Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                     Əliyevlə görüşdən qaçdı .....                     Paşinyanın deputatından sayıqlama .....                     Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                 

“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?” - QALMAQAL
Tarix: 19-02-2019, 08:52 | Çap et
“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?”
Qarabağ Komitəsinin daxilində ötən həftə müşahidə olunan istefalar, istefa verənlərin əsasən İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatındakı şəxslər olması bu iki qurum arasında nələrin baş verdiyi barədə suallar meydana çıxarıb. Gündəmə gələn sualları AXH-nin İdarə Heyətinin üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə ünvanladıq.

- Elşad bəy, Qarabağ Komitəsi ilə Azərbaycan Xalq Hərəkatı arasında nə baş verir?

- Öncə onu deyim ki, mən və rəhbərlik etdiyim partiya Qarabağ Komitəsində təmsil olunmuruq. Bir dəfə məni mitinqlə bağlı müzakirələrdə iştirak etmək üçün Qarabağ Komitəsinə dəvət eləmişdilər. Mən də getdim iclaslarında iştirak elədim. Amma sonra atmosfer xoşuma gəlmədi, daxili münasibətləri bəyənmədim. Orada da bəzi dostlara dedim ki, bu atmosferlə uzaq getmək olmaz. Dediyim odur ki, Qarabağ Komitəsinin daxilində problemlərin olduğu əvvəldən hiss olunurdu. Qarabağ Komitəsində hazırda vəziyyət belədir ki, üzvlərin bir qismi nəyin bahasına olur-olsun mitinq keçirməyin vacibliyini bildirirlər, bir qisim isə daha yumşaq mövqedədir, razılaşdırılmamış aksiyalara getməyin əleyhinədir. Bu fərqli mövqe onların ayrılmasına səbəb olub.

- Belə görünür ki, Qarabağ Komitəsindən istefa verənlər məhz AXH-də təmsil olunanlardır. Sizcə, buradan da belə bir mənzərə yaranırmı ki, AXH Qarabağ Komitəsini parçalayır?

- Qarabağ Komitəsindən istefa verənlərin sırasında AXH-nin üzvləri də var, üzvü olmayanlar da var. AXH qarşısına Qarabağ Komitəsini parçalamaq məqsədi qoymayıb. Yaxud qarşısına belə bir məqsəd qoymayıb ki, ona alternativ yaratsın. Bir qurumun daxilində fikir ayrılığı yaranıbsa, bunu AXH ilə əlaqələndirmək düzgün deyil. AXH yaranmazdan öncə də yuxarıda dediyim kimi, Qarabağ Komitəsinin daxilində münasibətlərdə problemlər yaşanırdı.

- AXH-dən əvvəl Qarabağ Komitəsi mövcud idi və Qarabağ məsələsi ilə bağlı fəaliyyət göstərirdi, bir mitinq, çoxsaylı tədbirlər keçirmişdi. Belə bir qurum olduğu halda AXH-nin “Biz də bu məsələ ilə məşğul olacağıq” mövqeyini ortaya qoyması suallar yaratmır? Pənah Hüseyn bildirib ki, onlarda son vaxtlar Qarabağ Komitəsi ilə bağlı müəyyən əməliyyatlar qurulduğu barədə məlumatlar daxil olub. Sizcə, Pənah Hüseynin bu bəyanatında AXH-yə də üstü ötrülü işarə edilirmi?

- Azərbaycanda hakimiyyət də, müxalifətdəkilərin də bir qismi müxtəlif sahələri monopoliyaya götürüb. Hakimiyyət deyir ki, Qarabağ məsələsi ilə biz məşğul oluruq. Müxalifətdəkilərin bir qismi deyir ki, əsl müxalifət bizik, bu sahəni də onlar monopoliyaya götürüb. Bir qismi İranla, Cənubla bağlı məsələləri monopoliyaya götürüb deyir bu işlə biz məşğuluq. İndi də Qarabağ Komitəsində bəziləri Qarabağ məsələsinin onların monopoliyasında olduğunu düşünürlər. Hesab edirlər ki, onlardan başqa kimsə bu məsələ ilə məşğul ola bilməz. Qarabağ Komitəsində təxminən 80 adam var idi, onların da bir hissəsi istefa verib. Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?! Harada yazılıb ki, Qarabağ məsələsi mütləq onların inhisarında olmalıdır?! Qarabağ bizim ümummilli məsələmizdir və heç bir qüvvənin monopoliyasında ola bilməz. Qarabağ Komitəsinin bir toplantısında iştirak etmişəm, oraya bir nəfər üzvlüyə qəbul olunurdu. O adam açıqca dedi ki, mən istəyirəm Qarabağ adı altında mitinqlər keçirilsin, bir hərəkətlənmə olsun və mən də orada siyasi məqsədlərimi təmin edim. Yəni dediyim odur ki, Qarabağ Komitəsinə bu cür məqsədlərlə gələnlər də var, səmimi qəlblə çalışanlar da var. Bilmirəm mənim dostum Pənah Hüseyn hansı əməliyyatdan danışır. İkincisi, hakimiyyət və ya başqa bir qüvvə niyə Qarabağ Komitəsi ətrafında əməliyyat hazırlasın? Bu, hakimiyyətin nəyinə lazımdır?! Onsuz da Qarabağ Komitəsindəkilər loyal mövqe sərgiləyir, hakimiyyətə heç nə də mane olmur. Mitinq üçün müraciət edirlər, hər dəfə də “yox” cavabı verilir və sakitcə qəbul edirlər. Belə vəziyyətdə hakimiyyətin nəyinə lazımdır onlara qarşı hansısa əməliyyat təşkil etsin. Hakimiyyət deyir mitinq keçirin, keçirirsiz, deyəndə ki, keçirməyin, keçirmirsiniz! Yaxud da AXH-nin nəyinə lazımdır sizə qarşı hansısa oyunlar qursun. Daxillərində özləri yaxşı bilirlər nəyin necə olduğunu. AXH-nin adı niyə üstüörtülü də olsa hallandırılmalıdır?! AXH-nin Qarabağ Komitəsi adlı problemi, rəqibi yoxdur. Lakin bunu da bilmək lazımdır ki, Qarabağ məsələsi heç kəsin monopoliyasında ola bilməz. Bu, Azərbaycan xalqının məsələsidir və kimin, hansı qüvvənin gücü nəyə çatır Qarabağ məsələsinin həllinə dəstək verməlidir. AXH olaraq bəyan etmişik ki, Qarabağ Komitəsi mitinq keçirəcəksə, biz o mitinqə dəstək verəcəyik. Amma heç kəs Qarabağ məsələsini inhisarına götürə və alver predmetinə çevirə bilməz.

- Belə görünür ki, Siz İsgəndər Həmidovun mövqeyini müdafiə edirsiniz və onun tərəfindəsiniz?

- Mənim özümün mövqeyim var və bu mövqenin tərəfindəyəm. Mənim və rəhbərlik etdiyim partiyanın mövqeyi belədir ki, Qarabağ məsələsi heç kimin inhisarında ola bilməz. Bu mövqeyi İsgəndər Həmidov da və başqası da ifadə edirsə, bunu tərəf olmaq kimi yozmağa lüzum görmürəm.

- İsgəndər Həmidov istefa verib Qarabağ Komitəsini tərk edən zaman belə bir ifadə işlədir ki, burada hökumətlə alverə gedənlər var. Hətta konkret ünvan da göstərir. Siz necə hesab edirsiniz, doğrudan da ortada hansısa alver getdiyinin əlamətləri var?

- Bu suala daha dəqiq cavabı İsgəndər Həmidov və onun adını çəkdiyi şəxs cavab verə bilər.

- Azərbaycan Xalq Hərəkatının da gündəmində, gələcək planlarında Qarabağla bağlı mitinq keçirmək varmı?

- Azərbaycan Xalq Hərəkatı hazırda təşkilatlanma mərhələsini keçir. Düzdür, buna çox ciddi maneələr yaradılır, amma sürətlə bu mərhələni keçirik. Bizim üçün təbii ki, prioritet məsələ Qarabağ məsələsidir, ölkədə demokratik seçki mühitinin yaradılmasıdır, ölkədə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunmasıdır. Hesab edirəm ki, Qarabağla bağlı biz mitinq keçirməliyik. Amma hazırda bu barədə rəsmi qərarımız yoxdur. Biz düşünürük ki, hamı ilə bir yerdə Qarabağ mitinqi keçirmək lazımdır.

- AXH-də təmsil olunanların bəziləri həm də Qarabağ Komitəsindədir. Yaranmış vəziyyət onların AXH-dən getməsi ilə nəticələnə bilər?

- Heç kəsin seçim hüququnu pozmaq olmaz. Kim harada olmaq istəyir, orada olması onun hüququdur. Bolşevik təfəkkürü ilə yanaşmanın tərəfdarı deyiləm. İnsanlara sərbəstlik vermək lazımdır və fərqli mövqelərə də hörmətlə yanaşılmalıdır. Amma əmrlə davranmaq prinsipi düzgün deyil.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru