"Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib" .....                     "Paşinyan Rusiya ilə siyasi məsafəsini artırmaqla, ABŞ-ın diqqətini cəlb etməyə çalışır" .....                     Pul verməyən xəstəni DÖYÜRLƏR .....                     Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... .....                     Burda adamı öldürüb, cibini soyurlar .....                     Manatın dizini yerə gətirən AVRO... .....                     "Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" .....                     MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü .....                     Ayrılan milyonlar HARA GEDİB? .....                     Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi .....                     "Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" .....                     Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb .....                     İranın axtardığı “sehrli barmaq” haradadır? .....                     Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... .....                     "Yəqin ki, dövlətin yadına düşərəm" .....                     Zəngəzurda erməni hərbçi özünü güllələdi .....                     Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb .....                     AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş .....                     Daha bir “plastik cərrah” qalmaqalı .....                     Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi .....                     “Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? .....                     Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu .....                     Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər .....                     “Demişdi ki, uşağımıza iynə vurdurub öldür” .....                     “Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” .....                     Kreml Bakıya boyun əyir? .....                     Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi .....                     İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? .....                     Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər .....                     Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... .....                     Rusiyada böyük hesablaşma .....                     Rusiyada 3 günlük matəm elan olundu .....                     “Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” .....                     Zəngəzur dəhlizi: .....                     Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... .....                     Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu .....                     Azərbaycan ehtiyatlı olmalıdır: .....                     Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər .....                     Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı .....                 

“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır” - QALMAQAL
Tarix: 20-02-2019, 09:21 | Çap et
“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır”
Qarabağ Komitəsində ötən həftə baş verən istefalar qurumun daxilində gərginlik yaradıb. Qarşılıqlı ittihamlarla müşahidə olunan prosesə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsinin yaradılması əlavə gərginlik gətirib. Artıq Azərbaycan Xalq Hərəkatında təmsil olunan bəzi partiya sədrləri Qarabağ Komitəsində fəaliyyət göstərən bir qrupu hakimiyyətin istəyi ilə hərəkət etməkdə suçlamağa başlayıb. Baş verənlərlə bağlı Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə danışdıq.

- Akif bəy, Qarabağ Komitəsində son zamanlar nə baş verir?

- Doğrusu, mən də Qarabağ Komitəsi daxilində nə baş verdiyini anlamağa çalışıram. Amma hələ dəqiq bir şey deyə bilmərəm. Müəyyən versiyalarım var. Görünən odur ki, Qarabağ Komitəsi kimlərəsə mane olur, onu aradan qaldırmağa çalışırlar. Digər tərəfdən, kimlərsə ya sifarişlə, ya da öz təşəbbüsü ilə Qarabağ Komitəsində nəzarəti ələ keçirmək istəyir.

- Qurumun daxilində baş verənlərdə, istefalarda kənar qüvvənin əli ola bilərmi?

- Qarabağ Komitəsində baş verənlərdə kənar əlin rolunun olması versiyası da mümkündür. Faktlarım olmadığına görə bir şey deyə bilmərəm, amma kənar müdaxilə olmamış deyil, bəlkə də əsas amildir. Biz çox böyük əziyyətlə Qarabağa dair birliyə nail olmuşduq, xalq da bu birliyi çox istəyirdi, bu birliyə çox sevindi. Emosiyaya qapılmadan hər kəs desin görək bu birliyi pozan kimlər oldu?

- İsgəndər Həmidov istefa verib gedəndə şəxsən sizə yönəlik ağır ittiham səsləndirdi, sizi hakimiyyətlə alver etməkdə suçladı. Qarabağ Komitəsi yaranandan bəri, ümumiyyətlə, hakimiyyətdən kiminləsə Qarabağ Komitəsi mövzusunda söhbətiniz olub?

- İsgəndər bəyin ittihamının heç bir əsası yoxdur, daha çox gedişinə bəhanədir. Getmək istəyirdi, bəhanə axtarırdı, bəhanə tapa bilmədi, ona görə də əsassız bir ittiham irəli sürdü. Eyni ittihamı mən də ona qarşı deyə bilərəm. Sadəcə, bu cür söz güləşdirməsinə getmək istəmirəm. Mən iş görməyə üstünlük verirəm, bəziləri heç bir iş görmür, mənasız qeybətlərlə gündəmə gəlməyə çalışırlar. Mənim hakimiyyətdən heç kəslə heç bir təmasım olmayıb, heç nəyi məsləhətləşməmişəm. Mən həmişə demişəm və deyəcəyəm ki, Qarabağın azadlığı üçün hakimiyyətlə cəmiyyət, müxalifət bir yerdə hərəkət etməlidir. Mən Qarabağ Komitəsinin yaranmasının əvvəlində də bu tezisi demişəm, komitəni də bu prinsip əsasında yaratmışıq. O vaxt hamı da bu prinsipə razılaşıb. İndi nə olub ki, boş ittihamlara keçiblər?! Əsassız ittihamları kənara qoymaq lazımdır.

- Komitənin İdarə Heyətinin üzvü Pənah Hüseyn isə deyir ki, son vaxtlar Qarabağ Komitəsi ətrafında hansısa əməliyyatlar aparılmağa başlandığı sezilirdi. Siz də bu cür düşünürsünüz? İstefalar bu əməliyyatın əlamətləri sayıla bilərmi?

- Qarabağ Komitəsi ətrafında kimlərinsə əməliyyat keçirmək istəkləri hiss olunur. Məqsədləri komitəni ya ələ keçirmək, ya da bu mümkün olmasa dağıtmaqdır. Mən heç vaxt bu cür oyunlarda iştirak etməmişəm, indi də etməyəcəyəm. Böyük ehtimalla kənara çəkiləcəyəm. Meydanı verəcəyəm söz pəhləvanlarına. Mənim intriqa pəhləvanları ilə söz güləşdirməyə vaxtım və həvəsim yoxdur.

- Qarabağ Komitəsindən istefa verənlər fevralın 18-də Azərbaycan Xalq Hərəkatı nəzdində Qarabağ Komitəsi yaradıblar. Onların bu addımına münasibətiniz necədir? Bu hadisə Qarabağ Komitəsinə alternativ yaradılmasıdırmı?

- AXH deyilən qurumda Qarabağ Komitəsi yaradıblarsa, bu, onların haqqıdır, heç nə deyə bilmərəm. Uğurlar arzulayıram. Qarabağ adına kim nə yaradır, nə iş görürsə, ancaq alqışlanmalıdır. Qarabağ Komitəsinə alternativ deyəndə, sağlam yarış mənasında yaradırlarsa, olsun. Ziyanı yoxdur. Amma “mən də varam” məntiqi ilə yaradırlarsa, sönüb gedəcək.

- AXH üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirir ki, cəmi bir dəfə mitinqlə bağlı Qarabağ Komitəsinin iclasında iştirak edib və görüb ki, yaxşı atmosfer yoxdur. Əvvəldən problemlərin olduğunu iddia edir. Bu iddialar doğrudurmu?

- Mitinq ərəfəsində çox müsbət atmosfer var idi, hamı iş gömək, bir işin qulpundan yapışmaq həvəsində idi. Elşad bəy nəyi necə görüb, deyə bilmərəm.

- Eyni zamanda həm istefa verənlər, həm də Elşad Musayev deyirlər ki, Qarabağ Komitəsində mitinq məsələsində hakimiyyətin dediyi ilə oturub duranlar var, problem həm də bundan qaynaqlanır.

- Söhbət hakimiyyətin dediyi ilə durub oturmaqdan getmir. Əksəriyyət hesab edirdi ki, icazəsiz aksiyaya, mitinqə getmək olmaz, mitinq razılaşdırılmalıdır. Bəziləri isə “istefa” tələbində israr edirdi. İstefa tələbi ilə hakimiyyəti Qarabağı azad etməyə məcbur etmək olmaz. Bəziləri istefa tələbi səsləndirməklə Qarabağın azadlığına deyil, özlərinin reklamına xidmət edirlər. Göstərmək istəyirlər ki, guya ən radikal onlardır.

- Qarabağ Komitəsini Qarabağ məsələsini inhisara almağa çalışmaqda da qınayırlar...

- QAT-ı da həmişə ittiham ediblər ki, guya Qarabağ məsələsini inhisara almışıq. Heç bir inhisar yoxdur. Meydan həmişə açıq olub, buyursunlar görək nə iş görəcəklər. Amma mənasız danışıqlara son qoyub iş görsünlər, çalışsınlar. Elə olarsa, ancaq sevinərik.

- İsgəndər Həmidov istefa verdikdən sonrakı keçən günlərdə onunla ikilikdə görüşünüz, söhbətiniz olub?

- Xeyr, heç bir görüşümüz, söhbətimiz olmayıb. İsgəndər Həmidovla görüşə ehtiyac görmürəm. Müsbət nəticəyə çox çalışmışdıq, amma bir şey alınmadı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qanunsuz tikintilər müvafiq dövlət qurumlarının gözü qarşısında baş verib" - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
"Paşinyan Rusiya ilə siyasi məsafəsini artırmaqla, ABŞ-ın diqqətini cəlb etməyə çalışır" - "Ondan-ona, ondan-ona"...
Bu gün, 07:11
Pul verməyən xəstəni DÖYÜRLƏR - İTTİHAM VAR...
Bu gün, 06:56
Ermənistanın ərazi bütövlüyünü güdən MOLLA REJİMİ... - əslində öz ərazi bütövlüyünün dərdindədir...
Bu gün, 06:49
Burda adamı öldürüb, cibini soyurlar - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Manatın dizini yerə gətirən AVRO... - NƏ BAŞ VERİR?
Bu gün, 06:40
"Gürcüstan ən çətin məqamlarda Azərbaycandan dəstək görüb" - deputat
Bu gün, 06:33
MAŞALLAH: Bu məmurun 5 müavini, 4 müşaviri var - Bəs faydası necə?..
Bu gün, 06:30
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü - Tender də kecirib
Bu gün, 06:16
Ayrılan milyonlar HARA GEDİB? - HESAB SORMAQ vaxtıdır...
Bu gün, 06:13
Rusiya “mümkünsüzdür” dedi, Tramp ikiqat hərəkətə keçdi – Naxçıvanla bağlı inanılmaz PLAN
Bu gün, 06:09
"Təhsil sistemində vaxt itkisi bir nəsil itkisi deməkdir" - Ekspertdən Elm və Təhsil Nazirliyinə İRAD
Bu gün, 06:07
Ölkənin iki ən böyük ticarət şəbəkəsi qanundan kənar qalıb - AXI NİYƏ?..
Bu gün, 06:04
İranın axtardığı “sehrli barmaq” haradadır? - AKTUAL
Bu gün, 05:47
Paşinyan Qarabağ səhvini Zəngəzurda da təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 05:41
"Yəqin ki, dövlətin yadına düşərəm"
Bu gün, 05:37
Zəngəzurda erməni hərbçi özünü güllələdi - KİV
Bu gün, 05:34
Tramp xarici yardım və mediaya dəstək xərclərini azaltmaqla bağlı qanunu imzalayıb - DETALLAR
Bu gün, 05:24
AZAL təyyarəsi rus generalın əmri ilə vurulubmuş – yeni sensasion detallar yayıldı
Bu gün, 00:27
Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür”
Bu gün, 00:24
Rusiyanın təslim olmaq çağırışına Yermak söyüşlə cavab verdi
Dünən, 18:04
“Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
Dünən, 18:00
Daha bir azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Dünən, 17:56
Rusiyaya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərirlər - “Times”
Dünən, 17:52
“Demişdi ki, uşağımıza iynə vurdurub öldür” - Aliment ödəməyən ata həbs edildi
Dünən, 17:46
“Rus bölməsinin mövcudluğuna qarşıyam, valideynlər Azərbaycan bölməsini seçməlidir” - ÇAĞIRIŞ
Dünən, 17:44
Kreml Bakıya boyun əyir? – Zaxarovadan təslim tonu
Dünən, 17:42
Azər Bayramova Müdafiə Nazirliyində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:37
İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? - AÇIQLAMA
Dünən, 17:36
Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər - KİV
Dünən, 17:32
Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ
Dünən, 16:43
Rusiyada böyük hesablaşma – “Paşinyan buna məcbur olacaq”
Dünən, 16:36
Rusiyada 3 günlük matəm elan olundu
Dünən, 16:33
“Cəmiyyət dırnaqarası dindarlardan heç nə öyrənə bilməz” -İLAHİYYATÇIDAN SƏRT REAKSİYA
Dünən, 16:27
Zəngəzur dəhlizi: - “Nəzarətin ABŞ-yə veriləcəyi...”
Dünən, 16:21
Əhaliyə suyun verilmə forması: "Ə, bir-bir"... - Azərbaycan əhalisi Afrika qitəsinin köklü problemini yaşayır
Dünən, 16:14
Talıbovlara məxsus olmuş restoranın rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:11
Azərbaycan ehtiyatlı olmalıdır: - Ermənistanın Zəngəzur dəhliziylə bağlı hiyləgər və çevik siyasət aparır
Dünən, 16:06
Milli Məclisin deputatları maaşın 2 faizini AHİK-ya üzvlük haqqı ödəyirlər - Xidmətdən istifadə edirlərmi?
Dünən, 16:01
Moskvadan Ankaranın “yolunu kəsəcək” həmlə: Narahatlıq artdı – Hərbi toqquşma…
Dünən, 15:41
Paşinyan Mişustinlə Cənubi Qafqazı müzakirə etdi
Dünən, 15:37
Azərbaycanın 4 sığorta şirkətinin yığımları azalıb – ADLARI
Dünən, 15:34
“Auto Azərbaycan” şirkətinə nə qədər maliyyə sanksiyası tətbiq edilib? - TƏFƏRRÜAT
Dünən, 15:31
Fəxrəddin Pənahov sərəncama götürüldü - ƏMR
Dünən, 15:27
Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı SƏRT AÇIQLAMA
Dünən, 15:15
DƏRHAL VƏ XAHİŞ... - HƏ...
Dünən, 15:11
Paşinyan Bakı və Ankaraya görə “müharibə”yə başladı – Kreml buna qəzəblənəcək
Dünən, 13:07
Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
Dünən, 13:03
Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Dünən, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru