15 iyun həm də cəbhəçilərin qurtuluş günüdür - ƏN YAXIN TARİX
Tarix: 12-06-2019, 08:53 | Çap et
 1993-cü il 4 iyun qiyamında Surət Hüseynov, başda prezident Əbülfəz Elçibəy olmaqla, hakimiyyətin yuxarı eşalonunda əyləşənlərin hamısını fiziki cəhətdən məhv edəcəyi xəbərdarlığını etmişdi. Hətta onları asmaq üçün dar ağacı quracağını bəyan eləmişdi. Hakimiyyət qüvvələrinin də Surətin qarşısında aciz duruma düşdüyü məlum idi. Qiyamı beşiyində boğa bilməyən hakimiyyət artıq mövqelərini sürətlə itirməkdəydi. Surət Hüseynovun qüvvələri rayonları ələ keçirə-keçirə Bakıya doğru irəliləyirdilər.
Bu gözü dönmüş dəstənin qarşısında hakimiyyət qüvvələri, demək olar ki, heç bir müqavimət göstərə bilmirdilər. Siyasi iradəsizlik, nazirlər səviyyəsində satqınlıq da bir yandan vəziyyəti hakimiyyətin zərərinə sürətlə dəyişirdi. Bir sıra tarixçilər və siyasi təhlilçilər hesab edir ki, Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, 15 iyunda Milli Məclisin sədri seçilərək prosesə müdaxilə etməsəydi Surət Hüseynovun qüvvələri paytaxtı ələ keçirəcəkdilər və prezident Əbülfəz Elçibəy də daxil hakimiyyət komandasının fiziki məhvi məsələsi reallaşa bilərdi. Gəncədə hökumət qüvvələrinin komandirini qətlə yetirən, mərkəzdən göndərilmiş hökumət rəsmilərini, baş prokuroru girov götürən qüvvənin buna getməyəcəyinə təminat yox idi. Elçibəy Heydər Əliyevi dəvət etməsəydi hakimiyyət Surətin qüvvələri ilə üz-üzə qalacaqdı və qeyd olunan bu cür dəhşətli hadisələr o zaman yaşanacaqdı. Bu baxımdan Heydər Əliyevin gəlişi əslində həm də AXC hakimiyyətinin başında dayanan bir çox insanları bəlkə də ölümdən qurtarmış oldu.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov hesab edir ki, 15 iyun xaosun sonu, milli qurtuluşun başlanğıcıdır: “Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyarkən Azərbaycanda dövlətçilik itirilmişdi, deməli, heç nə yox idi. Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Heydər Əliyevə Azərbaycan xalqı daim minnətdardır”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, nədənsə AXC iqtidarının nümayəndələri 4 iyun hadisələrindən danışarkən, nə qiyama aparan səbəblərdən, nə də özlərinin suçları barədə bir kəlmə də danışmaq istəmirlər: “Halbuki 1 ilə yaxın müddət ərzində yürütdükləri siyasət və gördükləri iş onların hakimiyyətdən gedəcəyini sürətləndirirdi. Surət Hüseynov olmayacaqdı, bir başqası olacaqdı. AXC-nin özü də hakimiyyəti silahla zəbt etmişdi və kommunistlər və cəbhəyə sadiq, cəbhədəki ayrı-ayrı nüfuzlu şəxslərin dost-tanışları, yaxınları yüksək vəzifələrə təyin olunmuşdular. Yaxın vaxtlaradək sabiq dövlət yetkililəri, hətta, vaxtılə mərhum prezident Əbülfəz Elçibəy bildirirdi ki, Gəncədəki hadisələrdən xəbəri yox idi. Amma Pənah Hüseynin məlum məxfi adlandırdığı Dövlət Müdafiə Komitəsinin iclasının stenoqrammından bir daha aydın oldu ki, Surət Hüseynovun Gəncədəki fəaliyyətindən bütün dövlət ərkanının xəbəri olub və onu ya həbs, ya da fiziki məhvi gündəmə gətirilib.
Bir halda ki, iddia etdikləri kimi, AXC-nin hakimiyyətə gəlməsi labüd idisə, xalq etimad göstərib qanı-canı bahasına müstəqilliyinə qovuşdurduğu dövlətini və öz taleyini prezident seçdiyi Əbülfəz Elçibəyə, onun komandasına etibar etmişdisə, səbəbi, sonucu nə olurdusa olsun, bu etimad qorunmalı idi. Prezidentlik vəzifəsi xalqın verdiyi bir əmanətdir. Onu qorumaq lazım idi, Surət Hüseynovun qarşısında acizlik göstərmək və atıb getmək yox. Görün, hakimiyyətləri nə qədər zəif olub ki, bir qondarma polkovnikin məhdud sayda silahlılarının qarşısında aciz duruma düşüblər. Onlar Surət Hüseynovun qarşısını kəsmək yox, onun qəzəbindən xilas olmaq üçün addımlar atırdılar. Bir polkovnikin qarşısına çıxmağa cürət etmədilər. Bir silləyə baş prokuror öz prezidentinin həbs sanksiyasını verdi. Ona görə də düşündülər ki, Heydər Əliyevi dəvət etməsələr Surət bunları məhv edəcək”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Bu gün, 18:03 |
|
|
|
• “PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Bu gün, 18:01 |
|
|
|
• Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Bu gün, 17:57 |
|
|
|
• Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 17:45 |
|
|
|
• “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Bu gün, 17:36 |
|
|
|
• "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Bu gün, 17:31 |
|
|
|
• Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Bu gün, 17:18 |
|
|
|
• Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Bu gün, 17:09 |
|
|
|
• İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Bu gün, 17:07 |
|
|
|
• Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Bu gün, 17:05 |
|
|
|
• "Moskva İrana arxalanır" - Yermak
Bu gün, 17:00 |
|
|
|
• Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Bu gün, 16:58 |
|
|
|
• Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Bu gün, 16:45 |
|
|
|
• "Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Bu gün, 16:43 |
|
|
|
• Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Bu gün, 16:40 |
|
|
|
• Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Bu gün, 16:37 |
|
|
|
• Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Bu gün, 16:28 |
|
|
|
• Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Bu gün, 16:24 |
|
|
|
• 3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Bu gün, 16:22 |
|
|
|
• Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Bu gün, 16:19 |
|
|
|
• İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Bu gün, 16:03 |
|
|
|
• Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Bu gün, 16:01 |
|
|
|
• Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Bu gün, 15:56 |
|
|
|
• Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:53 |
|
|
|
• Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Bu gün, 15:44 |
|
|
|
• MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
• UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Bu gün, 15:35 |
|
|
|
• Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Bu gün, 15:33 |
|
|
|
• Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Bu gün, 15:19 |
|
|
|
• Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Bu gün, 15:12 |
|
|
|
• SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Bu gün, 14:59 |
|
|
|
• Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Bu gün, 14:13 |
|
|
|
• İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Bu gün, 13:39 |
|
|
|
• Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Bu gün, 13:37 |
|
|
|
• Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Bu gün, 13:30 |
|
|
|
• Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Bu gün, 13:18 |
|
|
|
• İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Bu gün, 13:13 |
|
|
|
• Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Bu gün, 13:07 |
|
|
|
• Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Bu gün, 13:05 |
|
|
|
• Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Bu gün, 13:02 |
|
|
|
• "Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Bu gün, 12:40 |
|
|
|
• Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Bu gün, 12:19 |
|
|
|
• “Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Bu gün, 12:16 |
|
|
|
• Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Bu gün, 12:09 |
|
|
|
• Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Bu gün, 12:05 |
|
|
|
• Jurnalistə ağır itki üz verib
Bu gün, 12:00 |
|
|
|
• İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:56 |
|
|
|
• Paşinyan hücuma hazırlaşır: - Sürprizlər olacaq
Bu gün, 11:54 |
|
|
|
• Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”
Bu gün, 11:50 |
|
|
|
|