Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                     Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                     Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək .....                     Teymur Musayevin ölüvay susqunluğu .....                     Abituriyent sayı niyə plan yerlərini üstələdi? .....                     Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında .....                     Britaniya Ukraynaya kontingent göndərə bilmir .....                     "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                     Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı .....                     Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib .....                     Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                 

ƏMANƏTLƏRİ QƏNDİN QİYMƏTİ İLƏ QAYTARSINLAR
Tarix: 15-03-2012, 16:55 | Çap et
ƏMANƏTLƏRİ QƏNDİN QİYMƏTİ İLƏ QAYTARSINLAR

VƏTƏNDAŞLAR YENİ UYĞULAMADAN NARAZIDIR

В«Sovet vaxtı 100 000 rubla 100 000 kiloqram, yəni 100 ton qənd almaq olardı. İndi həmin qəndin pulunu qaytarsınlar da. Qənd indi deyəsən, 1 manat 40 qəpikdir, hesablayıb qaytarsınlar mənə. 5500 manat 100 ton qəndin pulu eləyirmi?В».

60 yaşlı Bakı sakini Cahət Tağıyev deyir ki, Sovet dövründən qalma əmanətlərin qaytarıldığını eşidəndən bu xəbərə sevinə bilmir. Çünki hesablayıb görüb ki, bir vaxtlar qəpik-qəpik yığdıqları indi bir işə yaramayacaq.

Martın 14-də prezident İlham Əliyev Sovet dövründə Azərbaycan vətəndaşlarının əmanət banklarına qoyduqları pulların qaytarılması qaydalarını təsdiqləyən fərman imzalayıb. Həmin fərmana görə, əmanətçilər pullarını bu ilin iyun ayından gələn ilin 31 dekabrınadək birdəfəlik ala biləcəklər. Məbləğlərə gəlincə isə bu, məbləğdən asılı olaraq hesablanır. Məsələn, 2000 rubl əmanəti olan 300 manat, 5000 rublu olan 600 manat, 10 000 rublu olan 1000 manat, 100 000 rublu olan 5500 manat alacaq və s. Sənədə görə, vəsaitlərin vərəsələrə verilməsində və ya əmanət kitabçalarını itirən, yararsız hala salan vətəndaşların da pullarını geri almaqda problemləri olmayacaq. Bankda yaradılacaq komissiya yardım əlini uzadacaq.

В«BU, PUL DEYİL, KONFET KAĞIZIDIRВ»

Söhbətləşdiyimiz Bakı sakinləri arasında В«buna da şükürВ» deyənlər olsa da, əksəriyyət dərhal banka qoyduqları pulla indi alacaqlarını müqayisə edib başlarını buladılar:

- 2000 rubla o vaxt yaxşı bir mebel, əllə toxunan yun xalça almaq olardı. Amma indi 300 manata nə edəsən?

- Yaxşı bir hadisədir, camaat çoxdandır bunu gözləyirdi. Qiymətləri isə deyə bilmərəm, yəqin hərtərəfli ölçüb-biçiblər və necə lazımdırsa elə də təyin ediblər.

- Bunu da verirsə, çox sağ olsun. Naşükürlük etməyək də.

- 18-20 min hara, 1000 manat hara?

- Öldürüb verirlər də. Neçə illərdir ki, bu pulun üstünə faiz gəlməli idi. Faiz qalsın bir yana, heç olmasa, 1 rubla 1 manat verərdi də. Həmin pulun 1/10-ini verirlər.

Bu pul deyil ki, konfet kağızıdır.

В«MƏN TƏKLİF EDİRDİM Kİ, 1000 RUBLA QƏDƏR 1 RUBLA 1 DOLLAR VERİLSİNВ»

Əksər müstəqil iqtisadçılar da əmanətlərin qaytarılması qaydalarını müsbət qiymətləndirmirlər. Bundan öncə də əmanətlərin qaytarılması mexanizmi ilə əlaqədar müəyyən layihələr hazırlanıb. Belə layihələrdən birinin müəllifi də iqtisadçı-alim, keçmiş millət vəkili Əli Əlirzayevdir. Deyir ki, onun hazırladığı layihə indi ortaya qoyulandan fərqlidir. Ən əsas fərq isə elə məbləğin özündədir. Əli Əlirzayev təklif edirdi ki, 1000 rubla qədər əmanətlər üçün 1 rubla 1 dollar verilsin. 2000 rubldan çox olanlar isə bir qədər azalan templə hesablansın:

В«Mənim təklif etdiyim layihədə aztəminatlı ailələr o vaxtın alıcılıq qabiliyyətinə uyğun pul alacaqdılar. Yəni, 2000 rubla qədər pulu olan heç nə itirməyəcəkdi, hər rubla 1 dollar alacaqdı. 10 000 rublu olan isə təxminən 7000 dollar alacaqdı. Amma indi nə alacaq, 1000 manat. 1000 manat nədir ki?! Məbləği 6-7 dəfə aşağı salıblarВ».

В«İNFLYASİYA OLMAYACAQDI, ƏGƏR...В»

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, Milli Məclisdə, cəmiyyətdə ekspertlər səviyyəsində heç bir müzakirə olmadan, heç bir təkliflər dinlənilmədən hökumətin qaydaları təsdiqləməsi mənfi haldır. Natiq Cəfərli deyir ki, hökumətin qaytarılan məbləğin daha çox olacağı təqdirdə inflyasiyanın, qiymət artımının yaranacağı ilə bağlı iddiaları da əsassızdır:

В«Təsəvvür edin ki, 5000 rublu olan insan 600 manat alacaq. Halbuki, 5000-ə o dövrdə bir maşın düşürdü, indi isə 600 manata yaxşı bir velosiped almaq olar. Yəni, hökumət o dövrün maşınını velosipedə dəyişərək insanlara qaytardı. Kontur arqumentlər gətirirlər ki, böyük kursla verilsəydi, ölkədə inflyasiya baş verərdi, qiymətlərin artımı sürətlənərdi.

Amma mən düşünürəm ki, bunu daha uzun müddətə yayaraq, daha yüksək kompensasiya verərək bu inflyasiyanın qarşısını almaq mümkün olardı. 100 milyonu bir neçə ilə bölərək bazara daxil etməklə həm inflyasiyanın qarşısı alınardı, həm də insanların normal kompensasiya almalarına şərait yaradılmış olardı. Çox təəssüf ki, hökumət yenə öz bildiyini etdi, başqa təkliflərin səslənməsinə imkan vermədiВ».

AZƏRBAYCAN SƏNƏDƏ İMZA ATAN SONUNCU POSTSOVET ÖLKƏSİDİR

Azərbaycan postsovet ölkələri arasında əmanətlərin qaytarılması ilə bağlı sənədə imza atan sonuncu ölkədir. Digər postsovet ölkələrində bu problem artıq həll olunub. Məsələn, 2008-ci ildən əmanətlərin qaytarılmasına start verən Ermənistan vətəndaşına 2000 rubla görə 200 dollar, 5000 rubla görə 760 dollar pul verir. Başqa sözlə, ödənilən məbləğ Azərbaycanla təxminən eyni səviyyədə, bəzi məbləğlərdə isə hətta daha çoxdur. Ekspertlərə görə, postsovet ölkələri arasında əmanətlərlə bağlı ən nümunəvi mexanizm Litvaya məxsusdur. Bu ölkədə 5000 rublu olan vətəndaş əvəzində 1500 avro əldə edib.

Azərbaycanın dövlət büdcəsindən əmanətlərin qaytarılması üçün nə qədər vəsaitin ayrılması hələ rəsmən açıqlanmayıb. Amma iqtisadçı-ekspertlərin hesablamalarına görə, bütövlükdə SSRİ-dən qalan əmanətlərin tam qaytarılması üçün hökumətə 480-500 milyon manat vəsait lazım olacaq.

Ölkədə 1 milyon 986 min nəfər əmanətçinin olduğu təxmin edilir.

“Azadlıq” Radiosu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru