“Oliqarxların sözünü demirəm, işsiz qalmış vətəndaşların haqqını müdafiə edirəm” - deputat
Tarix: 9-02-2019, 09:14 | Çap et
 Ötən sayımızda ölkənin tikinti sektorunda baş verən proseslərə dair material dərc etmişdik. “Tikinti maqnatları hücumda” adlı materialda Milli Məclisin üzvü Fəzail Ağamalının qurumun plenar iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiləri dayandırmasına dair fikirlərindən sitat gətirmiş, həmçinin bu çıxışdan sonra bir sıra mətbu orqanlarda Komitənin fəaliyyətini tənqid edən yazıların dərc olunduğunu qeyd etmişdik.
Eyni zamanda materialda qəzetimizə verilən məlumat əsasında arxasında məmur-oliqarxlar dayanan tikinti şirkətlərinin Komitənin tikintini standartlara uyğun aparılmasına dair tələblərini iqnor edərək, tikinti prosesini dayandırmaqla qurum rəhbərliyi barəsində mənfi rəy formalaşdırmağa çalışdıqlarını yazmışdıq.
Dünən redaksiyamızla əlaqə saxlayan deputat F.Ağamalı yazıda onun çıxışından istifadə olunmasına etirazını bildirib: “Mənim tikinti maqnatları ilə heç bir bağlılığım yoxdur. Bu yazıdan isə belə çıxır ki, məni onların sözünu demişəm. Bu, kökündən yanlış fikir, mənə qarşı böhtandır. Yazıda mənim fikirlərimdən sonra bu sahədə elə də tanınmayan, məhdud fəaliyyətlə məşğul olan bir soydaşımızın fikirlərinə yer verilib, komitəyə haqq qazandırılıb. Mən işsizlərin haqqını müdafiə etmişəm. Onlar tikintilərin dayanması nəticəsində işsiz qalan vətəndaşlardır. Mənə müraciətlər olduğu üçün fevralın 1-də plenar iclasda onların mövqeyini səsləndirmişəm”.
F.Ağamalı bildirir ki, əgər tikinti şirkətləri işlərini qaydalara uyğun qurmurlarsa, onlara imkan verilməməlidir: “Əgər standartlara əməl etmirlərsə, qaydaları yerinə yetirmirlərsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələblərini nəzərə almırlarsa, onlar sanksiyalara məruz qalmalı, şirkətləri ləğv olunmalıdır. Amma axı standartlara əməl edərək tikintiyə icazə almış şirkətlərin də fəaliyyətinə imkan verilməməsi çoxsaylı insanların işsiz qalmasına gətirib çıxarıb. Bu, ölkə prezidentinin məşğulluq siyasətinə, Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi siyasətinə uyğun deyil, onunla ziddiyyət təşkil edir”.
Deputatın sözlərinə görə, indi ölkədə tikinti ilə məşğul olan oliqarx yoxdur: “Tikinti şirkətləri ayrı-ayrı sahibkarlarındır. Bildiyim qədər, indi zəhmətlə, alın təri ilə çalışan şəxslər məşğuldur. Onlar da sahibkardılar, onların üstünə getmək olmaz. Onlar Bakını gözəlləşdirirlər, uçuq evlərin yerində yaraşıqlı binalar ucaldırlar. İnsanlara normal yaşayış üçün imkanlar yaradırlar. Təkrar edirəm, bütün tikinti şirkətlərinə yox, kim standartlara əməl etmirsə, ona icazə verilməməlidir”.
F.Ağamalı onu da qeyd etdi ki, işsiz insanlardan ona daxil olan şikayətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərməyib, onlardan izahat istəməyib: “Şikayətləri onlara göndərməmişəm. Mənim deputat kimi hüququm var ki, ünvanlanan müraciətləri Milli Məclisin plenar iclasında səsləndirim. Mən də bu hüququmdan istifadə etmişəm. Dəfələrlə parlamentdə bu və buna bənzər problemləri qaldırmışıq, yerində olan, özünə hörmət edən yüksək vəzifəli məmurlar reaksiya verib, qüsurları etiraf edib, onları aradan qaldırıblar”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12 |
|
|
|
• Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07 |
|
|
|
• Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54 |
|
|
|
• Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49 |
|
|
|
• "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16 |
|
|
|
• Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04 |
|
|
|
• Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58 |
|
|
|
• Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54 |
|
|
|
• “Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49 |
|
|
|
• 14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47 |
|
|
|
• Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44 |
|
|
|
• Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38 |
|
|
|
• Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29 |
|
|
|
• Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21 |
|
|
|
• “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05 |
|
|
|
• SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
• Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57 |
|
|
|
• Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51 |
|
|
|
• Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49 |
|
|
|
• Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46 |
|
|
|
• Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42 |
|
|
|
• İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33 |
|
|
|
• "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31 |
|
|
|
• “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28 |
|
|
|
• Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25 |
|
|
|
• "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21 |
|
|
|
• FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17 |
|
|
|
• Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15 |
|
|
|
• Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11 |
|
|
|
• Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09 |
|
|
|
• Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08 |
|
|
|
• Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36 |
|
|
|
• Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34 |
|
|
|
• Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47 |
|
|
|
• "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40 |
|
|
|
• Niderland Azərbaycana yeni səfir təyin edib
Dünən, 14:37 |
|
|
|
• Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Dünən, 14:34 |
|
|
|
• ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Dünən, 14:24 |
|
|
|
• Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:21 |
|
|
|
• Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Dünən, 14:19 |
|
|
|
• Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Dünən, 13:25 |
|
|
|
• Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:17 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Dünən, 13:12 |
|
|
|
• Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Dünən, 13:07 |
|
|
|
• Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Dünən, 13:00 |
|
|
|
• Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
• İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Dünən, 12:55 |
|
|
|
• “Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Dünən, 12:50 |
|
|
|
• 35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Dünən, 12:47 |
|
|
|
|