Ukrayna ordusu İRƏLİLƏYİR .....                     “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi .....                     “Dəli küləyim”ə yeni nəfəs .....                     Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik .....                     AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi .....                     Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                 

30 yaşlı “nüvə korafəhmliyi”: Ukrayna nəyə hazırlaşır? - GƏLİŞMƏ
Tarix: 10-12-2024, 00:30 | Çap et
30 yaşlı “nüvə korafəhmliyi”: Ukrayna nəyə hazırlaşır?
Nazik qar təbəqəsi altında qalmış, soyuq müharibə dövrünə aid yaşıl-boz silahlar Ukraynanın sovet keçmişini xatırladır. Raketlər, start qurğuları və transportyorlar - Sovet İttifaqının nüvə proqramının işlənilməsində Ukraynanın önəmli rol oynadığı dövrün yadigarıdır.

Lyukun bir az açılmış polad-beton qapağın altında nəhəng qitələrarası ballistik raket (QBR) boylanır. Amma gerçək deyil, maketdir, çat vermiş və kif basmış. Az qala 30 ildir ki, bu şaxta zibillə doludur.

Ukraynanın mərkəzində yerləşən Pervomaysk şəhərinin yaxınlığındakı geniş baza çoxdan muzeyə çevrilib.

Müstəqil Ukrayna 1990-cı illərin əvvəllərində Moskvanın kölgəsindən çıxanda, Kiyev nüvə silahından imtina etdi.

Amma Rusiyanın böyük miqyaslı təcavüzündən üç ilə yaxın müddətdən keçdikdə və müharibədən sonrakı Ukraynanın təhlükəsizliyinin necə təmin ediləcəyi ilə bağlı Kiyevin müttəfiqləri arasında aydın razılaşmanın olması fonunda, bir çoxları hesab edir ki, bu, səhv idi.

30 il əvvəl, 1994-cü il dekabrın 5-də Budapeştdə keçirilən mərasimdə Ukrayna Belarus və Qazaxıstanla birlikdə ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin tərəfindən təhlükəsizlik təminatı müqabilində özünün nüvə arsenalından imtina etdi.

Əslinə qalanda, raketlər indi müstəqil dövlət olan keçmiş respublikalara deyil, Sovet İttifaqına məxsus idi. Amma SSRİ-nin nüvə arsenalının üçdə bir hissəsi Ukrayna ərazisində yerləşirdi və onun təhvil verilməsi beynəlxalq arenada mühüm addım sayıldı.

“Bu üç dövlətə verdiyimiz təhlükəsizlik təminatı bizim həmin dövlətlərin müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə sədaqətimizi göstərir”, - ABŞ prezidenti Bill Klinton o zaman Budapeştdə dedi.

Xarkovdakı hərbi məktəbin gənc məzunu Aleksandr Suşenko Pervomayska iki il sonra, məhz Ukraynada nüvə ehtiyatlarının istismardan çıxarılması prosesi başlayanda gəldi. O, raketlərin aparılmasını, şaxtaların partladılmasını müşahidə etdi.

İndi o, yenə keçmiş bazadadır, bu dəfə muzeyin kuratorlarından biri kimi. Rusiyanın Ukraynaya məşəqqətlər yaşatmasının, beynəlxalq birliyin isə bunun qarşısını ala bilməməsi və ya almaq istəməməsinin 10 ilindən geri boylanarkən labüd nəticə çıxarır.

“Hazırda Ukraynada baş verən hadisələrə baxanda, mən şəxsən hesab edirəm ki, nüvə silahının hamısını məhv etmək səhv idi, - Aleksandr deyir. - Ancaq bu, siyasi məsələ idi. Ali rəhbərlik qərar qəbul etdi, biz də sadəcə əmrləri yerinə yetirdik”.

O dövrdə hər şey tamamilə məntiqli görünürdü. Heç kim fikirləşmirdi ki, 20 il sonra (2014-cü ildə) Rusiya Ukraynaya hücum çəkəcək. “Biz sadəlövh idik, amma etibar edirdik, - 1994-cü ildə Ukraynanın Londonda səfiri işləyən Sergey Komissarenko deyir. - Böyük Britaniya və ABŞ, sonra da Fransa bizi dəstəkləyəndə, düşündük ki, kifayətdir. Elə Rusiya da”.

Onillərlə sürən sovet hakimiyyətindən yenicə qurtulmuş kasıb ölkə üçün çox bahalı nüvə arsenalını saxlamaq ideyası xüsusi məna kəsb etmirdi.

“Pulu sənayenin inkişafına, çiçəklənməyə sərf etmək mümkündürsə, niyə nüvə silahının istehsalına və saxlanılmasına xərclənsin?” - Komissarenko deyir.

İndi, taleyüklü razılaşmanın ildönümündə, Ukrayna yenə öz mövqeyini çatdırmağa çalışır. NATO xarici işlər nazirliyinin bu həftəki Brüssel görüşündə Ukrayna XİN rəhbəri Andrey Sibiqa içində Budapeşt memorandumunun surəti olan yaşıl qovluğu əlində yelləyirdi.

“Bu sənəd nə Ukraynanın təhlükəsizliyini, nə transatlantik təhlükəsizliyi təmin etmədi. Biz belə səhvləri təkrar etməkdən qaçmalıyıq”, - Sibiqa dedi.

Ukrayna XİN-nin bəyanatında Budapeşt memorandumu “strateji təhlükəsizlik üzrə qərar qəbulu zamanı yol verilən korafəhmlik abidəsi” adlandırılır.

İndi Ukrayna və müttəfiqləri qarşısında duran vəzifə ölkənin təhlükəsizliyini başqa üsulla təmin etməyin yolunu tapmaqdır. Prezident Volodimir Zelenski üçün cavabı çoxdan aydındır.

“Təhlükəsizliyimizin ən yaxşı təminatı - NATO ilədir. Bizim üçün AB və NATO ilə gələcək - prinsipial məsələdir”, - o, bu günlərdə bir daha təkrar etdi.

Yalnız alyansa üzvlüyün yekə və yırtıcı qonşusunun yanında Ukraynanın mövcudluğunu təmin edəcəyi barədə Zelenskinin mütəmadi və ehtiraslı bəyanatlarına baxmayaraq, NATO üzvləri arasında hələ də bu mövzu ilə bağlı fikir ayrılığı mövcuddur. Təşkilat, bəzi üzvlərin etirazı fonunda, yalnız bildirib ki, Ukraynanın gələcək üzvlüyü qaçılmazdır, amma bu zaman heç bir müddət göstərilməyib.

Bu arada Ukraynanın müttəfiqləri hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsində sülh yalnız güc mövqeyindən əldə oluna bilər, bunun üçün Ukrayna Donald Trampın təşəbbüskar ola biləcəyi mümkün sülh danışıqları öncəsi maksimum sərfəli mövqedə olmalıdır.

“Bizim Ulraynaya hərbi dəstəyimiz indi nə qədər güclü olarsa, onun da danışıqlar masası arxasında mövqeyi bir o qədər güclü olacaq”, - NATO baş katibi Mark Rütte dekabrın 3-də söyləyib.
Donald Trampın Ukraynaya yanaşmasının necə olacağını bilməyən əsas silah tədarükçüləri, ABŞ və Almaniya daxil olmaqla, onun prezidentliyi başlayana qədər yeni böyük silah partiyaları göndərməyə tələsirlər.

Gələcəyə boylanan bəzi ukraynalılar düşünürlər ki, özünümüdafiəyə xüsusi diqqət yetirən ölkə nüvə silahına qayıtmağı istisna edə bilməz, xüsusən də əsas müttəfiqi olan Birləşmiş Ştatlar gələcəkdə etibarsız çıxarsa.

Noyabrda Ukraynanın rəsmi şəxsləri guya Müdafiə Nazirliyinin sənədində sadə nüvə qurğusunun bir neçə ay ərzində yaradılmasının mümkünlüyü haqda söhbət getməsi barədə xəbəri təkzib etməli oldular.

İndi bu məsələ, aydındır ki, gündəmdə deyil, amma müdafiə nazirinin keçmiş müavini Alina Frolova sızmanın təsadüfi olmamasını mümkün hesab edir: “Ola bilər, bu variant ekspertlər arasında müzakirə olunur”.

“Görsək ki, dəstəyimiz yoxdur, müharibəni uduzuruq və xalqımızı müdafiə etməliyik, düşünürəm, belə variant mümkündür”, - Frolova davam edir.

Nüvə silahının yaxın vaxtlarda Pervomaysk ətrafındakı çöllüyə qayıdacağını təsəvvür etmək çətindir. Dərinliyi 30 metr olan yalnız bircə şaxta salamatdır və təxminən 1979-cu ildə təhvil verilən vəziyyətdədir.

Bu, olduqca möhkəmləndirilmiş tikilidir, nüvə hücumuna davam gətirmək üçün inşa olunub, ağır polad qapıları və onu bazanın digər yerləri ilə birləşdirən yeraltı tunellərə malikdir. Aşağıdakı darısqal komanda məntəqəsi qitələrarası ballistik raketlərin buraxılması haqda əmrləri yerinə yetirmək üçün nəzərdə tutulmuşdu.

Aleksandr Suşenko deyir ki, böyük qitələrarası ballistik raketlərdən qurtulmaq məntiqli idi, 1990-cı illərin ortalarında Amerika daha düşmən deyildi. Amma Ukraynanın nüvə arsenalında mənzili 100-dən 1000 km-ə qədər olan müxtəlif taktiki silahlar da vardı.

“Aydın oldu ki, düşmən yaxındadır”, - Aleksandr deyir. “Onlarla taktiki nüvə bombası saxlamaq olardı ki, onlar ölkəmizin təhlükəsizliyini təmin edərdilər”.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32
“Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28
Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru