"Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                 

İsa Qəmbər Müsavata başqan qayıdarsa... - Reaksiyalar
Tarix: 20-04-2019, 10:14 | Çap et
İsa Qəmbər Müsavata başqan qayıdarsa...
Müsavat Partiyasının qurultayının vaxtı çatması bu partiyanın növbəti başqanının kim olacağı məsələsi ətrafında müzakirələrə yol açıb. Sosial şəbəkədə İsa Qəmbərin Müsavat Partiyası başqanlığına qayıtmasının vacibliyi məsələsi müzakirə edilməyə başlanıb. Bir sıra müsavatçılar və aktiv sosial şəbəkə iştirakçıları yazırlar ki, İsa Qəmbər başqan olsa onun gedişindən sonra Müsavat Partiyasından çıxanların və çıxarılanların bir çoxu geri qayıda bilər.

Həmin sabiq müsavatçıların bir neçəsi ilə əlaqə saxlayıb İsa Qəmbər başqanlığa qayıtmasını gözləyin-gözləmədiklərini, İsa Qəmbər başqan olarsa Müsavata qayıdıb-qayıtmayacaqlarını xəbər aldıq. Müsavat Partiyasının sabiq divan üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirdi ki, partiyaya geri dönməyi düşünmür: “2014-cü ilin seçkilərindən sonra da Müsavat Partiyasının önəmli qərarları, o sıradan bizim partiyadan uzaqlaşdırılmağa dair qanunsuz qərarlar nəinki İsa Qəmbərlə razılaşdırılaraq verilib, birmənalı şəkildə onun təşəbbüsü ilə hazırlanıb və icra olunub. Həmin dövrdən indiyə qədər partiya İsa Qəmbərin idarəçiliyində və nəzarətində olub. Odur ki, yenidən onun sədr seçilməsi nəyisə dəyişməyəcək. Müsavata ilk növbədə partiyadaxili demokratiya, şəffaf idarəetmə və səmimi mühit lazımdır. İsa Qəmbər onu orda bərpa edəcək şəxslər arasında yoxdur”.

Müsavat Gənclər Təşkilatının sabiq sədri, AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, İsa Qəmbər partiya başqanlığına qayıdarsa partiyada vəziyyətin nisbətən düzələcəyi, ancaq, əvvəlki gücünə qovuşa bilməyəcəyini düşünür: “Müsavat Partiyasının hazırkı durumu 1992-ci il bərpasından bu yana ən ağır və acınacaqlı vəziyyətdədir. Mən ümumiyyətlə, digər partiyaların təftişinin prinsip olaraq əleyhinəyəm. Ancaq sizə də məlum olduğu kimi siyasi fəaliyyətimin böyük qismini bu partiyada keçirdiyim üçün və bu partiya ilə hələ də mənəvi bağlarım qaldığı üçün fikir bildirirəm. Hesab edirəm ki, Müsavatın hazırkı rəhbərliyinin gözləniləndən də bərbad vəziyyətdə idarəçiliyi sayəsində tarixi bir partiya ən acınacaqlı günlərini yaşayır. Ancaq bu onların seçimi və özlərinin biləcəyi işdir.

İsa Qəmbər partiya başqanlığına qayıdarsa vəziyyətin nisbətən düzələcəyini, ancaq əvvəlki gücünə qovuşa bilməyəcəyini düşünürəm. Müsavatda kəskin şəkildə yeni nəfəs və yeni qan çatışmazlığı var. Odur ki, vəziyyət bir seçkiylə düzələ bilməz. İsa Qəmbər başqan olarsa mən geri qayıdarammı sualınıza isə birmənalı şəkildə “xeyr” demək məcburiyyətindəyəm. Çünki bu mərhələ bizim üçün artıq keçilmiş bir mərhələdir və bizim belə bir addımımız geriyə addım olar. İstənilən halda mən zamanında illərimi və gəncliyimi verdiyim Müsavat Partiyasına uğurlar arzulayır, əsl sadiq müsavatçılara da əzmli olmağı diləyirəm".

Müsavat Qadınlar Təşkilatının sabiq sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədlinin isə cavabı belə oldu: “Əslində bu suala cavab vermək istəməzdim. Amma Müsavata qayıdış məsələsinə toxunduğunuz üçün cavab verirəm. Mən və yaxın dostlarım müsavatçılıq ideologiyası ilə yaşayan və onu təbliğ edənlərik. Həyatımı müsavatçılıq ideologiyasına söykənərək-xalqın azadlığı, mənafeyi, rifahı yolunda mübarizəyə həsr etmişəm. Odur ki, indi ADR Hərəkatındakı fəaliyyətimdən çox məmnunam və Müsavat Partiyasına qayıtmaq haqqında heç düşünmürəm”.

Müsavat Divanının sabiq üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Adil Qeybulla isə bildirdi ki, İsa Qəmbərin başqan postuna qayıdacağını düşünmür: “İsa Qəmbər yenidən başqan vəzifəsinə qayıtsa bu, siyasi riyakarlıq olar. Bir dəfə bu məsələ Müsavat Divanında müzakirəyə qoyulmuşdu. Həmin müzakirədə İsa Qəmbər şəxsən özü dedi ki, onun başqan vəzifəsinə geri dönməsi tərəfindən yol verilən siyasi riyakarlıq olar. Bu baxımdan inanmıram ki, İsa bəy başqan vəzifəsinə qayıtmağa razı olsun. İkincisi, Müsavatın qurultayı və İsa Qəmbərin başqan vəzifəsindən gedişi demokratiya nümunəsi olaraq bəyan edilmişdi. İndi İsa Qəmbər geri dönsə bu deyilənləri də şübhə altına alar. Məncə, hətta İsa Qəmbər başqan qayıtsa da Müsavat Partiyası bundan sonra əvvəlki gücünü tam bərpa edə bilməz. Burada səbəb təkcə partiyada və partiyaya rəhbərlikdə deyil, səbəb cəmiyyətdədir, cəmiyyətin mövqeyindədir. Düşünürəm ki, Müsavatın növbəti qurultayı olacaq və kimsə başqan seçiləcək. Seçiləcək şəxsə isə uğur diləyirik. Biz Demokratiya və Rifah Hərəkatını dirçəltmək, gücləndirmək, böyütməklə məşğuluq və başqa yerə getmək fikrimiz də yoxdur”.

Müsavat Məclisinin keçmiş üzvü, AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli də keçmişdə üzvü olduğu partiyaya qayıtmaq niyyətində olmadığını dedi: “Mən o dəftəri çoxdan qapatmışam. Keçmişim və keçmişimdə nə baş verir məni maraqlandırmır. Bu günümü və sabahımı AĞ Partiya ilə bağlamışam”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Bu gün, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Bu gün, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Bu gün, 17:59
Litva Rusiyaya nota verib
Bu gün, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Bu gün, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Bu gün, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Bu gün, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Bu gün, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Bu gün, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Bu gün, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Bu gün, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Bu gün, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Bu gün, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Bu gün, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Bu gün, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Bu gün, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Bu gün, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Bu gün, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Bu gün, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Bu gün, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Bu gün, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Bu gün, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Bu gün, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Bu gün, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Bu gün, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Bu gün, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Bu gün, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Bu gün, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Bu gün, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Bu gün, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Bu gün, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Bu gün, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Bu gün, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Bu gün, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Bu gün, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Bu gün, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Bu gün, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Bu gün, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Bu gün, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Bu gün, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Bu gün, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru