“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq” .....                     Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib .....                     AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? .....                     Milli Qəhrəmanların sayı 224-ə çatdı .....                     Azərbaycanlı iş adamına futbolla bağlı .....                     Laçında restoranda İNSİDENT: həbs olunanlar var .....                     Bakıda bu məktəbə yeni direktor təyin olundu .....                     Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili .....                     Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb .....                     9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq .....                     "Mən təkəm, onlar atamın sağlığında olmalı idi" .....                     Həkimsiz və məntəqəsiz kəndlər .....                     “Xəbəri yolda gələndə eşitdim” .....                     “PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb .....                     Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir .....                     “Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib .....                     Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır .....                     Fond 200 milyon manata mənzillər almaq istəyir .....                     "Ramiz Mehdiyev üçün ən ağır cəza budur" .....                     Əri həbs olunan qadın .....                     Prezidentin Milli Qəhrəman adı verdiyi .....                     Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya .....                     Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb .....                     UNUDULMADI: Milli Qəhrəman adı aldı... .....                     Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib .....                     Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub .....                     Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib .....                     Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib .....                     Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib .....                     "Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi! .....                     Pəncəli Teymurova Milli Qəhrəman adı verilib .....                     Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib .....                     "Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi .....                     Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... .....                     “Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb .....                     ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu .....                     Simonyan yeni “müharibə”ni elan etdi .....                     “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” .....                     Qəzetlər öz varlıqlarını qorumalıdırlar .....                     "Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" .....                 

Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Tarix: 2-02-2025, 09:45 | Çap et
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək?
ABŞ prezidenti Donald Trampın Qəzza zolağını "təmizləmək" və fələstinliləri qonşu ölkələrə köçürmək təklifi müttəfiqlər və ərəb dövlətləri tərəfindən tənqid olunub və rədd edilib.

Ekspertlərin fikrincə, Qəzzanın 2.3 milyonluq əhalisinin məcburi şəkildə Misir və İordaniyaya köçürülməsi regionu qeyri-sabitliyə sürükləyə və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll perspektivlərini məhv edə bilər.

Lakin eyni zamanda qeyd olunur ki, bu radikal təklif dünyanın ən çətin münaqişələrindən birinə həll tapmaq məsuliyyətini regiondakı ABŞ müttəfiqlərinin üzərinə qoya bilər.

Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənəm Vəkil bildirib ki, Tramp Qəzza və İsrail mövzusunda son dərəcə həssas bir məsələdə ən radikal mövqeni tutur. Onun sözlərinə görə, "Tramp ABŞ-dən yardım və təhlükəsizlik baxımından asılı olan əsas müttəfiqlərə təzyiq göstərməklə yükün və məsuliyyətin bölüşdürülməsi hədəfinə nail olmağa ümid edir".

İki-dövlətli həll yolunun gələcəyi
Vaşinqton onilliklərdir ki İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll yolunu dəstəkləyir.

Lakin sərhədlər, yaşayış məntəqələri və Qüdsün statusu ilə bağlı dərin fikir ayrılıqları israillilər və fələstinlilər arasında irəliləyişə mane olub.

Fələstinlilər gələcək Fələstin dövlətinin Qəzza zolağını da əhatə etməsində israrlıdırlar. Buna görə də Trampın təklifi təkcə tənqidçilər deyil, Almaniya da daxil olmaqla ABŞ-nin müttəfiqləri arasında da narahatlıq yaradıb.

ABŞ-də yerləşən "Eurasia Group"un baş analitiki Qreqori Bryu deyib ki, Tramp hələ də İsrail-Fələstin münaqişəsinin gələcək həlli barədə aydın mövqe bildirməyib. "Lakin əgər ABŞ siyasəti fələstinlilərin Qəzzadan köçürülməsinə yönəlirsə, bu, müsbət irəliləyiş üçün məhdud imkanların olduğunu göstərir",- baş analitik əlavə edib.

Hazırda Qəzza sakinlərinin çoxu köçkün vəziyyətindədir və Fələstin anklavının böyük hissəsi İsrailin HƏMAS-a qarşı apardığı 15 aylıq dağıdıcı müharibə nəticəsində məhv edilib. Bu müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə gözlənilməz ölümcül hücumu ilə başlayıb.

İsrail və HƏMAS arasında döyüşlər yanvarın 15-də əldə edilən atəşkəs razılaşması çərçivəsində altı həftəlik dayandırılıb. Bu, müharibənin daimi dayandırılmasını, eləcə də Qəzzanın bərpasını nəzərdə tutan çoxmərhələli atəşkəs razılaşmasıdır.

Tramp yanvarın 25-də irəli sürdüyü təklifində Qəzza sakinlərinin mümkün köçürülməsinin müvəqqəti və ya uzunmüddətli ola biləcəyini bildirib.

Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Eldad Şavitin fikrincə, İsrailin radikal sağçıları arasında fələstinlilərin Qəzzadan köçürülməsinə geniş dəstək var: "Onlar İsrailin bu ərazini işğal edib yeni yaşayış məntəqələri inşa edə biləcəyini düşünürlər".

Tramp fikirlərini ABŞ-nin regiondakı mühüm müttəfiqləri, böyük həcmdə yardım alan İordaniya və Misirlə paylaşdığını deyib. Lakin hər iki ölkə mülki əhalinin məcburi köçürülməsi ilə bağlı hər hansı addıma açıq şəkildə etiraz edib.

E.Şavit bildirib ki, İordaniya və Misirin təklifi qəbul etmələrini gözləmək "ağlabatan deyil", çünki onlar artıq 1948-ci ildə İsrailin yaradılması və 1967-ci ildəki Ərəb-İsrail münaqişəsi nəticəsində köçkün düşən milyonlarla fələstinlini sığındırıb.

Onun sözlərinə görə, bu ölkələrin daha çox qaçqın qəbul etməsi onların sabitliyi üçün böyük bir risk ola bilər.

Ekspertlər deyirlər ki, Qəzza sakinlərinin köçürülməsi və nəticədə müstəqil Fələstin dövlətinin perspektivlərinin məhv edilməsi İsrail ilə regional güc olan Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq cəhdlərini də əngəlləyə bilər.

"Bunun Körfəz regionunda, xüsusən də Səudiyyə Ərəbistanında müsbət qarşılanacağını gözləmirəm, çünki Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin dövlətinin yaradılmasında müsbət irəliləyişi İsrail ilə normallaşma üçün bir şərt kimi qoyub", - "Eurasia Group"un baş analitiki Q.Bryu deyib.

Son illərdə bir neçə ərəb dövləti ABŞ tərəfindən vasitəçilik edilən "İbrahim razılaşmaları" çərçivəsində İsraillə münasibətləri normallaşdırıb.

"Status-kvonu dəyişdirmək lazımdır"
Ekspertlər deyirlər ki, Vaşinqtonun müttəfiqləri və ərəb ölkələri arasında Trampın təklifinə qarşı sərt etiraz təklifin reallaşdırılmasının qeyri-mümkün olduğunu göstərir.

Q.Bryunun fikrincə, Trampın "hazırlıqsız şəkildə" etdiyi şərhlərdən çox mənalar çıxarmamaq lazımdır.

E.Şavit isə qeyd edib ki, Tramp böyük düşünməyi xoşlayır və o, öz müşavirləri ilə birlikdə status-kvonu dəyişdirməyə çalışa bilər. Onun məqsədi regiondakı tərəfləri münaqişəni çözmək üçün addım atmağa təhrik etməkdir.

"O, tərəfləri elə bir şəkildə silkələmək istəyir ki, onlar özləri üçün qəbul edib yaşaya biləcəkləri bir həll yolunu düşünsünlər", - israilli tədqiqatçı əlavə edib.

Şavitin fikrincə, "Tramp yeni bir Yaxın Şərq istəyir; o, Səudiyyə Ərəbistanının "İbrahim razılaşmaları"na qoşulmasını istəyir. Tramp regionda sülh yaradan və bunun üçün Nobel Sülh Mükafatını alan biri kimi görünmək istəyir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Bu gün, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Bu gün, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Bu gün, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Bu gün, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Bu gün, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Bu gün, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Bu gün, 17:16
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Bu gün, 17:09
9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq - ŞOK VİDEO
Bu gün, 17:07
"Mən təkəm, onlar atamın sağlığında olmalı idi"
Bu gün, 17:01
Həkimsiz və məntəqəsiz kəndlər - Kimin ümidinə qalıb?
Bu gün, 16:54
“Xəbəri yolda gələndə eşitdim” - Pəncəli Teymurovun anası
Bu gün, 16:52
“PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 16:49
Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir - GƏLİŞMƏ
Bu gün, 16:47
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib - FOTO
Bu gün, 16:43
Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır
Bu gün, 16:41
Fond 200 milyon manata mənzillər almaq istəyir - DETALLAR
Bu gün, 16:40
"Ramiz Mehdiyev üçün ən ağır cəza budur" - ŞOK AÇIQLAMA
Bu gün, 16:39
Əri həbs olunan qadın özünü 22-ci mərtəbədən atdı
Bu gün, 16:37
Prezidentin Milli Qəhrəman adı verdiyi Pəncəli Teymurovun DOSYESİ
Bu gün, 16:31
Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya
Bu gün, 16:29
Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb - FOTO
Bu gün, 16:25
UNUDULMADI: Milli Qəhrəman adı aldı... - İlk hərbi təyyarəçimiz...
Bu gün, 16:20
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib - ADLAR
Bu gün, 16:19
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:17
Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Bu gün, 16:16
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 16:15
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib - SİYAHI
Bu gün, 16:12
"Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi!
Bu gün, 16:10
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib - SƏRƏNCAM
Bu gün, 16:08
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 16:00
"Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi
Bu gün, 14:45
Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... - GUYA...
Bu gün, 13:28
“Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
Bu gün, 13:16
ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Simonyan yeni “müharibə”ni elan etdi - 26 il əvvəlki faciə təkrarlana bilər
Bu gün, 12:57
“KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” - “İcra başçısı sistemi öz effektivliyini itirib”
Bu gün, 12:54
Qəzetlər öz varlıqlarını qorumalıdırlar - Akif Aşırlı
Bu gün, 12:50
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48
"PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43
Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32
Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30
“Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25
Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22
Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19
Cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir – “Reuters”
Bu gün, 12:13
“Daşkəsən Dəmir Filiz” 350 mini hara xərcləyəcək?
Bu gün, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru