Zahid Oruc icra başçısına sui-qəsddən danışdı - SENSASİONAL AÇIQLAMA
Tarix: 4-07-2018, 10:38 | Çap et
 Millət vəkili Zahid Oruc Gəncədə baş verən qanlı olayla bağlı Musavat.com saytına açıqlama verib. Onu təqdim edirik.
"Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı edilən silahlı hücum qətiyyətlə pislənilməli, sui-qəsdin təşkilatçısına qarşı qanunun sərt üzü tətbiq olunmalıdır. Hadisənin kriminal xarakter daşımasına baxmayaraq, onun ali dövlət orqanı təmsilçisinə qarşı həyata keçirilməsi xüsusi həssaslıq tələb edir. Belə ki, mühüm vəzifə daşıyıcısını qətlə yetirmək planı səbəb və məqsədlərindən asılı olmayaraq, ağır cinayət əməlidir və onu başqa adla çağıranlar xaos nəzəriyyələrinin daşıyıcılarıdır.
Göründüyü kimi, dünəndən bəri ziddiyyətli xəbərlərin informasiya vasitələrində sürətlə tirajlanması maraqlı qrupların fəaliyyətə keçdiyini deməyə əsas verir. Kriminal qəsdi öz çərçivəsindən, məqsəd və mahiyyətindən çıxararaq ona müqəddəs mübarizə xarakteri verənlər, yaxud məmurun qətlini iddia edib ona sevinənlər təkcə şəxsi ədavət ocağını körükləmirlər, həmçinin qanunsuzluğu və terroru stimullaşdırmağa rəvac verirlər. Belələri 2018-ci ildə reallaşmaqdan məhrum olan planları istənilən qəsd olayına qatıb hər cür silahlı əməlin arxasınca getməyə hazırdılar.
Halbuki hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı yaydığı məlumatda adı keçən Yunis Səfərov cinayətkar əməlin daşıyıcısı kimi heç bir ali dəyərlərə və amallara malik deyil, əksinə, aşağı mənəviyyata malik birisidir və onun ətrafında düzəldilən miflər xoş niyyətlərdən xəbər vermir. Təkzibolunmaz məlumatlardan görünür ki, il yarım öncə hüquq-mühafizə orqanı təmsilçinə qarşı arxadan hücum edərək onun silahını götürən, vətəndaşa ağır bədən xəsarəti yetirən şəxs bir çoxlarının informasiya məkanında onun boyuna biçdikləri obrazla heç bir uyğunluq təşkil eləmir. Üstəlik, şəhərin mərkəzində və inzibati binanın qarşısında hakimiyyət nümayəndəsini öldürməyə cəhd etməklə ölkənin gündəmini dəyişdirib bir çox qara fantaziyalara meydan açılması çox pis nümunədir.
Xüsusulə də sosial mediada “qaçaq-quldur dəstələrinin təmsilçilərinin belə “zorro”larla mübarizəyə başladı”ğını iddia etmək xəstə təxəyyülün məhsuludur və belə yanaşmalar, dövlət-hökumət təmsilçilərinə nifrət aşılayan mərkəzlərin əliylə ictimai rəy libasında təqdim olunur. Əlbəttə, yerli məmurların fəaliyyəti hər kəsi razı sala bilməz. Lakin narazılığı və etirazı silahla nümayiş etdirmək cəhdinə heç cür bəraət verilə bilməz və belə adamları yaxın gələcəkdə siyasi məhbusların siyahısına daxil edənlərin niyyətləri də hər kəsə bəllidir.
Azərbaycanda “oğru qanunları və kriminal razborkalar”ı təşfiq edən zəka sahibləri qonşu ölkələrdə tüğyan edən əşirət üsul-idarələrini yaymaq, yaxud üçün növbəti ünvan axtarışındadılar. Lakin belələri bir şəxsin cinayətkar əməlini “4 iyun Gəncə qiyamı” ilə eyniyüklü hadisələr cərgəsində təqdim edərkən xalqın unutqanlığına ümid bəsləyərək, dövlət və millət həyatının son 25 ildəki tarixi dəyişliklərini elə həmin odlu silahlarla yox etməyə hazırdılar.
İndi hakimiyyətin əleyhinə son günlərin enerji krizində ayrıca siyasi səngər düzəldənlər son olayları xüsusi şövqlə şərh edərkən hər vəchlə 90-cı illər Gəncəsi ilə oxşarlıq tapmaq üçün qaranlıq dəhlizlər və atəş səslərinin axtarışına çıxıblar. Halbuki, Azərbaycanın istənilən bölgəsində,o cümlədən, tarixi Nizami yurdunda baş verən hadisələr 30 il əvvəlki keçmişimizin acı gerçəkləri ilə eyniyyət təşkil edə bilməz. İnsanlarımız qətllərin və qəsdlərin tüğyan etdiyi bir dövrə heç vaxt qayıtmaq istəmirlər".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05 |
|
|
|
• Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53 |
|
|
|
• İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50 |
|
|
|
• "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23 |
|
|
|
• Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16 |
|
|
|
• Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01 |
|
|
|
• Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52 |
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
12-07-2025, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
12-07-2025, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
12-07-2025, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
12-07-2025, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
12-07-2025, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
12-07-2025, 05:02 |
|
|
|
|