“Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                     350 manat nizamnamə kapitalı var, .....                 

“Günahlarım çoxdur...” - İsgəndər Həmidov
Tarix: 19-04-2019, 08:58 | Çap et
“Günahlarım çoxdur...”
Azərbaycan Xalq Hərəkatı parçalanma təhlükəsi ilə üz-üzə qalıb. Qurumun 21 idarə heyəti üzvü iki hissəyə ayrılıb. Aprelin 18-də qruplardan bir tərəf idarə heyətinin fövqəladə toplantısını keçirib.

Toplantıda idarə heyəti üzvündən 8 nəfər iştirak edib. İclası hərəkatın dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı aparıb. Dönəm sədri ilk olaraq toplantı barədə məlumat verib: “Toplantı 10 nəfər idarə heyəti üzvünün qərarı ilə keçirilir. Bütün idarə heyəti üzvlərinə məlumat verilib. Son zamanlar hərəkat daxilində ciddi problemlər yaşanır. Bu səbəbdən belə bir qərar aldıq ki, problemlər həll yolunu tapsın”.

Daha sonra Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli çıxış edib: “Bu iclas yetərli sayılır. Yanvardan etibarən hərəkatın əsasnaməsi pozulur. 4 nəfər qanunsuz olaraq idarə heyətinə üzv qəbul olunub”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc bu iclasda önəmli qərarların qəbuluna böyük ehtiyacın olduğunu söyləyib: “Bizdən rayonlarda hərəkatın yaradılan şöbələrinin üzvlərinin adları, protokollar gizlədilir. Biz sonradan rayonlarda, ümumiyyətlə, şöbələrin yaradılmadığı barədə məlumat aldıq. Uşaq nağılları ilə son 3 ayda baş aldadılır, hər kəsin üzərinə şübhə atılır. Son olaraq da saxta vatsap yazıları ortaya çıxarıldı. Guya kimsə bu yazıları İsgəndər Həmidova ötürüb. İdarə heyəti üzvlərinin bəziləri İsgəndər bəydən maddi cəhətdən asılıdır. Məhz bu iclasda həmin insanlar iştirak etmirlər. AXH daxilində hakimiyyətin adamları var. O şəxslər aprelin 1-dən etibarən hərəkatı dağıtmaq istəyirlər. Nemət Pənahlının hərəkatdan çıxarılması həmin şəxslərin əli ilə baş tutdu. Kimlərsə məqsədli şəkildə hərəkatı iki hissəyə parçalamaq istəyirlər. Hər kəsin maskası açılacaq. Kimsəyə güzəşt edilməyəcək”.

BAP sədri Elşad Musayev hərəkatın ilk günlərdə problemlərlə yaradıldığını bildirib: “Təzyiq altında yaradılan hərəkatda problemlər olmalı idi. Biz məcburiyyət qarşısında belə toplantı keçirməyə məcbur olduq. İndiyə qədər bir neçə dəfə gərginlik yaşandı və bunlar hərəkata ciddi zərbə oldu. Hərəkat daxilində əks qrup ancaq görüntü naminə nələrsə etməyə çalışır. AXH daxilindəki iki qrup tərəfdən keçirilən görüşlərin hamısında iştirak etmişəm. Bu görüşlər heç nəyi həll etmədi. Biz İsgəndər Həmidovla son olaraq aprelin 17-də görüşdük. Oradakı danışıqlarda gördük ki, heç nə həllini tapmır. Bu vəziyyətdə heç nəyi düzəltmək mümkün deyil. Bəzi hallarda kritik qərarlar vermək lazım gəlir. Hərəkatı düşünənlərin bir arada olması vacibdir. Bura toplanan şəxslər daha intellektual, prosesləri önə apara biləcək şəxslərdir. Kimsə prosesə qoşulmaq istəsə qapı açıqdır. Buradakı insanlar dünyagörmüş insanlardır. Bu təşkilat yenidən qurulmalıdır”.

T.Abbaslı bu iclasda bir sıra şəxslərin idarə heyəti üzvlüyündən uzaqlaşdırılacağının anonslarını verib.

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı çıxışında bu məsələlərə toxunub: “AXH hərəkatı çox böyük problemləri həll etməyi qarşısına məqsəd qoyub. Hərəkat yaradılanda atılan addımlar uğurlu idi. Amma sonradan bəziləri bunun davamını istəmədi. İsgəndər bəyin ətrafında olanlar yerlipərəstliklərini ortaya qoyublar. Bu şəkildə davam etmək mümkün deyildi. Mən buradakı insanların əhatəsində olmaqdan qürur duyuram. Vaxt gələcək, o insanlar etdiklərinə görə peşman olacaqlar”.

Sabiq müdafiə naziri Rəhim Qazıyev ötən iclasda istefa verdiyindən, ancaq istefasının qəbul olunmamasından danışıb: “Bu iclasda iştirak etməyi özümə borc bildim. Şəxsi maraqlar arxa planda olmalıdır. Ümummilli maraqlardan iştirak etmək çox vacibdir. Yerlibazlıqdan uzaq durmaq lazımdır. Hərəkatdakı qanunsuzluqlar aradan qaldırılmalıdır. Aprelin 15-dəki iclasda qərara alındı ki, barışıq əldə olunsun. Amma onun səhəri gün İsgəndər Həmidovun yanındakı adam mətbuata çıxıb şər-böhtanlarını davam etdirdi”.

VİP sədri Əli Əliyev bir qədər geniş danışıb: “Dostlarım müxtəlif aspektlərdən məsələyə qiymət verirlər. Bu iclas tam legitim olduğu üçün qanunidir. Bu səbəbdən hərəkatın qəbul edəcəyi qərar hər kəs tərəfindən qəbul olunmalıdır. AXH daxilində ciddi problemlər yaşanır. Buradakı dostlar problemləri aradan qaldırmaq üçün hər şeyi etdilər. Amma kiçik bir qrup problemlər yaratmaqda davam etdi. Bu hərəkat kimsənin şəxsi hərəkatı deyil. Mənim bir sıra müşahidələrim var. Görünən odur ki, hərəkata kənar təsirlər daha çoxdur, həm hakimiyyət, həm iqtidar tərəfindən. Kimlərinsə sərsəm qərarlarına tabe olmamalıyıq. Hərəkat iqtidar müstəvisində fəaliyyətini davam etdirməlidir. Yanvarın 26-da əsasnamə pozulanda bizlər susduq. İsgəndər Həmidov 4 nəfəri hərəkatın idarə heyətinə qanunsuz üzv edəndə səsimizi çıxarmalı idik. Həmin 4 nəfər iclaslarda iştirak edir, qanunsuz qərarların qəbulunda səs verirlər. Bu şəxslər uzaqlaşdırılmalıdır. 1 aprel iclasında dönəm sədri Tural Abbaslıya qarşı avantüra təşkil olundu. İsgəndər Həmidov o iclasda hətta sədrə qarşı belə qıcandı. Buna hüquqi qiymət verilmədi. Ramiz Tağıyev də eyni davranış nümayiş etdirdi. 15 aprel iclasından sonra Ağasif Şakiroğlu mətbuata çıxıb hər birimizə hörmətsizliyini nümayiş etdirdi, ittihamlar yağdırdı. Həmin şəxs də idarə heyətindən uzaqlaşdırılmalıdır. Şəxsi maraqlarını həyata keçirmək üçün bəzi üzvlər təşəbbüslər göstərirlər. Bunların qarşısı alınmalıdır. Bəzi idarə heyəti üzvləri gözləmə mövqeyindədirlər və gələn iclaslarda onlar da bizə qoşulacaqlar. Biz rayon şöbələri yaradıb, tezliklə hərəkatın Məclisini keçirməliyik. AXH prinsipal qərarlar qəbul etməlidir. Bu parçalanma deyil. Kimsə kiminsə əlaltısıdırsa, bura gəlməyinin mənası yoxdur”.

Yenidən söz alan M.Mütəllimli indiyə qədər fəaliyyətlərinə düzgün qiymət vermədiklərini qeyd edib: "Bu problemin yaranmasında bizlər də günahkarıq. Qanunsuzluqlara göz yummamalı, idarə heyətinin üzvləri təhqir olunanda susqunluq nümayiş etdirməməli idik. Kimlərinsə yazışmaları bizi maraqlandırmır. Qarşımıza ciddi hədəflər qoymuşuq. Növbəti proseslərdə belə hadisələrin yaşanmasına yol verməməliyik. Digər üzvlərimizi proseslərə cəlb etməliyik. Təşkilatlanmağa davam etməliyik. İşimizə mane olanlar buradan uzaqlaşdırılmalıdır".

İclasa idarə heyəti üzvlərindən Londonda yaşayan hüquqşünas Qurban Məmmədov da qatılıb: “Xalqımız bilməlidir ki, qarşımızda ciddi hədəflər var. Hərəkatdakı problemlərdə biz də böyük məsuliyyət daşıyırıq. Şişirtmə ilə hara qədər getmək olardı? Siyahı ilə idarə heyəti formalaşdırılmaz. Siyasət çox ciddi sahədir.Heç bir güzəşt etmədən ciddiliyi əldən vermək olmaz. Ötən iclasda Əli Əliyevə hörmətsizlik ediləndə idarə heyəti üzvlərinin susması məni dəhşətə gətirdi. Bu iclası bütün səfirliklər izləyir. Çünki bir prosesin başlandığını bilirlər. Hərəkat ətrafında tərbiyəsiz oyun oynayanlara cavab verilməlidir. Heç kəsin indiki məqamda xalqı ruhdan salmağa haqqı yoxdur. Kimsə fəaliyyətinin xalqa ləkə olduğunu anlamırsa, elələrindən uzaq durmaq lazımdır. Valeh İbadov və Ağasif Şakiroğlu bu iclasda idarə heyətindən çıxarılmalıdır. Gəlin əl-ələ verək, namusla fəaliyyət göstərək. İstənilən qərar veriləndə xalq nəzərə alınmalıdır. Kim özünü biədəb aparır, xalq görür. Sizlərə uğurlar arzulayıram”.

T.Abbaslı AXH adından sui-istifadə hallarına yol verildiyini bildirib: "Kimisə hərəkatın lideri kimi qələmə verirlər. Hamı bilsin, dönəm sədrliyi var, əlifba siyahısı ilə üzvlər rəhbərlik edirlər".

M.Mütəllimli toplantının qərarlarını açıqlayıb. Valeh İbadov və Ağasif Şakiroğlu idarə heyətindən uzaqlaşdırılıb. Ramiz Tağıyevə xəbərdarlıq edilib. Süleyman Kərimov, Salman İmanlı, Yavər Mikayılov və Firudin Əhmədlinin hərəkatın idarə heyətinin üzvü olmadığı elan olunub.

Toplantıda hərəkatın Məclisinin aprelin 27-də keçiriləcək iclası və 20 aprelə planlaşdırılan Qarabağ Forumu təxirə salınıb.

İsgəndər Həmidova xəbərdarlıq edilməsi ayrıca səsə qoyulub. M.Mütəllimli buna etiraz edib. Ə.Oruc isə nöqsanlarına görə İ.Həmidova xəbərdarlıq edilməsini təkidlə tələb edib. Səs çoxluğu ilə sabiq daxili işlər nazirinə xəbərdarlıq edilib.

Həmin gün saat 16:00-da isə qarşı tərəf GAP qərargahında fövqəladə toplantı keçirib.

Toplantıda çıxış edən İ.Həmidov S.Kərimov, S.İmanlı, Y.Mikayılov və F.Əhmədlinin idarə heyətinin üzvü olduqlarını bəyan edib: “Bu adamların idarə heyəti üzvü olmalarına həmin şəxslər səs veriblər. Bu gün ölkəmizdə hansı fövqəladə vəziyyət var ki, sizlər belə bir toplantı keçirdiniz? AXH-də heç nə baş verməyib. Hər kəsə müraciət edirəm ki, işlərini görməyə davam etsinlər. Onların iclasları sifarişli idi. 7 nəfərlə 13 nəfərin hərəkatda taleyini həll edirlər. Tələsik iclas niyə keçirdiniz? Kimlərə hesabat verirsiniz? İclas qeyri-legitimdir. Savaş açdılar, qəbul etdik. Məclisin təxirə salınması ilə aldıqları qərarla bağlı deyirəm ki, bu Məclis baş tutacaq. Günahlarım çoxdur, onlardan biri də Nemət Pənahlının hərəkatdan çıxarılması oldu. Ondan üzr istəyirəm”.

Əks qanadın hərəkatdan uzaqlaşdırdığı A.Şakiroğlu qarşı tərəfi xəyanətdə suçlayıb: “Onların etdikləri separatçılıqdır. Onların qərarları ortadakı məlum screenlərin sübutdur. Özlərini ifşa etdilər. Həmin 7 nəfər mütləq cəzalandırılmalıdır. Qurban Məmmədovun hərəkat üçün xidməti o oldu ki, bizi qərargahsız qoydu. Müzakirə ediləsi şəxslər onun dirijorluğu ilə hərəkət edənlərdir”.

İdarə heyəti üzvlərindən Ramiz Tağıyev hərəkatın dağılmadığını bildirib: “Xəyanətkar insanlar hər zaman olublar. Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Qurban Məmmədov oradan dəfələrlə təhdidli ifadələr işlədib. Ona cavab vermək haqqımdır. Xalq bilməlidir ki, kimlərin arxasınca gedir. Ruhdan düşmək lazım deyil. Onlarla bir masa ətrafında oturmaq fikrində deyiləm. Bura gələcəklər, yenə də çaxnaşma yaradacaqlar”. S.Kərimov əks tərəfin iclasını qeyri-qanuni adlandırıb: “Üç iclasdır görün nələri müzakirə edirik. Onlar bizi təxribata çəkmək istəyirlər”. V.İbadov hərəkatdan uzaqlaşdırılmasının səbəblərini anlamadığını qeyd edib: “Onlar özlərini buradan uzaqlaşdırdılar. Missiyalarını başa çatdıra bilmədilər”. İ.Həmidov əks tərəfi gələn həftənin ilk günü keçiriləcək iclasa dəvət edib: “O iclasa gəlməsələr, özləri bilərlər. Qərar qəbul ediblər ki, aprelin 20-də Qarabağ Forumu keçirilməyəcək. Mən deyirəm ki keçiriləcək və hər kəsi foruma dəvət edirəm”. Toplantının aparıcısı Həsən Həsənov kimlərisə çıxartmaq fikrindən uzaq olduqlarını söyləyib: “Haqqın yoluna qayıtmasalar, səsə qoyulub kimlərsə çıxarıla da, töhmət də ala bilər. Gələn həftəki iclasda şəxsən mən Qurban Məmmədovun hərəkatdan uzaqlaşdırılması təklifini verəcəm. Qalan 7 nəfəri isə iclaslara dəvət edirəm. Xalq tərəfindən qazandığınız hörməti hansısa vədlərə görə itirməyin. Birinci gün qərarlar qəbul olunacaq”. Sonda səsvermə yolu ilə hərəkatdan çıxarılanlar və töhmət alanlar barədə qərar qeyri-legitim sayılıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Bu gün, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Bu gün, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Bu gün, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Dünən, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru