Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                     Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir .....                     Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb .....                     Yenə də `Azəriqaz`... yenə də... .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür .....                     Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı .....                     General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” .....                     Məşğulluq Agentliyi anbar icarəyə götürür .....                     100 min evə “kupça” veriləcək: .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb .....                     "336 manat 58 qəpik təqaüd alıram" .....                     Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi .....                     Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı .....                     Trampın “artsax” problemi .....                     Yevlaxda açıq havada film nümayiş etdirilib .....                     Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı .....                     Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... .....                     "Qışda qaz, yayda isə su kəsilir" .....                     "Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu .....                     İran bu pakistanlıları Azərbaycana yerləşdirib .....                     Bakıya görə Qusman getdi, növbə onundur... .....                     “Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır .....                     8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər .....                     FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb .....                     Paşinyanın Rusiya səfərinin əsas məqsədi: .....                     Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı .....                 

“Qəlbimdə hörmətlə yanaşdığım müxalifətçilər var” - deputat
Tarix: 27-02-2019, 08:38 | Çap et
“Qəlbimdə hörmətlə yanaşdığım müxalifətçilər var”
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Yeni Müsavat”a geniş müsahibə verib. Gündəmdəki müxtəlif məsələlərdən bəhs edən söhbətimiz zamanı komitə sədri sensasion açıqlamalar verdi, məsələlərə özünəməxsus yanaşmaları ilə bəzi hallarda bizi xeyli təəccübləndirdi. Adətən bir çoxlarının “quru adam” kimi xarakterizə etdiyi Arif Rəhimzadə əslində həmin şəxslərin təqdim etdiyi kimi deyilmiş. Üstəlik, çox dəqiq adam imiş. Görüş yerinə - Əhmədlidəki “Heydər parkı”na danışdığımızdan da bir neçə dəqiqə əvvəl gəlmişdi. Hətta parkı gəzib-dolaşmağa da vaxt tapmışdı. Söhbəti təqdim edirik:

(Əvvəli ötən sayımızda)
- Bəs talançılıq? Məsələn, prezidentin etimad göstərdiyi məmurun bir gün dövlətin, xalqın sərvətlərini taladığı üzə çıxırsa, onda necə? Belələri ilə necə mübarizə aparmaq lazımdır?

- Əlbəttə, nəzarət gücləndirilməlidir və elə məmurlara qarşı çox kəskin mübarizə aparılmalıdır.

- Komitə sədri olaraq münasibətinizi bilmək istərdim: ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinin geniş maraq doğurmamasının səbəbi nədir? Sizcə, nədən bələdiyyə seçkiləri və bələdiyyələr qardaş Türkiyədəki qədər özünə maraq cəlb edə bilmədi?

- Türkiyə bələdiyyələri ilə bizimkiləri müqayisə etmək düzgün olmazdı. Türkiyədə bələdiyyə institutunun tarixi yüz ildən çoxdur. Demək istəmirəm ki, bizim bələdiyyələrimizin Türkiyə səviyyəsinə çatması üçün 70-80 il müddət tələb olunur.

- Bələdiyyə seçkilərində gənc namizədlərə üstünlük veriləcəyi barədə anonslar eşidilir. Parlament seçkilərində də tərkibdə ciddi dəyişikliyin edilməsi gözlənilirmi?

- Cənab prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri gənclərə üstünlük verməsidir. Bələdiyyə orqanlarının tərkibində də, əlbəttə, parlamentdə də bu məsələlər öz əksini tapır və tapacaq. Ancaq nə bələdiyyələrə, nə də parlamentə üzvlər təyin edilmir, onlar xalq tərəfindən seçilirlər. Gənclər bu işə hazır olduqca seçkili orqanların tərkibində onların xüsusi çəkisi tədricən arta bilər.

- Ümumiyyətlə, siz parlamentin indiki tərkibinin fəaliyyətindən razısınızmı?

- Hesab edirəm ki, Milli Məclis məhsuldar işləyir və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Milli Məclisin ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının yaradılmasında, beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə Azərbaycanın mövqeyinin müdafiəsi, qarşılıqlı dostluq münasibətlərinin yaradılması sahəsindəki səmərəli fəaliyyətini xüsusi qeyd etməliyəm.

- Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı hərbi əməliyyatların başlanması vaxtıdırmı, yoxsa Paşinyan hökuməti ilə də danışıqların davam etdirilməsinin tərəfdarısınız?

- Son illər Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində müsbət fəaliyyətin şahidiyik. 2016-cı ilin aprel döyüşləri, keçən il Naxçıvan ərazisində aparılan uğurlu əməliyyatlar göstərdi ki, ordumuz həm hərbi-texniki, həm də mənəvi-psixoloji hazırlıq sahələrində yüksək nəticələr qazanmışdır. Lakin müasir dünyada təkcə bu məsələlərə əsaslanmaq düzgün olmazdı.

- Arif bəy, Azərbaycanda “beşinci kolon”un fəaliyyətindən çox danışılır. Necə bilirsiniz, həmin qüvvələr hansı ölkələri təmsil edir və məqsədləri nədir?

- Azərbaycan müstəqil siyasət aparan və özünü bütün sahələrdə təmin edən bir ölkədir. Bu, heç də qonşularımızın hamısını təmin etmir. Azərbaycandan hərəsinin bir siyasi və iqtisadi umacağı var. İstəyirlər ki, bir çox məsələlərdə Azərbaycan onların mövqeyinin tərəfdarı olsun. Hazırda dünyanın bir neçə mərkəzlərində elə bir düşüncə yaranıb ki, yalnız onların siyasəti, hərəkəti düzdür və hamı o istiqamətdə fəaliyyət göstərməlidir. Hətta belə bir düşüncə mövcuddur ki, onların təklif və göstərişləri düz olduğu üçün hamı tərəfindən tam qəbul olunmalıdır. Siyasi məsələlərlə bərabər iqtisadi maraqlar da mövcuddur. Azərbaycanın əleyhinə maraqları olan belə dairələr heç nədən çəkinmirlər. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu aşağı salmaq və ölkədə narazılıq yaratmaq məqsədilə atasını, anasını tanımayan, puldan ötrü vətəninə xəyanət etməyə hazır olan adamları tapıb onları maliyyələşdirir, xalqın, dövlətin və ölkə rəhbərinin üstünə qısqırırlar.

- Erməni diasporunun bu məsələlərdə rolu nə qədərdir?

- Əlbəttə, burada erməni diasporunun rolu da az deyil, ancaq mən hesab etmirəm ki, bunların hamısı onların işidir. Əfsus ki, bu məsələlərdə bir çox halda bizim xarici dövlətlərdə olan diaspor təşkilatlarımız və əslən azərbaycanlı olanlar da biganəlik göstərirlər. Belə şəraitdə bəziləri hesab edirlər ki, iqtidar nümayəndələrini əsassız tənqid və təhqir edə bilərlər, xaricdəki Azərbaycana zidd dairələrin sifarişlərini müti qaydada yerinə yetirirlər. Onların fəaliyyəti problemlərin həllinə deyil, əksinəb ölkədə problemlərin yaradılmasına yönəldilib. Xaricdə özlərinə havadarlar tapan bu üzdəniraq qüvvələrin məqsədi prezident İlham Əliyevin səriştəli rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları qaralamaq və bununla da ictimai rəyi çaşdırmaqdan ibarətdir. Onlar son 15 ildə ölkəmizin sosial-iqtisadi uğurlarını, əhalinin rifahının yaxşılaşmasını, milyonlarla vətəndaşlarımızın işlə təmin olunmasını görmək istəmirlər və bu işlərin miqyasını dərk etmək iqtidarında deyillər. Lakin qədirbilən xalqımız əldə olunan iqtisadi uğurların, məcburi köçkünlər üçün salınan çoxsaylı qəsəbələrin, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilən avtomobillərin və evlərin, məhz prezident İlham Əliyev siyasətinin məhsulu olduğunu qiymətləndirir və təqdir edir.

- Milli Məclisin bir sıra deputatları vəzifələrə təyin olunub. Bir az əvvəl dövlət başçısı gənc həmkarınız Zahid Oruca yüksək etimad göstərdi...

- Hörmətli Zahid Oruc da, yüksək vəzifələrə təyin olunan digər deputatlar da gənc nəslin layiqli nümayəndələridir. Möhtərəm prezident İlham Əliyev bununla yenə də göstərir ki, gənclərin inkişafına böyük əhəmiyyət verir.

- Heç ürəyinizdən belə bir istək keçibmi ki, filan postda olsaydım, başqa cür işlərdim?

- Təbii ki, mən bildiyim sahəyə təyin olunsaydım, oraya xeyir gətirərdim. Amma sözün doğrusu, hesab edirəm ki, cənab prezidentin cavanları irəli sürmə siyasəti tamamilə doğrudur. Çünki nəsillər arasında bir rabitə, əlaqə olmalıdır. Əlaqə məhz bu yolla yaranır.

- Arif müəllim, xarakter etibarilə sərt adam təsiri bağışlayırsınız. Maraqlıdır, sizin nəzərinizcə, güllələnmə cəzasının ləğvi doğru idimi?

- Güllələnmə hökmü...Ruslar “izbiratelnıy” deyirlər. Gərək seçilmiş olaydı. Misal üçün, Norveçdə bir nəfər 60-70 adam güllələyib, ona ömürlük cəza veriblər. Ancaq həmin məhbus şikayətlənir ki, internetinin sürəti kifayət qədər deyil. Əlbəttə, belə adamları güllələmək lazım idi. Ancaq əlindən xəta çıxanları, ehtiyatsızlıq edənləri güllələmək olmaz. Bunların hamısına ömürlük cəza verib büdcənin öhdəsinə götürmək düzgün deyil. Ümumiyyətlə, Avropada demokratiyanın mahiyyətinə yox, demokratiya sözünə aludəçilik yaranıb. Bununla da əslində adamları demokratiyadan uzaqlaşdırırlar. Elə Norveçdəki hadisə buna misaldır. Özü də belə hallar az deyil.

- Hakim olsaydınız və güllələnmə hökmü olsaydı, kimi gülləmək istərdiniz?

- Ən qatı...(pauza)

- Müxalifətçini?

- (Gülür.) Yox, söhbət müxalifətçidən getmir. Məhkəmə olmalıdır. Həmin şəxsin cinayətləri bilinməlidir. Hansısa bir şəxs haqqında deyə bilmərəm ki, o, güllələnsin və s.

- Müxalifətə münasibətiniz necədir?

- Hesab edirəm ki, müxalifət olmalıdır. İntəhası, müxalifət başqa yolla ölkənin inkişafını göstərən qüvvə kimi fəaliyyət göstərməlidir. Yəni alternativlər təqdim etməlidir. Ancaq mən söyüş söyüm, deyim ki, bu, pisdir... Pisdirsə, sən yaxşısını de!

- Hörmətlə yanaşdığınız müxalifətçilər var?

- Əlbəttə, var.

- Heç onlarla üz-üzə gəlirsinizmi, söhbət edirsinizmi?

- Əfsuslar olsun ki, görüşüm olmur. Ancaq qəlbimdə hörmətlə yanaşdığım insanlar var.

- Müxalifətçilər?

- Əlbəttə.

- Uzun illərdir Milli Məclisdəsiniz. Müstəqillik dövründəki bütün çağırışlarda mandat qazanmısınız. Bir sıra hallarda deputat həmkarlarınızın sərvətləri barədə məlumatlar yayılır. Nədənsə sizdən heç yazılmır. Deyəsən, var-dövlətinizlə bağlı məlumatları çox möhkəm saxlayırsınız. Bəlkə sirrinizi açasınız...

-(Gülür.) Sirr məsələsi deyil. Mənim elə bir mülküm yoxdur. Küçədə də deyiləm, yaşamaq üçün şəraitim var. Ümumiyyətlə, mən böyük mülklər tikdirməyin, təmtəraqlı həyatın tərəfdarı deyiləm. Görürsən ki, bəzəkli daşlarla tikirlər... Mən, sadəcə, yaşamaq üçün şərait qurmuşam və yaşayıram.

- Yəni villada?

- Həyət evidir. İndi villa, ya nə deyirsiniz... İki mərtəbəli evdir.

- Həyətində nələrsə əkirsiniz?

- Hə, əkirəm, özüm də becərirəm.

- Bağınızda hansı ağaclar var?

- Birincisi, mən oradakı şamların heç birini kəsmədim. Bir neçə dənə də meyvə ağacları var. Zeytun, ərik, feyxoa ağacları, çoxlu qızılgüllər var.

- Nəvələrinizlə vaxt keçirməyə imkan tapırsınız?

- Əlbəttə, vaxt ayırıram. İki nəvəm var.

- İstirahətinizi harada keçirməyi xoşlayırsınız?

- Sözün doğrusu, elə evimdə, həyətimdə. Ayrı-ayrı hallarda dost-tanışlara qonaq gedirəm.

Beləcə, söhbətimizi yekunlaşdırmalı oluruq. Deyir saat 11.00-da işdə, Milli Məclisdə olmalıdır. Dəqiq adamın iş qrafikinə xələl gətirmək istəməyib, “açıq havada, açıq söhbət” təklifimizi dəyərləndirdiyi üçün təşəkkür edirik və kifayətlənirik.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Bu gün, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Bu gün, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Bu gün, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Bu gün, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Bu gün, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Bu gün, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Bu gün, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Bu gün, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Bu gün, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Bu gün, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Bu gün, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Bu gün, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Bu gün, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Bu gün, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Bu gün, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Bu gün, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Bu gün, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Bu gün, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Bu gün, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 15:15
Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb - ŞƏRH
Bu gün, 15:11
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyor
Bu gün, 15:06
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
Bu gün, 15:00
Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı - Əsas adam idi
Bu gün, 14:48
Trampın “artsax” problemi – “Vaşinqton bataqlığı” qurudulmayınca...
Bu gün, 14:41
Yevlaxda açıq havada film nümayiş etdirilib - FOTO
Bu gün, 14:34
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 13:09
Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... - GİLEY
Bu gün, 13:07
"Qışda qaz, yayda isə su kəsilir" - ETİRAZ
Bu gün, 13:04
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
Bu gün, 13:02
İran bu pakistanlıları Azərbaycana yerləşdirib - Sensasiya
Bu gün, 12:58
Bakıya görə Qusman getdi, növbə onundur... - KT
Bu gün, 12:55
“Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır
Bu gün, 12:48
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb – Tendersiz
Bu gün, 12:45
Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər - HÖKM OXUNDU
Bu gün, 12:43
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
Bu gün, 12:39
Paşinyanın Rusiya səfərinin əsas məqsədi: - Moskvanın “damarını” yoxlayacaq, sonra da...
Bu gün, 12:30
Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı
Bu gün, 12:27
Ailələr ANLAŞMALI DAĞILIR... - Ekspertdən İLGİNC AÇIQLAMA
Bu gün, 12:17
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Vətəndaşla dövləti üz-üzə qoyan qurum: Elm və Təhsil Agentliyi... - AXI NİYƏ?
Bu gün, 12:09
Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti… – Patrik Uolş gizlinləri açdı
Bu gün, 12:01
“Referans” adı mübahisə doğurdu – ARAŞDIRMA APARILIR
Bu gün, 11:49
Daha bir fırıldaqçı satış şəbəkəsi... - GİLEY
Bu gün, 11:44
Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilib - DİQQƏT!
Bu gün, 11:32
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 11:24
Məhkəmə 1 milyona yaxın pul mənimsəyən "vəzifəli şəxslər"ə bu cəzanı verdi - TƏFƏRRÜAT
Bu gün, 11:16
Rusiya Zəngəzur dəhlizindən UZAQLAŞDIRILDI – Moskvadan Bakı və İrəvana göndərilən mesaj NƏ İDİ?
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru