Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb .....                     Hindistan Azərbaycanla bağlı geri addım atdı .....                     Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın .....                     İrəvan Ermənistana necə verildi? .....                     Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü .....                     “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” .....                     Hüquqşünasdan sensasion açıqlama: .....                     Sakinlərlə "Pilot Residence” arasında qalmaqal .....                     “Uğur-2”də yarım milyonluq borc qalmaqalı .....                     Qızıl bazarında kimlər hökmranlıq edir? .....                     Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı .....                     “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” .....                     “Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” .....                     Ersin Tatarın Azərbaycana səfəri .....                     Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! .....                     Rusiyanın Azərbaycandan üzr istəməməsinin .....                     Ermənistanda sorğu: Sülh istəmirlər .....                     “Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir .....                     Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır .....                     Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır .....                     Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... .....                     Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var .....                     Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı .....                     Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... .....                     58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib .....                     Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı .....                     Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək .....                     Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     “Dəmirçi ailəsi” niyə susur? .....                     Ermənistan müdafiə nazirinin müavini: .....                     Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... .....                     Nabranda qiymətlər FONTAN VURUR... .....                     Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək .....                     Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib .....                     Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb .....                     Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... .....                     Bir şərəfsiz sürü ilə üz-üzəyik... .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib .....                     `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... .....                 

“İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq?” - Ayaz Mütəllibov
Tarix: 2-08-2018, 08:49 | Çap et
“İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq?”
“ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinə eyni çərçivədən baxmaq olmaz. Əvvəla onu qeyd edim ki, Türkiyə prezidenti Ərdoğan uzaqgörən, öz sözünü deyən praqmatik siyasətçilərdən biridir. O imkan verməz ki, münasibətlər qərginləşsin”.

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu fikirləri ABŞ-ın İran və Türkiyəyə yönəlik mövcud siyasətini “Yeni Müsavat”a şərh edərkən söylədi. Onun fikrincə, R.T.Ərdoğan türk bayrağını, türk xalqının mənafeyini hər şeydən üstün tutan bir rəhbərdir, lazım gəldikdə, bu mənafe baxımından siyasətini həyata keçirir: “Son vaxtlar Rusiya ilə siyasətdə qəflətən müharibə əhval-ruhiyyəsinin yaranması və eyni sürətlə qəfil iki ölkə arasında dostluq və əməkdaşlığın bərpa olunması, siyasətlə məşğul olmaq istəyənlər üçün gözəl praktiki nümunə sayıla bilər. Bəs Ərdoğanın uğurunun mənbəyi haradadır? Xalqla dövlətin birliyində! Bu günlərdə bəyanat verdi ki, bu il Türkiyə 6 milyon rus turisti qəbul etməyə hazırlaşır. Bilirsiniz valyutaya çevirəndə bu nə qədər edir? Bura digər Avropa ölkələrindən gələnləri də əlavə etsək, ciddi bir rəqəm alınır. Üstəgəl, keçmiş sovet respublikalarına ixrac edilən kənd təsərrüfatı məhsulları. Təkcə Rusiya bazarının 65%-ni təmin etməyi öz üzərinə götürüb. Məhz buna görə də xalq 15 iyul hadisələri zamanı dövlətini qorumaqdan ötrü özünü tankın altına atdı”.

A.Mütəllibov ABŞ-ın avqust ayında İranı bombalayacağı barədə xəbərlərə münasibət bildirərkən dedi ki, İranla bağlı məsələ ciddidir: “İran artıq öz sərhədlərindən xeyli irəli gedərək demək olar ki, 5 və ya daha çox ölkəni öz nüfuzu altına alıb. Demək olar ki, İran ara-sıra baş verən kiçik narazılıqları çıxmaq şərti ilə, 30 ildir öz ərazisində siyasi kataklizmlər, çevrilişlər, müharibələr yaşamayıb. Hətta sağında - solunda baş verən çevrilişlər, dağıntılar belə onları büdrətmədi. SSRİ boyda nəhəng qonşunun parçalanmasından digər qonşularımız kimi onlar da məharətlə istifadə etdilər. Təbii ki, öz iqtisadi və hərbi potensialını gücləndirmək baxımından. Öz rəqiblərini, o cümlədən Səddam kimi düşmənlərini şərqlilərə məxsus müdrikliklə yola saldılar. Yenə də xalq və dövlət birliyi! Narazılıqlara baxmayaraq, İran xalqının yarıdan çoxu indiki hakimiyyəti dəstəkləyir. Həyati vacib məsələlərdə, istər xaricdə, istərsə də daxildəki vətəndaşları dövlətin yanında dururlar, milli birlik nümayiş etdirirlər. Demək olar ki, İran Qərbin Tunisdə başladığı ”ərəb baharı" inqilablar silsiləsinin qarşısını Suriyada “İran payızı” ilə dayandırmağa nail oldu.

Bir daha sübut olundu ki, Yaxın Şərq Şimali Afrika deyil. Xarabazara çevrilən isə Suriya oldu. Bir vaxtlar qədim mədəniyyətin nadir nüsxələrinin mövcud olduğu bir ölkə viran, Suriya xalqı isə parça-parça oldu. Bunun qarşısını almaq olardımı? Bəli, insan əli ilə törədilən fəlakətlərin qarşısını almaq mümkündür. Amma əksi baş verdi. Səbəbi çox bəsit - Bəşər Əsədin tərəddüdləri, ikibaşlı oyunlar qurması, kimlərəsə öhdəsindən gələ bilməyəcəyi barədə vədlər verməsi, qüvvələr balansını düzgün qiymətləndirməməklə realliqdan uzaq olması və sairə və nəhayət, ərəblərin birliyinin olmaması. İndi Əsəd sərhədləri olmayan, ordusu dağılmış, xalqı pərən-pərən olmuş bir dövlətin prezidentidir. Kimə lazımdır bu cür prezidentlik? Hətta özü və ailəsi də bu siyasətin qirovuna çevrilib, daimi nigarançılıq, dəhşət altında, gələcək taleyi qeyri-müəyyənlikdə. Bir ömürdə 2 milyondan artıq insanın qətlə yetirilməsində cavabdehlik və vicdan yükü də var".

Eks-prezident dedi ki, diplomatiyanın yerini söyüş və müharibə, qarşılıqlı təhdid və təhqir ritorikasının tutduğunu nəzərə alsaq, sonrakı proseslərin necə davam edəcəyini yalnız təxmin etmək olar: “İrana hücum arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bir onu qeyd etmək kifayətdir ki, Ermənistan tərəfindən faktiki blokadaya alınan qədim yurdumuz Naxçıvanla quru yolla əlaqə məhz İranın razılığı əsasında onun ərazisi vasitəsilə həyata keçirilir. Vətəndaşlarımız bu yolla öz doğma yerlərinə gedib-gəlirlər. Əgər müharibə başlasa, bu yolun aqibəti necə olacaq? Öz güzəranını, çörəyini bu xəttin vasitəsilə təmin edən sadə naxçıvanlıların, digər insanların vəziyyəti adamı düşünməyə vadar edir. Digər tərəfdən, İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq? İranla uzun bir sərhədə malikik, sərhədyanı bölgələrimiz hansı təhlükə ilə üzləşəcək? ABŞ-a nə var, okeanın o başındadır. Bombanı atanda məgər ayıracaqlar ki, bu farsdır, bu azərbaycanlıdır və yaxud da talış? Ya da ruhanidir, molladır, sadə iranlıdır? Müharibələrin ən böyük fəsadı sadə köməksiz əhaliyə, ələlxüsus qadın və uşaqlara dəyir. Allah göstərməsin! Bütün bunlar hamısı sual doğurur. Mən danışıqlar və sülh yolunun tərəfdarıyam. Müharibələr sadə insanlara əzab-əziyyət, faciədən başqa bir şey gətirmir”.

A.Mütəllibov durumun təhlükəli olduğunu qeyd etdi və konkret misallar çəkdi: “Dünya sürprizlərlə dolub, heç kimə inam qalmayıb. Kimin ağlına gələrdi ki, İraq kimi bir dövlətin tən yarısını bir dəstə oradan-buradan yığılma, heç bir ölkəyə tabe olmayan insanlar xaraba qoyardı və 21 əsrdə atom və kosmos əsrində dünyanın siyasi xəritəsində orta əsrlər qanunları ilə idarə olunan, gül alveri ilə məşğul olan yeni dövlət peyda ola bilərdi. Özü də haradasa küncdə-bucaqda yox, dünyanın demək olar ki, mərkəzində, sivilizasiyanın beşiyi sayilan Mesopotamiyada, sərhədlərimizin bir neçə min kilometrliyində. Dünyanın demokratik dəyərlərinin, insan hüquqlarının qorunmasında liderlik edən yekə-yekə dövlətlərin gözünün qarşısında. Həm gülməlidir, həm də acınacaqlı. Xeyr, biz taleyimizi heç kimə etibar edə bilmərik! Öz müqəddəratımızı özümüz təyin etməliyik. Götürək elə qardaş Türkiyəni, xalqa necə sərf edir o cür də hərəkət edirlər. Daha gözləmirlər ki, kiminsə xoşu gələcək, ya yox!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25
Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı - ƏMR
Dünən, 17:21
“Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” - Tahir Kərimli
Dünən, 17:13
“Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” - Separatçıdan ilginc açıqlama
Dünən, 17:04
Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR
Dünən, 17:02
Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! - ŞƏRH
Dünən, 16:28
Rusiyanın Azərbaycandan üzr istəməməsinin arxasındakı SƏBƏB
Dünən, 16:26
Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Dünən, 16:24
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Dünən, 16:15
Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:11
Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır - ARAŞDIRMA
Dünən, 16:09
Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... - deputat
Dünən, 15:59
Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var - DETALLAR
Dünən, 15:52
Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:46
Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... - TƏFƏRRÜAT
Dünən, 15:45
58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib - “Gedib özüm dedim ki, həbs olunmaq istəyirəm”
Dünən, 15:41
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı - Nişan efirdə olacaq
Dünən, 15:37
Xocavənddə 197 ədəd fərdi yaşayış evinin təmirinə 11.5 milyon xərclənəcək
Dünən, 15:33
Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? - İLGİNC
Dünən, 15:30
Azərbaycanda ət niyə bahalaşır? – Xəbərdarlıq edildi
Dünən, 15:07
“Dəmirçi ailəsi” niyə susur? - BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR
Dünən, 15:04
Ermənistan müdafiə nazirinin müavini: - Azərbaycan bizdən çox öndədir
Dünən, 15:02
Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... - ETİRAZ VAR!
Dünən, 14:27
Nabranda qiymətlər FONTAN VURUR... - "Bunun adı soyğunçuluqdur!"
Dünən, 14:20
Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
Dünən, 14:15
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Dünən, 14:08
Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Dünən, 13:35
Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Dünən, 13:28
Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:16
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Dünən, 13:00
`BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Dünən, 12:45
“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Dünən, 12:35
Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Dünən, 12:33
Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Dünən, 12:32
`Azercell` bizi heyrətləndirir... - GİLEY
Dünən, 12:27
Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Dünən, 12:20
10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Dünən, 12:16
Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Dünən, 12:13
Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Dünən, 12:08
Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:07
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Dünən, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru