“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                 

Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da - NƏ BAŞ VERİR?
Tarix: 13-12-2024, 08:44 | Çap et
Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da
Gürcüstanda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının siyasətinə qarşı, eyni zamanda, ölkədə yeni parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyaları genişlənməkdədir. Bu dəfə Gürcüstan şərabçıları, şərab tənqidçiləri və gidləri, şərab barları və mağazalarının işçiləri işlərini dayandırdıqlarını və sabah etiraz aksiyasına çıxacaqlarını bildiriblər. Aksiyanın şüarı isə belədir: “Gürcü şərabının yeri Avropadır!”.

“Biz həmkarlarımıza və onların ailələrinə qarşı vətəndaş mövqelərinə görə fiziki zorakılığı və qeyri-insani rəftarı qəti şəkildə pisləyirik. Biz rejimin artıq açıq elan edilmiş siyasətinə etiraz edirik. Bu siyasətin nəticəsində Gürcüstan Avroatlantik məkana inteqrasiya imkanını itirir. Bu, həm üzümçülük və şərabçılıq sənayesi, həm də bütövlükdə dövlətçiliyimiz və mədəni kimliyimiz üçün ekzistensial təhlükə yaradır. Gürcü şərabı, min illər əvvəl olduğu kimi, yenidən öz sivilizasiya mühitinə - Avropa ailəsinə yol tapmalıdır!", - deyə şərabçıların bəyanatında deyilir.

Ekspertlər hesab edirlər ki, şərabçıların dəstəyini itirmək Gürcüstan hökuməti üçün yaxşı siqnal deyil. Bununla yanaşı, siyasi strateqlərin qənaətincə, hakim “Gürcü Arzusu” zorakılıq tədbirləri ilə nə xalqın etirazlarının qarşısını ala biləcək, nə də Avropa ilə danışıqlarda müsbət nəticələr əldə edə biləcək.

Məsələn, bu gün Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Aİ təsisatlarının yeni rəhbərlərinin “sözdən əmələ keçmək” əzmində olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət dekabrın 16-da Aİ xarici işlər nazirlərinin görüşündə, daha sonra isə Aİ Şurasının iclasında müzakirə olunacaq.

“Biz Gürcüstandakı hadisələrdən çox narahatıq. Aİ təsisatlarının yeni rəhbərliyi altında danışmağı dayandırmaq və fəaliyyətə başlamaq üçün güclü öhdəlik var”, Qerçinski vurğulayıb.

Diplomat deyib ki, Brüsseldə Gürcüstanla bağlı müxtəlif tədbirlərin razılaşdırılması üçün danışıqlar aparılır: “Ümid edirəm ki, 27 üzv dövlət konkret tədbirlər haqqında razılığa gələ bilər. Bütün variantlar masanın üstündədir. Bazar ertəsinə qədər gözləyək. Bütün variantlar, o cümlədən konkret pasport sahibləri üçün vizasız rejimin dayandırılması və ən əsası sanksiyalar nəzərdən keçiriləcək”.

Eyni zamanda, diplomatın sözlərinə görə, onlar “gürcü xalqına zərər vermək və onları cəzalandırmaq istəmirlər”.

“Bu insanlar hər axşam küçələrə çıxaraq Gürcüstan və Aİ bayraqlarını dalğalandırırlar. Məqsədimiz onları cəzalandırmaq deyil, bizim məqsədimiz hakimiyyətə güclü siqnal verməkdir ki, onların son aylarda seçdikləri yolun, xüsusən də son günlər etirazçılara qarşı amansız rəftarın qəbuledilməz olduğunu bildirək”.

Səfir Tiflisdə Avropayönlü mitinqlərin zorla dağıdılmasını pisləyib. Qerçinski haqsız yerə həbs edilənlərin azadlığa buraxılmasına və etirazçılara hücumlara görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırıb.

Xatırladaq ki, Gürcüstanda 15-ci gündür ki, genişmiqyaslı etiraz aksiyaları keçirilir. Paytaxt Tiflisdə və ölkənin digər şəhərlərində insanlar hakimiyyətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarına etiraz edirlər. Səlahiyyətlilərin məlumatına görə, son iki həftə ərzində 400-dən çox adam saxlanılıb. Onlardan üç nəfərə qarşı cinayət işi başlanıb.

Tiflisdə hökumət əleyhinə keçirilən çoxminlik aksiyalar dəfələrlə xüsusi təyinatlılar tərəfindən dağıdılıb. Etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edilib. Polis xaotik həbslər həyata keçirib. Hüquq müdafiəçiləri bildirirlər ki, təhlükəsizlik qüvvələri əsasən dinc nümayişçiləri döyüb və həbs ediblər. İctimai müdafiəçilərin sözlərinə görə, həbs olunanların 65 faizə qədəri polis tərəfindən pis rəftar edildiyini bildirib. İstintaq təcridxanalarına və xəstəxanalara baş çəkən 352 nəfərdən 157-si xəsarət alıb. Bütün bunlara ötən həftə hakimiyyətlə əlaqəli olduğu iddia edilən aqressiv qruplar da əlavə edilib. Qoluzorlu şəxslər parkların qaranlıq hissələrində jurnalistləri və nümayişçiləri döyüblər. Hakimiyyətin əleyhdarları faktlarla bağlı aparılan araşdırmaların formal xarakter daşıdığını bildirirlər. Hələ də saxlanılan təhlükəsizlik qüvvələri əməkdaşı yoxdur.

Gürcü müxalifəti isə Gürcüstanda yeni prezident seçkilərini boykot etdiyini bəyan edib. Onlar bu yaxınlarda toplanmış parlamenti qeyri-legitim hesab edirlər. Hakimiyyətin əleyhdarları Salome Zurabişvilini yeganə legitim dövlət başçısı elan ediblər.

“Yeganə legitim dövlət qurumu Gürcüstan Prezidentidir... Biz qondarma qurumu tanımırıq. Dekabrın 14-nə təyin edilmiş sözdə prezident seçkiləri Bidzina İvanişvili tərəfindən oğurluq səslərlə qazandığı parlamentin nə beynəlxalq aləmdə, nə də ölkəmizdə ictimai-siyasi legitimlik qazanıb. Qeyri-legitim parlamentin Prezident seçmək səlahiyyəti yoxdur. Ona görə də Salome Zurabişvili Gürcüstanın Prezidenti, Gürcüstan ordusunun Ali Baş Komandanıdır. Xanım Zurabişvili həmçinin ölkənin xarici əlaqələr üzrə ali nümayəndəsi olaraq qalır”, - müxalifət partiyalarının birgə bəyanatında qeyd olunub.

Müxaliflər hesab edirlər ki, bu vəziyyətdən yeganə çıxış yolu yeni parlament seçkilərinin təyin edilməsidir. Müxalifət həmçinin son iki həftə ərzində Avropayönlü mitinqlərdə saxlanılan bütün vətəndaşların azad edilməsini tələb ediblər.

Bəyanatı “Birlik - Milli Hərəkat”, “Dəyişiklik və Güclü Gürcüstan üçün Koalisiya” imzalayıb. Oktyabrın 26-da keçirilən seçkilərdən sonra parlamentə daxil olan dördüncü siyasi qüvvə olan “Gürcüstan üçün Qaxariya” Partiyası ayrıca bəyanat yayıb. Partiya həmçinin yeni prezidentin “qeyri-qanuni seçilməsi prosesində iştirak etmədiklərini” və “de-fakto qeyri-legitim parlamentin qərarlarını tanımadıqlarını” vurğulayıb.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də parlamentdə keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiya vasitəsilə seçiləcək. Yeganə namizəd hakim “Gürcü Arzusu” tərəfindən irəli sürülən sabiq futbolçu Mixail Kavelaşvili olub.

Seçki günü müxalifət partiyaları parlament qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) etirazçıların seçkiləri pozmağa çalışacaqlarını iddia edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru