Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                     Növbəti hədəf Qod Nisanov ola bilərmi? .....                     Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır .....                     "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" .....                     Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                     Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək .....                     Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi .....                     Tərtərdə silahla insident törədən qazi həbs edilib .....                     Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                 

"Azərbaycanda əksər seçkilər payız aylarında keçirilib və o zaman da heç də havaların isti olduğu dövr deyil"
Tarix: 6-12-2019, 09:12 | Çap et
"Azərbaycanda əksər seçkilər payız aylarında keçirilib və o zaman da heç də havaların isti olduğu dövr deyil"
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Milli Məclisə növbədənkənar seçkilər 2020-ci ilin fevral ayının 9-na təyin edilib.

YAP icra katibi Əli Əhmədov prezidentin sərəncamından sonra özünün facebook səhifəsində bütün siyasi partiyalara növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı çağırış edib: “Azərbaycan cəmiyyəti geniş və əhatəli islahat və yeniləşmə ab-havasında yaşamaqdadır. Qarşıdan gələn parlament seçkiləri bu ab-havanı formalaşdıran vacib səbəblərdən biridir. Partiya adını daşıyan bəzi qruplar isə seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir.

Dəfələrlə qeyd edilən tezisi bir daha vurğulamağa ehtiyac yoxdur ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən partiyaların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Prezidentin və ümumiyyətlə hakimiyyətin ictimai dəstəyini daha da artırıb. Bir neçə həftə əvvəl aparılmış sosioloji sorğunun nəticələri deyilənləri sübuta yetirir. Müxalifətin reytinqi isə aşağı düşməkdə davam etməkdədir. Deməli, radikalların az-çox uğurlu sayıla biləcək seçki kampaniyası aparmaq imkanları getdikcə məhdudlaşır. İndi onlara, necə deyərlər, sifətlərini saxlamaq naminə bəhanə axtarmaqdan daha uğurlu variant qalmır. Belə bir bəhanəni isə onlar yenə də iqtidara böhtan atmaqda, guya ölkədə seçki mühitinin olmamasında görürlər və yerinə yetirilməsi bir çox səbəblərdən mümkün olmayan şərtlər irəli sürürlər. Məsələn, radikalların irəli sürdüyü bəzi şərtlərin konstitusiyada və Seçki Məcəlləsində dəyişikliklər edilməsini nəzərdə tutduğunu göstərmək yetər ki, seçkilərin demək olar ki, artıq elan edildiyi bir vaxtda bu şərtlərin nə qədər qeyri-ciddi, əslində isə bəhanə olduğu dərk edilsin.

Vurğulanmalı digər motiv isə radikalların, ümumiyyətlə, siyasi mübarizə forması kimi seçkilərdə maraqlı olmaması göstərilməlidir. Radikalların siyasi fəlsəfəsi və mədəniyyəti gərginlik və qarşıdurma yaratmaq üzərində qərarlaşıb və hakimiyyət uğrunda mübarizədə sivil formalardan istifadə etmək istəyindən uzaqdır. 30 il ərzində onların siyasi mübarizəsinin forma və üsulları dəyişməyib və yenə də XX əsrin 90-cı illərinin əvvəllərində istifadə etdikləri taktikadan kənara çıxa bilmirlər. Lakin zaman dəyişib, dövlət və hakimiyyət güclənib, əhalinin demokratiya baxışları və siyasi mədəniyyəti əhəmiyyətli dərəcədə yüksəlib".

Əli Əhmədov qeyd edib ki, buna görə 30 il əvvəlki metodlar, sadəcə olaraq, işə yaramır: “Boykot çağırışına gəldikdə isə radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.

Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır. İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Mən bunu Yeni Azərbaycan Partiyasının çoxillik seçki təcrübəsinə istinadən deyirəm. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək, niyyəti məkrlidir".

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a bildirdi ki, seçkinin 9 fevrala təyin edilməsində nə hüquqa zidd, nə də seçici fəallığına mənfi təsir edəcək heç bir amil yoxdur: “O ki qaldı bəzilərinin seçkinin qış ayında keçirilməsinin guya seçici fəallığına təsir edəcəyi barədə iddialarına, seçkilər hava proqnozuna görə yox, konstitusiyaya, Seçki Məcəlləsinə görə təyin olunur. Azərbaycanda əksər seçkilər payız aylarında keçirilib və o zaman da heç də havaların isti olduğu dövr deyil. Lakin seçici fəallığı həmişə yüksək olub”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əslində gözlənilən tarixlərdən biri də fevral idi. Odur ki, AĞ Partiya üçün o qədər də gözlənilməz olmadı: “Ümumiyyətlə isə hər partiya hər an seçkiyə hazır olmalıdır. Biz AĞ Partiya olaraq çalışmışıq ki, belə fövqəladə vəziyyətlərə hazır olaq. Məsələn, növbədənkənar prezident seçkilərində də biz qısa zamanda toparlandıq və 41 min imza topladıq. Düşünürəm ki, zamandan və imkanlardan düzgün istifadə etsək kifayət qədər vaxt var. Yəqin ki, sabaha AĞ Partiyanın İdarə Heyətinin növbədənkənar toplantısını keçirib müvafiq qərar verəcəyik. İstənilən halda vətənə, millətə xeyirli olsun”.

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, seçki qanunvericiliyində seçki kampaniyasının müddəti 60 gün nəzərdə tutulub. Prezident isə həm də qanunun bu tələbinə uyğun olaraq seçkininin gününü təyin edib: “Bu müddət azdır və seçki prosesini keyfiyyətli, uğurlu aparmaqda çətinliklər yaradır. Lakin bizə uyğun oldu-olmadı, artıq prezident növbədənkənar parlament seçkilərinin vaxtını verdiyi sərəncamla 9 fevral 2020-ci il tarixə təyin edib. Ona görə də çalışacağıq ki, seçki dövrünü yüksək səviyyədə təşkil edərək həyata keçirək. Əsas məsələ vaxt deyil, hamı üçün bərabər rəqabət şəraiti və əlverişli seçki mühitinin yaradılmasıdır. Saxtakarlığın olmaması, seçkilərə inzibati nəzarətə və qanunsuz müdaxilələrə yol verilməməsidir. İnsanlarda seçkilərə yenidən tədricən inam yaranmağa başlamaqdadır. Bu cücərməkdə olan inamın və etimadın məhv edilməsinə qətiyyən yol verilməməlidir”.

AVP sədrinin müavini Fikrət Yusifov isə bildirdi ki, iki ay normal seçki kampaniyası aparmaq üçün kifayət qədər yetərlidir. Odur ki, seçkilərin gələn ilin fevral ayının 9-na təyin edilməsinin tam doğru bir seçim olduğuna şübhə yoxdur.

Seçki kampaniyasına yəqin ki, dekabrın 11-dən start veriləcək.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru