Səlim Müslümovun qohumu rəsmən padşahdır... - GİLEY
Tarix: 5-01-2019, 13:00 | Çap et
 "Canımı vətən yolunda qoymuşam, amma qədir-qiymətimi bilən yoxdur. On il əvvəl bir ev verdilər, nə təmiri var, nə də suyu. Kombi quraşdırılıb, su olmadığı üçün işlədə bilmirik. Qışda ev elə soyuq olur, nəmişlikdən hər iki övladım revmatizm tapıb". Ağsu rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 20, mənzil 10 ünvanında yaşayan keçmiş Qarabağ döyüşçüsü Musa Əliyev bunu deyir.
Güzəranının ağırlığından şikayətlənən ikinci qrup əlil şəraitsiz evdə yaşamağı bir yana, səhhəti ilə əlaqədar artıq əmək fəaliyyəti ilə də məşğul ola bilmədiyini söyləyir: "1992-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Qarabağ döyüşlərinə getdim. 21 yaşım var idi, sərhədboyu bütün döyüşlərdə olmuşam. İlk dəfə Murovdağda, sonra da Ağdam və Füzuli döyüşlərində yaralandım. Müddətdən artıq xidmətimə görə 350 manat təqaüd alıram, onunla da ailə dolandırmaq olmaz. 45 yaşım var, əvvəllər əlim iş tuturdu işləyirdim. İndi bədənimdəki qəlpələr oynayıb, hərəkət edə, yeriyə bilmirəm. Sinir ağrıları vurur belimə, tutulur, ikiqat qalıram".
Musa Əliyevin gileyi, ona verilən ikiotaqlı mənzilin 10 il keçməsinə baxmayaraq, hələ də su ilə təchiz olunmamasınadır. O deyir ki, məsələ ilə bağlı hər həftə Ağsu Rayon İcra Hakimiyyətinə şikayətə gedir, amma heç bir faydası yoxdur:
"On ildir su nədir bilmirik. Su necə az gəlirsə, məcbur olub, nasos qoydum, yenə xeyri olmadı. Bu ərazidə olan bütün binalarda su çox güclü gəlir, amma mənim evimdə yoxdur. Dəfələrlə Ağsu Rayon İcra Hakimiyyətinə getmişəm, Qarabağ əlilini, vətən uğrunda yarımcan olan adamı heç vecinə alan yoxdur. Verdikləri evin nə təmiri var, nə də ki, suyu. Evi alayarımçıq təmir ediblər. Yağış yağanda da, suyun hamısı evin içindədir. Məcbur olub, "ceyran" sobası qoymuşuq, o da bütün otaqları isitmir. İcrada "Bu gün düzələcək", "Sabah düzələcək"- deyib, yola verirlər. Keçən ilin iyun ayından qazı düzəltməyə gəlirlər. Hələ gəlib, çıxmayıblar".
Musa Əliyev deyir ki, dəfələrlə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qəbuluna düşmək istəsə də, buna nail olmayıb. Onu rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva qəbul edib:
"İcra hakimiyyətində bir kişi tapılmadı, xanımı qabağa verdilər. İndi təzə fənd edirlər, gedən kimi qadın xeylağını bizimlə görüşə yollayır. Dekabrın 3-də Beynəlxalq Əlillər Günü bir kişi xeylağı tapmadılar ki, qarşımıza çıxarsınlar, problemlərimizi dinləsin. Balaca uşağın başını aldadan kimi, qabağımıza peçenye ilə çay qoydular. Yalandan da dedilər ki, narahat olmayın, hər şey düzələcək. Nə dedik, cavabı o oldu ki, hə, yaxşı. Orada nəsə qeydlər apardılar, amma elə orada da qaldı".
"İcra başcısının özü ilə görüşmək istəyirik, deyirlər ki, cümə günü gəlin", - şikayətçi söyləyir:
"Cümə günü gedirəm, baxıram, elə dərddə insanlar var ki, özümə deyirəm: əşi, cəhənnəm, gedim evimi birtəhər odunla isidim. Qoy bu adamlar qəbula girsinlər. Yəni, rayonda bu dəqiqə vəziyyət o dərəcədə acınacaqlıdır. Xarici qonaqlar 1800-cü illərə qayıtmaq istəyirsə, Ağsuya gəlmələri bəs edir. Hətta ondan da əvvəl. Burada camaat quldarlıq dövründə yaşayır. Rayonda bir padşah var, 2-3 bəy, 3-4 də əlaltısı, cəlladı. Bu rayonu onlar idarə edir. Camaat da bir qarın çörəkdən ötrü qırılıb-batır. Dərdimiz-sərimizlə maraqlanan yoxdur".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Bu gün, 11:14 |
|
|
|
• Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Bu gün, 11:11 |
|
|
|
• Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Bu gün, 11:04 |
|
|
|
• Kreml miqrant ovunu davam etdirir...
Bu gün, 09:42 |
|
|
|
• Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Bu gün, 09:40 |
|
|
|
• Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16 |
|
|
|
• Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14 |
|
|
|
• Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40 |
|
|
|
• Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30 |
|
|
|
• Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26 |
|
|
|
• Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37 |
|
|
|
• “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31 |
|
|
|
• SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23 |
|
|
|
• 'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28 |
|
|
|
• "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20 |
|
|
|
• Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11 |
|
|
|
• Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59 |
|
|
|
• Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46 |
|
|
|
• Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42 |
|
|
|
• "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38 |
|
|
|
• "İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34 |
|
|
|
• İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10 |
|
|
|
• İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05 |
|
|
|
• Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39 |
|
|
|
• "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36 |
|
|
|
• "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46 |
|
|
|
• 74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42 |
|
|
|
• Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38 |
|
|
|
• "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34 |
|
|
|
• Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12 |
|
|
|
• Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10 |
|
|
|
• "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04 |
|
|
|
• Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01 |
|
|
|
• Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45 |
|
|
|
• Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41 |
|
|
|
• "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19 |
|
|
|
• Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15 |
|
|
|
• Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13 |
|
|
|
• “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08 |
|
|
|
• Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56 |
|
|
|
• Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48 |
|
|
|
• “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46 |
|
|
|
• Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45 |
|
|
|
• Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34 |
|
|
|
• Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27 |
|
|
|
• Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29 |
|
|
|
• Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26 |
|
|
|
• Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18 |
|
|
|
• Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13 |
|
|
|
|