XALQIN YENİ “DÜŞMƏNİ”: QORXMAZ HÜSEYNOV
Tarix: 14-03-2012, 11:34 | Çap et
“AZƏRSU” SÖKMƏYƏ BAĞ EVLƏRİNDƏN BAŞLADI
Bakının bəzi bağ massivlərindəki yaşayış evlərinin və hasarların sökülməsinə başlanılıb. Söküntü işlərini В«AzərsuВ» Açıq Səhmdar Cəmiyyəti (ASC) Ceyranbatan su anbarından Maştağa su anbarına gedən iki su kəməri boyunca aparır.
Hələ ki hasarlar və nisbətən kiçik tikililər sökülməkdədir. Biz Görədil qəsəbəsindəki bağ massivində olanda ağır texnika və fəhlələr 10-dan çox bağın hasarlarını sökmüşdülər.
В«AzərsuВ» ASC-nin Daxili Nəzarət Departamentinin əməkdaşı Vaqif Vəliyev deyir ki, məqsəd Bakını içməli su ilə təmin edən iki iri su kəmərinin keçdiyi ərazidə 25 metr enində təhlükəsizlik zolağı yaratmaqdır:
В«Yerin altından Bakı şəhərini su ilə təmin edən iri su kəmərləri keçir. İndi o kəmərlərin üstünü açırıq ki, əlavə axıntıların qarşısı alınsın, çürüyən yerlər yenidən qaynaq edilsin. Bu kəmərlərlə axan su şəhərə tam getməlidir. Paytaxtda su çatışmazlığı var. Bu kəmərlərin keçdiyi əraziləri təmizləyirik ki, hansısa qəza baş verəndə, texnika bu yerlərə yaxın dura bilsinВ».
В«MƏHKƏMƏ QƏRARI OLMADAN BİZİM EVLƏRİ SÖKƏ BİLMƏZSİNİZВ»
Sakinlər isə məhkəmə qərarı olmadan özəl mülklərinin sökülməsinə etiraz edirlər. Hesab edirlər ki, şirkətin apardığı iş qanunsuzdur. Görədildəki 42 saylı bağın sahibi Dövlət Fərəcov deyir ki, o, indi yaşadığı bağı 1982-ci ildə alıb və bütün sənədləri də qaydasında olub:
В«İndi В«AzərsuВ» ASC əlində məhkəmə qərarı olmadan bizim bağımızı, mülkiyyətimizi dağıdır. Mənim 42 saylı bağımın В«kupçaВ»sı var və ona uyğun da Binəqədi rayonundan sərəncam almışam. İndi mənə deyirlər ki, В«evə dəyməyəcək, hasarı sökəcəyikВ». Mən də deyirəm ki, В«nə edirsiz edin, amma bunu əsaslandırın, məhkəmə qərarı gətirin, biz razılaşaq. Uçurun bizim mülkiyyəti başımıza, bir çadır qurum, yaşayarıqВ».
Dövlət Fərəcov söküntü işləri ilə əlaqədar prezidentə teleqram vurduğunu deyir. Hesab edir ki, prezident bu işlərdən xəbərsizdir.
В«TİKİLİLƏR QANUNSUZDURВ»
Aparılan işlərə rəhbərlik edən В«AzərsuВ» rəsmisi Vaqif Əliyev isə deyir ki, söküntü işləri dövlət qurumlarının qərarı ilə aparılır. Kəmər üzərindəki tikililər qanunsuz olduğundan heç kimə kompensasiya ödənilmir:
- Bu xəttin üzərindəki tikililər hamısı qeyri-qanuni tikildiyindən, onların sahiblərinə heç bir şey verilməyəcək.
- Burda elə evlər var ki, onların özəlləşdirildiyi bildirilir. Bəs onlarla bağlı məsələ necə olacaq?
- Onu özəlləşdirən gərək fikirləşəydi ki, ordan magistral su kəməri keçdiyi üçün onu özəlləşdirmək olmaz. (Söhbətə sakinlər müdaxilə edir)
- Bağışlayın, onu kim fikirləşməli idi - dövlət qurumları yoxsa vətəndaşlar?
- Birinci vətəndaş fikirləşməlidir.
Vətəndaşlarla bağ sahibləri arasında bu mübahisədən sonra В«AzərsuВ» əməkdaşları söküntü işlərini dayandırdılar.
В«AZƏRSUВ» SÖKÜNTÜNÜN DAVAM EDƏCƏYİNİ BİLDİRİR
Amma В«AzərsuВ» ASC-nin sözçüsü Anar Cəbrayıllının AzadlıqRadiosuna dediyinə görə, bu işlər Ceyranbatan su anbarından Maştağa su anbarına qədər davam etdiriləcək. Su kəmərlərinin keçdiyi bu ərazilər təhlükəsizlik tədbirləri ilə əlaqədar tam təmizlənəcək. Söküntü işləri Bakının Novxanı, Görədil, Saray, Maştağa qəsəbələri ərazisində aparılır:
В«Magistral kəmərlərin üzərində yüzlərlə evlər, ticarət obyektləri var. Biz ilkin mərhələdə mühafizə zolağını təmizləmək istəyirik ki, hadisə baş verəndə, texnika işləyə bilsin. Keşlədə qəza baş vermişdi, kəmər yaşayış binasının altında olduğundan bizim əməkdaşlar xeyli əziyyət çəkdilərВ».
Anar Cəbrayıllı deyir ki, hələ ki hasarlar və nisbətən kiçik tikililər sökülür. Hələ ki evlərə toxunulmur, bu işlərə məhkəmə qərarlarından sonra başlanması nəzərdə tutulur.
Anar Cəbrayıllı deyir ki, kompensasiya yalnız bütün sənədləri tam qaydasında olan evlərə şamil edilə bilər. Amma o, indiyə qədər söküntü işləri apardıqları ərazilərdə belə bir müraciətlə rastlaşmadıqlarını bildirir.
В«ADAMLARA KOMPENSASİYA HÖKMƏN ÖDƏNMƏLİDİRВ»
Ancaq söküntü işləri ilə bağlı artıq məhkəmə işləri də var. Elə В«AzərsuВ»dan bildirirlər ki, bir neçə sakin şirkəti məhkəməyə verib, hazırda məhkəmə prosesləri davam etməkdədir.
Hüquqşünas Fuad Ağayev isə şirkətin yanaşması ilə razı deyil. O hesab edir ki, əmlakları sökülən hər kəsə kompensasiya verilməlidir:
В«Adamlar o bağlarda 5-10 və ya 20 il yaşayıblarsa və bunu dövlət orqanları sükutla qarşılayıblarsa, hesab olunur ki, həmin bağlar da elə o yolla qanuniləşdirilibВ».
Elə bu səbəbdən də hüquqşünas deyir ki, əmlakları sökülənlərin hamısına kompensasiya verilməli və ya başqa yerdə evlə təmin olunmalıdırlar.
"Azadlıq" Radiosu


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32 |
|
|
|
• “Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28 |
|
|
|
• Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24 |
|
|
|
• AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22 |
|
|
|
• Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15 |
|
|
|
• Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02 |
|
|
|
• “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09 |
|
|
|
• Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04 |
|
|
|
• TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57 |
|
|
|
• Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53 |
|
|
|
• Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47 |
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54 |
|
|
|
• Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52 |
|
|
|
• “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38 |
|
|
|
• Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20 |
|
|
|
• "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14 |
|
|
|
• 5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09 |
|
|
|
• Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58 |
|
|
|
• Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56 |
|
|
|
• Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• 102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41 |
|
|
|
• “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40 |
|
|
|
• “Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37 |
|
|
|
• "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27 |
|
|
|
• Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25 |
|
|
|
• Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
• Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14 |
|
|
|
• `Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57 |
|
|
|
• Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47 |
|
|
|
• DİN araşdırma başlatdı
Bu gün, 08:41 |
|
|
|
• Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32 |
|
|
|
• “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30 |
|
|
|
• Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29 |
|
|
|
• Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25 |
|
|
|
• Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12 |
|
|
|
• “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10 |
|
|
|
• " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07 |
|
|
|
|