“MƏMURLARA QARŞI ƏN SƏRT TƏDBİRLƏR GÖRÜLÜR”
Tarix: 10-10-2011, 12:02 | Çap et
“ONLARIN TUTDUĞU VƏZİFƏLƏRİNDƏN ASILI OLMAYARAQ”...
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin Trend informasiya agentliyinə müsahibəsi
- Kamran müəllim, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, hüquq müdafiəçisi İntiqam Əliyev mətbuata müsahibəsində Laçın rayon Təhsil Şöbəsinin əməkdaşı Aqil Cabbarovun rüşvət almağa görə həbs edilməsini ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan tədbir kimi qiymətləndirmədiyini bildirmişdir. Bununla bağlı nə deyə bilərsiniz? - Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 2011-ci ilin əvvəlindən bu siyasət mahiyyəti etibarı ilə yeni müstəviyə qaldırılmışdır. Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha müntəzəm, daha ardıcıl və kompleks şəkildə həyata keçirilməsinə başlanmışdır. Birləşmiş Millətlər Təşkilatının "Korrupsiya əleyhinə" və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" konvensiyaları rüşvət almanı (passiv rüşvətxorluğu) korrupsiya cinayətlərinin ən təhlükəli təzahürlərindən biri hesab edir. Lakin təəssüflər olsun ki, bəziləri öz qeyri-peşəkar yanaşma və fikirləri ilə bu siyasətin üzərinə kölgə salmağa və ictimaiyyəti çaşdırmağa cəhd edirlər. Dövlət məmurunun tutduğu vəzifə və almış olduğu rüşvətin məbləğindən asılı olmayaraq, ən sərt tədbirlər görülür və görüləcəkdir.
- Hüquq müdafiəçisinin müsahibəsindən belə bir fikir formalaşır ki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı kifayət qədər mübarizə aparılmır. Bu barədə fikrinizi bilmək maraqlı olardı. - Cari ilin əvvəlindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və sistemli tədbirlər öz müsbət nəticəsini göstərməkdədir. 2011-ci ilin yarım illiyi ilə əlaqədar keçirilmiş mətbuat konfransı və Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatları vasitəsi ilə İdarə tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılır. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu yaxınlarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən, Fransanın paytaxtı Paris şəhərində təşkil edilmiş iclasda İdarənin nümayəndə heyəti hesabatla çıxış etmiş və adıçəkilən təşkilat tərəfindən hesabatımız müsbət qarşılanmaqla dəstəklənmişdir. Amma təbii ki, korrupsiyaya qarşı mübarizə tədbirləri birdən-birə nəticə göstərə bilməz. Beynəlxalq təcrübə də göstərir ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli və müsbət nəticə verməsi üçün bu mübarizə mütəmadi və davamlı xarakter daşımalıdır. Odur ki, prokurorluq orqanları tərəfindən bu istiqamətdə ən zəruri tədbirlərin görülməsi sistemli və ardıcıl olaraq davam etdirilir.
- Prokurorluq orqanlarına, o cümlədən rəhbərlik etdiyiniz İdarəyə qarşı iradlardan biri də kütləvi informasiya vasitələrində yayımlanan korrupsiya faktları barədə məlumatlara adekvat reaksiyanın verilməməsidir. Bu barədə nə deyə bilərsiniz? - Korrupsiyaya qarşı mübarizə real faktlar üzərində qurulmalıdır. Prokurorluq orqanları tərəfindən bu mübarizə qərəzsiz və obyektiv faktlara əsaslanmaqla qanunla nəzərdə tutulmuş üsul və vasitələrlə həyata keçirilir. Təəsüflər olsun ki, bəzən mətbuatda qərəzli və qeyri-obyektiv yazılar dərc olunur, bu yazılar da korrupsiya araşdırmaları üçün kifayət qədər əsaslı hesab edilə bilməz.
- Ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görüləcək tədbirlər barədə nə deyə bilərsiniz? - Ölkə Prezidentinin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri bundan sonra da sistemli və ardıcıl olaraq həyata keçiriləcəkdir. Odur ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməli və korrupsiya hallarına yol verməməlidir. İdarənin "161- Qaynar xətt" əlaqə mərkəzinə hər hansı bir dövlət məmuru barəsində məlumat daxil olduqda, tam və hərtərəfli araşdırmaların aparılması təmin edilməklə nəticəsindən asılı olaraq qanunda nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcəkdir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11 |
|
|
|
• İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09 |
|
|
|
• Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06 |
|
|
|
• Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02 |
|
|
|
• Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00 |
|
|
|
• Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56 |
|
|
|
• Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53 |
|
|
|
• Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51 |
|
|
|
• "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50 |
|
|
|
• Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16 |
|
|
|
• Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12 |
|
|
|
• Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07 |
|
|
|
• Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07 |
|
|
|
• Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51 |
|
|
|
• Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46 |
|
|
|
• Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44 |
|
|
|
• "Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39 |
|
|
|
• Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02 |
|
|
|
• "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58 |
|
|
|
• “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57 |
|
|
|
• “Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Dünən, 12:55 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Dünən, 12:50 |
|
|
|
• Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Dünən, 12:48 |
|
|
|
• “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Dünən, 12:40 |
|
|
|
• 38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37 |
|
|
|
• Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Dünən, 12:36 |
|
|
|
• Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:25 |
|
|
|
• "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Dünən, 12:18 |
|
|
|
• Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Dünən, 12:11 |
|
|
|
• Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Dünən, 12:06 |
|
|
|
• Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Dünən, 12:00 |
|
|
|
• London Zelenskini devirməyə çalışır? - KİV
Dünən, 11:58 |
|
|
|
• Tramp Ermənistanı “Albaniya” adlandırdı
Dünən, 11:56 |
|
|
|
• Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Dünən, 11:54 |
|
|
|
• İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Dünən, 11:52 |
|
|
|
• Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:38 |
|
|
|
• Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Dünən, 11:36 |
|
|
|
• Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Dünən, 11:30 |
|
|
|
• “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Dünən, 11:24 |
|
|
|
• Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:21 |
|
|
|
• Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Dünən, 11:16 |
|
|
|
• Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
• İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Dünən, 11:10 |
|
|
|
• "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Dünən, 11:06 |
|
|
|
• Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Dünən, 10:46 |
|
|
|
• Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Dünən, 10:43 |
|
|
|
• Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Dünən, 10:41 |
|
|
|
• Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
|