Ermənistanın naziri ABŞ-yə səfir göndərilir .....                     "Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" .....                     AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır .....                     "Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" .....                     Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir .....                     Peterburqda miqrantlara daha bir qadağa qoyuldu .....                     Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb .....                     Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi .....                     İslamda kredit və faiz QADAĞASI .....                     Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib .....                     “Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” .....                     Bakıda məşhur futbolçunun evindən oğurluq .....                     Sevda Əliqızı şirniyyat bişirib satırmış: .....                     Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? .....                     İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? .....                     Hacıyev “gözləyirik” dedi, Moskva susdu .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi .....                     Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb .....                     Məşhur tikinti şirkətində qanunsuzluqlar .....                     "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb .....                     Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi .....                     "Müəlliflik hüququna təcavüz edilir..." .....                     Bakıda bacısını boğaraq öldürən oğlana .....                     Özbaşına qalmış MASAZIR... .....                     Nura Suri restoran fırıldağını ifşa etdi! .....                     201 saylı məktəbin direktoru CANINI QURTARDI .....                     İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır .....                     Dövlət Agentliyi 170 min manatlıq geyim alır .....                     ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır .....                     Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı .....                     "Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib" .....                     Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi .....                     Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi .....                     Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan .....                     Naxçıvanda polis nəfəri vəfat edib .....                     Region yenidən çalxalanır .....                     Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub .....                     “ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı .....                     Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi .....                     Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı .....                 

Kreml rəsmi İrəvanla bağlı NƏ ETMƏK İSTƏYİR? - ŞƏRH
Tarix: 22-04-2023, 09:09 | Çap et
Kreml rəsmi İrəvanla bağlı NƏ ETMƏK İSTƏYİR?
Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının missiyası Azərbaycanla şərti sərhəddə vəziyyəti müşahidə etmək üçün Erməniustana göndərilə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin missiyasını qəbul etməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bu yaxınlarda rəsmi Ermənistan buna hazır olacağı təqdirdə, missiyanın gələcəyini bəyan etmişdi. Artıq Ermənistan missiyanı qəbul etməyə hazır görünür. Ancaq Rusiya və Ermənistan arasında ziddiyyətlərin qalması bölgədə geosiyasi maraqlar toqquşması üçün zəmin yaradır.

Baş verə biləcək proseslər və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ehtimalı ilə bağlı “Cümhuriyət”in suallarına sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavab verib. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını öz ərazisində yerləşdirməyə hazırdır. Ancaq görünür, tərəflər mübahisəli məsələləri həll edə bilmir. Necə hesab edirsiniz, bu missiya sərhədə gələcəkmi?

- KTMT-nin missiyası ilə bağlı Ermənistanda çoxsaylı fikirlər səslənir. Amma bu missiyanı rolu həlledici ola bilməz. Çünki KTMT-də əsas söz sahibi Rusiyadır. İkincisi, Ermənistan-Rusiya əlaqələrinə nəzər salsaq görərik ki, KTMT-dən başqa bu iki ölkə arasında qarşılıqlı hərbi müqavilə imzalanıb. Hətta müştərək hərbi birləşmələr yaradılıb. Gümrüdə və Zvartnosda yerləşən hərbi bazalar və bir neçə hərbi birləşmə mövcuddur. Söhbət ondan gedir ki, Ermənistan bununla Rusiyadan təhlükəsizlik zəmanətləri tələb edir. Amma İkinci Qarabağa müharibəsüində və ondan sonra bu çağırışlar cavabsız qaldı. KTMT üzvü olan ölkələrin əksəriyyəti Azərbaycanla daha yaxşı münasibətdə olduğuna görə Ermənistan bu dəstəyi dolayı yolla qazanmağa çalışır. Ermənistan digər strukturları və öhdəlikləri yada salmadan gəlib KTMT-də ilişib. Bunlar isə siyasi oyunlardır. Mən əminəm ki, bu məsələ qeyri-rəsmi səviyyədə də Rusiya rəhbərliyi ilə müzakirə olunub və cavablar alınıb.

İndi isə Paşinyan istəyir ki, Rusiyanın sərhədlərdə öhdəliklərdən yayınması məsələsini ictimailəşdirsin. Rusiyaya qarşı bu cür ittihamları səsləndirməyə onun siyasi iradəsi yoxdur. KTMT mövzusu bir neçə ildir gündəmdə olsa da bu, heç bir nəticə vermir. Paşinyan yaxşı başa düşür ki, Rusiya ona lazım olan köməyi göstərməyəcək. Çünki hazırda Rusiya çətin vəziyyətdədir. Amma Ukrayna müharibəsindən əvvəl də Rusiya Ermənistanın müraciətlərinə cavab vermədiyi üçün İrəvan öz istəklərinə nail olmayıb. Bu baxımdan, Rusiyanın Ermənistandan uzaqlaşdığını görürük. Bu prosesi dayandırmaq mümkün deyil.

- Avropa İttifaqı missiyasının öhdəlikləri müəyyən edilib. Ancaq KTMT-nin missiyasının öhdəlikləri, sayı, yerləşəcəyi ərazi hələ aydın deyil. Bu məsələlərdə razılaşma əldə edilə biləcəkmi?

- Əslində, bu mandatdır. Avropa İttifaqı öz missiyasına mandat verib. Nəzərə almalıyıq ki, bu, hərbi missiya deyil. Sonra da bu mandatın əsasında xüsusi bir sənəd imzalanmalıdır. Həmin memorandumda missiyanı qəbul edən ölkə öz üzərinə öhdəliklər götürür. Amma KTMT Ermənistana necə daxil olacaq, mandat müəyyən olunandan sonra nə olacaq? Bu oyunlar Azərbaycana qarşıdır. Ermənilər görüntü yaratmaq istəyirlər. Rusiya istəyir ki, Zəngəzur dəhlizi işlək vəziyyətdə olsun, özü də ona nəzarət etsin. Ermənistan isə bununla razılaşmır. Ümumiyyətlə, dəhlizlə bağlı bir sıra ölkələrin öz maraqları var. Qənaətim belədir ki, Ermənistanın Qərbə inteqrasiyası qaçıqlmaz görünür. Həm də məsələ yalnız təhlükəsizliklə bağlı deyil. Ermənistanın problemi həm də iqtisadi böhranla bağlıdır. Onların öz dövlətçiliyini qorumaq üçün sponsora ehtiyacı var. Bundan öncə Ermənistanın hamisi Rusiya idi. Avropa başa düşür ki, Rusiya indi Ermənistanı kreditlər və investisiyalar vasitəsilə saxlamaq imkanına malik deyil. Onun yerini Qərb tutmalıdır. Ona görə də iqtisadi maraqlar Ermənistanı Qərbyönlü kurs seçməyə vadar edəcək.

- Aprelin 11-də Laçınla sərhəddə atəşkəsin pozulması Rusiyanın hərbi təxribatı kimi dəyərləndirildi. Yəni KTMT-nin hərbi missiyası bölgəyə gəlməsə eskalasiya davam edəcək...

- Eskalasiya onsuz da davam edəcək. Çünki tərəflərin sərhəd məsələsində mövqeləri fərqlidir. Ermənistan Azərbaycan sərhədini tam şəkildə tanımaq istəmir. Onlar Qarabağ mövzusunun davam etməsində maraqlıdırlar. Ona görə də Laçın dəhlizi adlanan beş illik öhdəlik onlar üçün vacibdir. Eyni zamanda, ermənilər həm də Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən qaçırlar. Bu, Rusiyanın da xoşuna gəlmir. Çünki Rusiyanın Türkiyə ilə quru əlaqəsi yaratması mümkün olmur. Sərhəddə gərginliyin baş verməsi üçün kifayət qədər əsaslar var. Ən əsası ona görə ki, Azərbaycanın sərhəddə yerləşən 8 kəndi hələ işğal altındadır. Ermənistan anklavları qaytarmaqdan imtina edir. İkincisi, sərhədlərin müəyyənləşməsi üçün Sovet dövrünə aid hansı ilin xəritəsinin əsas götürüləcəyi də məlum deyil. Bununla bağlı da müxtəlif baxışlar var.

- Deməli, KTMT-nin missiyasının gəlib-gəlməməsindən asılı olmayaraq, sərhəddə yenə toqquşmalar ola bilər..

- Missiya gəlməmişdən qabaq Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra dörd post qurub. İndi isə avropalı müşahidəçiləri cəlb ediblər. KTMT-nin gəlməsilə vəziyyətin dəyişəcəyinə əmin deyiləm. Gərginliyi yaradan isə Ermənistandır. Bununla da Ermənistan beynəlxalq “oyunçu”ların diqqətini bölgəyə cəlb etmək və müşahidəçiləri sərhəddə yerləşdirmək istəyir. Belə təxribatlar törətmək və sonra da bizi ittiham etməklə artıq Avropa İttifaqının missiyasının gətirilməsinə nail olublar. Rusiya hərbçiləri əvvəllər Ermənistanın Türkiyə ilə sərhədində yerləşmişdisə, indi Qazax istiqamətində postlar qurublar. Bunlar Ermənistanın taktikasıdır.

- Laçında baş verən hadisələrin arxasında Rusiyanın və İranın dayanmasına dair rəylər daha çox səsləndi. Sizin fikrinizcə, bu təxribatın baş verməsində Ermənistan maraqlıdır...

- Paşinyan KTMT-nin missiyasını açıq şəkildə sərhədə dəvət edir. Onlar da gəlmir. İndi Rusiya istəyir ki, qarşıdurma yaratmaqla gəlsin? Bu yanaşmanı başa düşmürəm. Ötən ilin noyabr ayında KTMT-nin İrəvanda keçirilən sammiti zamanı Paşinyan Putinin təklif etdiyi yekun bəyanatı imzalamaqdan imtina etdi. Sənədin Ermənistanda fəaliyyəti genişləndirmək məqsədilə hazırlanmışdı. Ruslar başa düşür ki, Ermənistanın çağırışları səmimi deyil. Rusiya da Ermənistana gəlməkdə maraqlı deyil. Ruslar yaxşı başa düşür ki, Ermənistan onlardan bir şey istəyir-sərhədi bağla, amma mən Qərbə daha çox meyil edim. Yəni təhlükəsizliyimi sən təmin et, özüm isə Qərbin tərəfinə keçim. Çünki iqtisadi yardım Qərbdən gələ bilər. Ümumiyyətlə, Ermənistanın xarici siyasətinin problemi ondadır ki, uzun müddət təhlükəsizliyini Rusiya təmin edib, amma iqtisadi baxımdan lazım olan dəstəyi göstərməyib. İndi isə ermənilər düşünür ki, Qərbdən maliyyə dəstəyi almaq üçün rusları qovsunlar. Biz bu ziddiyyətlərin nəticəsini görürük.

- Ermənistandakı rəy sorğusuna görə, əhalinin 75 faizi təhlükəsizliyin təminatçısı kimi İranı görür. Rusiyaya inananların sayı azalaraq 40 faizə düşüb. Hakimiyyətin Qərbyönlü siyasət yürütdüyünü bura əlavə etsək, üçqütblü ziddiyyət yaranır. Sizcə, bu nə ilə nəticələnəcək?

- Ermənilər iki stulda oturmaq istəyirlər. Bu isə mümkün deyil. Ermənistanın işğal və ilhaq siyasətini həyata keçirmək üçün potensialı yoxdur. Biri Rusiyaya güvənir, biri İrana, digəri Qərbə. Amma İran onlara dəstək verməz. Əgər Təbrizdə soydaşlarımız “Nə oldu, Paşinyan?” mahnısını oxuyursa, ictimai rəyin belə olduğunu görən İran Ermənistana dəstək verməyəcək. Qərb də deyir ki, sən rusları qovmasan, mən sənə iqtisadi yardım göstərməyəcəyəm. İkincisi, Azərbaycana qarşı ərazi iddialarına son qoymalısan. Bu da ABŞ-ın mövqeyidir. Ermənilər də müxtəlif bəhanələrlə bu tələblərdən yayınır. Ermənistanın xarici siyasətini ziddiyyətli geopolitik əsaslarla davam etdirmək istəyir. Dünyada heç kim buna nail olmayıb. Deyirlər, Rusiya bizi qorusun, özümüz də Qərbdən yardım alaq. İkili oyun olmamalıdır. İki yoldan birini seçməlisən. Digər variant isə işğalçılıq siyasətindən əl çəkməkdir. Rusiya üçün Ermənistanın işğalçılıq siyasəti maraqlı deyil. Azərbaycan Rusiya üçün daha mühüm əhəmiyyətə malikdir. Çünki bütün tranzit yollar Azərbaycandan keçir. Ermənistanın xülyaları heç kimə lazım deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
"Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39
AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır - Kapitanın etirafı
Bu gün, 00:37
"Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" - QALMAQAL
Bu gün, 00:35
Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir - AÇIQLAMA
Bu gün, 00:30
Peterburqda miqrantlara daha bir qadağa qoyuldu
Bu gün, 00:28
Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb - Ermənistan KİV
Bu gün, 00:26
Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi - TƏFƏRRÜAT
Dünən, 18:03
İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?
Dünən, 18:01
Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Dünən, 17:59
“Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” - AKTUAL
Dünən, 17:57
Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı
Dünən, 17:54
Sevda Əliqızı şirniyyat bişirib satırmış: - “Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur”
Dünən, 17:53
Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? - İLGİNC
Dünən, 17:49
İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? - Ermənistan üçün NÜMUNƏ
Dünən, 17:45
Hacıyev “gözləyirik” dedi, Moskva susdu – Nə baş verir?
Dünən, 17:38
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 17:30
Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb
Dünən, 17:26
Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?
Dünən, 17:20
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
Dünən, 17:16
Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi - ARAŞDIRMA BAŞLANILIB
Dünən, 17:11
"Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Dünən, 17:01
Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Dünən, 16:54
Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Dünən, 16:49
Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Dünən, 16:46
201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Dünən, 16:45
İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Dünən, 16:09
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Dünən, 16:06
ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Dünən, 16:02
Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Dünən, 16:01
"Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib"
Dünən, 16:00
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTO
Dünən, 15:57
Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi - Kreml nə planlaşdırır?
Dünən, 15:50
Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA
Dünən, 15:48
Naxçıvanda polis nəfəri vəfat edib
Dünən, 15:31
Region yenidən çalxalanır – İranın gizlətdiyi “xəzinə” vurula bilər
Dünən, 15:28
Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub
Dünən, 15:12
“ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı - DETALLAR
Dünən, 14:58
Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi – “Yerli xalq niyə köçməlidir?”
Dünən, 14:50
Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı - AXI NİYƏ?
Dünən, 14:40
Aleyna Tilkidən təəccübləndirən ETİRAF: - "Bir anda evlənib uşaq doğa bilərəm"
Dünən, 14:38
“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” - TƏFƏRRÜAT
Dünən, 14:26
18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... - ŞOK TƏFƏRRÜAT
Dünən, 14:23
Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” - Peskovdan SENSASİON AÇIQLAMALAR
Dünən, 14:21
"Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." - İLGİNC İDDİALAR
Dünən, 14:15
“Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” – YENİ QALMAQAL
Dünən, 14:08
Ermənistan üzərindən verilən mesajlar – Rusiya sülhə yox, savaşa hazırlaşır?
Dünən, 14:00
Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi – Elə şeylər olacaq ki…
Dünən, 13:10
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb - MƏHKƏMƏ
Dünən, 13:05
Azərbaycandan qaz alan Ukraynanın sanksiya siyahısı da var - ARAŞDIRMA
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru