“Azərbaycanda mitinq dövrü bitib” - deputat
Tarix: 14-02-2019, 09:16 | Çap et
 Son aylarda ölkə iqtidarının mitinq müraciətlərinə rədd cavabı verməsi bəzi fikirlərin meydana çıxmasına səbəb olub. Müxalifət təmsilçiləri hakimiyyətin ondan çəkindiyi üçün aksiyaların keçirilməsinə icazə vermədiyi barədə sosial şəbəkələrdə kampaniyalar təşkil edirlər.
Xüsusilə bu hal Milli Şuranın 26 yanvar aksiyasına və Qarabağ Komitəsinin fevralın 16-na planlaşdırdığı “Qarabağa azadlıq!” mitinqinə mənfi cavab verilməsindən sonra daha da artıb. Müxalif camiyə düşünür ki, Milli Şuranın 19 yanvar mitinqinə icazə verən hakimiyyət həmin aksiyaya əvvəlkilərə nisbətən daha çox iştirakçının qatıldığını görərək bu cür qərar verib.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hakimiyyətin mitinqlərdən çəkinmədiyini düşünür: “Çox təəssüflər olsun ki, Azərbaycan dövləti öz vətəndaşlarına, müxalifətə, QHT-lərə, ayrı-ayrı qurumlara demokratik qaydada yanaşanda, onun müraciətlərinə hüquqi, əsaslandırılmış şəkildə cavab verəndə bunu bəziləri sosial şəbəkələrdə "iqtidar bizdən qorxdu" kimi qələmə verirlər, belə qiymətləndirməyə çalışırlar. Əgər dövlətimiz Fransada olduğu kimi mitinqi adamları döyməklə, insanların gözünü çıxarmaqla, 11 nəfəri öldürməklə dağıtsa, o zaman deyəcəklər ki, dövlət güclüdür və ya bizdən qorxmur? Belə olanda razı qalacaqlar? Yaxud Amerikadakı kimi, polis şübhələndiyi adama, onun əmrinə tabe olmayana güllə atıb öldürsə, yaralasa, o zaman da deyəcəklər ki, dövlət güclüdür? Görün necə məntiqsiz yanaşmadır. Hesab etmirəm ki, Azərbaycan iqtidarı adamlardan, mitinqlərdən qorxsun. Prezidentimiz iki gün öncə televiziyaya müsahibə verdi və o müsahibədə də dedi ki, kim bizim haqqımızda nə deyirsə desin, biz hər şeyə, hər deyilənə öz işimizlə cavab vermişik. Azərbaycanda demokratiya, müxalifət var. İnsanlar öz fikirlərini sərbəst ifadə edə bilirlər.
Anlamıram, əgər sənin qəzetin, saytın varsa, o zaman niyə birləşib “Məhsul stadionu”nu doldurmaq istəyirsiniz? Bu, nə yanaşmadır. Əgər sənin söz deməyə, adamlarını başına yığıb fikirlərini onlara çatdırmağa kifayət qədər vasitən varsa, iqtidara müxtəlif mətbuat orqanları vasitəsilə fikirlərini çatdıra bilirsənsə, bundan ötrü yığışmağa nə gərək var? Deməli, hökmən insanlara mane olmaq lazımdır. Orada görünmək partiya rəhbərlərinə lazımdır ki, bunun vasitəsilə qrant alsınlar. İşi-gücü olan adam şənbə-bazar günləri gedib dincələr, ailəsi ilə vaxt keçirər. Mitinqdə haqlı və ya haqsız qışqırıb-bağırmaq, kiməsə böhtan atmaq vaxtı keçmiş mübarizə üsuludur. Hesab edirəm ki, indiki vaxtda Azərbaycanda mitinq keçirməyə, sözünü mitinq formasında deməyə heç bir gərək yoxdur. Əgər kimsə hesab edirsə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı o mitinqdə tribunadan danışmaqla onun dediyi həyata keçəcək yaxud nəsə dəyişəcək, əmin olun ki yanılır. Mən özüm ağdamlıyam, oradan seçilmiş deputatam.
Azərbaycan prezidenti qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışan, o sahədə çox iş görən ikinci şəxs tanımıram. Prezidentimiz qədər özünün bütün qüvvəsini, enerjisini, görüşlərdəki vaxtını, hər anını, dəqiqəsini o münaqişənin həlli üçün sərf edən ikinci bir adam Azərbaycan tanımıram. Mitinq keçirmək istəyən insanlar bunu dərk etməlidirlər. Çıxıb meydana “Ya Qarabağ, ya ölüm!” deyirsən, emosiyanı ifadə edirsən, axı bu münaqişənin həllində heç nəyi dəyişmir. Əksinə, ölkəmizdə sabitlik qalacaqsa, ölkəmiz iqtisadi cəhətdən inkişaf edəcəksə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqın birliyi olacaqsa, bu daha çox münaqişənin həllinə kömək edir. Xalqımıza və dövlətimizə də bu lazımdır. Əgər sənin gücün varsa, danışıqlarda prinsipialsansa, müxtəlif vasitələrdən istifadə edirsənsə, ayrı-ayrı ölkələrin rəhbərləri ilə bu istiqamətdə işlər aparırsansa, mitinqlərə nə gərək var ki? Münaqişənin həllinə bunlar kömək edir. Bu gün mitinq keçirmək əvəzinə hər kəs öz sahəsində elə çalışsın ki, dövlətinin güclənməsinə öz töhfəsini versin. Boş danışıqla, haradasa qışqırmaqla məsələlər həll olunmur. Onun zamanı keçib, 90-cı illərdə qalıb". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12 |
|
|
|
• Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07 |
|
|
|
• Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54 |
|
|
|
• Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49 |
|
|
|
• "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16 |
|
|
|
• Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04 |
|
|
|
• Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58 |
|
|
|
• Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54 |
|
|
|
• “Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49 |
|
|
|
• 14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47 |
|
|
|
• Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44 |
|
|
|
• Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38 |
|
|
|
• Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29 |
|
|
|
• Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21 |
|
|
|
• “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05 |
|
|
|
• SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
• Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57 |
|
|
|
• Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51 |
|
|
|
• Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49 |
|
|
|
• Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46 |
|
|
|
• Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42 |
|
|
|
• İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33 |
|
|
|
• "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31 |
|
|
|
• “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28 |
|
|
|
• Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25 |
|
|
|
• "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21 |
|
|
|
• FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17 |
|
|
|
• Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15 |
|
|
|
• Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11 |
|
|
|
• Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09 |
|
|
|
• Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08 |
|
|
|
• Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36 |
|
|
|
• Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34 |
|
|
|
• Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47 |
|
|
|
• "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40 |
|
|
|
• Niderland Azərbaycana yeni səfir təyin edib
Dünən, 14:37 |
|
|
|
• Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Dünən, 14:34 |
|
|
|
• ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Dünən, 14:24 |
|
|
|
• Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:21 |
|
|
|
• Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Dünən, 14:19 |
|
|
|
• Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Dünən, 13:25 |
|
|
|
• Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:17 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Dünən, 13:12 |
|
|
|
• Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Dünən, 13:07 |
|
|
|
• Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Dünən, 13:00 |
|
|
|
• Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
• İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Dünən, 12:55 |
|
|
|
• “Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Dünən, 12:50 |
|
|
|
• 35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Dünən, 12:47 |
|
|
|
|