Bakıda 3 000 manat maaşa VAKANSİYA .....                     "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" .....                     "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" .....                     Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? .....                     “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? .....                     19 İLİN “XƏSİS NAZİRİ”... .....                     İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, .....                     Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? .....                     “Ağdamda niyə narla foto çəkdirdin” sualına .....                     "Buna daha dözümüm qalmayıb" .....                     İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı .....                     “Lazım gəlsə, pasportumu da göstərərəm” .....                     Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb? .....                     Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib .....                     Cənub-şərq küləyi əsəcək .....                     Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb .....                     Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının .....                     Yumurta bahalaşacaq? .....                     Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır .....                     AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir .....                     İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? .....                     Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir .....                     Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: .....                     Bakıda 37 milyonluq parkı kim tikir? .....                     "Dövlət içində dövlət qurublar..." .....                     Oğlum dərin depressiyaya düşüb .....                     Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur .....                     Polisi təhqir edən rəis həbs edildi .....                     Parisin Tramp qorxusu: .....                     Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub .....                     “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri .....                     Ukrayna şirkətləri Rusiyaya kömək ediblər .....                     “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb .....                     Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                     "Səsini çıxaranları təhdid edirlər..." .....                     “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur .....                 

Hadı Rəcəblidən anonim trollara çağırış: - “Gəlin, üzbəüz danışaq”
Tarix: 24-09-2019, 10:39 | Çap et
Hadı Rəcəblidən anonim trollara çağırış:
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) komitə sədri Hadi Rəcəbli ilə müsahibəni çoxdan planlaşdırmışdıq. Lakin komitə rəhbəri Çin Xalq Respublikasına səfərin nəzərdə tutulduğunu deyərək, müsahibəni ertələməyi təklif etdi. Beləliklə, səfərdən sonra görüşümüz baş tutdu. Xatırladaq ki, səfər YAP-la Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə “Xalqların rifahı naminə” mövzusunda təşkil olunmuş konfransda iştirakla bağlı idi. Facebook-dakı şəxsi səhifəsində “Hər şey Azərbaycan üçün” qeydi ilə Çin səddindən fotolar paylaşan Hadi Rəcəbli ilə müsahibəni təqdim edirik:

- Hadi müəllim, sizin rəhbərliyinizlə böyük bir nümayəndə heyəti Çin Xalq Respublikasına səfər etmişdi. Bu səfərin ardınca Pekindən böyük bir nümayəndə heyəti Bakıya gəldi, perspektiv əlaqələrə dair açıqlamalar verildi. Elə bugünlərdə Çin nümayəndə heyəti Milli Məclis rəhbərliyi ilə görüşdü. Çin və Azərbaycan arasında bu intensiv əlaqələrin səbəbi nədir?

- Çox sağ olun ki, səfəri izləmisiniz. Çin Kommunist Partiyası YAP-ın bir qrup üzvünü Pekin və Şanxaya dəvət etmişdi. Onu deyim ki, dövlətçiliyimiz tarixində ilk dəfə belə, böyük nümayəndə heyəti Çinə getdi və çox maraqlı tərkib var idi. 19 nəfərin 7-si deputat idi, 6-sı YAP-ın təşkilat sədrləri idi. Vacib məsələ nə idi? 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçib. Bununla da Çin Xalq Respublikası qurulub. Yəni biz kommunistlərin qurduğu Çin Xalq Respublikasının 70 illik yubileyi ərəfəsində bu ölkəyə getmişdik. 90 milyondan çox üzvü olan Çin Kommunist Partiyası sayca ondan kiçik olan, amma mahiyyətcə böyük olan YAP-la ən sıx əməkdaşlıq edən partiyalardan biridir. Bu, ondan xəbər verir ki, belə bir möhtəşəm partiya bizi qəbul edir, YAP-la hesablaşır, iş metodlarını bəyənir, onunla müzakirələr aparır. Bunun da kökündə duran məsələ bundan ibarətdir ki, ulu öndər Heydər Əliyevin o vaxtlar Çinə ilk səfəri oldu. Çin bizim ərazi bütövlüyümüzü ilk tanıyan dövlətlərdən biridir. Bu ölkə daim Azərbaycanın yanında olduğunu göstərib. Son vaxtlar Azərbaycan-Çin münasibətlərindəki sizin hiss etdiyiniz bu istiliyin bir səbəbi də budur ki, bu ilin 22-27 aprel tarixlərində möhtərəm prezidentimiz İlham Əliyev cənabları Çinə səfər edib. 60 dövlətin iştirakı nəzərdə tutulan “Bir qatar-bir yol” layihəsində Azərbaycanın xüsusi yeri görünür və Azərbaycan burada aparıcı dövlətlərdən biridir. Nə üçün? Böyük İpək yolu ideyasının ortaya qoyulmasında, çəkilməsində İlham Əliyev cənablarının mühüm təşəbbüsü olub. Bu gün yük qatarının işləməsi, Ələt limanının qurulması, yüklərin daşınması istiqamətində atılan addımlar sıradan məsələlər deyil. Elə bilirsiniz Çinin başqa marşrutları yoxdur? Amma Çinin bu yolu da seçməsi, qəbul etməsi Azərbaycan rəhbərliyinə olan münasibətdir, eyni zamanda ölkəmizlə əməkdaşlıq istəyidir.

- Hadı müəllim, artıq komitə səviyyəsində ilk toplantınızı keçirmisiniz. Sizin pensiyalar və uşaqpulu ilə bağlı fikirləriniz yenə də geniş müzakirələrə səbəb oldu. Prezidentin sərəncamları bu aydan icra olunur. Bundan sonra nələr gözlənilir?

- Biz iclasımızda yaz sessiyasını dəyərləndirdik. 20 iclasda 60-a yaxın qanuna əlavə və dəyişikliklər etmişdik. Bu dəyişikliklərin böyük bir qismi prezidentimizin təşəbbüsü ilə gəlmişdi. İndi biz gələn ilin büdcəsini gözləyirik. Payız sessiyasının gündəliyində “Turizm haqqında” qanun layihəsi müzakirə ediləcək, bu layihədə çox ciddi məsələlər var. Elə Çindən gələn 200 min turistə xidmət etmək sadə məsələ deyil. Əlbəttə, payız sessiyasının ən vacib məsələsi büdcə müzakirələri olacaq. Çox təəssüf ki, bu barədə az danışırıq. Bu addımlar atılandan sonra daha çox şeylər istəyirik, bu da qanunauyğunluqdur. Amma görülən işləri də unutmamalıyıq. Mən istəyirəm bunu bizim xalqımız bilsin: təkcə bu il prezidentin atdığı mütərəqqi addımlar nəticəsində 5 milyard manatlıq sosial müdafiə artırıldı! Büdcəmizdə olan 27 faizlik sosial müdafiə gəlib 40 faizə yaxınlaşdı, bunu biz dedik və yüksək qiymətləndirdik. Bununla yanaşı, onu da bildirdik ki, biz qarşıdakı müzakirələrdə bəzi məsələləri qaldıracağıq. Biz əmək haqqında, pensiyada yenə də artımın olmasını gözləyirik. Gələn ilin büdcəsində bunlar gözlənilir. Düzdür, qabaqcadan rəqəm demək, məlumat vermək tezdir. Amma gözlənilir.
- Uşaqpulu məsələsi necə olacaq?

- Sosial müdafiədə olan məqamları biz müzakirə edəcəyik. Burada ünvanlı yardım məsələsi var. Orada özünüməşğulluğa daha çox yer veririk. Bu gün sosial müdafiənin Azərbaycan modeli ünvanlı sosial yardımdır. Bunu kim, necə müzakirə edir, etsin. Amma bizim də fikirlərimiz olacaq, bu barədə danışmışıq. Bu gün bizim komitədə, sosial müdafiə qolunda ailə, ana, uşaq sosial müdafiəsi mövzusu var. Bu mövzu bizim gündəmdə həmişə var. bundan sonra da olacaq. Amma biz ünvanlı yardım sistemini dağıdıb, başqa sistem qurmaq ideyasını nə ortaya qoyuruq, nə də o haqda danışırıq. Bütövlükdə biz yenə də sosial müdafiədə olan o qolu da müzakirə edirik və yenə də müzakirə edəcəyik. Siz görəcəksiniz ki, burada yenə də pozitiv addımlar olacaq. Xoşa gəlmək, populizm naminə qışqırmaq, danışmaq lazım deyil! Açığını deyim, biz prezidentimizdən çox şey istəyirik. Prezidentimiz xalqımızı bizdən qat-qat çox istəyir, onun atdığı addımların, səfərlərinin, görüşlərinin kökündə Azərbaycan vətəndaşı durur. Elə bizim Çinə səfərimiz zamanı konfransın adı “Xalqın rifahı naminə” idi. Onların və bizim gördüyümüz işlər. Çinlilər bizim bu istiqamətdəki modelin böyük hissəsini qəbul etdilər. Hətta bunlardan faydalanmaq üçün bizə müraciət etdilər. Yəni bu gün xalqın rifahı ön plandadır. Kim nə deyir-desin, gələn il büdcəmizdən sosial müdafiəyə əlavə 5 milyard manatlıq vəsait yönəldilibsə, bu da büdcənin 40 faizə qədərini təşkil edirsə, biz bunu necə deməyək? Bunu deməliyik və ardını da gözləyirik. Bunun davamı hökmən olasıdır.

- Dövlətin yükünü azaltmağın bir yolu da özəl sektorun inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılmasıdır. Bir çox hallarda eşidirik ki, imkanlı adamlar, sahibkarlar pulunu xaricə çıxarmağa, ölkə kənarına investisiya qoymağa meyllənir. Hansı ki, sahibkarlığın inkişafı ilə bağlı güzəştlər də tətbiq edilir. Bunun səbəbi nədir?

- Bütövlükdə mən də bunun əleyhinəyəm. Amma bizim ölkəmizdə də yatırım qoyanlar az deyil, prezidentimiz çağırış edib. Nə olar, qoy burada da yatırım qoysun, xaricdə də... Vergidə, gömrükdə islahatlar aparıldı, sahibkarlıqda qeydə alınma ilə bağlı, özəl sektorda işləyənlərdən vergi tutulması ilə bağlı islahatlar aparıldı. Məqsəd nədir: sənin dediyin, vəsaiti xaricə aparma, burada qoy!

Trollar yazırlar e... Gərək biz sahibkardan düşmən obrazı yaratmayaq, onu ruhlandıraq, həyat yolunu açaq, bilinsin ki, o hansı çətinliklərdən keçib. Yenə də gələk müxalifət-iqtidar debatlarına, söyüşlərə, dağıdıcı mövqelərə... “Adamları çağıraq, sökək, sındıraq, dağıdaq” ... Dünya təcrübəsi göstərir ki, bu, heç bir fayda verməyib. Deputatdan düşmən obrazı formalaşdırmaq cəhdləri də görürük... Deputatdır, seçilib. Mənim seçicilərim bilirsən necə qırğın salırlar, nə ixtiyarın var mənim deputatımı təhqir edirsən, onun ünvanına yalan deyirsən?! Neyləyək, necə edək? Yola veririk, dözürük.

Biz çalışmalıyıq ki, Azərbaycan vətəndaşında əməyə, işləməyə, sahibkarlıq fəaliyyətinə məhəbbət yaradaq və ona kömək edək, yardımçı olaq. İcra başçıları da, vergi, gömrük sistemi də... Bu gün mənim prezidentimin istəyi budur. Gəlin biz bu işləri həyata keçirək. Görürsünüz vergidə, gömrükdəki dəyişikliklər nə qədər gəlir gətirdi? Zamana ehtiyacı olan məsələlər də var. Mən “Savalan” çaxırının dünyadakı şöhrətindən danışdım. Hələ digər ekoloji təmiz məhsullarımız da var. Mən bu arada 6 ölkədə olmuşam, ABŞ-da, Belarusda, Vyetnamda, Çində, İranda və s. Görüb, müqayisə etməyə imkanlarım yaranıb. Mənim yenə də o trollara, dövlətin əleyhinə çalışan adamlara çağırışım nədir? Gəlin, üzbəüz danışaq! Fəzail Ağamalının, Çingiz Qənizadənin keçirdiyi müzakirələri təqdir edirəm. Anonim yazmaq nədir axı? Mən səni görmürəm, tanımıram, amma sən mənim haqqımda ağzına gələni yazırsan! Sən gəl, məni gör, tanı, bir söhbət edək, bəlkə heç bu yazdıqların doğru deyil.

- Son zamanlar xarici müdaxilədən, xarici təhlükələrdən çox danışılır. Sizdə bu məsələlərlə bağlı xüsusi narahatlıq varmı?

- Xaricdən bizə qarşı aparılan kampaniyaların şahidi olursunuz. Kim desə də, mən inanmaram ki, onlar xaricdən maliyyələşmirlər, idarə olunmurlar. Bu, mümkün deyil! Orada oturan adamların 99 faizi maliyyələşir və bizim dövlətimizin əleyhinə kampaniya aparır. Dünya güclərinin apardığı siyasətə baxın, dağıdıblar, məhv ediblər bəzi ölkələri. Suriya, Livana, elə Gürcüstana, Ukraynaya baxın. Biz çağırış edirik ki, debatlara çıxaq. Məni çağırın, gəlim çıxış edim. Necə ki, sizə müsahibə verirəm, bəzi fikirlərinizlə razılaşıram, onlarla da eləcə... Mən dialoqa tam hazıram. Məni söyən, haqqımda fantaziyalar yayanları çağırıram, 10 nəfər gəlsin, yazılsın qəbuluma, özü də böyük məmnuniyyətlə onlar üçün çay süfrəsi də açaram. Amma bir şərtlə ki, mən də danışım, onlar da. Deyəcəksən ki, filan yerdə filan şey yazmışdılar, vəssalam, onda danışmağın mənası yoxdur. Hamıya çağırış edirəm, gəlin müzakirələr aparaq! Məgər bu gün Amerikada hər şey “yağ kimi”dir? Amerika, Fransada niyə korrupsiyaya qarşı mübarizə idarəsi var? Hər şey “yağ kimi”dirsə, niyə var? Cəmiyyət olan yerdə problemdə olur, nöqsan da olur, biz bunu inkar etmirik. Amma görülən işləri, əhalinin sosial müdafiəsinə dövlətin ayırdığı 5 milyardlıq vəsaiti görməmək, məncə, allahsızlıqdır.

(davamı növbəti sayımızda)
FOTO: “Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19
"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15
Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12
“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10
19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01
“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00
"Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58
İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57
“Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55
Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54
Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46
Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43
Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37
Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28
İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24
Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23
Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15
Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11
"Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07
Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55
Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53
Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50
Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48
Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30
“Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
"Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru