Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                     Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək .....                     Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? .....                     “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək .....                     “Sea Breeze”ə bu qədər pul xərclənib .....                     Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... .....                     Yekaterinburqda saxlanılan azərbaycanlıların .....                     Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ .....                     Trampı Bakıya qarşı qoymaq cəhdi .....                     434 min manat borcu olan şirkət kimindir? .....                     6 saylı doğum evində nə işlər çevrilir? .....                     Mariana Vasileva vəzifəsinə geri dönüb? .....                     Putin rus qadınlarının az uşaq doğmasından narazıdır .....                     Maliyyə Nazirliyinin verdiyi mühüm sənədlər AYNA-da yoxa çıxıb .....                     Naxçıvan yolunda Rusiya FTX-si, yoxsa ABŞ şirkəti? .....                     İrəvan Moskvanın əvəzinə Parisin əsiri olur .....                     Rusiyanın antiAzərbaycan gedişləri... .....                     Abunəçilər AZERCELL-ə qarşı səfərbər olur .....                     Dollarla bağlı rezonans doğuran tələb .....                     Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR .....                     Əbu-Dabi anlaşmasının ilginc detalları .....                     Tramp səbrini itirib, Putin isə qorxmur... .....                     “Rüşvət vermədim, obyektimi sökdülər!” .....                     Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib .....                     Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz .....                     Quru sərhədlər haqda müzakirələr başladı .....                     "Perfect Smile Dental Klinika"ya cərimə kəsilib .....                     İşçinin maaşını verməyən deputat görün, nə etdi... .....                     "Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" .....                     Əmircan qəsəbəsi susuz səhraya dönüb .....                     Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR .....                     Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? .....                     “Zəngəzur düyünü”nü kim açacaq? .....                     Trampın vədləri: daha iki ay fasiləsiz müharibə .....                 

Fələstinə zülm edən kimdir? - İNCƏLƏMƏ
Tarix: 16-10-2023, 05:57 | Çap et
Fələstinə zülm edən kimdir?
Müharibə İran hakimiyyətinin xilası ola bilər. Vaxtı ilə İraqla müharibə Tehran hakimiyyətinə müxalifəti əzməyə, öz istəklərinə, o cümlədən hicabın məcburi tətbiqini gerçəkləşdirməyə yardım etmişdi.

İran düşməni, ABŞ və İsraili özgə torpaqlarında qarşılayır: İraq, Suriya, Yəmən, Livan, Fələstin. Bunları İnqilab Keşikçiləri Qvardiyasının Qüds qolu və bu kimi onun xaricdəki maraqlarını təmin edən təşkilatlar vasitəsilə həyata keçirir.

“Həşdi-Şabi”, Bəşşar Əsəd, husilər, “Hizbullah”, HƏMAS Tehranın xaricdəki qüvvəsi, gücüdür. İran hakimiyyəti təhlükəsizliyini bu kimi törəmələri ilə təmin edir.

Oktyabrın 7-də HƏMAS-İsrail qarşıdurması gözlənilməz idimi? Yaxud, bunun 1973-cü il ərəb-İsrail müharibəsi ilə əlaqəsi varmı?

HƏMAS 1987-ci ildə qurulub. Fələstin Azadlıq Təşkilatı isə 1964-cü ildə təşkil edilib. Onu da PKK terror qruplaşması və başqaları kimi, keçmiş SSRİ yaradıb. Bu səbəbdən, Fələstin dövlətinin qurulması uğurunda mübarizə aparan təşkilatlardan heç birinin bir əsr yaşı yoxdur. Bu baxımdan, ehtimal etmək olar ki, Fələstin dövlətinin qurulması İsrailə və onu müdafiə edən dövlətlərə qarşı lazım olub.

HƏMAS-İsrail müharibəsini 1973-cü il ərəb-İsrail müharibəsi ilə əlaqələndirmək istəyənlər də var. Fikrimizcə, bu müharibə iki tərəf, yəni yəhudi dövləti ilə ərəblər arasında son zamanlar başlamış normallaşma prosesinə qarşıdır. Bu hadisəni xatırlamaqla İsraillə ərəblər arasında münasibətləri gərginləşdirməyə çalışırlar.

Bəs, bu müharibə daha çox kimə sərf edir?

İranda yaranmış şərait bunun daha çox Tehrana sərf etdiyini deməyə əsas verir. Bir il əvvəl İranda məcburi hicab qaydalarına etiraz aksiyaları başlayıb. Tehran rəsmiləri bu aksiyaları “İslam Respublikası düşmənlərinin”, yəni İsrail, ABŞ, Böyük Britaniya, NATO, Avropa İttifaqının təşkil etdiyini iddia edir. Onda belə çıxır ki, HƏMAS-İsrail müharibəsi İranın düşmənlərinə bir il əvvəl təşkil edilmiş hadisələrə görə cavabıdır.

Başqa sözlə, İran hakimiyyəti ABŞ-a cavab verib.

İran İnqilab Keşikçiləri Qvardiyası baş komandanının müavini admiral Əli Fədəvi bildirib ki, “əl-Əksa tufanı” əməliyyatı İsrailə dağıdıcı zərbə vuracaq. O, HƏMAS-ın hücumunu “tarixi hadisə” adlandırıb.

Onun çıxışının əsas, maraqlı məqamı isə budur: “ABŞ-ın İranda ən ağır iğtişaş yaratmaq planı var idi”.

HƏMAS-ın hücumunda Tehran hakimiyyətinin maraqlarının 3 istiqamətdə təmin olunduğu qənaətinə gəlmək olar:

– ötən il İranda başlamış etiraz aksiyalarına cavab verilib;

– həmin aksiyaların davam etməsinin qarşısı alınıb;

– İsrailə qarşı hücumu dəstəkləyib (hələ ki, ola bilsin, təşkil edib).

Fələstin dövləti, o cümlədən Qəzza zolağında hakim olan HƏMAS heç bir texnologiyaya, istehsalata, yəni iqtisadiyyata malik deyil. Bu qruplaşma və dövlət donorların, xüsusən İranın hesabına mövcudluğunu qoruyur. Fədavi çıxışında Fələstinin güclü olduğunu əminliklə iddia etməsi də şübhəlidir. Çünki başqa dövlətlər, yaxud donorlar Fələstinə hərbi və başqa yardımı etsə idi, ondan Tehran xəbər tutmaya bilərdi. Ancaq belə ehtimal etmək olar ki, HƏMAS-a verdiyi silahlıların gücünü bildiyi üçün admiral belə arxayın açıqlama verir.

İran tərəfi HƏMAS-ın qələbə qazandığını deyir. Tehran rejimi ilə HƏMAS-ı birləşdirən başlıca amil İsrail dövlətinin məhv etmək niyyətidir. O zaman qruplaşmanın qələbəsini təmin edən nədir? Tehran HƏMAS-ın cürət edib, İsrailə hücum etməsini qələbə sayır. İran hakimiyyətinin bu bəyanatı təəssüf doğurur. Çünki normalda heç bir dövlət bir bölgədə hakimiyyəti ələ keçirən qruplaşmanı dəstəkləməz. HƏMAS 2006-cı ildən Qəzza zolağında hökuməti ələ keçirib. Oraya nəzarət edir. De-fakto Fələstində ikihakimiyyətlilik yaranıb. Çünki Mahmud Abbasın başçılıq etdiyi hökumət İranın sözünə baxmır, daha çox qərblə əlaqə qurmağa üstünlük verir. Fələstinin iki hakimiyyətə bölünməsi İranın regionda istədiklərini həyata keçirməsinə nail olub. HƏMAS-İsrail müharibəsi Tehranın çin olan yuxularındandır.

Tehran daxildəki etirazların qarşısını almaq üçün də HƏMAS-ın hücumundan yararlanıb.

İran hakimiyyəti ölkədə etiraz aksiyalarının hələ bir müddət baş verməyəcəyinə arxayındır. İranda elan olunmamış hərbi-polis rejimi mövcuddur. Hərbi hissələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi istisna olunmur. Tehran bununla həm daxili etirazların qarısını, həm də xarici müdaxilənin qarşısını almağı planlaşdırır. Ancaq Sistan Bəlucistanda əhalinin etirazları davam edir, Tehranda futbol stadionunda sloqanlar söylənilir…

Hələ bir neçə ilə əvvəl İran parlamentinin deputat hökuməti Fələstini yedizdirməkdə ittiham etmişdi. Bu baxımdan, ölkə ictimaiyyətinin “biz niyə Fələstinə, HƏMAS-a yardım etməliyik” kimi haqlı sualı cavabsızdır. Çünki bu məsələnin mahiyyətində İran cəmiyyətinin maraqlarının müdafiəsi durmur. Belə bir şəraitdə onların övladlarının boğazından kəsilərək HƏMAS, husi, “Həşti-şəbi”, “Hizbullah”, “İslami-cihad” və başqalarının silahlandırılması cəmiyyətdə narazılıq doğurur.

Tehranda çıxan “Şərq” qəzeti son saylarından birində İsrailə hücumla bağlı xəbərdarlıq edərək, yazıb: “Hökumət ağıllı siyasət yürütməlidir. Fələstin məsələsində birtərəfli yanaşmanın beynəlxalq ictimaiyyətdə və dövlətlər səviyyəsində heç bir nəticə verməyəcəyini İran hökuməti başa düşməlidir. İran ərəb və müsəlman dövlətləri ilə əməkdaşlıq etməli, Fələstin məsələsində isə ağıllı siyasət yürütməlidir”.

Qəzet Tehranın yürütdüyü HƏMAS-ı müdafiə siyasətinin nəticə verməyəcəyini də vurğulayıb.

Odur ki, İran cəmiyyəti son 44 ildə gördüyümüz cəmiyyət deyil. HƏMAS mövcud olduğu 36 il, Qəzza zolağını idarə etdiyi 17 il ərzində Fələstinin azadlığı istiqamətində heç nəyə nail olmayıb. Elə onun baş sponsoru Tehran hakimiyyəti də bu bölgənin təməl məsələsi ilə bağlı uğur əldə etməyib. Əksinə, öz əməlləri ilə 44 illik İslam Respublikası rejimi də, Məhəmmədrza şah da Fələstin müsəlmanlarının, ərəblərinin zülmünün artmasına xidmət ediblər… Qaçqınlıq, günahsız axan qanlar bunu təsdiqləyir. Deməli, Fələstin dövlətinin təməl məsələsinin həllinin açarı nə HƏMAS-da, nə də Tehrandadır. Bu sayaq qruplaşma və rejimlər Fələstin məsələsindən yalnız öz maraqlarını qorumaq üçün istifadə edir… Elə Tehranın ABŞ-a cavabı kimi…

Sədrəddin Soltan - Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Maliyyə Nazirliyinin verdiyi mühüm sənədlər AYNA-da yoxa çıxıb
Bu gün, 09:09
Naxçıvan yolunda Rusiya FTX-si, yoxsa ABŞ şirkəti? - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
İrəvan Moskvanın əvəzinə Parisin əsiri olur - ŞƏRH
Bu gün, 08:59
Rusiyanın antiAzərbaycan gedişləri... DAVAM EDİR...
Bu gün, 08:53
Abunəçilər AZERCELL-ə qarşı səfərbər olur - ÇAĞIRIŞ
Bu gün, 08:50
Dollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilər
Bu gün, 08:37
Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR - Rövşən Nəcəfə MÜRACİƏT OLUNDU
Bu gün, 08:29
Əbu-Dabi anlaşmasının ilginc detalları - Paşinyan “kart”ları açır
Bu gün, 08:18
Tramp səbrini itirib, Putin isə qorxmur... - “Skay Nyus”
Bu gün, 07:05
“Rüşvət vermədim, obyektimi sökdülər!” – Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham
Bu gün, 06:47
Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib - MÜRACİƏT
Bu gün, 06:43
Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz - İNCƏLƏMƏ
Bu gün, 06:36
Quru sərhədlər haqda müzakirələr başladı – Gözlənilən qərar verilir?
Bu gün, 06:34
"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib
Bu gün, 05:24
İşçinin maaşını verməyən deputat görün, nə etdi... - QALMAQAL
Bu gün, 05:13
"Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" - AXI NİYƏ?..
Bu gün, 05:05
Əmircan qəsəbəsi susuz səhraya dönüb - sakinlər HARAY ÇƏKİR
Bu gün, 05:01
Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR - həyat yoldaşı ilə əlbir olaraq...
Bu gün, 04:56
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
Bu gün, 04:43
“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Bu gün, 04:41
Trampın vədləri: daha iki ay fasiləsiz müharibə - GƏLİŞMƏ
Bu gün, 04:39
"Paşinyan tamamilə düzgün mövqe seçib" - partiya sədri
Bu gün, 04:31
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 04:26
"Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır"
Bu gün, 04:23
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru