"Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib" .....                     "Paşinyan Rusiya ilə siyasi məsafəsini artırmaqla, ABŞ-ın diqqətini cəlb etməyə çalışır" .....                     Pul verməyən xəstəni DÖYÜRLƏR .....                     Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... .....                     Burda adamı öldürüb, cibini soyurlar .....                     Manatın dizini yerə gətirən AVRO... .....                     "Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" .....                     MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü .....                     Ayrılan milyonlar HARA GEDİB? .....                     Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi .....                     "Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" .....                     Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb .....                     İranın axtardığı “sehrli barmaq” haradadır? .....                     Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... .....                     "Yəqin ki, dövlətin yadına düşərəm" .....                     Zəngəzurda erməni hərbçi özünü güllələdi .....                     Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb .....                     AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş .....                     Daha bir “plastik cərrah” qalmaqalı .....                     Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi .....                     “Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? .....                     Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu .....                     Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər .....                     “Demişdi ki, uşağımıza iynə vurdurub öldür” .....                     “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” .....                     Kreml Bakıya boyun əyir? .....                     Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi .....                     İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? .....                     Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər .....                     Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... .....                     Rusiyada böyük hesablaşma .....                     Rusiyada 3 günlük matəm elan olundu .....                     “Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” .....                     Zəngəzur dəhlizi: .....                     Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... .....                     Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu .....                     Azərbaycan ehtiyatlı olmalıdır: .....                     Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər .....                     Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı .....                 

"Tərbiyəsizlik əvəzinə, etika çərçivəsində hər kəs mənə cavab verə bilərdi" - Qüdrət Həsənquliyev
Tarix: 22-02-2019, 08:36 | Çap et
"Tərbiyəsizlik əvəzinə, etika çərçivəsində hər kəs mənə cavab verə bilərdi"
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Ölkə gündəmini əhatə edən müsahibədə əvvəlcə bir qrup deputatın Şeyx həzrətləri ilə bərabər bir sıra ölkələrə səfərlərindən danışdıq:

-Qüdrət bəy, Misir səfərinizdə diqqət çəkən bir məqam oldu: Məhəmməd Peyğəmbərin qılıncını əlinizə alıb şəkil çəkdirmişdiniz. O, nə mesaj idi elə?

- (Gülür) Biz Şimali Qafqazda, Misirdə, Abu-Dabidə və Avstriyada olduq. Həmin şəkil Misirdə çəkilmişdi. Əslində o ziyarət Şeyx həzrətlərinə, həmçinin Azərbaycan dövlətinə olan hörmətin bir ifadəsi idi. Biz Qahirədəki Hüseyniyyə - bizdə İmam Hüseyn məscidi adlanır – məscidində olduq. Məscidin içərisində də xüsusi hazırlanmış əlavə bir yer var. Deyilənə görə, İmam Hüseynin başı həmin yerdə dəfn olunub. Həmçinin orda İmam Əlinin öz xətti ilə yazdığı Quranın nüsxəsi var. Peyğəmbərimizin də qılıncı orda saxlanılır. Qılıncın üzərində də “Bu qılınc Məhəmməd Peyğəmbərə məxsusdur” yazılıb.

Qılınc şüşənin arxasındadır, şüşənin özü də əlavə taxta qapılarla bağlanır. Məscidin içində muzey kimi, ayrıca qapısı olan bir guşə var. Bizi ora buraxdılar. Hörmət əlaməti olaraq həmin qılıncı çıxartdılar, Şeyx həzrətlərinə tutmaq üçün verdilər. Sözsüz ki, mən belə bir şansı əldən buraxmazdım. (gülür) Düzdür, tələbə dostum Səxavət bəy o şəkli heç də yaxşı çəkməyib. Amma Məhəmməd Peyğəmbərin qılıncını əlində tutan şəxs kimi çox xoş hisslər yaşadım.

- Səfərdən öncə sizin Naxçıvan Muxtar Respublikasındakı nazirlərdən birinə ünvanlı sərt açıqlamalarınız, mesajlarınız olmuşdu. Qılınclı fotodan da uzaqgedən nəticə çıxartmaq olardı. Ötüb-keçdimi həmin konflikt?

- Yox, heç bir əlaqəsi yox idi. Müqəddəs qılıncı əldə tutub rəzil adamlar haqqında düşünmək böyük günah olar. Ümumiyyətlə, mən təbiət etibarilə kinli adam deyiləm və sözün doğrusu, o reaksiyanın da elə sərt olacağını gözləmirdim. Tərbiyəsizlik əvəzinə, etika çərçivəsində hər kəs mənə cavab verə bilərdi. Bu da çox normal qarşılanardı. Parlament müxbiri olaraq bilirsiniz ki, mən hətta Naxçıvandan deputat seçilməyəndə də, Naxçıvanın problemlərini həmişə qalırmışam. İndi də Naxçıvandan seçilmişəm, görürsünüz ki, Qarabağ qaçqınlarının, şəhid ailələrinin problemlərini, ümumən Qarabağ problemini ən çox diqqətdə saxlayan millət vəkillərindənəm. Nadanlıq əlamətidir ki, söyləyəsən ki, deputat niyə Naxçıvanın problemlərindən danışır? Əvvəla, mən o müsahibədə kimisə tənqid də etməmişdim. Sadəcə problemlərin həll yolları ilə bağlı fikirlərimi səsləndirmişdim. Demişdim Naxçıvanın sosial-iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır ki, insanlar oranı tərk etməsin. Mən təklif edirəm ki, Naxçıvanda azad iqtisadi zona yaradılsın. Bilirəm ki, hökumət bu istiqamətdə uzun müddətdir danışıqlar aparır. Hazırda vəziyyətin nə yerdə olduğunu bilmirəm. Ümumiyyətlə, mən bu məsələləri mütəmadi qaldırmışam.

- Bəs, nədən bu dəfə dedikləriniz belə qıcığa səbəb oldu?

- İndiki ərəfədə qıcıqla qarşılanması gözlənilməz oldu. Orda bizim partiyaya münasibətdə də çox qanunsuz davranış olmuşdu. Bizim partiyanın üzvünü Naxçıvan MSK-sı heç bir aidiyyəti olmasa da polislə hədələyərək DSK-dan istefa verməyə məcbur etmişdi. Bəlkə də düşündülər ki, müsahibəm bu hadisəyə cavabdır. Lakin mən ordakı üzvlərimizə problemlər yaranmasın deyə, həm də həmin şəxsin fikrini əsas götürərək onları şərdən qorumaq naminə təkid etmədim və güzəştə getdim. Bəlkə də bunlar düşünüb ki, mənim Naxçıvanın problemlərinin həlli ilə bağlı təkliflərim kiminsə nüfuzunu zədələyir. Amma mən əvvəllər də demişəm ki, Naxçıvanda iş yerləri açmaq lazımdır ki, insanlar oranı tərk etməsin. Naxçıvanı minik avtomobilləri istehsal edən bir mərkəzə çevirmək olar və s. Artıq Bakıda naxçıvanlıların çoxlu sayda qəbiristanlıqları var. Hətta bəzi kəndlər ayrıca qəbiristanlıqlar salıb. Bəzən insanları Naxçıvandan gətirib burada dəfn edirlər, çünki ailənin əksəriyyəti burdadır. Nəyinsə xətrinə bunu deməmək, üstündən keçmək olmaz. Mən bütün gəncliyimi Azərbaycanın müstəqilliyinə həsr etmişəm, milli azadlıq hərəkatının üzvü olmuşam. Elə məsələlər var ki, onların üstündən keçmək sadəcə mümkün deyil. Özü də Naxçıvanda görülən müsbət işləri, Vasif Talıbovun müəyyən müsbət addımlarını da təqdir etmişəm. Devalvasiyadan sonra banklardan götürülən dollar kreditlərinin 1.05 AZN-lə qaytarılması ilə bağlı qərar verəndə də təqdir etmişəm. Amma Naxçıvanın iqtisadiyyatının Naxçıvan Gömrük Komitəsi ilə birlikdə ödədiyi vergi Naxçıvanın büdcəsinin 21,7 faizini təşkil edirsə və 34 şəhər və rayon dotasiya almadığı muxtar respublika bütün digər rayon və şəhərlərə 104 milyon manat dotasiya ayrıldığı halda bundan 3 dəfə çox- 300 milyon 360 min manat dotasiya alırsa, bu rəqəmi də deputatlara hökumət büdcə layihəsini təqdim edəndə verirsə, mən də bunu səsləndirirəmsə, bu, niyə belə qıcıq yaratdı, səbəbini başa düşmürəm.

- Siz muxtar respublikanın faydasına təkliflər vermişdinizsə, məntiqlə təşəkkür edilməliydi...

- Mən ümumən Azərbaycanla bağlı bu qədər təkliflər sürürəm, bu qədər problemlərin həlli yolları barədə danışıram. Hətta Naxçıvanda heç kimi tənqid etmədiyim halda, bəzən ölkənin bütün siyasi elitasını, iqtidarı tənqid edirəm. Atılan addımların bir çox hallarda yetərli olmadığını deyirəm, daha sürətli islahatların aparılması təşəbbüsü ilə çıxış edirəm. Onda gərək məni Bakıda asalar. (gülür) Amma əksinə...Gördüyünüz kimi, mən prezident seçkilərində də hökumətin fəaliyyətini kifayət qədər sərt şəkildə tənqid edirdim. Hətta seçkilərdən sonra prezidenti təbrik edəndə o dedi ki, bütün namizədlərin çıxışlarına diqqətlə qulaq asırdım və orda qaldırılan problemlərin öyrənilməsi, həll yolları barədə göstəriş də vermişəm. Hansı məsələləri həll etmək gücündəyiksə, buna imkanlarımız varsa, bunu mümkün hesab ediriksə, onları edəcəyik. İnauqurasiya mərasimində də prezident bunu söylədi. Sözün doğrusu, mən bu qədər aqressiyanın səbəbini başa düşmədim. Bilirsiniz bu, nəyə oxşayır? Bir dəfə adını çəkmək istəmədiyim birisi haqda suala cavab olaraq demişdim ki, həmin adam özü mətbuata açıqlama verib ki, o, prezident olmaq istəmir. O adam da başladı məni söyməyə ki, təəssüf ki, belə adamlar parlamentdə var və mən bilirəm o parlamentə necə düşüb və s.

- Qüdrət bəy, əksər müşahidəçilər bu fikirdədir ki, ölkədə yeni dönəm başlayıb, ciddi islahatlara start verilib. Prezidentin, Birinci vitse-prezidentin əhali ilə görüşləri, əhalinin müxtəlif kateqoriyaları ilə bağlı imzalanan sərəncamlar yüksək qiymətləndirilir. Parlament müxalifəti olaraq bu barə qənaətiniz necədir?

- Prezident və Birinci vitse-prezident tərəfindən atılan addımlar, qəbul edilən qərarlar xalq tərəfindən rəğbətlə qarşılanır. İnsanlarımız bu islahatların dərinləşməsini gözləyir. Mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan xalqının xoşbəxt gələcəyi yuxarıdan islahatlar yolu ilə cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməkdir. Əgər bu, olacaqsa, biz sivil ölkə kimi regionda öz mövqelərimizi qoruyub-saxlayacağıq, gücləndirəcəyik və dünyanın nüfuzlu ölkələrindən birinə çevirəcəyik, Dağlıq Qarabağ problemini də həll edəcəyik. Yox, əgər bu islahatlar yubanacaqsa - səmimi şəkildə deyirəm - ölkədə vətəndaş qarşıdurması yaranacaqsa və bundan sonra hökumət hansısa islahatlara gedəcəksə, o, artıq islahatlar kimi qəbul olunmayacaq. Yəni bir növ hökumətin zorən və artıq zəiflikdən qəbul etdiyi qərarlar kimi qəbul olunacaq və hökumətdən tələb olunacaq ki, digər addımlar da atılsın. Bu da sonda gətirib ölkəni çox ciddi siyasi böhrana soxacaq. Mən əvvəl də demişdim ki, islahatlar yubanarsa, Azərbaycan böyük bir durğunluq dövrünə qədəm qoyacaq. Bunun üçün də konkret təkliflər vermişdim.

- Konkret nələri nəzərdə tutursunuz?

- Əlbəttə, ciddi islahatlar ilk növbədə iqtisadiyyatda həyata keçirilməlidir. Yəni iqtisadi sferada biz böyük özəlləşməyə getməsək, sizi əmin edirəm ki, nə qədər başqa qərarlar qəbul olunur-olunsun əhəmiyyətli nəticələr olmayacaq.… İqtisadiyyatı dövlət idarə edirsə, bu, sosialist təsərrüfat sistemi deməkdir. Bu, 70 il ərzində özünü doğrultmadı və doğrultmayacaq da. Sovetlər birliyi dövründə insanların böyük hissəsi kommunizm quruluşuna inanırdı, amma indi artıq o inam da yoxdur. Hökumətin iqtisadiyyatda rolu tənzimləyici xarakter daşımalı və məhdudlaşdırılmalıdır.

Ona görə də “Azərişıq”, “Azərenerji”, “Azəristilik”, “Azərsu” və s. kimi böyük xidmət sahələri, o cümlədən SOCAR və AZAL özəlləşdirilməsə...Nəqliyyat sistemini əvvəl sahibkarlara vermişdik, indi yenidən hökumət Bakı Nəqliyyat Agentliyini yaratdı və bu sistemi idarə etməyə başladı. Səhmdar cəmiyyətlər hamısı birlikdə bu il büdcəyə cəmi 3,5 milyon manat vergi verəcəklər. Faktiki olaraq bunlar səmərəsiz fəaliyyət göstərən qurumlardır. Bunlar özəlləşdirilməlidir. Özü də yubanmadan bu işlər görülməlidir. İri, nüfuzlu beynəlxalq bankları Azərbaycana gətirmək, Azərbaycan sahibkarının ucuz kreditlərə çıxışını təmin etmək lazımdır. Əlbəttə, neft pulları ilə çox işlər görülüb. Amma bizim gözlədiyimiz o güclü iqtisadiyyatı ona görə qura bilmədik ki, neft pullarını hökumət xərclədi. Mən ona görə Dövlət Neft Fondu yaranandan özümü öldürürəm ki, bu pulların bir hissəsini – demirəm ki, hamısını - gətirin, yerləşdirin yerli özəl banklarda. Birinci, Azərbaycan vətəndaşları öz pullarını xaricə çıxarmasın, görsün ki, hökumət bizim özəl banklara etibar edir, onlar da pullarını gətirib ölkənin özəl banklarında saxlasın. İkincisi, vətəndaşlarımızın ucuz kreditlərə çıxışı olsun. Üçüncüsü banklar da inkişaf etsin. Əgər biz sahibkarların ucuz kreditlərə çıxışını təmin edə bilməsək, indiki kredit faizləri ilə heç bir sahibkar kredit götürüb ondan rentabelli biznes sahəsi qura bilməz.

- Bunlar iqtisadi sfera ilə bağlı təkliflərdir. Bəs, digər sahələr haqda nə deyə bilərsiniz?

- Təbii ki, ölkədə qanunların aliliyinin təmin olunması istiqamətində paralel addımlar atılmalı və məhkəmə islahatları həyata keçirilməlidir. Məsələn, indi ölkədə 8 dövlət orqanının istintaq departamenti var. Bunların hamısı birləşdirilməlidir. Baş Prokurorluğun tabeçiliyində vahid dövlət İstintaq Komitəsi yaradılmalıdır. Yəni hər hansı bir cinayət faktını aşkar edən orqan həmin materialları istintaq aparılması üçün Dövlət İstintaq Komitəsinə göndərilməli və araşdırma burada getməlidir. Bu, həm də əsassız cinayət işlərinin, təqiblərin qarşısını alacaq. Çünki eyni orqan həm cinayət faktını aşkar edir, həm də onun istintaqını aparır. Amma burada cinayət faktını aşkarlayan istintaqının aparılması üçün onu başqa orqana göndərir.

Bundan əlavə, hakimlər ömürlük seçilməlidir. İkincisi, hakimlər yalnız cinayət törətdiyinə görə onlar vəzifəsindən kənarlaşdırıla bilər. Amma indi bizdə intizam məsuliyyətinə cəlb etməklə hakimləri vəzifədən kənarlaşdırırlar. Hətta ədliyyə naziri dedi ki, Məhkəmə-Hüquq Şurası formalaşandan sonra 120-yə qədər hakim vəzifəsindən kənarlaşdırılıb, bu, dəhşətli statistikadır. Bu qədər hakimi necə vəzifəsindən kənarlaşdırmaq olar? Ona görə də hakimlərin tam müstəqilliyi təmin olunmalıdır. Hakimlərin maddi təminatı olmalıdır. Söhbət 600 hakimdən gedir. Hesab edirəm ki, 600 hakimin hər birinə indiki reallıqda ən azı ayda 10 min manat məvacib verilməlidir və ehtiyacı olanlar mənzillə təmin olunmalıdır. Onlardan da tələb olunmalıdır ki, qanunları göz bəbəyi kimi qorusunlar, ədalətli qərarlar qəbul etsinlər. Bax, bizdə 120 hakim qanunu pozduğuna görə vəzifədən kənarlaşdırılıb. Bunların neçəsi həbs olunub? Hesab edirəm 120 hakim qanunu pozduğuna görə cəzalanıbsa, 120-si də məsuliyyətə cəlb olunmalıdır. Yəni onlar həbsə atılmalı idi.

-Siyasi islahatlarla bağlı nə kimi təklifləriniz var?

-Təbii ki, ölkədə siyasi islahatlar da dərinləşdirilməlidir. Ölkədə proparsional seçki sistemi bərpa olunmalıdır. Bizim parlamentimizdə də nəhayət, normal fraksiyalar olmalı, normal müzakirələr keçirilməlidir. Parlament müxbiri olaraq görürsüz, bizdə faktiki surətdə porodoksal vəziyyət yaranıb. Əhəmiyyətsiz məsələlərlə bağlı deputat kimi 10 dəqiqə danışa bilərsən, amma vacib məsələlərlə bağlı çıxış etmək istəyən deputatların sayı çox olur və o zaman deyirlər ki, çıxış etmək istəyənlərin sayı çoxdur, ona görə reqlament 5 dəqiqəyə endirilir. Parlament çoxluğu isə böyük məmnuniyyətlə müzakirələrin tez başa çatmasını dəstəkləyir. Yəni parlamentin özünün də durumu dəyişməlidir. Parlamentdə fraksiyalar olmalıdır ki,alternativ məruzələrlə çıxış etmək imkanı olsun. Həmçinin parlament Komitələrində ictimaiyyəti narahat edən ciddi məsələlərlə bağlı müvafiq vəzifəli şəxslər dəvət olunmaqla dinləmələr keçirilməlidir. Mən keçən dəfə siqaretlərlə bağlı məsələ qaldırmışdım. Operativ reaksiya özümü də təəccübləndirdi. Növbəti iclasda artıq “Reklam haqqında” qanuna dəyişiklik edildi və yəqin ki, şüşələrin arxasında siqaretlərin, spirtli içkilərin düzülməsinin qarşısı alınacaq. Əslində belə olmalıdır, deputatların dedikləri havadan asılı vəziyyətdə qalmamalıdır. Qəbul olunmursa, iqtidar partiyası öz arqumentlərini ortaya qoymalıdır ki, niyə qəbul olunmur, təkliflər məqbul sayılmır?

-Qüdrət bəy, deputat həmkarınız Zahid Orucun təyinatını necə qarşıladınız?

-Zahid Oruc həmin vəzifəyə uğurlu bir təyinatdır. Adətən, çay süfrəsi ətrafında o, mən, Fazil Mustafa mövcud problemləri müzakirə edirdik, həll yolları barədə danışırdıq. Bir çox hallarda əsasən, bizim fikirlər üst-üstə düşürdü. Hesab edirəm ki, Zahid Orucun hazırlayacağı hesabatlar masaların üzərində qalmayacaqsa, onları həqiqətən oxuyan olacaqsa, o təkliflər nəzərə alınacaqsa, Zahid Oruc da vəzifəyə təyin olunandan sonra dəyişməyəcəksə, kənar təsirlərdən özünü qoruya biləcəksə, onun bu təyinatı faydalı olacaq. Hərdən Fazil bəylə zarafatla danışırıq – xüsusilə Zahid Oruc təyin olunandan sonra – ki, insana müəyyən vəzifə, səlahiyyət verilməsi onun mentalitetini, milli mənsubiyyətini, kimliyini dəyişib alman ,ingilis etmir. Bizim millətdə isə insanlar vəzifəyə keçəndən qısa müddət sonra ciddi şəkildə dəyişirlər, qapanırlar, telefonlara cavab vermirlər,bəlkə də bu cür davranış barədə köhnəlmiş tapşırıqlar olur, əlaqələri kəsirlər və s. Amma yenə də ümid edirəm ki, deputat həmkarımızın təyinatı faydalı olacaq. Onsuz da biz fikirlərimizi mətbuata deyirik, onlar da medianı izləyəcəklər - nəzərə alınacaqsa, çox yaxşı, alınmayacaqsa, çox təəssüf...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib" - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
"Paşinyan Rusiya ilə siyasi məsafəsini artırmaqla, ABŞ-ın diqqətini cəlb etməyə çalışır" - "Ondan-ona, ondan-ona"...
Bu gün, 07:11
Pul verməyən xəstəni DÖYÜRLƏR - İTTİHAM VAR...
Bu gün, 06:56
Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... - əslində öz ərazi bütövlüyünün dərdindədir...
Bu gün, 06:49
Burda adamı öldürüb, cibini soyurlar - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Manatın dizini yerə gətirən AVRO... - NƏ BAŞ VERİR?
Bu gün, 06:40
"Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" - deputat
Bu gün, 06:33
MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var - Bəs faydası necə?..
Bu gün, 06:30
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü - Tender də kecirib
Bu gün, 06:16
Ayrılan milyonlar HARA GEDİB? - HESAB SORMAQ vaxtıdır...
Bu gün, 06:13
Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi – Naxçıvanla bağlı inanılmaz PLAN
Bu gün, 06:09
"Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" - Ekspertdən Elm və Təhsil Nazirliyinə İRAD
Bu gün, 06:07
Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb - AXI NİYƏ?..
Bu gün, 06:04
İranın axtardığı “sehrli barmaq” haradadır? - AKTUAL
Bu gün, 05:47
Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 05:41
"Yəqin ki, dövlətin yadına düşərəm"
Bu gün, 05:37
Zəngəzurda erməni hərbçi özünü güllələdi - KİV
Bu gün, 05:34
Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb - DETALLAR
Bu gün, 05:24
AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş – yeni sensasion detallar yayıldı
Bu gün, 00:27
Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”
Bu gün, 00:24
Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi
Dünən, 18:04
“Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
Dünən, 18:00
Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Dünən, 17:56
Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər - “Times”
Dünən, 17:52
“Demişdi ki, uşağımıza iynə vurdurub öldür” - Aliment ödəməyən ata həbs edildi
Dünən, 17:46
“Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” - ÇAĞIRIŞ
Dünən, 17:44
Kreml Bakıya boyun əyir? – Zaxarovadan təslim tonu
Dünən, 17:42
Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:37
İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? - AÇIQLAMA
Dünən, 17:36
Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər - KİV
Dünən, 17:32
Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ
Dünən, 16:43
Rusiyada böyük hesablaşma – “Paşinyan buna məcbur olacaq”
Dünən, 16:36
Rusiyada 3 günlük matəm elan olundu
Dünən, 16:33
“Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” -İLAHİYYATÇIDAN SƏRT REAKSİYA
Dünən, 16:27
Zəngəzur dəhlizi: - “Nəzarətin ABŞ-yə veriləcəyi...”
Dünən, 16:21
Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... - Azərbaycan əhalisi Afrika qitəsinin köklü problemini yaşayır
Dünən, 16:14
Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:11
Azərbaycan ehtiyatlı olmalıdır: - Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır
Dünən, 16:06
Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər - Xidmətdən istifadə edirlərmi?
Dünən, 16:01
Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı – Hərbi toqquşma…
Dünən, 15:41
Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi
Dünən, 15:37
Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb – ADLARI
Dünən, 15:34
“Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? - TƏFƏRRÜAT
Dünən, 15:31
Fəxrəddin Pənahov sərəncama götürüldü - ƏMR
Dünən, 15:27
Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı SƏRT AÇIQLAMA
Dünən, 15:15
DƏRHAL VƏ XAHİŞ... - HƏ...
Dünən, 15:11
Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı – Kreml buna qəzəblənəcək
Dünən, 13:07
Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
Dünən, 13:03
Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Dünən, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru