ABŞ Ali Məhkəməsi Trampın planına dəstək verdi .....                     Nazirliyin qurumu 611 minə istilik layihəsində "Euroservise" ilə razılaşdı .....                     Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı? .....                     Makron: Avropa və ABŞ-nin Ukraynadakı münaqişəni həll edə bilməməsi onlara olan etimadı sarsıdacaq .....                     "Kimin pulu var, onu işlə təmin edirlər" .....                     “Postsovet ölkələrində “5-ci kalon” və rus dilində təhsil ləğv olunmalıdır...” .....                     Nazir generalın yerinə bu xanımı gətirdi .....                     Siyasi partiyalar kadr bankı kimi funksiyasını tamamilə itirib .....                     TOP PUTİNDƏDİR... .....                     Ermənistan tarixinə yenidən baxmağa cəhdlər edilir .....                     AYB-nin şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə ekspertiza küçiriləcək .....                     Qaxın da öz TENDERYEYƏNİ VAR... .....                     Ekologiya.az saytının 2 yaşı oldu .....                     Xalq artisti Fizuli Hüseynovu polisə şikayət etdi .....                     Pakistan və Türkiyə liderlərinin Laçındakı çıxışı dünyaya mesajdır .....                     Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi .....                     "Vopşe", "tak çto", "znaçit" deyək, yoxsa? .....                     Amerikalı senator Ermənistanda səfərdədir .....                     Şərqi Zəngəzurun iqtisadi transformasiyasına açılan strateji qapı .....                     Paşinyanı hakimiyyətdə saxlayacaq SEÇİM .....                     “Bakı Metropoliteni”nin Aparat rəhbəri vəzifəsindən gedib .....                     Bakı-Pekin münasibətləri... .....                     Yemiş sahələrinin sərfəli şərtlərlə sığortası başlandı .....                     Avropa ilə İsrail arasında əsəblər gərilir: .....                     Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir .....                     Məşhur "qanuni oğru" HƏBS EDİLDİ .....                     Dostluq və qardaşlığa xidmət göstərən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü .....                     Qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsi - Laçın Zirvəsi .....                     Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub .....                     Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü .....                     Tiktoker "Vaqa" həbsdən buraxıldı .....                     Bakıda dağ satışa çıxarıldı .....                     ABŞ-da erməni mafiyası İFŞA EDİLDİ: .....                     85 deputat müraciət etdi: növbədənkənar sessiya çağırıldı .....                     Bu şirkət Zəngilana 533 ailə köçürəcək, yarım milyona yaxın .....                     Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək .....                     “AYDA 150-200 MANAT CƏRİMƏ ÖDƏYİRİK” .....                     "Sənə nə etmişəm ki, mənimlə müharibəyə başlamısan?" .....                     Bakıda iş adamı tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkib .....                     "Xəbərim olmadan məni işdən çıxarıblar" .....                 

Rusiya İran dronlarını yığarkən azyaşlı işçilərdən yararlanır - KİV
Tarix: 17-08-2023, 14:23 | Çap et
Rusiya İran dronlarını yığarkən azyaşlı işçilərdən yararlanır
Tatarstandakı Alabuqa Politexnik Universitetində yetkinlik yaşına çatmayan tələbələrin əməyi istismar edilir. Onlar yaxınlıqdakı xüsusi iqtisadi zonaya aid müəssisələrdə İranın hücum dronlarını yığırlar.

Burada baş verənlər Rusiya rəsmilərinin müharibəni udmaq üçün heç nədən çəkinməyəcəyini açıqca göstərir. Ukrayna şəhərlərini bombalamaqdan ötrü istifadə edilən İran silahlarının təzəlikcə Rusiyada yığılmağa başlaması gərginliyi artıra və dinc sakinlərin ölümünə yol aça bilər.

Yetkinlik yaşına çatmamış tələbələrin dron zavodunun fəhlələri kimi işlədilməsinə və bu istehsal müəssisələrinə dair ayrıntılara ilk dəfə Rusiyanın müstəqil media qurumları olan "Protokol" və "Razvorot" saytları diqqət yetirib. Onlar iyul ayında bu mövzuda silsilə araşdırma yazıları dərc edib.

Bəzilərinin cəmi 15 yaşı var
Ovaxtdan bəri AzadlıqRadiosunun "İdel.Realii" xidməti həmin müəssisələrdəki dözülməz iş şəraitindən danışan tələbələrlə söhbətləşib və Alabuqa Politexnik Universitetində oxuyan uşaqların valideynlərindən müsahibə alıb. Bu tələbələrdən bəzilərinin cəmi 15 yaşı var. Valideynlər istər özlərinin, istərsə övladlarının günün xeyli bölümünü aramsız və naharsız işləməyə məcbur edildiyini deyirlər. Onlar bu müəssisələrdəki dözülməz durumun onların mental sağlamlığına ciddi ziyan vurmasından da danışıblar.

"Mənim oğlum [universitetdə] oxumağa başladı və 2.5 aydan sonra məni çağırdı ki, gəlib onu aparım. O, telefonda mənə dedi ki, gəl məni apar, yoxsa mən öləcəyəm. Mən də dərhal gedib onu götürdüm", - təhlükəsizliyini qorumaq üçün soyadının yazılmasını istəməyən Jannanın sözləridir.

Janna ötən il oğlunu Nijni-Novqoroddan Rusiyanın ən yaxşı texniki məktəblərindən biri kimi ad çıxarmış Alabuqa Politexnik Universitetinə oxumağa göndərdiyini deyir.

Məktəb yaşı çox zaman 15-18 arasında olan tələbələrə ikili proqram çərçivəsində peşə təhsili təklif edir. Bu ikili proqram həm sinifdə tədrisi, həm də praktik iş təcrübəsini əhatə edir. İş proqramı çərçivəsində tələbələrə işləyərək yerli səviyyədə rəqabətli maaş almaq, eyni zamanda karyeralarını gəlişdirmək imkanı vəd edilir. Maaş ayda 70 min rubladəkdir (1 min 119 manatadək).

Proqrama yazılanlar dron hazırlayan müəssisədə işləməyə dəvət edilir, bəzən onlara birbaşa təzyiq də edilir.

"Bu, istismarın dərslikdəki tərifinə tam uyğundur. [Tələbələr] dron yığır və iş dərsi üstələyir", - "Protokol"un araşdırmaçı jurnalisti Sergey Podsıtnikin sözləridir.

Tələbələrə iş yerində ağır kvotalar qoyulur. Bir çoxunun iş növbəsi 15 saatadək sürür. Onların yatmağa və uyğun istirahətə çox az vaxtı qalır. İş saatlarından artıq işləməyə görə çox vaxt maaş ödənmir. Yorğun tələbələr heç də həmişə kvotalarını təhvil verə bilmədiklərini, nəticədə məktəbin onlara söz verdiyi maaşı almadıqlarını deyirlər.

Bir çox tələbə yoxsul ailələrdən gəldiyindən təhsilhaqqı, otaq və s. xərclərini ödəmək üçün buradakı qazanclarına ümid bəsləyir, pulun qalan hissəsini də evlərinə göndərir.

"Bu, səbrimin son damcısı oldu…"
Marina adlı valideynsə qızının təhlükəsiz olmayan ortamda çalışdığını öyrənincə, onu proqramdan çıxarmaq qərarına gəlib. Valideynin sözlərinə görə, məktəbin işçiləri tələbələrə dron yığan müəssisədə çalışdıqlarını öz ata-anasına deməməyi tapşırıblar: "Bu, səbrimin son damcısı oldu… axı söhbət təhlükəli kimyəvi maddələrdən istifadə edilən təhlükəli istehsal prosesindən gedir. …Onlar uşaqlara valideynlərinə hər şeyi danışmağı yasaqlayıblar".

Alabuqa Politexnik Universitetində baş verənlər ötən il Ukraynaya hücum ediləndən sonra İranla Rusiya arasında hərbi əməkdaşlığın artması ilə bağlıdır.

İran Rusiyaya müharibədən öncə dron satdığını, ancaq müharibənin başlanmasından sonra bunu etmədiyini deyib. Ancaq ABŞ kəşfiyyat rəsmiləri İranın aylar boyunca, davamlı olaraq Rusiyanı dronlarla təchiz etdiyini, eləcə də tərəflərin İran dronlarını Rusiyada yığmaqdan ötrü zavod qurmaq planlarını götür-qoy etdiyini bildiriblər.

Peyk görüntüləri ictimailəşib
"The Wall Street Journal" yanvarın 5-də İran nümayəndə heyətinin Tatarstandakı Yelabuqa rayonuna gələrək belə bir zavodun tikilməsi üçün Alabuqa xüsusi iqtisadi zonasının ərazisini gözdən keçirdiyini yazır. Aprel ayında ABŞ rəsmiləri bu zavodun tikilməkdə olduğunu göstərən peyk görüntülərini ictimailəşdiriblər.

Müharibənin ilk dövrlərində tutduğu Ukrayna ərazilərindən çıxmağa məcbur qalan Rusiya strategiyasını dəyişərək Ukrayna şəhərlərinə amansız hava zərbələri endirməyə başlayıb. Bu hücumlarda çox zaman kruiz raketləri və partlayıcı maddələrlə doldurulmuş "intiharçı" dronlardan istifadə edirlər. Beləcə, Ukraynanın mülki əhalisinin elektrik və içməli su infrastrukturu dağıdılır.

Bu vaxtadək İran Rusiyanı "intihar" dronları kimi tanınan "Şəhed-136" dronları ilə təchiz edib. Hərbi ekspertlər deyirlər ki, bu dronlara az miqdarda partlayıcı maddə yükləndiyindən onlar hədəfə dəydiyi an partlayır.

Rusiya dronları daxildə istehsal etməklə daha ucuz başa gələn və son dərəcə dağıdıcı gücə malik dron arsenalını böyüdə bilər.

Bu sövdələşmə Ukrayna müharibəsində özünü tərəfsiz göstərməyə çalışan İrana da ciddi iqtisadi və siyasi mənfəət gətirir. İran istehsalı olan dronların Ukrayna şəhərlərində görünməsi Qərbin İranı yeni iqtisadi sanksiyalar barədə xəbərdar etməsinə səbəb olub.

"Dünya səviyyəli" maaş?
Hazırda Alabuqa Politexnik Universitetində minədək tələbənin oxuduğu, onlardan bir neçə yüzünün İran dronları yığdığı bildirilir.

"Protokol" və "Razvorot"un araşdırmalarına görə, məktəb bu işə əcnəbi tələbələri də cəlb etməyə çalışır. Əcnəbilərin çoxu Afrika ölkələrindən, Mərkəzi Asiya və Azərbaycandandır. Onlara beynəlxalq təcrübə proqramı çərçivəsində "dünya səviyyəli" maaşlar vəd edilir.

Ancaq bu əcnəbi tələbələrə sonradan məktəbin ərazisində bilik və zehni əmək tələb etməyən, məsələn, təmizlik işləri həvalə edilir və vəd edildiyindən daha az məvacib ödənilir.

AzadlıqRadiosu В©










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Ali Məhkəməsi Trampın planına dəstək verdi - Boston məhkəməsi isə ona qarşı çıxdı
Bu gün, 19:08
Nazirliyin qurumu 611 minə istilik layihəsində "Euroservise" ilə razılaşdı
Bu gün, 19:05
Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı?
Bu gün, 18:03
Makron: Avropa və ABŞ-nin Ukraynadakı münaqişəni həll edə bilməməsi onlara olan etimadı sarsıdacaq - TASS
Bu gün, 18:02
"Kimin pulu var, onu işlə təmin edirlər" - GİLEY
Bu gün, 17:58
“Postsovet ölkələrində “5-ci kalon” və rus dilində təhsil ləğv olunmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 17:55
Nazir generalın yerinə bu xanımı gətirdi - ƏMR
Bu gün, 17:52
Siyasi partiyalar kadr bankı kimi funksiyasını tamamilə itirib - Biznes sektoru önə keçib
Bu gün, 17:38
TOP PUTİNDƏDİR... - GƏLİŞMƏ
Bu gün, 17:37
Ermənistan tarixinə yenidən baxmağa cəhdlər edilir - Kopırkin
Bu gün, 17:35
AYB-nin şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə ekspertiza küçiriləcək
Bu gün, 17:33
Qaxın da öz TENDERYEYƏNİ VAR... - DETALLAR
Bu gün, 17:31
Ekologiya.az saytının 2 yaşı oldu
Bu gün, 17:24
Xalq artisti Fizuli Hüseynovu polisə şikayət etdi
Bu gün, 17:23
Pakistan və Türkiyə liderlərinin Laçındakı çıxışı dünyaya mesajdır - Professor
Bu gün, 17:21
Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi - Başçının da adını çəkib...
Bu gün, 17:15
"Vopşe", "tak çto", "znaçit" deyək, yoxsa? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:13
Amerikalı senator Ermənistanda səfərdədir - TƏFƏRRÜAT
Bu gün, 17:11
Şərqi Zəngəzurun iqtisadi transformasiyasına açılan strateji qapı -RƏY
Bu gün, 17:10
Paşinyanı hakimiyyətdə saxlayacaq SEÇİM - AKTUAL
Bu gün, 17:09
“Bakı Metropoliteni”nin Aparat rəhbəri vəzifəsindən gedib - BUNDAN SONRA...
Bu gün, 17:07
Bakı-Pekin münasibətləri... - ŞƏRH
Bu gün, 17:05
Yemiş sahələrinin sərfəli şərtlərlə sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 17:03
Avropa ilə İsrail arasında əsəblər gərilir: - “Soyqırımı dövləti” və “qatillər ordusu”
Bu gün, 17:01
Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir - TƏKCƏ...
Bu gün, 16:59
Məşhur "qanuni oğru" HƏBS EDİLDİ – ciddi ittihamlar
Bu gün, 16:55
Dostluq və qardaşlığa xidmət göstərən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü - İsrafil Kərimovun yazısı
Bu gün, 16:46
Qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsi - Laçın Zirvəsi - MƏQALƏ
Bu gün, 16:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub - DİQQƏT!
Bu gün, 16:40
Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü – Bu dəfə Lənkəranda
Bu gün, 15:17
Tiktoker "Vaqa" həbsdən buraxıldı
Bu gün, 15:08
Bakıda dağ satışa çıxarıldı
Bu gün, 15:02
ABŞ-da erməni mafiyası İFŞA EDİLDİ: - 30 milyon dolları GÖRÜN NƏLƏRƏ SƏRF EDİBLƏR
Bu gün, 14:56
85 deputat müraciət etdi: növbədənkənar sessiya çağırıldı - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Bu şirkət Zəngilana 533 ailə köçürəcək, yarım milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 13:01
Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək
Bu gün, 12:59
“AYDA 150-200 MANAT CƏRİMƏ ÖDƏYİRİK” - TAKSİ SÜRÜCÜLƏRİ NARAZIDIR
Bu gün, 12:57
"Sənə nə etmişəm ki, mənimlə müharibəyə başlamısan?"
Bu gün, 12:46
Bakıda iş adamı tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 12:43
"Xəbərim olmadan məni işdən çıxarıblar" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:38
Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb - Müdafiə Nazirliyi
Bu gün, 12:32
“Hamamda bacısı ilə birlikdə yad bir şəxsi görüb” - TƏFƏRRÜAT
Bu gün, 12:25
May ayının sonu 36 dərəcə isti olacaq - belə deyirlər...
Bu gün, 12:14
Ülviyyə İlyasovaya hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:13
Pakistan-Əfqanıstan toqquşmasında ÇİN ƏNDİŞƏSİ - İNCƏLƏMƏ
Bu gün, 12:10
Paşinyan Erməni Apostol Kilsəsinin nümayəndələrini tənqid edib - KİV
Bu gün, 12:04
Bakıda sahibkar yumurta fabrikini fantasik qiymətə satışa çıxarıb
Bu gün, 11:59
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib - FOTO
Bu gün, 11:56
"Azərterminalkompleks" 1,3 milyon manatlıq icarə razılaşmaları imzalayıb - QALİBLƏR
Bu gün, 11:52
Sürətli silahlanma münasibətləri daha təhlükəli həddə çatdıracaq - Sərdar Cəlaloğlu
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru