Mərkəzi Asiya uğrunda mübarizə güclənib - İNCƏLƏMƏ...
Tarix: 3-05-2023, 12:13 | Çap et
 Rusiya, Çin və ABŞ-ın Mərkəzi Asiyada rəqabəti genişlənib. Bir müddət əvvəl Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib. Xarici işlər nazirləri bu ay liderlərin görüşünü hazırlamaq məqsədilə bir araya gəliblər. “Mərkəzi Asiya – Çin” dövlət başçılarının birinci sammitində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunacaq. Çin və Mərkəzi Asiya dövlətləri ikitərəfli əməkdaşlığı genişləndirmək istəyirlər. Bundan başqa bu ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və “bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasıyla baglı fikir mübadiləsi aparacaqlar. Çin tələsir. Pekin Mərkəzi Asiya uğrunda mübarizədə iki rəqibi – Rusiya və Amerika Birləşmiş Ştatlarını qabaqlamağa çalışır. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Mərkəzi Asiya istiqamətində tam gücüylə fəaliyyət göstərə bilmir. Bu Çinin maraqlarına cavab verir. Boşluğu Çinlə yanaşı ABŞ və Avropa İttifaqı doldurmağa çalışır. Pekin Vaşinqtonla Brüsselin uyğurlara verdiyi dəstəkdən də narahatdır. Çin Mərkəzi Asiya ölkələrini “bir kəmər, bir yol” layihəsinə cəlb etməklə özünə yaxın tutmaq istəyir. Ancaq buna mane olan amillər var. Birincisi, ilk mərhələdə layihənin reallaşmasına pandemiya mane oldu. İkincisi, Rusiyanın Ukraynada başlatdığı müharibə də Pekinin layihəsinə zərər vurdu. Çünki Çindən Avropaya məhsullar dəmir yolları ilə Mərkəzi Asiya və Rusiya üzərindən daşınmalı idi. Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyinə görə məhsulların bu istiqamət üzərindən çatdırılması çətinləşib. Buna baxmayaraq, Pekin əvvəlkitək Mərkəzi Asiyanı diqqət mərkəzində saxlamaq istəyir. Mərkəzi Asiyanın zənginlikləri Çin üçün vacibdir. Çinin Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar investisiyaları var. Çinin Mərkəzi Asiya ölkələrinə investisiyaları bu ilin başlanğıcı üçün 15 milyard dolara çatıb. Çinin Mərkəzi Asiya ölkələri ilə 2022-ci ildə ticarət mübadiləsi 70 milyard dolları keçib. Pekin ehtiyat edir ki, Mərkəzi Asiya qarışsa, Çinin investisiyaları təhlükə altında olacaq. Pekin bu baxımdan ABŞ-la yanaşı radikal islamçı qüvvələrin fəallaşmasından çəkinir. Bu qüvvələrin Mərkəzi Asiyada fəallaşması ehtimalı Çinə ciddi təhlükə yaradcaq. Çinin Əfqanıstanın Taliban rejimi ilə əməkdaşlığının məqsədlərindən biri də Əfqanıstan ərazisindən Mərkəzi Asiyaya islamçıların keçidinin qarşısının alınmasıdır. Bu arada, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və digər Qərb ölkələrinin Mərkəzi Asiya üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. Şoyqu Mərkəzi Asiya ölkələrinə ABŞ-a qarşı müqavimət göstərməsi vacibliyini bildirib. Bu Rusiyanın Mərkəzi Asiya ölkələrinin daxili işlərinə qarışmasıdır. Kreml Mərkəzi Asiya ölkələrinin xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirmək istəyir. Rusiya Qırğızıstan və Tacikistanda hərbi bazalarını gücləndirmək qərarını verib. Moskva da Pekin kimi ABŞ-ın Çinə artan marağından narahatdır. ABŞ-ın məşhir “The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, həqiqətən ABŞ Mərkəzi Asiyada hərbi qüvvələrini yerləşdirməyə məkan axtarır. “Atlas” Araşdırmalar Mərkəzi


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23 |
|
|
|
• "Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21 |
|
|
|
• Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19 |
|
|
|
• Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03 |
|
|
|
• “PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01 |
|
|
|
• Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57 |
|
|
|
• Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45 |
|
|
|
• “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38 |
|
|
|
• Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36 |
|
|
|
• "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31 |
|
|
|
• Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18 |
|
|
|
• Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09 |
|
|
|
• İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07 |
|
|
|
• Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05 |
|
|
|
• "Moskva İrana arxalanır" - Yermak
Dünən, 17:00 |
|
|
|
• Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Dünən, 16:58 |
|
|
|
• Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Dünən, 16:45 |
|
|
|
• "Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Dünən, 16:43 |
|
|
|
• Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Dünən, 16:40 |
|
|
|
• Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Dünən, 16:37 |
|
|
|
• Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Dünən, 16:28 |
|
|
|
• Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Dünən, 16:24 |
|
|
|
• 3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Dünən, 16:22 |
|
|
|
• Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Dünən, 16:19 |
|
|
|
• İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Dünən, 16:03 |
|
|
|
• Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Dünən, 16:01 |
|
|
|
• Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Dünən, 15:56 |
|
|
|
• Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:53 |
|
|
|
• Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Dünən, 15:44 |
|
|
|
• MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
• UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Dünən, 15:35 |
|
|
|
• Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Dünən, 15:33 |
|
|
|
• Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Dünən, 15:19 |
|
|
|
• Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Dünən, 15:12 |
|
|
|
• SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Dünən, 14:59 |
|
|
|
• Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Dünən, 14:13 |
|
|
|
• İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Dünən, 13:39 |
|
|
|
• Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Dünən, 13:37 |
|
|
|
• Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Dünən, 13:30 |
|
|
|
• Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Dünən, 13:18 |
|
|
|
• İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Dünən, 13:13 |
|
|
|
• Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Dünən, 13:07 |
|
|
|
• Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Dünən, 13:05 |
|
|
|
• Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Dünən, 13:02 |
|
|
|
• "Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Dünən, 12:40 |
|
|
|
• Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Dünən, 12:19 |
|
|
|
• “Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Dünən, 12:16 |
|
|
|
• Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Dünən, 12:09 |
|
|
|
• Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Dünən, 12:05 |
|
|
|
• Jurnalistə ağır itki üz verib
Dünən, 12:00 |
|
|
|
|