Seçkilərdə iştirak, yoxsa boykot: - Müxalifət yenə yolayrıcında
Tarix: 5-12-2019, 08:11 | Çap et
 Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı qərardan sonra, müxalif Milli Şura növbədənkənar Parlament seçkilərini boykot edəcəyini açıqlayıb. Bu bəyanat siyasi dairələrdə birmənalı qarşılanmır. Hazırda cəmiyyətdə, siyasi çevrələrdə “seçki, yoxsa boykot” müzakirələri gedir.
Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, üzvü olduğu partiyanın növbədənkənar seçkilərlə bağlı qərarını yaxın günlərdə verəcəyini deyib: “Müsavat Partiyası parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi bağlı yaxın günlərdə iclas keçirəcək və iclasda partiyanın mövqeyi bəlli olacaq. Qeyd edim ki, Milli Şura boykot qərarı verməyib, sadəcə seçkilərlə bağlı bir neçə şərt irəli sürüb. Müsavat Partiyasının da bəzi şərtləri var ki, iclas zamanı bu şərtlər açıqlanacaq”.
“Seçki qanunvericiliyinin təkmilləşdirilməsi, proporsional seçki sisteminin tətbiqi, seçki komissiyyalarının siyasi əsaslarla təşkil olunması və digər məsələlərlə bağlı partiyamızın mövqeyi var. Amma bütün şərtlər və mövqelər müzakirəyə çıxarılacaq və həftəsonuna qədər rəsmi açıqlama veriləcək”, - G.Aslanlı bildirib.
ReAl Partiyasının icra katibi Natiq Cəfərli də, mənsub olduğu partiyanın qərarını AYNA-ya açıqlayıb: “Təxminən 1 il əvvəl Parlament seçkilərinin baş tutma ehtimalının yüksək olduğunu düşünürdük. Bununla bağlı da ictimaiyyətə həm məlumat ötürürdük, həm də fikirlərimizi çatdırırdıq. Hər şeyə rəğmən seçkilərdə iştirakın tərəfdarıyıq və iştirak edəcəyik. Bunun üçün də seçkilərə ciddi hazırlaşacaq və üzvlərimizin deputat mandatı qazanması üçün cəhd edəcəyik”.
N.Cəfərli boykot qərarını səhv addım hesab edir: “Azərbaycanda boykotun hüquqi və siyasi gücü yoxdur. Hüquqi gücü ona görə yoxdur ki, parlament seçkilərində iştirak məhdudiyyəti yoxdur. Hətta, hər dairədən 100 nəfər seçkilərdə iştirak etsə, seçkilər baş tutmuş hesab olunur. Bu baxımdan boykotun heç bir hüquqi əsası yoxdur. Siyasi əsası isə ona görə yoxdur ki, seçkini boykot etməyə çağıranlar, seçkilərə getməklə hakimiyyətin legitimlik qazanacağını hesab edirlər. Bunun isə heç bir siyasi əsası yoxdur. Çünki həmin təşkilat bu günə qədər onlarla seçkiləri boykot edib. Lakin bu, Azərbaycan hakimiyyəti üçün heç zaman legitimlik problemi yaratmayıb və yarada da bilməz”.
“Ona görə də boykotun effektlivliyi haqqında deyilən fikirlər ağlabatan deyil və siyasi cəhətdən məntiqli görünmür. İstənilən halda siyasi təşkilatın borcudur ki, həmişə seçkilərdə iştirak etsin və seçkilərin yaratdığı ab-hava və fürsətlər pəncərəsi vasitəsi ilə daha çox insanları demokratik dəyişikliklərə hazırlasın. Ona görə də biz ReAl olaraq seçkidə iştirak edəcəyik”, - deyə müsahibimiz vurğulayıb.
Mövcud siyasi mənzərəni AYNA-ya şərh edən politoloq Azər Rəşidoğlu da seçkilərdə iştirakın daha əhəmiyyətli olduğunu düşünür: “Əslində seçkilərin boykotundan söhbət gedə bilməz. Çünki boykot aktiv olmalı və nəticələrə təsir etməlidir. Bunun üçün seçkiyə getmək, bülletenləri götürmək və nəticə olaraq neçə nəfərin boykotda iştirak etdiyini nümayiş etdirmək olar”.
“Lakin Azərbaycandakı müxalif partiyalar daha çox passiv boykotdan istifadə edirlər. Yəni, tərəfdarlarını seçki məntəqələrinə getməməyə çağırırlar. Bununla isə neçə nəfərin seçkiyə getmədiyini və seçkini boykot etdiyini qətiyyən sübut etmək olmaz. Əslində bu cür üsullar, seçkilərin saxtalaşdırılmasına şərait yaradır. Bura əsas məsələ ondan ibarətdir ki, bu cür qərarların qəbulu onsuz da məğlubiyyətlə nəticələnir”, - siyasi şərhçi bildirib.
Rəşidoğlunun fikrincə, siyasi partiyanın başlıca vəzifəsi seçkilərdə iştirak etməkdən ibarətdir: “Buna görə də, partiya seçkilərdə iştirak etməli, seçki prosesində qanun pozuntularını nəzərə çatdırmalı və seçki prosesində məntəqə və dairələrdə seçki komsiyyalarının, o cümlədən Mərkəzi Seçki Komissiyasının qanun pozuntusuna yol verdiyini ictimaiyyətin nəzərinə çatdırmalıdır. Seçkilərdə iştirak etmədən də bunu həyata keçirmək mümkün deyil. İstənilən halda mən seçkilərdə iştirak etməyin tərəfdarıyam”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14 |
|
|
|
• Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12 |
|
|
|
• Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
• "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40 |
|
|
|
• Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25 |
|
|
|
• ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17 |
|
|
|
• Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09 |
|
|
|
• Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07 |
|
|
|
• Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
• Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36 |
|
|
|
• Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34 |
|
|
|
• Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27 |
|
|
|
• "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24 |
|
|
|
• Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22 |
|
|
|
• İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18 |
|
|
|
• Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43 |
|
|
|
• Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41 |
|
|
|
• Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37 |
|
|
|
• Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12 |
|
|
|
• “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17 |
|
|
|
• Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15 |
|
|
|
• Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10 |
|
|
|
• "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05 |
|
|
|
• "Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30 |
|
|
|
• Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12 |
|
|
|
• Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05 |
|
|
|
• "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03 |
|
|
|
• UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00 |
|
|
|
• “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57 |
|
|
|
• Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55 |
|
|
|
• Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48 |
|
|
|
• Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36 |
|
|
|
• FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20 |
|
|
|
• Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18 |
|
|
|
• Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05 |
|
|
|
• "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03 |
|
|
|
• Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58 |
|
|
|
• Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19 |
|
|
|
• Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17 |
|
|
|
• "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02 |
|
|
|
• Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51 |
|
|
|
• Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45 |
|
|
|
• CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26 |
|
|
|
• Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14 |
|
|
|
• Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00 |
|
|
|
• Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57 |
|
|
|
• Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40 |
|
|
|
|