Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                     Növbəti hədəf Qod Nisanov ola bilərmi? .....                     Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır .....                     "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" .....                     Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                     Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək .....                     Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi .....                     Tərtərdə silahla insident törədən qazi həbs edilib .....                     Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                 

Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?
Tarix: 7-12-2019, 10:18 | Çap et
Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?
Ölkə müxalifətinin son 26 ildəki uğursuzluğunun kökündə duran səbəblərdən biri kimi düşərgənin tutduğu siyasi xətt göstərilir. Siyasi ekspertlərə görə, bu xətt dəyişmədikcə camiə uğursuzluq zolağından çıxa bilməyəcək.

AĞ Partiya başqanı Tural Abbaslı nələrisə dəyişməyin tərəfdarıdır: “Ümumiyyətlə, müxalifət və iqtidar bu və ya digər formada bir-birindən asılıdır. Yəni müxalifətin mübarizə taktikasının və tutduğu xəttin formalaşmasında iqtidarın təsiri danılmazdır, eyni ilə də iqtidarın da yürütdüyü siyasətə müxalifət təsir imkanlarına malikdir. Əgər iqtidar artıq 26 ildir ki, hakimiyyətdədirsə, demək, müxalifətin tutduğu xətdə nəsə yanlışlıq var. Biz iddia da etsək ki, bu metodda hər şey qaydasındadır, o zaman ortaya sual çıxır ki, bəs niyə hakimiyyətə gəlinmir? Təbii ki, belə uğursuzluq və nəticəsizlik yalnız müxalifətin yürütdüyü yanlış siyasətin nəticəsi deyil.

Bu məsələdə iqtidarın da yürütdüyü sərt və aqressiv siyasətin də rolu böyükdür. Yəni bütün günahı müxalifətdə görmək ədalətsizlik olardı. Çünki YAP dünyada qəbul olunmuş demokratik standartlara uyğun idarəçilik metoduna əməl etmir.

Tural Abbaslı: “Ortaya sual çıxır ki, bəs onda niyə hakimiyyətə gəlinmir?”

Müxalifət də müasir mübarizə metodlarından kifayət qədər effektiv istifadə edə bilmir. Müxalifətin mübarizə taktikası və siyasi xətti hələ də 90-cı illərin siyasi mübarizə metodunun təsirlərindən tam qurtula bilməyib. Təbii ki, müxalifət müasir şərait və şərtləri nəzərə alaraq zamanına uyğun mübarizə taktikası və texnologiyası müəyyənləşdirməlidir. Ümumiyyətlə, bu məsələdə nə qədər çox çeviklik olsa, bir o qədər effektli olar. Əgər hansısa siyasi xətt və mübarizə taktikası bir seçkidə effekt vermədisə, ondan imtina etmək lazımdır. Bütövlükdə xətlər və metodların effektivliyi onun nəticələri ilə ölçülməlidir, ”mənəvi qələbələr"lə yox. Biz AĞ Partiya olaraq çalışırıq ki, maksimum çevik siyasət yürüdək və nəticələrə nail olaq. Ən azından biz partiya kimi hansısa prosesə qoşulduqda ilk hədəfimiz o prosesdən qoşulduğumuzdan daha güclü formada çıxmaqdır. Və hələlik bu prinsip bizə nisbətən də olsa uğur qazandırıb. Sonda onu da qeyd etməliyəm ki, mənim başqalarına yol göstərmək, ağıl vermək kimi bir niyyətim yoxdur. Siyasət belə bir fəaliyyət növüdür ki, burada hər kəs atdığı addımın müsbətinin və mənfisinin altını özü çəkir. Odur ki, hər kəs istədiyi metod və xətti seçməkdə azaddır deyə düşünürəm".

Əli Orucov: “Düşərgənin ağır durumuna görə daha çox hakimiyyət cavabdehdir”

AMİP katibi Əli Orucov fərqli düşüncəyə sahibdir: “Müxalifətin indiki ağır duruma salınmasını müxalifətin tutduğu siyasi xəttində deyil, hakimiyyətin uzun illər yürütdüyü siyasətində və siyasi rəqiblərinə qarşı olan baxışlarında daha çox axtarmaq lazımdır. Təkcə müxalifət düşərgəsi sıradan çıxarılmayıb, özünü hakim partiya hesab edən YAP və onun peyk partiyaları da ölkənin ictimai-siyasi həyatındakı rolunu itirib. Halbuki mərhum prezidentin dönəmində az-çox düşərgələr arası rəqabət və mübarizə vardı. YAP cəmiyyətin həyatında nüfuz sahibi idi. İndi isə bunun tam əksidir. Müxalif siyasi partiyalar daima təzyiq altında saxlanılıb, fəaliyyət meydanı daraldılıb, maliyyə qaynaqları qapadılıb, cəmiyyətə çıxma imkanları məhdudlaşdırılıb. Bir sözlə, tam tədric vəziyyətə salınıb. Mövcud şərtlər daxilində müxalif düşərgənin hansısa uğur qazanması tam bir möcüzə olardı. Hələ ayaqda durub mövcudluğunu saxlaya bilibsə, elə bunun özü böyük nailiyyətdir. Təbii ki, fəaliyyət olan yerdə qüsurlar, səhvlər də ola bilər. Müxalifət düşərgəsi də zaman-zaman ciddi səhvlərə yol veriblər, taktiki addımlarında və mübarizə metodlarında yanlışlıqlar olub. Reallıqları bəzən düzgün qiymətləndirə bilməyib və xarici faktora daha çox ümid bağlayıblar. Azərbaycan müxalifətinin böyük hissəsi ölkənin spesifik xüsusiyyətlərini və hakimiyyətə olan münasibəti nəzərə alınmayıb. Yəni Ukraynaya, Gürcüstana və digər ölkələrə Qərbin Azərbaycana fərqli yanaşmaların reallığını düzgün analiz edə bilməyiblər. Daxili intriqalar, çəkişmələr, lazımsız ambisiyalar, iddiaları da bura əlavə etsək yerinə düşər.

Təəssüflər olsun ki, bəzi siyasi qüvvələrdə köhnədənqalma streotiplər, qəlblənmiş dəsti-xətt bu gün də qalır. Bəzən yeniliyi, dəyişikliyi qəbul etmək çətin görünür. Liderlərin ilahiləşdirilməsi və toxunulmazlığı kimi tendensiyalar qalmaqdadır. Hara yozsaq da yenə bunu yaradan səbəb dolayısı ilə hakimiyyətin siyasətinin üzərinə gəlib çıxır. Hakimiyyətin özü də belə halın davam etməsində maraqlıdır. Çünki bu müxalifəti hərtərəfli tanıdığından onunla hansı dildə və necə danışacağının asan yolunu bilir. Düzgün istiqamətin götürülməsi üçün ilk növbədə düzgün təhlillər aparmaq, reallığı olduğu kimi qiymətləndirmək, buraxılan səhvləri etiraf etmək və bir daha eyni səhvləri təkrar etməmək kimi addımların atılması lazımdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru