"10 min cibimə qoyun, mən də gəlim" .....                     Cavid Qurbanovun oğluna yeni vəzifə verildi .....                     Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib .....                     Azərbaycanda bəzi siqaretlər bahalaşdı .....                     "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                     Xarici qrant şəbəkəsi yenidən aktivləşdi .....                     Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi .....                     Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir .....                     Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” .....                     Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir .....                     Bəlkə Azərbaycan XİN hərəkətə keçə... .....                     Deputat sülh müqaviləsindən danışdı: .....                     "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ .....                     Niderland Azərbaycana yeni səfir təyin edib .....                     Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib .....                     ABŞ senatorlarından Azərbaycana qarşı təxribat .....                     Şərura prokuror təyin olunub .....                 

“Ziya Məmmədovla heç bir əlaqəmiz və ya tanışlığımız olmayıb” - deputat
Tarix: 11-02-2019, 10:00 | Çap et
“Ziya Məmmədovla heç bir əlaqəmiz və ya tanışlığımız olmayıb”
Milli Məclisin 57 saylı Kümdəmir seçki dairəsindən deputatı Müslüm Məmmədov Modern.az-ın qonağı olub və geniş müsahibə verib.

- Müslüm müəllim, bir ildən sonra növbəti parlament seçkiləri keçiriləcək. Amma bir qrup yeni deputat var ki, onları yaxından tanımırıq. Həmin qrupa daxil olan deputatlardan biri də sizsiniz. O zaman tanışlıqdan başlayaq. Deputat Müslüm Məmmədov kimdir?

- Sizə necə maraqlıdırsa, o cür də başlayaq. 1980-ci ildə Ucarda dünyaya gəlmişəm. Amma uşaqlıq illərimin ilk 6 ili Qazaxıstanda keçib. Bu da səbəbsiz deyil. Atam o zamanlar Qazaxıstanda neft sahəsində sürücü idi. Biz də ailə olaraq bir neçə il orada yaşamalı olmuşuq. 1986-cı ildə yenidən Ucara qayıtdıq. Çünki məktəb illərim başlayırdı. Orta məktəbi də Ucarda başa vurmuşam. Ailədə 4 uşaq olmuşuq. Sadə ailədə böyümüşük. Anam da, atam da ali təhsilsiz olub. Valideynlərim Sovet dövründə oxuyublar. Elə alınıb ki, onlar ali təhsil ala bilməyiblər.

- Valideynlərinizdən fərqli olaraq siz ali təhsil ala bildiniz...

- Ailəmiz həmişə təhsilə böyük önəm verib. Nə olsun ki, zamanında təhsil ala bilməyiblər. Ancaq övladlarının təhsil almasına bacardıqları qədər dəstək olublar. Yadımdadır ki, məktəb illərində ailədə hansısa birimiz xəstələnən kimi evdə qalmağımıza imkan vermirdilər, dərsə göndərirdilər. Halbuki, indi bəzi valideynlər uşaq bir az soyuqlayan kimi məktəbə getmələrinə icazə vermirlər. Hətta bir dəfə ayağıma qaynar su tökülmüşdü, amma yenə də dərsdən qalmağıma icazə vermədilər. Bizi bu cür mühitdə oxumağa alışdırıblar.

- Sizin məktəb illəriniz daha mürəkkəb dövrə təsadüf edib. Sovet imperiyasının dağılması, müstəqil dövlətin qurulması... O illərlə bağlı hansı düşüncədəsiniz?

- 1990-cı ilin yanvar hadisələri baş verəndə rayonda məktəbli idim. Orta məktəbin rus bölməsində oxuyurdum. Yadımdadır ki, 20 yanvar hadisələrindən sonra bütün pionerlər qalstuklarını boynundan çıxarıb atmışdılar. Məktəbimizin həyəti qırmızı qalstuklara bürünmüşdü. Halbuki, bizə bununla bağlı kimsə nəsə deməmişdi. Müəllimlərimizdən biri mən də daxil olmaqla bir neçə şagirdi çağırıb “bu bayraqlar Leninin nişanıdır. Bayrağımızın bir parçasıdır. Onunla bu cür rəftar etmək olmaz” demişdi. Ancaq biz yenidən pioner qalstuku bağlamaqdan imtina etdik. Müstəqillik görmədiyimizdən onun necə hiss olduğunu da bilmirdik. Sovet dərsliklərində 1918-ci ildə qurulmuş, lakin 23 ay mövcud olmuş AXC və onun qurucuları barədə heç nə yox idi. Bu barədə nə ailədə, nə də məktəbdə nəsə danışılırdı.

- Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və adını çəkmədiklərim ilk Cümhuriyyətimizin qurucuları olublar. Bildiyiniz kimi, bu gün də bəzi adamlar var ki, AXC qurucularını qəbul etmir. Siz necə düşünürsünüz?

- AXC-ni quranlar təkcə dövlət qurmamışdılar. Dövlətə xas olan bütün dəyərlər orada vardı. Təəssüf ki, AXC-nin ömrü az oldu. Məlum səbəblərdən Sovet hakimiyyəti dövründə bu barədə kimsə bir kəlmə olsun belə, danışmırdı. Sonradan oxuduğum ədəbiyyatlardan çıxarış edib deyə bilərəm ki, onlara “pantürkist Müsavatçılar, vətən xaini” damğasını vururdular. Sovet ideologiyasının bir hissəsi bu cür idi. Sovet ideologiyası o qədər totalitar rejim idi ki, tarixi silib yeni tarix yazmışdılar.

- Bir çox tanınmış simalar var ki, tələbə olanda fəhləliklə məşğul olub. Sonradan bunu normal formada etiraf ediblər. Bəs sizin tələbəlik illəriniz necə keçib?

- Hər bir tələbənin keçdiyi yol var. Mənim də tələbə həyatım müəyyən çətinliklərlə yadda qalıb. Rayondan Bakıya oxumağa gəldiyim üçün tələbəlik illərində kirayədə qalmışam. Hətta bir müddət kirayə pulu ödəyə bilmədiyim üçün gecələr qarovulçu işləyib elə iş yerində də qalırdım. Sonrakı illərdə ailəm Ucarda evimizi satıb Bakıya köçməli oldu. Xaricə oxumağa gedəndə 25 yaşım vardı. 1999-cu ildən BDU-da informasiya mərkəzində tərcüməçi kimi işləyirdim. Daha sonra xarici tələbələr üzrə dekanlığa keçib işimi orada davam etdirdim. Avropa İttifaqının TEMPUS proqramı vardı. Universitetin idarə olunmasının müasirləşdirilməsi üzrə layihə koordinatorunun köməkçisi işləyirdim. BDU-ya daxil olanda ilk dil kimi fransız dilini seçmişdim. Halbuki, dillə tanışlığım belə yox idi. O vaxtlar Fransa səfirliyinin fransız dilinin intensiv təbliği və tədrisi ilə bağlı layihəsi vardı. O layihə çərçivəsində Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsində fransız dili çox gözəl tədris olunurdu, bunun sayəsində mən də fransız dilini yaxşı öyrəndim. 2005-ci ildə Fransa hökumətinin təqaüdünü qazanıb Bordo Universitetinə daxil oldum. Həmin təqaüdlə bir çox xərcləri qarşılamaq mümkün idi.

- Siz də gəncsiniz. Maraqlıdır ki, yaşadığınız dövrlə indiki dövrün gənclərini müqayisə edəndə hansı fərqlər ortaya çıxır?

- Mənə elə gəlir ki, sanki indi daha çox fərqi hiss etmək mümkündür. Məsələn, mən orta məktəbdə oxuyan dövrdə imkanlı və imkansız olmasından asılı olmayaraq hamı eyni məktəbə gedib-gəlirdi, çox nadir halda kiminsə valideyni uşağını maşınla məktəbə gətirərdi. İndi isə artıq orta səviyyəli ailə belə aldığı maşınla uşağını məktəbə aparıb gətirir. Düşünürəm ki, indi valideynlər övladlarını daha çox asılılığa alışdırır. Ona görə də indiki dövrdə gənclər müstəqil seçim və qərar verməkdə çətinlik çəkirlər. Mən 15 yaşım olanda müəyyən miqdarda pul qazana bilirdim. Yay tətilində Bakıdan çörək alıb aparıb Ucarda satırdım. Düzdü, bu o qədər də böyük məbləğ deyildi, ancaq nəyisə əldə etməyə yetirdi. Fikir verin: İndiki dövrün bəzi 30-35 yaşlarında olan gənclər öz yerlərinə qərar qəbul edə bilmirlər, maddi sıxıntı qarşısında tez təslim olurlar. Bu hal daha çox oğlan uşaqlarında nəzərə çarpır. Elə bilirlər ki, valideynlərinin qazandıqları pul göydəndüşmədir. Elə bilirlər ki, valideynləri daim onların yanında olacaq, onlara pul verəcək, işə qoyacaq və s. Əlbəttə, mənim də valideynlərim əllərindən gələn köməyi ediblər ki, öz ayaqlarım üzərində dayana bilim. Bu gün əldə etdiyim hər şeyə görə onlara borcluyam. Ancaq bu, uşaqların daim valideynin əlinə baxması anlamına gəlməməlidir. Sanki valideynlər övladlarını evlənənə, hətta evləndikdən sonra belə qəyyumluğa götürüblər. Hər hərəkətlərinə onlar qərar verirlər. Düşünürəm ki, bu cür olmamalıdır.

- İndi dövr sürətlə inkişaf edir. Müasir dövrdə övladlarınıza övlad-valideyn münasibətlərini neçə aşılayırsız?

- Bizim ailədə vəziyyət bir az fərqlidir. Mənim böyük oğlum Abdullah xüsusi qayğıya ehtiyacı olan uşaqdır, anadan olarkən Burnevil sindromu aşkar edildi. Bu xəstəlik bir çox orqanlara təsir edir və autizmə səbəb olur. Çox təəssüf ki, bu xəstəliyin müalicəsi müasir tibdə yoxdur. Amma xəstə uşaqları olan ailələrə müraciət etmək istəyirəm ki, uşaqlarınızla daimi məşğul olun, onları normal cəmiyyətdə özlərini rahat hiss etmələrinə nail olun, bu asan olmasa da, mümkündür. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla həm tərbiyə, həm ünsiyyət istər-istəməz fərqli olur, valideynin üzərinə qat-qat çox məsuliyyət düşür. Təəssüf ki, yaşadığımız cəmiyyətdə də belə xəstəliyi olan insanlara münasibət fərqli olur, buna səbəb isə əsasən məlumat azlığıdır. Mən bunu təkcə Azərbaycana aid etmirəm, Avropada da eyni vəziyyəti müşahidə etmişəm. Ümid edirəm ki, aparılan maarifləndirmə işləri bu vəziyyəti dəyişəcək. Bu gün autizm barədə çox az məlumat var, bu məlumat artırılmalıdır, autizmli uşağı olan ailələrə dəstək artmalıdır. Dəfələrlə şahidi olmuşam ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri sanki bundan utanır və bu vəziyyəti gizlətməyə çalışırlar, məncə bu, həmin uşağa edilə biləcək ən böyük haqsızlıqdır.

Kiçik oğlum hələ çox balacadır, amma çalışıram ki, onunla valideynlərimin mənimlə davrandıqları kimi davranım. Bir az da böyüyəndən sonra müəyyən qədər sərbəstlik verərəm ki, lazım olanda qərarlarını sərbəst verə bilsin.

- Xaricə getməyiniz necə baş verdi? Çünki Belçika Krallığının vətəndaşlığını daşımanız deputat olandan sonra daha çox qabardılıb. Onu da deyim ki, birmənalı qarşılanmayıb.

- İlk növbədə, Belçika vətəndaşlığı haqqında olan fikrə münasibət bildirmək istəyirəm. Nə Belçika, nə də hər hansısa başqa xarici dövlətin vətəndaşıyam və heç vaxt da olmamışam. Fransada oxuyanda tələbə vizası ilə, Belçikada isə işçi vizası ilə yaşayıb fəaliyyət göstərmişəm. Fransada 2005-2006-cı illərdə magistr təhsili almışam. 2009-cu ilə qədər doktorantura pilləsində oxudum. Artiq 2009-cu ildən fərqli sahədə çalışmaq istəyirdim. Qərara gəldim ki, Avropada Azərbaycanı tanıdacaq, təbliğ edəcək təşkilat yaratmaq lazımdı. Bu təşkilat bir QHT idi. O zaman yaratdığım təşkilat 2016-cı ildən fəaliyyətini dayandırıb. Həmin QHT-ni Belçikada qurmaq daha məqsədəuyğun idi, çünki Avropa Birliyinin bütün qurumları Brüsseldə yerləşir. Avropa Parlamentində fəaliyyət göstərmək üçün bütün QHT-lər mütləq şəkildə Şəffaflıq Reyestrində qeydiyyatdan keçməlidirlər. Şəffaflıq reyestrinə internetdən daxil olaraq istənilər təşkilat barədə tam məlumat almaq mümkündür. Bizim QHT əsasən Avropa parlamentində Azərbaycanla bağlı tədbirlər və görüşlər keçirirdi.

- Güman ki, müəyyən tədbirləri həyata keçirəndən sonra belçikalıların Azərbaycan haqqında düşüncələri ilə tanış olmuşdunuz. Azərbaycanı necə tanıyırdılar?

- O zaman Azərbaycanla əlaqədar olan digər təşkilatlarla yanaşı, bizim tərəfimizdən də təşkil edilən tədbirlər nəticəsində əksər ölkələrdə Azərbaycan barədə müsbət təsəvvür formalaşmışdı. Bu gün isə artıq sadə bir vətəndaş belə Azərbaycanı tanıyır. Amma mən təhsil aldığım dönəmlərdə Azərbaycanı çox vaxt hansısa Uzaq Şərq ölkəsi ilə qarışıq salırdılar.

- Erməni lobbisi hər zaman bizim üçün aktual olub. Acı olsa da gerçəklik budur ki, erməni lobbisi güclüdür...

- Erməni lobbisi haqqında miflər və reallıqlar həmişə var. Ermənilər haqqında miflərə görə, onlar bütün Avropanı əldə ediblər. Əslində reallıq bir az fərqlidir. Avropada ilk rəsmi Azərbaycan lobbi təşkilatının rəhbəri olmuşam. Biz hər hansı əlavə faktı dedikdə artıq ermənilər susurdu. Ermənilərin orada siyasi və ictimai ortamda güclü olmaları sadəcə saylarının çox olmasından irəli gəlir. Məsələn, mətbuat sahəsini götürək: Fransada erməni əsilli jurnalistlərin asossasiyası adlı təşkilat yaradıblar, indi görün nə qədər belə jurnalist var, amma bir dənə də olsun Azərbaycan əsilli fransız jurnalistini şəxsən mən tanımıram, qeyd edim ki Fransada yaşayan azərbaycanlı jurnalist nəzərdə tutmuram, Fransada doğulub fransız vətəndaşı olan Azərbaycan əsilli jurnalist nəzərdə tuturam. Amma erməni əsilli çoxlu sayda fransız jurnalisti var. Fransızların gündəlik və həftəlik dərc olunan nüfuzlu qəzetləri var ki, orada erməni əsilli jurnalistlər çalışır. Belə olan halda, Cənubi Qafqaz, Qarabağ problemi ilə bağlı məlumatlarda mütləq qərəz və yalan özünü göstərir. Sanki onları işğala məruz qalmış, biz isə işğalçıyıq.

- Son vaxtlar Avropakı bir qrup azərbaycanlı siyasi mühacirlə bağlı məsələlər tez-tez gündəmə gətirilir. Söhbət Orduxan Teymurxan, Vidadi İsgəndərli kimi şəxslərdən gedir. Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin son iclaslarının birində söyləyib ki, deputatlar həmin şəxslərin Azərbaycan hakimiyyəti əleyhinə apardıqları kampaniyaya qarşı səssiz qalmamalıdır. Bitərəf deputat olaraq siz bu barədə nə deyə bilərsiz?

- Mən bu məsələ ilə bağlı bir şey deyə bilərəm ki, siyasi mübarizə debatlar yolu ilə aparılmalıdır. Siyasi mübarizə aparmaq üçün söyüş, təhqir və böhtanı vasitə kimi seçənlər bilməlidir ki, bu yolla heç bir şeyə nail ola bilməyəcəklər. İdeal hakimiyyət, ideal dövlət yoxdur, hətta dünyanın ən inkişaf etmiş ölkələrində də problemlər var, məmurlarda da, deputatlarda da səhvlər ola bilər. Amma söyüş və təhqir bu problemləri aradan qaldırmaz, konstruktiv dialoq, faktlara əsaslanan tənqid yeganə yoldur.

- Müslüm müəllim, Ucardan olsanız da, Kürdəmirdən deputat seçilmisiz. “Niyə Ucarı qoyub Kürdəmirdən seçilmisiz?” iradı ilə qarşılaşmısınızmı? Üstəlik uzun illər xaricdə yaşamağınıza, ölkənin siyasi mətbəxi barədə məlumatsız olmağınıza da işarələr vurulub...

- Ucardan deputat seçilməməyim barədə dediklərinizi çox eşitmişəm. Halbuki, Ucar və Kürdəmir qonşu rayonlardır. Elə ailələr var ki, yarısı Ucarda, yarısı Kürdəmirdə yaşayır.

O ki qaldı siyasi mətbəxdən xəbərsiz olmağıma, deyə bilərəm ki, Avropadakı fəaliyyətimlə bağlı həm Milli Məclisdən, həm də mövcud vəziyyətdən xəbərdar idim. Çünki Avropada yaşadığım müddətdə Azərbaycanı təmsil edirdim. Əgər siz dediyiniz kimi, ölkənin mətbəxindən xəbərim olmasaydı, ölkəmi necə təmsil edə bilərdim?!

- O zaman deputatlığa namizədliyinizi vermək qərarı qəfildən yaranmayıb.

- Əlbəttə. Lap əvvəldən belə fikrim var idi. Ona görə də 2015-ci ildə namizədliyimi verdim.

- Sizdən əvvəl Kürdəmirin deputatı Fərhad Qəribov idi. Onun fəaliyyəti barədə nə deyə bilərsiniz? Bəziləri onu “Kazinolar kralı” adlandırmışdı...
- Düzü, Fərhad Qəribovla heç vaxt görüşməmişəm və şəxsi tanışlığım da yoxdur. Ancaq haqqında kifayət qədər müsbət fikirlər eşitmişəm. O ki qaldı haqqında çıxan söhbətlərə, bunların nə dərəcədə düz olub-olmamasını bilmirəm. O, iş adamıdır. Qazandığı pulu istədiyi kimi xərcləyə bilər. Əlbəttə, səsləndirilən fikirlər həqiqətdirsə, daha yaxşı olardı ki, o pulu daha xeyirli işlər üçün xərcləyərdi. Amma yenə də bu, onun şəxsi işidir.

- Elə deputatlar var ki, çox yaxşı iş adamıdırlar. Amma deputat kimi özlərini təsdiqləyə bilmirlər. Hətta o tip deputatların Milli Məclisdə yer tutmağına etirazlar da edilir...

- Mən bilmirəm siz konkret hansı deputatı nəzərdə tutursunuz, amma belə deyək: Dünya ölkələrində hakimiyyət 3 qola bölünür. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları. Hər hansı bir şəxs deputat seçilməmişdən öncə səlahiyyətlərinin nədən ibarət olduğunu bilir. Yəni millət vəkili olduğu müddətdə əhalinin mənafeyini necə müdafiə edəcəyini öyrənir. Bizdə isə yanaşma fərqlidir. Dəfələrlə rayonda seçiciləri maraqlandıran məsələlərlə bağlı görüşlər təşkil etmişəm. Bir də görürsüz ki, “oğluma ev tikirəm pul ver, qızıma cehiz alacam maddi yardım göstər” kimi müraciətlər olur. Halbuki, deputatın işi bu deyil. Bəzi insanlarda Sovet dövründən qalma bir düşüncə var: Deputat harasa zəng edirsə, o iş mütləq alınacaq. Deyilənə görə, Sovet dövründə deputatlarda çek dəftərçəsi kimi bir dəftər olurmuş. Seçicilərlə görüş zamanı vətəndaşlara nə lazımdırsa, həmin çekdə qeyd edilirmiş. Bununla da problem həll edilmiş olurmuş. Görünür, bəzi adamlarda o ənənə hələ də qalır deyə, deputata çek dəftərçəsi kimi baxırlar. Təbii ki, deputat olaraq lazımi qurumlara seçicilərin müraciətlərini çatdırıram.

- Kürdəmir Azərbaycanda iqlimi ən isti olan region sayılır. Bəzən buna görə yarızarafat-yarıciddi fikirlər də səsləndirirlər. Məsələn, kiminsə yayda Kürdəmirə getdiyini deyəndə məzəli söhbətlər ortaya atırlar...

- Əslində, elə deyil. Bir çox insanlar Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində gördüklərinə əsasən Kürdəmir haqqında fikir yürüdürlər. Amma Kürdəmirin təbiəti sırf o hissədən ibarət deyil axı. Yayı bir az isti ola bilər, amma özüm də qonşu rayon olan Ucarda böyüdüyüm üçün Kürdəmirin istisi mənim üçün heç bir problem yaratmır.

- Vaxtilə nəqliyyat naziri olmuş Ziya Məmmədov məşhur olduğu qədər ən çox da tənqid edilən nazirlərdən idi. O da Ucardandır. Ucarlı olaraq onu necə xatırlayırsınız?

- Ziya Məmmədov nazir olduğu dövrdə mən xaricdə idim. Ona görə də onunla heç bir əlaqəmiz və ya tanışlığımız olmayıb. Deputat kimi yox, bir vətəndaş kimi deyə bilərəm ki, Ucar camaatının ondan gözləntiləri olub, bu da təbii haldır. Ola bilsin ki, müəyyən gözləntilər özünü doğrultmayıb. Ziya müəllimin nazir işlədiyi dövrdə bəzi kəndlər var idi ki, yol şəraiti çətin idi. Əslində, ola bilsin ki, bu, onun da səlahiyyətində olmayıb. Çünki büdcədən pul ayrılanda regionların inkişafı proqramına uyğun olaraq bölüşdürülür, təbii ki, nazir də üzərinə düşən vəzifəni icra etməlidir. Amma sadə insanların da fərqli düşüncəyə sahib olduqlarını unutmayaq.

- Milli Məclisin gənc deputatlarından biri olaraq yaxından dostluq etdiyiniz deputat həmkarlarınız varmı?

- Milli Məclisdə hamı ilə normal münasibətim var. Yaxın olduğum bir çox həmkarlarım var, onlardan biri də deputat Fazil Mustafadır. Onunla Milli Məclisdə həm də bir masa arxasında yanaşı əyləşirik.

- Fazil müəllim, parlament müxalifətinin nümayəndəsidir. Üstəlik, onun dini görüşləri bir qədər fərqlidir. Bu mənada anlaşa bilirsinizmi?

- Əlbəttə. Bəzi məsələlərdə bəzən müəyyən dərəcədə sərt olsa da, Fazil müəllimin istər dini, istərsə də dünyəvi məsələlərdə maraqlı fikirləri vardır.

- Milli Məclisdə neçə ilin deputatları var ki, səslərini nə media, nə də ictimaiyyət eşidib. Bu məsələ sizə də aiddir. Milli Məclisin plenar iclaslarında gənc deputatların da səsini eşitmirik. Bu nə ilə bağlıdır?

- Deputatlarla mətbuat arasında olan münasibətlər ikitərəfli olmalıdır məncə. Mənə sizdən və bundan əvvəl daha bir jurnalistdən başqa demək olar ki, heç bir ciddi mətbuat nümayəndəsi müraciət etməyib, edəndə imkan daxilində məmnuniyyətlə müsahibə verərəm. O ki qaldı parlamentdə çıxışlara, parlamentin plenar iclaslarında müzakirəyə çıxrılan layihələrin çoxu komitə iclaslarında olur və qanun layihəsi ilə bağlı fikirlərin çoxu da orada səslənir. Qanun layihələri hazırlanır, komitələrdə olan debatlardan sonra plenar iclasda müzakirəyə çıxarılır, ona görə plenar sessiyada çoxları çıxış etməyə artıq maraq göstərmirlər.

- Bir az da ailənizlə bağlı danışaq. Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Xanımım keçmiş iş yoldaşım olub. Avropaya təhsil almağa getməzdən əvvəl bir yerdə işləyirdik. Amma təhsil almağa gedəndən sonra da tez-tez Azərbaycana gəlirdim. 2008-ci ilə Azərbaycanda ailə qurdum. Həyat yoldaşım Azərbaycan Dillər Universitetini bitirib, magistratura təhsili də alıb. Ailə qurana qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında işləyirdi.

- Kişilər evlənənə kimi bir cür, evlənəndən sonra başqa cür olurlar. Sizə mühafizəkar ailə başçısı demək olarmı?

- Həyat yoldaşım əvvəl qeyd etdiyim kimi, ailə həyatı qurana kimi işləyirdi. Lakin ailə qurandan sonra xüsusi qayğıya ehtiyacı olan oğlumuz dünyaya gəldi, bu isə 5 uşağa baxmağa bərabərdir. Abdullaha lazım olan bütün tibbi və terapevtik müayinə və müalicə onun üzərindədir, mən demək olar ki, həmişə işdə və ya səfərdə oluram. 1 il 5 ay əvvəl isə 2-ci oğlumuz dünyaya gəldi, ona görə də xanımım hazırda heç bir yerdə işləmir, hal-hazırda bu mümkün deyil. Mühafizəkarlıq məsələsinə gəlincə, deyə bilərəm ki, ailə şəraiti imkan verdiyi müddətdə xanımın işləməsinə, hətta özünün bir iş qurmasına da yaxşı baxıram. Bununla yanaşı, yenə də daha çox mühafizəkar baxışlara üstünlük verirəm. Həm ata, həm də ananın işləməsi zamanı, uşaqların 3-cü şəxsə əmanət edilməsi bir az çətin olur.

- Deputat həmkarlarınızla işdən sonra bir yerdə vaxt keçirə bilirsinizmi? Bəzi kişi həmkarlarınız fürsət tapan kimi futbol da oynayırlar...

- Deputatların çoxu 10 ildən artıqdır ki, bir-birlərini tanıyırlar. Məsələn, Fazil müəllim bir çox idman növləri ilə məşğul olur. Yeri gəlmişkən, qeyd edim ki, onun sayəsində Azərbaycanda Xüsusi Olimpiya hərəkatı ilə tanış olmuşam, İcra Komitəsinin üzvüyəm. Amma idmanla bağlı məsələlərdə bir az tənbələm. İdmanla o qədər də aram yoxdu. Daha çox kitab oxumağı sevirəm. Boş vaxtım olanda, xüsusən də xarici səfərlər zamanı yolda çox oxuyuram. Deputat seçilən dövrdə Rusiyada namizədlik dissertasiyası yazırdım, keçən il müdafiə etdim. Ona görə mövzumla bağlı daha çox mütaliə edirəm. Azərbaycan ədəbiyyatında mənim sahəmlə bağlı ədəbiyyat az olduğundan istər-istəməz xarici ədəbiyyatı daha çox oxuyurdum.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07
Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Dünən, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Dünən, 14:34
ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Dünən, 14:24
Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:21
Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Dünən, 14:19
Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Dünən, 13:25
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:17
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Dünən, 13:12
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Dünən, 13:07
Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Dünən, 13:00
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Dünən, 12:57
İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Dünən, 12:55
“Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Dünən, 12:50
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru