yanaşıram. Lakin...
Bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür. Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq. Hüquq Rauf bəyə haqq verir ki, istənilən dairədən namizədliyini irəli sürüb mübarizə aparsın. Passiv seçki hüququndan istifadə etməyə kimsəyə qadağa qoymağa nə mənim, nə də sizin haqqınız yoxdur.
Təəssüf edirəm ki, həm sizlər, həm də Rauf bəyi müdafiə edənlər ifrata vararaq bir - birinizi kiçiltməyə çalışırsınız. Etməyin.
Əziz partiyadaşlar, dostlar.
Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım.
Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən - həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən - namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir.
Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar.
Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun.
Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq - Mənə münasibətdən asılı olmayaraq.
"Yeni Müsavat"dakı dostlarımız isə tarixin müxtəlif dönəmlərində müsahibə, reportaj və s. məsələləri xüsusi qabartmasınlar, o da Rauf bəylə mənim aramda.
Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44 |
|
|
|
• Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36 |
|
|
|
• Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30 |
|
|
|
• Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28 |
|
|
|
• Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05 |
|
|
|
• Biz harda nə qədərik?
Bu gün, 09:03 |
|
|
|
• “Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59 |
|
|
|
• Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52 |
|
|
|
• "Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49 |
|
|
|
• `Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35 |
|
|
|
• Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23 |
|
|
|
• Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16 |
|
|
|
• Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13 |
|
|
|
• Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14 |
|
|
|
• Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12 |
|
|
|
• Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
• "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40 |
|
|
|
• Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25 |
|
|
|
• ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17 |
|
|
|
• Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09 |
|
|
|
• Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07 |
|
|
|
• Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
• Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36 |
|
|
|
• Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34 |
|
|
|
• Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27 |
|
|
|
• "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24 |
|
|
|
• Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22 |
|
|
|
• İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18 |
|
|
|
• Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43 |
|
|
|
• Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41 |
|
|
|
• Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37 |
|
|
|
• Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12 |
|
|
|
• “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17 |
|
|
|
• Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15 |
|
|
|
• Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10 |
|
|
|
• "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05 |
|
|
|
• "Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30 |
|
|
|
• Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12 |
|
|
|
• Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05 |
|
|
|
• "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03 |
|
|
|
• UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00 |
|
|
|
• “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57 |
|
|
|
• Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55 |
|
|
|
• Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48 |
|
|
|
• Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36 |
|
|
|
• FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20 |
|
|
|
• Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18 |
|
|
|
|