Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib .....                     Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                     Növbəti hədəf Qod Nisanov ola bilərmi? .....                     Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır .....                     "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" .....                     Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                     Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək .....                     Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi .....                     Tərtərdə silahla insident törədən qazi həbs edilib .....                     Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                 

Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...
Tarix: 3-12-2019, 09:02 | Çap et
Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...
Milli Şura və AXCP növbədənkənar parlament seçkilərini boykot edəcəyi barədə bəyanat yayıb. Açıqlamada bildirilib ki, seçki islahatları həyata keçirilmədiyi, şəffaf seçki mühiti yaradılmadığı, seçki komissiyaları dəyişdirilməyəcəyi halda seçkidə iştirak etməyi düşünmürlər.

Bəs digər müxalifət partiyaları seçkilərə qatılacaqlarmı?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, müxalifətin bu cür bəyanatı və tələbi ilə Seçki Məcəlləsi dəyişən deyil: “Bu bəyanatı verib seçkiyə getməməkdənsə istədiyin dəyişikliyi əldə etməyin yollarını aramalısan, ən pis situasiyada da qalib gəlməyin yollarını aramalısan. Məgər Gürcüstanda Seçki Məcəlləsi dəyişmişdi müxalifət qüvvələri birləşib mübarizə aparanda? Xeyr. Yaxud Yuşşenkonun mübarizə apardığı dövrdə Seçki Məcəlləsi dəyişmişdi? Yox. Biz ən pis vəziyyətdə belə, demokratiyanın qalib gəlməsi üçün nə edə biləcəyimizi düşünməliyik. Olmazmı bu gün hakimiyyətdən tələb edilsin ki, seçki komissiyaları səsləri düz saysın? Mənim üçün səsləri kimin saymasının, Ümidin, Müsavatın, yaxud da YAP-ın saymasının heç bir fərqi yoxdur.

Əsas məsələ sayanın düz saymasıdır. Mən sayandan tələb etməyi düzgün sayıram. Saymaq üçün hər kəs öz adamını yerləşdirmək istəyirsə, bu, doğru yanaşma deyil. Gücümüz çatırsa, kimin saymağından asılı olmayaraq düzgün saydırmağı bacarmalıyıq. Biz bunu bacarmırıq. Ona görə ki, hakimiyyətdən umuruq ki, amandır beş adam da mənim adamımı saymaq üçün komissiyaya qoy. Ümid Partiyasının Rəyasət Heyətinin seçkidə iştirakla bağlı tövsiyəedici qərarı var. Amma son qərarı Ali Məclis verəcək. Situasiya aydınlaşandan sonra Ali Məclis çağıracağıq”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, əsas məsələ seçkinin demokratik keçirilməsi üçün siyasi iradənin olmasıdır: “Siyasi iradə ortaya qoyulacağı halda indiki seçki komissiyaları ilə də demokratik seçki keçirmək mümkündür. Ən mürtəce qanunlarla belə normal seçki, ən demokratik məcəllə ilə saxta seçki keçirmək olar. Ona görə də siyasi iradəni mühüm sayırıq. Hakimiyyətin irəli sürülən fundamental dəyişikliklər etməsi üçün şərtlər- müxalifətin təzyiqi, beynəlxalq ictimaiyyətin mövqeyi, cəmiyyətin təsirli təpkisi ortada yoxdur. Fikrimizcə, mümkün olan konsensus variantı, siyasi iradə və məsuliyyətdir. Biz hələlik baş verənləri müşahidə edirik. Prezidentin məsələ ilə bağlı sərəncamı çıxdıqdan sonra vəziyyəti dəyərləndirməyə başlayacağıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, seçki islahatları ilə bağlı edilən ümumi çağırışlarla razıdır. Bu mənada ki, hazırkı seçki qanunu və seçki komissiyaları əsasən hakim partiyanın üstünlüyü ilə formalaşıb. Yəni müxalifətin maraqları və təmsilçiliyi nəzərə alınmayıb. Bu cür seçki komissiyalarının keçirdiyi seçkilərə də inamsızlıq olur: “İqtidar bunu nəzərə almalı və nə qədər zaman varsa, bu istiqamətdə bəzi mütərəqqi addımlar atılmalıdır. Əks təqdirdə, boykot çağırışları edənlərin ciddi arqumentləri olacaq.

Seçkidə iştirak məsələsinə gəlincə, AĞ Partiyanın hələlik seçki ilə bağlı konkret qərarı yoxdur, zamanı gəldikdə bununla bağlı müzakirə edərək müvafiq qərar qəbul edəcəyik. Hakimiyyətin atacağı addımları gözləyirik. Partiya olaraq, seçkilərin boykot taktikasının əleyhinəyik. Çünki bu heç bir effekt vermir. Ona görə biz də seçkilərdə iştirakın tərəfdarıyıq. Amma dediyim kimi, hazırkı situasiya ilə bağlı konkret qərarımız yoxdur".

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, təmsil etdiyi partiya xeyli öncədən parlament seçkilərində iştirak edəcəyini bəyan edib və hazırlıqlara başlayıb: “İşimizi elə qurmuşuq ki, növbədənkənar seçki də olsa, prosesə hazır olaq. Ona görə, namizədlərin, müşahidəçilərin müəyyənləşdirilməsinə çoxdan start verilib. Hazırda 80-90 arası partiya üzvümüz namizədlərimiz siyahısındadır. Amma başqa formatlar da ola bilər. Müxtəlif şəxslərə, siyasi partiyalara, seçkidə iştirak etmək istəyən tanınmış insanlara da müraciətlərimiz olub. Seçkidə birgə fəaliyyət göstərmək üçün səylərimizi birləşdirmək haqqında müraciətlərimiz olacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə modern.az-a deyib ki, seçki məsələsini müzakirə etmək üçün partiyada genişləndirilmiş müşavirə, növbədənkənar Divan iclası keçirilib: “Biz ”Əvvəl islahat, sonra seçki" tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təkliflər paketimiz ictimaiyyətə təqdim olunub. Seçkilərdə iştirakımız islahatlar paketinin qəbul olunması ilə bağlı olacaq. Mövcud parlamentin əvəzinə buna oxşar Milli Məclis deyil, mövcud qanunvericiliyi həyata keçirə bilən parlamentin formalaşması üçün islahatlar tələb edirik. Bu halda seçkiyə qatıla bilərik".

VHP sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirakla bağlı partiyanın dəqiq qərarının olmadığını bildirib: “Hələlik heç nə deyə bilmərəm. Qərar yekunlaşsın, dəqiqləşsin, buna baxacağıq. Bəlkə də seçkilərin keçirilməsi məsələsində də dəyişiklik olacaq. Bunlara proseslərin yekununda baxarıq”.

AMİP katibi Əli Oruclu isə seçkini boykot etməyəcəklərini bildirib: “Ümumiyyətlə, partiya heç vaxt seçkilərdən kənar qalmayıb. Təcrübə göstərib ki, boykot qərarı səmərə vermir. Ona görə belə addım atmağımız yanlış olar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru