Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi .....                     İslamda kredit və faiz QADAĞASI .....                     Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib .....                     “Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” .....                     Bakıda məşhur futbolçunun evindən oğurluq .....                     Sevda Əliqızı şirniyyat bişirib satırmış: .....                     Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? .....                     İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? .....                     Hacıyev “gözləyirik” dedi, Moskva susdu .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi .....                     Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb .....                     Məşhur tikinti şirkətində qanunsuzluqlar .....                     "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb .....                     Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi .....                     "Müəlliflik hüququna təcavüz edilir..." .....                     Bakıda bacısını boğaraq öldürən oğlana .....                     Özbaşına qalmış MASAZIR... .....                     Nura Suri restoran fırıldağını ifşa etdi! .....                     201 saylı məktəbin direktoru CANINI QURTARDI .....                     İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır .....                     Dövlət Agentliyi 170 min manatlıq geyim alır .....                     ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır .....                     Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı .....                     "Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib" .....                     Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi .....                     Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi .....                     Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan .....                     Naxçıvanda polis nəfəri vəfat edib .....                     Region yenidən çalxalanır .....                     Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub .....                     “ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı .....                     Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi .....                     Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı .....                     Aleyna Tilkidən təəccübləndirən ETİRAF: .....                     “Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” .....                     18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... .....                     Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” .....                     "Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." .....                     “Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” .....                     Ermənistan üzərindən verilən mesajlar .....                 

Yüz ilin seçimi: Sol sola, sağ mərkəzə qarşı - NƏ BAŞ VERİR?
Tarix: 17-04-2023, 11:08 | Çap et
Yüz ilin seçimi: Sol sola, sağ mərkəzə qarşı
Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə bir aydan da az vaxt qaldı. Hazırda prezidentliyə namizədlər və parlamentdə yer qazanmaq istəyən partiyalar təbliğat-təşviqat kampaniyası keçirirlər. Ekspertlər bildirirlər ki, bu seçkilər Türkiyə tarixinin ən önəmli siyasi hadisəsidir.

Türkiyə prezidentliyinə 4 siyasətçinin namizədliyi rəsmən qeydə alınıb. Namizədlərin adları əlifba sırası ilə - “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası təmsil olunur. Sabiq Baş nazir Nəcməddin Ərbakanın yaratdığı və hazırda oğlu Fatih Ərbakanın sədrlik etdiyi Yenidən Rifah Partiyası və Hür Dava Partiyası da Ərdoğanın namizədliyini dəstəkləyir. “Millət İttifaqı”nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

Uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli qardaş ölkədəki seçki prosesi ilə bağlı fikirlərini AYNA ilə bölüşüb. DİA.AZ həmin söhbəti təqdim edir:

- Prezidentliyə namizədlər artıq dəqiqləşib. Dörd şəxs prezidentlik postu uğrunda mübarizə aparacaq. Deyə bilərəm ki, seçki kampaniyası çox demokratik şəkildə həyata keçirilir. Hər bir namizəd istədiyi yerdə görüşlərini təşkil edir, mitinqlərini keçirir, seçicilərlə bir araya gəlir. Heç kəs də başqasına mane olmur.

- Hansı namizəd çağırışlarında xalqa daha yaxın görünür?

- Bütün namizədlər xalqa yaxın, xalqın içərisindən çıxmış insanlardır. Bu mənada, birinə xalqa yaxın, birinə xalqdan uzaq demək olmaz. Hər kəs xalqa, seçicilərinə vədlər verir və inanıram ki, bu vədlərində səmimidirlər.

- Namizədlərin şanslarını necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, əsas yarış iki siyasi qüvvənin – “Cumhur İttifaqı” ilə “Millət İttifaqı”nın namizədləri arasında gedir. Bir də namizədlər arasında olan Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə var ki, bunu gözardı etmək olmaz. Proqnozlara görə, Məhərrəm bəyin 10-15 faiz səs qazanmaq şansı var. İncə ötən seçkilərdə Ərdoğana rəqib idi və 35 faiz səs toplamışdı. Ondan əvvəl də uzun müddət CHP-nin əsas siyasi fiqurlarından olub, uzun illərdir siyasi aləmdədir. Xüsusilə, zəlzələ zamanı bölgəyə səfərlər təşkil etdi, insanların yanında oldu. Eyni zamanda, İncənin bir müddət əvvəl zəlzələ ilə bağlı söylədikləri sosial mediada yayıldı, hansı ki, dediklərində həqiqət yükü çox idi. Bəzi məsələlərdə də fikirlərini açıq şəkildə bildirir ki, son dövrlər əsasən gənclərin rəğbətini qazanıb, populyarlaşıb. Amma yenə də deyirəm, seçki yarışı iki şəxs arasında gedəcək – Ərdoğan və Kılıçdaroğlu arasında.

- Dağıcıdı zəlzələ seçki prosesinə hansı təsiri göstərdi?

- Təbii ki, zəlzələ seçimlərə təsir göstərir, insanların fikirlərində önəmli roy oynayır. Zəlzələnin fəsadları və son dövrlərdəki bahalaşma hakim AKP-nin səslərinə ciddi təsir göstərir. Hesab edirəm ki, keçən seçkilərə nisbətən bu seçkilərdə AKP-nin səslərində geriləmə ola bilər. Amma Ərdoğanın səs faizində geriləməni gözləmirəm. Çünki Ərdoğanla ümumilikdə, AKP-ni bir-birindən ayırmaq lazımdır. Seçkilərdə bülletenlər iki olacaq – həm millət vəkili seçkiləri üçün, həm prezident seçkisi üçün. Ola bilər ki, parlament seçkilərində AKP az səs alsın. Amma Ərdoğanın alacağı səslərdə geriləmə gözlənilmir. Çünki Türkiyədə insanlar məsələlərə bir az fərqli baxırlar.

Düzdür, prezident idarəetməsi olduğu üçün ölkədə neqativlərin hamısı prezidentin adına bağlanır. Amma elə məsələlər var ki, Türkiyənin mühafizəkar kəsimi həmin məsələlərə obyektiv yanaşmağı bacarır. Ərdoğanın hakimiyyətdə olduğu müddətdə apardığı siyasət, xüsusilə dünyadakı xaos ortamında Ərdoğanın qətiyyəti, çəkisi, hərbi sənayedəki inkişaf, son vaxtlar türk dövlətləri çərçivəsindəki fəaliyyəti mühafizəkar seçicinin diqqətini cəlb edir. Ona görə də hesab edirəm ki, Ərdoğan o qədər də səs itirməyəcək.

Amma Kılıçdaroğlunun səslərində Məhərrəm İncə faktoru ilə əlaqəli bölünmə var. Çünki İncənin də tərəfdarları əsasən CHP kökənlilərdir. Nəzərə alsaq ki, İncə təxminən 10 faizə yaxın səs ala bilər, bu, Kılıçdaroğlunun alacağı səslərə ciddi təsir deməkdir.

- Seçki gününə az qalmış İncə Kılıçdaroğlunun lehinə namizədliyini geri götürə bilərmi?

- Məşhur deyim var: “Siyasətdə 24 saat çox önəmlidir”. Son anda İncənin Kılıçdaroğlunun xeyrinə seçimlərdən çəkilib-çəkilməyəcəyini indidən söyləmək olmaz. Kılıçdaroğlu-İncə görüşü və ya görüşləri olacaqmı, olacaqsa, nələr danışacaqlar, razılaşmalar olacaqmı, olacaqsa hansı səviyyədə olacaq və s. Bunlardan çox şey asılıdır. Bir dəfə görüşdülər, amma heç bir bəyanat vermədilər, gücləri birləşdirmək barədə hansısa addım atıldığını görmədik. Hər halda seçimlərədək vaxt var. Siyasətdə hər şey ola bilər. Bu gün baxırıq ki, solçu partiya ilə ultra-sağçı partiya artıq bir koalisiyada seçkiyə gedir. Yəni ki, siyasətdə ideoloji fərq də qalmadı. Seçkiyə bir neçə gün qalmış bu məsələlərə aydınlıq gələcək.

- Seçkilərin demokratik şəraitdə keçəcəyinə şübhə varmı?

- Türkiyədə gözəl seçki kampaniyası gedir ki, əsas olan da budur. Tam demokratik proses getməkdədir və seçkilərin tam demokratik keçəcəyinə heç bir şübhəm yoxdur. Bəziləri fərqli düşünürlər, amma mən uzun illərdir Türkiyədəyəm və prosesləri yaxından izləyirəm, müşahidə edirəm. Burada seçkilər sözün həqiqi mənasında nümunə götürülə biləcək prosesdir. Ən əsası, xalqın iradəsi seçki qutusunda əksini tapır. Ərdoğana diktator deyənlər, təkhakimiyyətli deyənlər son bələdiyyə seçkilərinin nəticələrinə baxsınlar. Türkiyənin İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərinin bələdiyyə rəhbərliyi müxalif partiyalardadır. Faktiki olaraq Ərdoğan hakimiyyəti əlindəki resurslardan istifadə edib seçki saxtakarlığına getmədi. Bu, sadəcə bir nümunədir. Ona görə də Türkiyədə mayın 14-də keçiriləcək seçkilərin demokratik keçəcəyinə heç kəsdə zərrə qədər şübhə olmasın. Türkiyə vətəndaşlarının doğru seçim edəcəyinə inanıram. Bu seçkilərin qardaş ölkəmiz üçün uğurlu olmasını diləyirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 18:03
İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?
Bu gün, 18:01
Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Bu gün, 17:59
“Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” - AKTUAL
Bu gün, 17:57
Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı
Bu gün, 17:54
Sevda Əliqızı şirniyyat bişirib satırmış: - “Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur”
Bu gün, 17:53
Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? - İLGİNC
Bu gün, 17:49
İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? - Ermənistan üçün NÜMUNƏ
Bu gün, 17:45
Hacıyev “gözləyirik” dedi, Moskva susdu – Nə baş verir?
Bu gün, 17:38
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:30
Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb
Bu gün, 17:26
Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?
Bu gün, 17:20
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
Bu gün, 17:16
Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi - ARAŞDIRMA BAŞLANILIB
Bu gün, 17:11
"Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Bu gün, 17:01
Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Bu gün, 16:54
Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Bu gün, 16:49
Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Bu gün, 16:46
201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Bu gün, 16:45
İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Bu gün, 16:09
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Bu gün, 16:06
ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Bu gün, 16:02
Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Bu gün, 16:01
"Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib"
Bu gün, 16:00
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTO
Bu gün, 15:57
Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi - Kreml nə planlaşdırır?
Bu gün, 15:50
Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA
Bu gün, 15:48
Naxçıvanda polis nəfəri vəfat edib
Bu gün, 15:31
Region yenidən çalxalanır – İranın gizlətdiyi “xəzinə” vurula bilər
Bu gün, 15:28
Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub
Bu gün, 15:12
“ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı - DETALLAR
Bu gün, 14:58
Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi – “Yerli xalq niyə köçməlidir?”
Bu gün, 14:50
Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı - AXI NİYƏ?
Bu gün, 14:40
Aleyna Tilkidən təəccübləndirən ETİRAF: - "Bir anda evlənib uşaq doğa bilərəm"
Bu gün, 14:38
“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” - TƏFƏRRÜAT
Bu gün, 14:26
18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... - ŞOK TƏFƏRRÜAT
Bu gün, 14:23
Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” - Peskovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 14:21
"Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." - İLGİNC İDDİALAR
Bu gün, 14:15
“Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” – YENİ QALMAQAL
Bu gün, 14:08
Ermənistan üzərindən verilən mesajlar – Rusiya sülhə yox, savaşa hazırlaşır?
Bu gün, 14:00
Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi – Elə şeylər olacaq ki…
Bu gün, 13:10
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb - MƏHKƏMƏ
Bu gün, 13:05
Azərbaycandan qaz alan Ukraynanın sanksiya siyahısı da var - ARAŞDIRMA
Bu gün, 13:00
Saleh Məmmədov dövlətin texnikasını DƏDƏ MALI BİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:57
“Satmaq kişilikdən deyil”: Həkimə getməyən şəxs qanitirmədən ölübmüş - ŞOK TƏFƏRRÜAT
Bu gün, 12:47
Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi - FOTO
Bu gün, 12:43
Zəngəzur dəhlizi Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək - Fitch Solutions
Bu gün, 12:39
“Rusdan çox rusluq etmək” – Kremlin ruporları niyə azərbaycanlılardan QORXURLAR?
Bu gün, 12:36
BADAMOV HƏLƏ DƏ PUTİNƏ İNANIR... - Ümid edir ki...
Bu gün, 12:33
DMA 2 milyona anbar icarəyə götürür: - Bir ildə eyni şirkətlə iki dəfə anlaşma
Bu gün, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru