Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                 

“Crocus”da terror törətməkdə şübhəli bilinən taciklərin hekayəsi: onlar kimdir? - Rusiyaya pul qazanmağa gəldilər, amma...
Tarix: 27-03-2024, 08:24 | Çap et
“Crocus”da terror törətməkdə şübhəli bilinən taciklərin hekayəsi: onlar kimdir?
Məlum olduğu kimi, Moskvanın Basmannı məhkəməsi Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında martın 22-də axşam saatlarında törədilən terror hücumu ilə bağlı daha üç nəfəri həbs edib. Bununla da müstəntiqlərin fikrincə, terror aktında əli olan yeddi nəfər həbs edilib. Bu, 2004-cü ildə Beslan məktəbi mühasirəsindən sonra Rusiya tarixində ən böyük terror aktıdır. Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 144 nəfərə çatıb. Yaralananların sayı isə 182-dir və onlar xəstəxanalarda müalicə alırlar.

Terror aktında təqsirləndirilən şəxslər, onların əlaltıları və bu dəhşətli cinayətin motivləri haqqında bir çox məqamlar üzə çıxıb ki, “Lenta.ru” həmin məqamları məhkəmə reportajı ilə birlikdə işıqlandırıb. AYNA sözügedən yazını istinadla təqdim edir:

Axşam saatları, Moskvanın Basmannı məhkəməsinin binasındayıq. Mühafizəçilər dörd nəfəri bir-bir salona gətirirlər. Onların hamısı “Crocus City Hall”a terror hücumunda şübhəli bilinərək saxlanılıb və barələrində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (“Terror aktı”) ilə cinayət işi açılıb.

Mühafizəçilər ilk olaraq Dalerjon Mirzoev və Racabalizoda Murodalini məhkəmə zalına gətirdilər. Başlarını aşağı salıb, heç bir söz demədən şüşəli qəfəsdə otururlar və əvvəlcə qarşılarına, sonra yerə baxırlar. Zala üçüncü şəxs Şəmsidin Fəriduni gətirildi: sifətinin sol tərəfində şişlik var idi, ola bilsin ki, martın 23-nə keçən gecə sərt həbsin nəticəsidir. Aradabir gözlərini yumur, başını aşağı salıb o yana, bu yana yelləyir.

Sonuncu Məhəmmədsobir Fayzov əlil arabasında şüşə qəfəsə daxil edilir: o həbs edilərkən müqavimət göstərib, yaralanıb və indi sərbəst hərəkət edə bilmir. Jurnalistlərin kameraları qarşısında o gözlərini yumur və özünü huşunu itirmiş kimi göstərir. Dörd təqsirləndirilən şəxsin də üzlərində sıyrıqlar və qançırlar var. Onların səsləri titrəyir və xırıltılı danışırlar. Deyəsən, onlar nə etdiklərini və bundan sonra onları nə gözlədiyini indi dərk edirlər.

İlkin məlumatlara görə, “Crocus City Hall”a hücum edən terror qruplaşması hücumdan bir neçə həftə əvvəl yaradılıb. Eyni zamanda, cinayətin təşkilatçıları qrup üzvlərinin radikal islamçı kimi tanınmamasına əmin olublar. Bu, qismən Rusiya xüsusi xidmət orqanlarına terror aktı barədə onun hazırlıq mərhələsində belə kəşfiyyat şəbəkələri vasitəsilə məlumat əldə etməsinə mane olub. İki təqsirləndirilən şəxs daha əvvəl Türkiyəyə gedib və orada təlimat alıblar. Eyni zamanda, qruplaşma Mərkəzi Asiya ölkələrindən birində növbəti terror aktı hazırlayırmışlar, lakin onun qarşısı alınıb.

Təqsirləndirilən şəxs: Məhəmmədsobir Fayzov.

Doğum tarixi: 20 may 2004 (19 yaş), Tacikistan.

Ailə vəziyyəti: evli deyil.

Cinayət qeydi: məhkumluğu yoxdur.

Məhəmmədsobir Fayzov təqsirləndirilən şəxslərin yaşca ən kiçiyidir, haqqında daha çox məlumat var. O Düşənbədə anadan olub, orta təhsil alıb və əvvəllər hüquq-mühafizə orqanlarının diqqətinə düşməyib. Fayzov Rusiyada İvanovo şəhərində məskunlaşıb, burada ilk iş yeri yerli bərbərxanalardan biri olub.

Bərbərxananın sahibi Sergey (ad dəyişdirilib) “Lenta.ru”ya bildirib ki, Fayzovu atasının və müəssisənin daimi müştərisinin zəmanəti ilə sınaq müddətinə işə götürüb. Lakin Fayzov ümidləri doğrultmayıb, tez-tez işə gecikib.

“O işdə olan vaxt telefonla fotoşəkillər çəkir, rus dilində yaxşı danışırdı. Amma çox sadəlövh idi. Çoxlu pul qazanmağa can atırdı”, Sergey qeyd edib.

Bərbərxana sahibinin sözlərinə görə, bir neçə həftəlik əməkdaşlıqdan sonra Fayzovla vidalaşıb və bundan sonra onun haqqında heç nə eşitməyib.

Ötən il noyabrın 19-da gəncin özü sosial şəbəkə hesabında Teykovo şəhərində (İvanovo vilayəti) yerləşən başqa bir bərbərxanada işə düzəldiyini yazıb.

“Mash” “Telegram” kanalının məlumatına görə, Fayzov müvəqqəti olaraq İvanovoda - Dəmiryol vağzalının yaxınlığındakı Poqraniçnıy prospektindəki beşmərtəbəli mənzillərdən birində qeydiyyatda olub. Təxminən bir il əvvəl qonşular gənci orada görüblər.

Məhəmmədsobir Fayzov

Eyni zamanda, qonşular Fayzovun yaşadığı mənzilin “kauçuk” olmasından şikayətləniblər: sahibi orada hamını pulla qeydiyyatdan keçiribmiş. İndi istintaq həmin ev sahibinin terrorçu qruplaşmada iştirakının olub-olmamasını yoxlayır.

Bu arada, Fayzovun tanışlarının dediyinə görə, o kifayət qədər bahalı bərbərxanalarda işləyib və daimi müştəri bazasına malik olub.

“RT” bərbərin müştərilərindən biri, Teykovo sakini ilə danışa bilib. Ötən ilin dekabrında o Fayzovun da işlədiyi yaxın dostu Əlinin salonuna saç kəsdirməyə gedib. Müştərinin dediyinə görə, Fayzovla nələrdənsə danışmayıb. Onun sözlərinə görə, ümumiyyətlə, Fayzov rus dilində danışmaqda çətinlik çəkirmiş.

Müştərinin sözlərinə görə, Fayzov həftənin yeddi günü işləyib və bir-iki həftə sonra müdirindən maaşının artırılmasını tələb edib. Rədd cavabı alan kimi, bu ilin yanvar ayında işdən çıxıb.

Fayzovun Teykovodakı işlədiyi başqa bir bərbərxananın sahibi Yamina Safieva bildirib ki, gənc oğlanın hərəkətlərində şübhəli məqamlar görməyib və onu yaxşı saç ustası sayıb.

“Fayzovun ailəsi yox idi. Kasıb deyildi, bahalı telefonu var idi. Gənc bərbərin beynində hansı fikirlərin olduğunu haradan bilə-bilərdim?!”, - Safieva qeyd edib.

Qadın indi də təhdidlər aldığını da bildirib: “Dəhşətli təhdid mesajları alıram. Mənə ölüm arzulayan, təhdid edən insanların sayı çoxdur. Hamiləyəm, nə edəcəyimi bilmirəm. Mənim günahım nədir ki... Çölə çıxmağa qorxuram. İndi ifadə vermək üçün İstintaq Komitəsinə gedəcəyik”.

Bu arada, Fayzov bərbərxanada işdən çıxandan sonra sosial şəbəkələrin birindəki profilini bağlayıb, baxmayaraq ki, əvvəllər orada müntəzəm olaraq paylaşımlar edib, qızlarla tanış olub. Ancaq məlum oldu ki, gəncin 2023-cü ilin sentyabrında yaradılmış ikinci, qapalı profili də var. Həmin profilində dostlar və fotoşəkillər demək olar ki, yoxdur - niyə yaradıldığı sirr olaraq qalır. Lakin Fayzovun həbsindən sonra kimsə həmin profili sındırıb və payıaşım edib. Martın 23-də nahardan sonra həmin profildə yeni bir status yazılıb: “Mən səhv etdim, hər kəsdən üzr istəyirəm. “Crokys siti Hall”.

“112” “Telegram” kanalının məlumatına görə, Moskvada Məhəmmədsobir Fayzov digər müttəhimlərlə birlikdə “Okrujnaya” otelində yaşayırmış. Otelin sahibi bildirib ki, Tacikistandan gələn qonaqlar martın əvvəlində orada qeydiyyatdan keçib və özlərini sakit aparıblar. Eyni zamanda, həmin şəxslər rus dilini başqalarından yaxşı bilən Fayzov vasitəsilə otel adminstrasiyası ilə əlaqə saxlayırmışlar.

Təqsirləndirilən şəxs: Şəmsidin Fəriduni.

Doğum tarixi: 17 sentyabr 1998 (25 yaş), Tacikistan.

Ailə vəziyyəti: evlidir, səkkiz aylıq uşağı var.

Cinayət qeydi: əvvəllər məhkumluğu yoxdur.

Şəmsidin Fəriduni məhkəmədə bildirib ki, Rusiyaya pul qazanmaq üçün gəlib - rəsmi olaraq Krasnoqorskdakı parket sexində fəhlə işə düzəlib. Bundan əvvəl Fəriduni əməliyyatçılara Türkiyədən martın 4-də gəldiyini bildirib. Bildirib ki, Rusiyada 90 günlük vizasız qalma müddəti bitdiyi üçün Türkiyəyə gedibmiş. Buna görə də ölkəni tərk edib, tez də geri qayıdıb. Bunu həmin şəxsin sosial şəbəkələrdə Türkiyədən aktiv şəkildə yayımladığı fotoşəkillər də təsdiqləyir. Eyni zamanda, Fəriduninin özünün dediyinə görə, məscidlərin birində vaizin dərslərini dinləyib və məhz orada naməlum şəxs onunla əlaqə saxlayıb.

Şəmsidin Fəriduni

Özünü vaiz köməkçisi kimi təqdim edən tanımadığı şəxs terror aktı törətmək üçün Şəmsidinə 500 min rubl təklif edib. Eyni zamanda, guya həmin şəxs həmsöhbətlə bağlı heç bir məlumatı olmasa da, təkliflə razılaşıb.

Əməliyyatçı: "Dünən “Crocus”da nə etdin?"

Fəriduni: “Crocus”da insanları vurdum. Pul üçün”.

Əməliyyatçı: “Kimi öldürəcəklərini konkret deyiblər?”

Fəriduni: “İnsanları. Oraya hansı növ və kimin gəldiyinin əhəmiyyəti yoxdur. Mənə dedilər ki, bu işi gör”.

Bu ifadələr Şəmsidin Fəriduninin həbs əməliyyatı zamanı çəkilən videoda əksini tapıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, “vaiz köməkçisi” mükafatın birinci hissəsini – 250 min rublu Fəriduninin kartına köçürüb, sonra isə artıq Rusiyada hədəfi təyin edib.

Məlumdur ki, hücumdan əvvəl, martın 7-də Fəriduni “Crocus City Hall”da kəşfiyyat aparıb. Bu barədə taksi sürücüsü məlumat verib. Sürücü qeyd edib ki, o, təqsirləndirilən şəxsi xəbərlərdə onun fotosunu görəndən sonra tanıyıb - sərnişinin burnunu və pencəyini xatırlayıb. İtalyan opera müğənnisi Alessandro Safinanın konserti başlamazdan əvvəl Fəriduni “Crocus City Hall”a taksi çağırıb. Taksi sürücüsü sərnişinin yaxşı əhval-ruhiyyədə olduğunu xatırlayıb və tacik dilində danışmağa çalışsa da, sürücünün istəyi ilə rus dilinə keçib. Fəriduni sürücüyə deyib ki, konserti bəyənməyib, səkkiz min rubla bilet alaraq "pulu çölə atıb".

Bundan əlavə, Şəmsidin Türkiyədən bu yaxınlarda gəldiyini, Moskvada mənzillərini təmir etdirməyə hazırlaşdığını və həyat yoldaşını paytaxta köçürmək istədiyini söyləyib və deyib ki, artıq bir həmyerlisindən ayda 50 min rubla mənzil kirayələyib. Eyni zamanda, Fəriduni qeyd edib ki, sonuncu dəfə “Crocus City Hall”a gəlmək ona daha ucuz başa gəlib. Bu da o deməkdir ki, Fərudini əvvəllər də “Crocus City Hall”a gedib.

Təqsirləndirilən şəxs: Dalerjon Mirzoev.

Doğum tarixi: 23 noyabr 1991 (32 yaş), Tacikistan.

Ailə vəziyyəti: evlidir, dörd azyaşlı övladı var.

Cinayət qeydi: əvvəllər məhkumluğu yoxdur.

Rusiya mediasında terror qruplaşmasının lideri kimi, Dalerjon Mirzoevin adını çəkilir. Müstəntiqlərin fikrincə, terrorçuların konsert zalına gələrək hadisə yerindən qaçdığı “Renault Logan” avtomobilini məhz Mirzoev alıb.

Dalerjon Mirzoev

Mirzoev qrupda sürücü rolunu da oynayıb. Terror aktından təxminən on gün əvvəl Mirzoev taksidə işləmək üçün maşını “Telegram” vasitəsilə tanış olduğu Dilovar İslamovdan alıb. Mirzoyev qeydiyyat müddəti bitsə də Rusiyada olub və bu səbəbdən polis qeydiyyatındadır.

Eyni zamanda, bəzi mənbələrə görə, Mirzoev terror baş verən yerdə gizlənən, “Crocus City Hall”da möcüzə nəticəsində sağ qalan və anası ilə birlikdə konsert zalından qaçan səkkiz yaşlı uşağı qəsdən yerə yıxıb. Hazırda uşağın vəziyyəti ağırdır və çoxsaylı xəsarətlərlə reanimasiyadadır.

Təqsirləndirilən şəxs: Racabalizoda Murodali.

Doğum tarixi: 4 fevral 1994 (30 yaş), Tacikistan.

Ailə vəziyyəti: evlidir, bir övladı var.

Cinayət qeydi: məhkumluğu yoxdur.

Dörd təqsirləndirilən şəxsdən Murodali haqqında çox az məlumat var. Tacikistan əsillidir. Pasport qeydiyyatında Düşənbədən 19 kilometr aralıda yerləşən Vaxdat şəhəri göstərilir. Rusiyada Murodalinin Moskva yaxınlığındakı Podolsk şəhərində vaxtı bitmiş qeydiyyatı olub.

Racabalizoda Murodali

Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb, lakin ona qarşı 2,5 min rubl borca ​​görə icra icraatı başlanıb. Bundan əlavə, 2018-ci ildə Rusiyada qalma qaydalarını pozduğuna görə Podolsk Şəhər Məhkəməsi Murodalini beş min rubl cərimələyib və ona ölkədən “nəzarət altında müstəqil gediş” etmə qərarı çıxarıb.

Bryansk meşələrində saxlanılan şəxs əməliyyatçılara müqavimət göstərməyə çalışdığı üçün ona qarşı güc tətbiq edilib. Onun həbsi zamanı qulağının bir hissəsini itirdiyi də məlum olub.

Martın 25-i axşam Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da törədilən terror aktı işi üzrə daha üç müttəhimi – Aminçon və Dilovar İslamov qardaşlarını, həmçinin onların atası İsrail İslamovu həbs edib. Onlar Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (“Mütəşəkkil dəstənin tərkibində insan ölümü ilə nəticələnən terror aktı”) ilə ittiham olunurlar.

Müstəntiqlərin fikrincə, hər üçü terrorçulara rabitə və logistika ilə bağlı yardım göstərib. Məlum olub ki, 24 yaşlı Dilovar İslamov terrorçuların idarə etdiyi “Renault” markalı avtomobilin sonuncu sahibidir. O avtomobilə 2,5 il sahib olub, sonra onu satıb.

İslamov Düşənbədə anadan olub, lakin Rusiyaya köçüb və Rusiya vətəndaşlığını alıb. Evlidir, bir övladı var, Rusiyada taksi sürücüsü işləyib. Sosial şəbəkələrdə kişi müxtəlif dini icmaların səhifələrinə üzv olub.

Dilovarın böyük qardaşının 33 yaşı var və iki evlilikdən yeddi övladı var - ən kiçiyi yeddi aylıqdır. Son vaxtlara qədər avtobus sürücüsü işləyib. “Shot” “Telegram” kanalının məlumatına görə, mart ayında Dilovar və Aminçon Şəmsidin Fəriduninin dəvəti ilə terror qruplaşmasına qoşulublar.

Qardaşların atası İsrail İslamovun 62 yaşı var. Ailəlidir və beş uşaq atasıdır. İslamovun ata və oğulları ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil. Məhkəmə hər üçü barəsində mayın 22-dək həbs-qətimkan tədbiri seçib. Onların məhkəməsi qapalı keçirilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru