Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                 

Döyüş bölgəsindən birbaşa: dronların savaşı, qanlı qış, “feyk hücumları” - Ukraynada NƏ BAŞ VERİR?
Tarix: 22-11-2023, 15:15 | Çap et
Döyüş bölgəsindən birbaşa: dronların savaşı, qanlı qış, “feyk hücumları”
“Hazırda Avdiyevka və Kupyansk istiqamətində şiddətli döyüşlər gedir. Rusiya ordusu bu istiqamətlərdəki qanlı döyüşlərdə gün ərzində minə yaxın hərbçisini itirir”. Bu sözləri AYNA-ya müsahibəsində Ukraynada yaşayan və mütəmadi olaraq döyüş bölgələrindən “Amerikanın Səsi” üçün reportajlar hazırlayan azərbaycanlı jurnalist İdrak Camalbəyli deyib.

Ukraynadakı müharibənin hazırkı vəziyyəti haqqında danışan jurnalist bildirib ki, ümumilikdə Ukrayna ordusunun əks-hücum əməliyyatı ləng gedir:

- Avdiyevka və Kupyansk istiqamətində, əsasən artilleriya döyüşləri və dron hücumları həyata keçirilir. Ukrayna ordusu böyük dron ordusu yaradıb. Xalq orduya əlindən gələn köməyi etməkdədir. İncəsənət adamları, idmançılar, imkanlı şəxslər, sadə vətəndaşlar ianələr toplayır, dronlar alırlar. Dronlarla bağlı orduya güclü mütəxəssislər cəlb olunub. Bunların da sayəsində həmin istiqamətlərdə Rusiya ordusuna ağır zərbələr endirilir.

Ümumilikdə isə digər istiqamətlərdə döyüş səngiyib, əməliyyatlar ləng gedir. Bunu da hər iki tərəfin yorulması ilə əlaqələndirmək olar. Lakin Ukrayna ordusunun Zaporojye, Xerson istiqamətlərində işğalda olan ərazilərini qarış-qarış azad etməsinin şahidi oluruq. Bəli, proses zəif gedir, uzun müddətdir ki, əks-hücum əməliyyatı az ərazilərin geri qaytarılması ilə nəticələnir. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var.

- Bunlar hansı səbəblərdir?

- Birincisi, dediyim kimi, orduda müşahidə olunan yorğunluqdur. Əsas səbəb isə Ukraynaya Qərb müttəfiqləri tərəfindən silah verilməsinin ləngiməsidir. Bundan əvvəl də, indi də müttəfiqlər tərəfindən Ukraynaya silahlar az-az göndərilir. Lazım olan silahlar mərhələli şəkildə verilir ki, bu, Ukrayna ordusu üçün çətinliklər yaradır.

Düzdür, Ukrayna ordusunun əks-hücum əməliyyatı aparılır, amma bu, sürətli deyil. Belə proqnozlaşdırılır ki, gələn ilin yanvar ayının ortalarında genişmiqyaslı əks-hücumu olacaq. Nəzərdə tutulan əks-hücum əməliyyatı ilə Ukrayna ordusu işğalda olan ərazilərinin böyük hissəsini azad etməyi planlaşdırır.

- Qərbin silah yardımının ləng getdiyini dediniz. Belə fikirlər var ki, Yaxın Şərqdə baş verənlər, HƏMAS-İsrail müharibəsi Ukraynaya qarşı Qərbin diqqətini azaltdı, bununla həm də Kiyevə yardımlar azalmış oldu. Bu, nə dərəcədə doğrudur?

- Yaxın Şərqdə baş verən proseslər Rusiya-Ukrayna müharibəsindən diqqəti bir qədər yayındırdı. Ola bilsin ki, Qərbin Ukraynaya silah tədarükündə də müəyyən axsamalar müşahidə edilir. Amma müttəfiqlərin yardımı, ümumiyyətlə Ukraynadakı qanlı müharibə ilə bağlı Qərbin siyasətində dəyişiklik yoxdur. Pentaqon rəhbərinin dünən Kiyevə səfər etməsi, açıqlamaları onu göstərir ki, Qərbin siyasətində hansısa dəyişiklik yoxdur. Düzdür, Yaxın Şərqdəki münaqişə Kiyevə silah-sursat tədarükünə, maliyyə yardımlarına təsirsiz ötüşmədi. Amma əsas odur ki, yardımlar davam edir.

Ümumiyyətlə, yardımların azalmasını təkcə yaxın Şərqdə baş verənlərlə əlaqələndirmək də doğru deyil. Bu gün 10 milyondan çox ukraynalı Qərb ölkələrində qaçqın həyatı yaşayır. Qaçqınlara yardımlar, onların təminatı və bəzi Avropa ölkələrinin daxilindəki maliyyə sıxıntıları da Kiyevə yardımlara təsir göstərir. Buna baxmayaraq, ABŞ yardımların davam edəcəyini açıqlayıb. Avropada Ukraynaya ən böyük yardımı ayıran Almaniyadır ki, Berlin bəyan edib ki, maliyyə yardımları daha da artırılacaq. Müharibənin Ukraynanın qələbəsi ilə başa çatması üçün Qərbin siyasətini davam etdirəcəyi güman olunur. Proqnozlar bundan ibarətdir ki, gələn ilin sonlarına yaxın Ukrayna müharibəni qələbə ilə başa vuracaq.

- Rusiya tərəfdə vəziyyət necədir, hücumlar artıbmı?

- Məlum idi ki, Rusiya ordusu qış aylarını gözləyirdi. Uzunmüddətli fasilədən sonra Rusiya ordusunun aktivləşməsi müşahidə olunur. Son 10 gündür ki, hər gün Ukraynaya “Şaheed” dronları ilə hücumlar edilir. Bu, əvvəlcədən də proqnozlaşdırılırdı. Rusiyanın qışın sərt dönəmində Ukraynaya raket hücumları təşkil edəcəyi, mülki infrastrukturları hədəfə alacağı bəlli idi. Qarşıdakı həftələrdə Rusiyanın genişmiqyaslı raket hücumuna başlayacağı gözləniləndir. Rusiya tərəfi ötən qış da bu taktikadan istifadə etmişdi. Moskvanın məqsədi mülki infrastrukturu vurmaqla Ukrayna cəmiyyətini hakimiyyətə qarşı qaldırmaqdır, narazılığı artırmaqdır.

- Raket hücumlarına qarşı Ukrayna ordusu tədbirlər görübmü?

- Ukrayna müdafiə olunur. Kiyev, Odessa, Dnepr, Xarkov, Lvov kimi böyük şəhərlərdə hava hücumundan müdafiə sistemləri yerləşdirilib, tədbirlər gücləndirilib. Bəli, hava hücumundan müdafiə sistemində bəzi boşluqlar var. Məsələn, genişmiqyaslı raket hücumları zamanı onların hamısının zərərsizləşdirilə bilinməməsi problemi mövcuddur. Eyni zamanda, bəzi raket növlərini zərərsizləşdirmək üçün lazımi qurğular yoxdur. Amma Ukrayna bu problemləri də yoluna qoymağa çalışır.

- Müharibənin gedişi ilə paralel olaraq, Ukraynanın daxilində siyasi qarşıdurmaların artdığı barədə məlumatlar var. Bu informasiyaların doğruluq payı nə qədərdir?

- Məlumdur ki, Ukraynada növbəti Prezident seçkilərinin vaxtı gələn ilin martına təsadüf edir. Amma dəfələrlə qeyd edilib ki, müharibə şəraitində seçkilər keçirilməyəcək. Təbii ki, bəzi siyasi qüvvələr bununla razılaşmır. Amma belə məlumatlar var ki, guya Ukrayna ordusunun Baş Qərargah rəisi Valeri Zalujnı ilə Prezident Volodimir Zelenski arasında siyasi qarşıdurma var və s. Bunlar Rusiya təbliğat mediasının ortaya atdığı feyk məlumatlardır. Prezidentlə ordu arasında qarşılıqlı anlaşma var və tək məqsəd mövcuddur: Ukraynanın işğal olunmuş ərazilərinin azad edilməsi.

Zelenski ordu siyasətini tamamilə Zalujnıya həvalə edib. Ordunun taktikasına, hücumuna, bütün əməliyyatlarına Zalujnı rəhbərlik edir və qərarları Zalujnı verir. Təbii ki, öhdəliyini icra etməyən, vəzifəsində səhlənkarlığa yol verən ordu rəsmiləri, zabitləri varsa, Zalujnı Zelenski ilə birgə məsləhətləşir və həmin rəsminin vəzifəsindən azad edilməsi qərarı verilir. Buna misal olaraq müdafiə naziri Reznikovun azad edilməsini göstərmək olar. Eyni zamanda, son bir həftədə Ukrayna ordusunda bir neçə kadr dəyişiklikləri həyata keçirilib. Bunlar da normal proseslərdir.

Belə halları Zelenski-Zalujnı qovğası, qarşıdurması kimi təqdim etmək doğru deyil. Zelenski ilə Zalujnı arasında hakimiyyət mübarizəsinin başlaması barədə deyilənlər Rusiya mətbuatının ortaya atdığı dezinformasiyalardan başqa bir şey deyil.

Müəllif: Anar Bayramoğlu - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru