Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər .....                     Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir .....                     “Rüstəm, niyə belə elədin, niyə belə tez?” .....                     Paşinyan Rusiyaya səfəri haqqında: .....                     "17 yaşlı uşağın 1 manatına qalmısan?" .....                     Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır .....                     Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin .....                     “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar .....                     Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi .....                     Bankın texniki nasazlığı sizi borca sala bilər .....                     Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub .....                     Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb .....                     Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… .....                     Rusiya FTX azərbaycanlı qadını həbs etdi .....                     Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb .....                     “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? .....                     Ruslar Avropa İttifaqı missiyasının binasını .....                     Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... .....                     Müəllim-sahibkardan Prezidentə müraciət... .....                     CHP sədri barəsində istintaq başlanılıb .....                     Azərbaycan - Ermənistan sülhü rəsmiləşir .....                 

KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir - Kremlə dost avtoritar rejimlərin qorunması aləti niyə tərpənmir?
Tarix: 24-08-2024, 14:00 | Çap et
KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir
Kursk vilayətində yaranmış vəziyyətlə bağlı bu günə kimi Rusiyadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) heç bir müraciət daxil olmayıb. Bu barədə KTMT-nin rəsmi saytında yer alan məlumatda bildirilir.

“KTMT-nin qəbul etdiyi prosedura görə, hərbi yardıma ehtiyacı olan birliyə üzv dövlət müraciət etməldir. Bu günə qədər Kurskdakı vəziyyətlə bağlı Rusiya Federasiyasından belə bir müraciət daxil olmayıb region”, - deyə məlunatda qeyd olunur.

KTMT vəziyyətin inkişafını diqqətlə izlədiyini vurğulayıb: “Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Bizim analitik xidmətimiz gecə-gündüz işləyir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. KTMT Katibliyi və Rusiya Federasiyasının müvafiq dövlət qurumları iş rejimində məlumat mübadiləsi aparır”.

Bəs, həqiqətən, niyə bu proses baş vermir? Rusiya niyə birbaşa hərbi müttəfiqlərinə müraciət etmir? Bunu necə izah etmək olar? Axı, KTMT nizamnaməsinə görə, üzv ölkələrdən birinin ərazisinə silahlı basqın başlayarsa, blokun bütün üzvləri öz silahlı qüvvələri ilə döyüşməyə borcludur. Niyə biz bunu Kursk vilayətindəki hadisələr fonunda görmürük?

AYNA mövzunu təşkilata üzv ölkələrinin ekspertləri ilə müzakirə edib.

Belaruslu analitik, jurnalist, demokrat fəal Aleksandr Otroşenkov (Varşava):

“Bilmirəm, Azərbaycanda belə qəbul edirlər, ya yox, amma Belarusda KTMT-nin rolunu üzv ölkələrdə Kremlə dost rejimlərin sabitliyinin təmin edilməsi və onların Rusiya orbitində davam etdirilməsi kimi görürlər. Əslində, bu, ölü bir quruluşdur. Biz görürük ki, o, real problemlərin öhdəsindən gələ bilmir, məsələn, iki üzvünün - Özbəkistan ilə Tacikistanın arasındakı sərhəd münaqişəsini həll edə bilmir. Ermənistan keçmiş liderlərinin KTMT-nin təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı illüziyalarının əslində çox acı bədəlini ödədi və digər üzvlər də bu nümunədən çox konkret nəticələr çıxardılar.

Təşkilatın gələcəyinə olan həvəsini nümayiş etdirməyə çalışan yeganə şəxs Belarus lideri Aleksandr Lukaşenkodur. Lakin onun seçimi yoxdur, çünki o, Rusiyanın Ukraynaya qarşı təcavüzündə şəriklik ilə həddən artıq çirklənib və 2020-ci il prezident seçkilərindən və ölkədəki kütləvi etirazların yatırılmasından sonra Rusiyanın onun hakimiyyətinə dəstəyi müqabilində həddindən artıq Belarus suverenliyindən imtina edib.

KTMT-yə üzv qalan ölkələrin rəhbərliyi Moskvadan o qədər də asılı deyil, Qərb tipli demokratiyalarla əlaqələri kifayət qədər uğurla inkişaf etdirir və bunun gətirdiyi üstünlüklərdən əl çəkməyə hazır deyil. Ermənistan istisna olmaqla, bu ölkələr çətin ki, yaxın illərdə bu mənasız təşkilatı tərk etmək qərarına gəlsin, çünki Rusiya ilə münasibətləri qaçılmaz şəkildə pozacaq nəsə etmək istəməməsi hissi hələ də üstündür.

KTMT-nin Nizamnaməsində açıq şəkildə deyilmir ki, KTMT üzvlərindən birinə hücum olarsa, münaqişəyə girməlidir. Nizamnamənin 7-ci və 8-ci maddələrində koordinasiya, məsləhətləşmə, birgə tədbirlər və kollektiv müdafiə hüququndan, öhdəlikdən bəhs edilir. Rusiya tərəfinin ustalıqla nümayiş etdirdiyi KTMT-nin təsis sənədində Ermənistanın nəyə görə yardım ala bilməyəcəyini izah edən məqam var: orada münaqişədə tərəf tutmaq, hətta üzvlərdən birinin tərəfində silahlı münaqişəyə girmək öhdəliyindən bəhs edilmir.

İndi vəziyyət Rusiyaya doğru tərsinə çevrilib. Rusiya buna baxmayaraq, KTMT Nizamnaməsinin müddəalarını sərbəst şəkildə şərh etməyə çalışsa və müttəfiqlərindən onun tərəfində hərəkət etməyi tələb etsə, bu, təşkilatın sonu olacaq. Yararsız təşkilatdan KTMT zəhərli təşkilata çevriləcək.

Təşkilat üzvlərinin heç biri Putinin Ukraynaya hücumuna həvəslə yanaşmır, yaxşı bilir ki, Rusiya ilə həmsərhəd olan istənilən ölkə öz gələcəyi və müttəfiq seçimi ilə bağlı müstəqil qərar vermək hüququna malik olduğunu düşünsə, bu cür təcavüzün qurbanına çevrilə bilər. Bu avantürada da iştirak etmək və yaramaz ölkələrin müharibəyə qoşulmaq tələbi, istər-istəməz, həm bu cür hərəkətlərdən, həm də KTMT-dən ayrılmaq əzmini gücləndirəcək. Görünür, Kreml bunu çox gözəl anlayır, ona görə də hələlik belə rəftardan çəkinirlər”.

Qazaxıstanlı politoloq Dimaş Aljanov:

“KTMT ölkələrinin bu müharibədə iştirakı sıfırdır. Hətta Belarus məsələsində belə bir qərar rejimin sağ qalması üçün ciddi risklər daşıya bilər, hələ Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrini demirəm. KTMT qüvvələrinin iştirakı yalnız atəşkəs əldə edildikdən və BMT-nin müvafiq qərarı alındıqdan sonra sülhməramlı missiya kimi mümkündür. Tokayevin bəyanatı məhz bundan ibarət idi və bu məqsədlə KTMT müqaviləsinə düzəlişlər qəbul edildi və genişmiqyaslı işğal ərəfəsində əlaqələndirici dövlət (Rusiya) rolu təqdim edildi.

KTMT-də əvvəldən tərəflərin bərabərliyi yox idi. Bu, Rusiyanın dominantlıq etdiyi təşkilatdır. Təşkilat Rusiyanın hərbi-siyasi təsiri üçün formal çərçivə yaradır və keçmiş Sovet İttifaqının avtoritar rejimlərinə himayədarlıq edir.

Qarabağ müharibəsi göstərdi ki, kollektiv təhlükəsizlik müqaviləsi Rusiya üçün məcburi deyil və iştirakçı ölkələrin hərəkətləri ziddiyyətli və situasiya faydalarına əsaslana bilər. Bu cür davranış ciddi kollektiv təhlükəsizlik müqaviləsi üçün əsas ola bilməz. Bütün bu müddət ərzində Qazaxıstanda etirazların yatırılmasında iştirakı bu təşkilatın diqqət çəkdiyi yeganə şeydir.

İndi getdikcə aydın olur ki, KTMT ciddi beynəlxalq təşkilatdan daha çox uydurma və ya şırmadır. Son illərin iki müharibəsi iştirakçı ölkələrin kollektiv fəaliyyət üçün ümumi istəyinin və KTMT çərçivəsində ciddi hərbi-siyasi əsasın olmadığını üzə çıxardı. KTMT nə hərbi sahədə, nə də siyasi ölçüdə ciddi bir məna kəsb edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26
“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24
Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15
Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13
Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10
CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00
Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54
Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31
Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29
Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28
Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25
Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23
Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru