Sumqayıt şəhər 1 saylı Doğum Evində dəhşətli mənzərə - Körpəni 10000 manata satıblar
Tarix: 18-08-2015, 15:19 | Çap et
 Redaksiyamıza Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair məlumatlar daxil olmaqda davam edir. Məlum olduğu kimi artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində aldığımız həmin məlumatlar əsasında hazırladığımız materialılar dərc olunur. Bununla belə, təqdim edilən hər yeni açıqlama da bizləri heyrətləndirməkdə sanki özündən əvvəlki məlumatla “bəhsə girir”.Həqiqətən də bəzən aldığımız məlumatlarda elə faktlar təqdim olunur ki, onları ötürən mənbənin etibarlılığına və verdiyi informasiyanın hər kəlməsinə görə tam məsuliyyət daşımağa hazır olmasına rəğmən, biz həmin məlumatın dürüstlüyünə əmin olmaq üçün onların digər qaynaqlar tərəfindən də təsdiqinə nail olmağa çalışırıq. Və yalnız bundan sonra aldığımız məlumatı geniş ictimaiyyətə təqdim edirik. Təbii ki, Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində “sıravi” qanun pozuntuları da kifayət qədərdir. Məsələn, məlumatlardan birində göstərilir ki, müəssisənin Ginekologiya şöbəsinin müdiri həkim-cərrah Natiq Əliyev istənilən hər hansı bir əməliyyatı 500-600 manata həyata keşirir. Əlbəttə bu iddia kifayət qədər ciddi ittihamdır və istər Sumqayıt şəhər Səhiyyə İdarəsinin, istərsə də digər aidiyyatı olan qurumların bu xüsusda məsələyə müdaxiləsi olduqca arzuedilən olardı. Lakin digər tərəfdən, əminliklə demək olar ki, istənilən gənc ana yeni dünyaya gətirdiyi körpəsinin sağlamlığı üçün bütün var-dövlətindən belə keçməyə razı olar, amma övladına hər-hansı infeksion virus daşıyıcısı olan şəxslər tərəfindən hətta pulsuz tibbi xidmət göstərilməsinə yol verməz. Əlbəttə ki, əgər ananın bundan xəbəri olarsa. Bəs əgər olmazsa? Əgər olmazsa, bu zaman körpənin doğuşdan ta ki, evinə yollanacaq günə qədər belə insanlarla təmasda olmayacağına məhz uşağın dünyaya gəldiyi doğum evinin rəhbərliyi zəmanət verməlidir. Amma aldığımız açıqlamalardan belə məlum olur ki, Sumqayıt şəhər 1 saylı Doğum Evinin rəhbəri Sevda İsgəndərli heç kəsə belə bir zəmanət vermir. Əksinə, iddiaya görə, bu tibb müəssisəsində bəzi əməkdaşların hətta virus daşıyıcıları olmaları faktı ciddi-cəhdlə gizlədilir. Belə ki, aldığımız məlumata görə hal-hazırda 1 saylı Doğum Evində bilavasitə körpələrlə daimi təmasda olan iki tibb bacısı, Şəhla və Nurlanə Musayevalar məhz Hepatit B virusunun daşıyıcılarıdırlar. Əlbəttə ki, heç kəs istənilən bir xəstəlikdən sığortalanmayıb. Və virus daşıyıcısı olmaq səbəbilə heç bir kəs dolğun həyat yaşamaq imkanlarından məhrum edilə bilməz. Lakin burada söhbət həmin şəxslərin məhz uşaq səhiyyə müəssisəsində, həm də doğum evində işləmələrindən gedir ki, bu da zənnimizcə qətiyyən yolverilməzdir!Aldığımız digər bir məlumatda isə, söhbət nə az-nə çox, birbaşa insan alverindən gedir. Belə ki, açıqlama verən mənbə 1 saylı Doğum Evinin rəhbərliyini uşaq satmaqda ittiham edir. Bu xüsusda məlumatda bildirilir ki, 2015-ci il yanvar ayının 14-də Fəridə Mirzəyeva adlı bir gənc qadın bu müəssisədə dünyaya bir oğlan uşağı gətirib. Lakin doğuşdan sonra, bu gənc ana naməlum səbəblərdən öz övladından imtina edib və körpəni doğum evində qoyaraq, onu tərk edib. Qanunlara görə, belə hallarda körpə uşaq evinə təhvil verilməlidir. Lakin 1 saylı Doğum Evində Mikayıl adı verilmiş bu uşağı düz iki ay saxlayırlar. İki aydan sonra isə uşağa “müştəri” çıxır və 10 min manat müqabilində Mikayılı alır. Təbii ki, bu uşağın gələcək taleyinin uğurlu olacağı barədə biz yalnız dua edə bilərik. Lakin istənilən halda bu əməlin ağır cinayət əməli olduğu birmənalıdır.Gördüyünüz kimi Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan qanun pozuntularını həqiqətən də ciddi adlandırmaq olar. Bununla belə, bu səhiyyə müəssisəi bu günə qədər sanki heç bir hadisə baş verməyib kimi, öz şübhəli fəaliyyətinə hələ də davam etməkdədir...Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək məqsədilə dəfələrlə Doğum Evinə zəng etsək də, hələlik buna nail ola bilməmişik. İstənilən vaxt onların da mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
• "Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38 |
|
|
|
• Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35 |
|
|
|
• Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32 |
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
• Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37 |
|
|
|
|